Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   65   66   67   68   69   70   71   72   ...   120

 
206 
ibn  Übeyy  Mədinəyə  qayıtdıqdan  sonra  bu  hadisəni  hər  yerdə  danışmağa  başladı 
və  Ayişəni  gənc  Səfvanla  cinayətdə  ittihamlandırırdı.  Məhəmmədin  təzə  arvadı, 
gözəl  Zeynəbin  bacısı  Xamna  da  buna  çox  sevinib,  əhvalatı  geniş  yayırdı  ki, 
zəhləsi  getdiyi  Ayişənin  rəqabətindən  bacısını  xilas  etsin.  Bu  dedi-qodunu  Əbu 
Bəkrin  qohumu  da  danışırdı,  Həsən  adlı  bir  şair  isə  həcvdə  təsvir  edirdi.  Ayişə 
onun haqqında belə şayiələr gəzdiyini bir qədər sonra bildi. Mədinəyə qayıdandan 
sonra  o,  nasaz  olduğundan  evdən  çıxmırdı  və  heç  kəs  bunu  ona  demirdi.  Lakin 
peyğəmbərin  hirsli  olduğunu  və  onunla  əvvəlki  kimi  mehriban  davranmadığını 
görürdü.  O,  belə  cinayətdə  ittiham  edildiyini  eşidəndə  öz  günahsızlığını  sübut 
etməyə başladı. Bu hadisəni özü belə nəql etdi: 
Qoşun qayıdan baş Mədinə yaxınlığında düşərgə salındı, gecə hərəkət etmək 
əmri  verildi.  Nökərlər  dəvəni  Ayişənin  çadırının  yanına  gətirdilər,  kəcavəni  yerə 
qoydular  və  uzaqlaşdılar  ki,  o,  öz  yerinə  otursun.  O,  oturmaq  istəyəndə  öz 
boyunbağısının  boynunda  olmadığını  gördü  və  qayıtdı  ki,  onu  axtarsın.  Bu  vaxt 
nökərlər kəcavəni dəvənin üstünə qoyub onu sarımış, kəcavənin boş olduğunu hiss 
etməmişdilər, çünki Ayişə özü çox nazik və yüngül idi. O, boyunbağı ilə qayıdanda 
dəvə artıq yox idi və qoşun hərəkətinə başlamışdı. O, əlacsız qalıb plaşına bürünüb 
oturdu  ki,  onun  kəcavədə  olmadığını  görüb  arxasınca  hökmən  kimisə 
göndərəcəklər.  Bu  vaxt  gözətçi  alayında  xidmət  edən  Səfvan  adlı  gənc  ərəb 
yaxınlaşıb onu tanıdı və müsəlmanların qaydasında onu salamladı: “Biz hamımız 
Allaha  məxsusuq  və  Allahın  yanına  qayıdacağıq!  Peyğəmbərin  arvadı!  Niyə  sən 
burada qalmısan?” Ayişə ona heç bir cavab verməyibmiş və üzündəki örtüyü daha 
bərk  örtübmüş.  Onda  Səfvan  dəvədən  düşmüş,  onu  dəvənin  üstünə  oturtmuş,  özü 
isə  dəvənin  yedəyini  çəkmişdir.  O,  özünü  qoşuna  yetirməyə  tələsmiş,  lakin  onlar 
Mədinənin divarları yanında qoşuna çatanda artıq gün çıxmışdı. 
Ayişənin  danışdığı  bütün  təfsilat  Səfvan  tərəfindən  təsdiq  edildi.  Lakin 
Abdullah  bu  şayiəni  yaymaqda  davam  edirdi.  İki  rəy  və  qızğın  düşmənçilik 
yarandı. Ayişə isə otağından heç yerə çıxmırdı, nə yemirdi, nə içmirdi, bütün günü 
və gecəni acı-acı ağlayırdı. Məhəmməd tərəddüddə idi və nə etmək barədə Əlidən 
məsləhət  istədi.  Əli  bu  işə  yüngül  baxırdı  və  dedi  ki,  adamın  üzərinə  bəzən  belə 


 
207 
dərd  düşür.  Peyğəmbərə  bu  sözlər  təsəlli  vermədi.  Bütün  ayı  o,  Ayişəni  görmək 
istəmədi. Lakin o, sevimli arvadı üçün darıxırdı, axı həm də daim bütün fikirlərini 
onunla bölüşürdü. Bu vaxt Məhəmmədə açılan bir vəhy bu məsələni yoluna qoydu. 
