Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   62   63   64   65   66   67   68   69   ...   120

 
197 
Məkkə  sakinləri  içərisində  bu  məğlubiyyətdən  daha  çox  məyus  olan  Əbu 
Süfyan idi. O, Bədir məğlubiyyətini özünün şəxsi bədbəxtliyi kimi qəbul edirdi. O