Quranın  “Ən-Nur”  surəsində  deyilirdi:  “Həqiqətən  [Ayişə]  barəsində  yalan  xəbər 
gətirənlər  öz  içərinizdə  olan  bir  zümrədir  (münafiqlərdir).  Onu  (o  xəbəri)  pis  bir 
şey  zənn  etməyin.  O,  bəlkə  də,  sizin  üçün  xeyirlidir.  O  zümrədən  olan  hər  bir 
şəxsin  qazandığı  günahın  cəzası  vardır.  Onlardan  günahın  böyüyünü  öz  üstünə 
götürəni (Abdullah ibn Übeyyi) isə [qiyamət günü] çox şiddətli bir əzab gözləyir” 
(11-ci  ayə).  “Ayişəyə  iftira  yaxanlar  nə  üçün  özlərinin  doğru  olduqlarını  təsdiq 
edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli onlar Allah 
yanında əsl yalançıdırlar!” (13-cü ayə). 
Gözəl  Ayişənin  günahsızlığı  təsdiq  olunduqdan  sonra  Məhəmməd  təzədən 
onu öz ağuşuna basdı və ona daha incə hisslər bəsləməyə başladı. Lakin o, nəzərdə 
tutulan  cəzaları  da  ləngitmirdi.  Abdullah  ibn  Übeyy  çox  güclü  adam  idi  və  onu 
vurmaq da asan məsələ deyildi, lakin bütün cəza onun əlaltılarının üstünə töküldü. 
Həsən  bir  neçə  aylığa  həcv  yazmaq  adətindən  uzaqlaşdı.  Hətta  qadın  olsa  da 
Xamna çubuq zərbələrindən qaça bilmədi. Məhəmməd dedi ki, bu gözəllikdə ona 
xeyirxah  olmaq  lazımdır.  Vəhy  o  saatca  vicdanlı  Əlini  Ayişənin  günahsızlığına 
inandırdı,  lakin  Ayişənin  özü  heç  vaxt  onun  şübhəsini  yaddan  çıxarmadı  və 
bağışlamadı.  Qadının  ürəyində  kök  atan  nifrət  peyğəmbərin  sevimli  şagirdinə 
həyatın ən mühüm anlarında çox sayda ziyan vurdu. 
Tərksilahdan keçən bir il ərzində Qüreyşlilərin  başçısı Əbu Süfyan Qatafan 
ərəb  tayfası  və  Nadir  yəhudi tayfası  ilə  ittifaq  bağladı.  Axırıncını  Məhəmməd  öz 
torpaqlarından  qovmuşdu.  Atəşkəs  müddəti  bitəndə  Əbu  Süfyan  müttəfiqləri  ilə 
birlikdə  yenidən  Mədinə  üzərinə  yürüşə  hazırlaşdı  və  onların  birləşmiş  qüvvələri 
on  min  nəfər  döyüşçüdən  ibarət  idi.  Məhəmməd  tezliklə  planlaşdırılan  hücum 
barədə  xəbər  tutmuşdu,  lakin  Ühüd  yaxınlığındakı  uğursuzluqdan  sonra  o,  belə 
qüvvəyə  qarşı  döyüşə  çıxmağa  ehtiyat  edirdi.  O,  düşmənlərinin  Mədinədə  gizli 
tərəfdarları  olması  ehtimalından  da  qorxurdu.  Burada  o,  yəhudilərə  və  Abdullah 
tərəfdarlarına inanmırdı. Şəhəri möhkəmləndirmək üçün böyük işlər görüldü. Dini 


 
208 
qəbul  etmiş  persiyalı  Salman  şəhərin  divarından  bir  az  aralıda  düşmən  gözlənilən 
istiqamətdə  dərin  xəndək  qazmağı  məsləhət  gördü.  Ərəbistanda  indiyədək  məlum 
olmayan  bu  müdafiə  vasitəsini  Məhəmməd  böyük  sevinclə  bəyəndi.  O,  xəndəyi 
qazmağa  çoxlu  adam  verdi  və  özü  də  bu  işdə  iştirak  edirdi.  Xəndək  qazılıb 
qurtaranda  böyük  sayda  olan  düşmən  qoşunu  yaxınlıqdakı  təpələrdə  göründü.  O, 
şəhərdə  inanılmış  adamı  olan  Abdullah  ibn  Ümm  Məktumu  qoyub  üç  minlik 
qoşunu  üzü  xəndəyə  tərəf  hərbi  qaydada  düzdü.  Əbu  Süfyan  Qüreyşlilərin  və 
Qatafanlıların  birləşmiş  qüvvələrinə  başçılıq  edirdi.  Qəflətən  o,  xəndək  və 
yandırılmış  alov  qarşısında  dayanmalı  oldu.  Müsəlmanlar  xəndəyin  o  tərəfində 
çoxlu  tonqal  yandırmışdılar.  Düşmən  burada  öz  düşərgəsini  saldı.  Qüreyşlilər 
vadinin aşağı tərəfində, Qatafanlılar isə yuxarı tərəfində idi. Qoşunlar bir neçə gün 
xəndəyin hər iki tərəfində dayanıb bir-birinə daş və ox atırdılar. 
Kəşfiyyatçıları  Məhəmmədə  xəbər  verdilər  ki,  Bəni  Koranda  adlı  yəhudi 
tayfası  düşmənlə  gizli  ittifaq  bağlamışdır.  Bu  tayfanın  şəhərin  yaxınlığında 
möhkəm  qalaları  var  idi.  O,  hərbi  şura  çağırdı  və  tayfa  başçılarına  təklif  etdi  ki, 
Qatafanlılar  ayrıca  sülhə  sövq  edilsin  və  bunun  üçün  onlara  Mədinənin  bütün 
xurma məhsulunun üçdə birini təklif etdi. Bu vaxt tayfa başçılarından biri soruşdu 
ki, o, bunu Allahın iradəsi və ya öz düşüncəsinə görə təklif edir? Məhəmməd cavab 
verdi  ki,  “əgər  bu  Allahın  göstərişi  olsaydı,  mən  sizdən  məsləhət  soruşmazdım. 
Görürəm  ki,  bizi  hər  tərəfdən  mühasirəyə  almışlar  və  fikirləşirəm  ki,  bu  ittifaqı 
necə  dağıdaq”.  Bu  vaxt  həmin  başçı  Səd  dedi:  “Yox!  Allah  bizə  şahiddir!  Əgər 
onlar bizim xurmanı istəyirlərsə, qoy onu vuruşmaqla götürsünlər!” Doğrudan da, 
Səd  tezliklə  öz  igidliyini göstərmək  imkanı  əldə  etdi.  Qüreyşlilərin  atlılar  dəstəsi, 
onların  içərisində  Əbu  Cəhlin  oğlu  Əkrəmə  və  Məhəmmədin  birinci  zövcəsi 
Xədicənin  əmisi  Əmru  da  var  idi,  xəndəyi  keçib  müsəlmanlardan  ən  qoçağını 
döyüşə  çağırdı.  Səd  ibn  Moad,  Əli  və  bir  neçə  müsəlman  çağırışı  qəbul  etdi.  Əli 
Əmru ilə tutuşdu, onlar əvvəlcə at üstündə vuruşurdular, ikisi bir-birini qucaqladı 
və  yerə  yıxıldılar.  Hamı  çox  qızğın  döyüşürdü.  Hər  iki  tərəfdən  çoxları  ölmüşdü. 
Nəhayət,  Əli  güc  gəldi  və  rəqibini  öldürdü,  Səd  ağır  yara  almışdı.  Axırda 
Qüreyşlilər  geri  çəkildilər  və  atlarını  xəndəkdən  keçirib  geri  çapdılar.  Onlardan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə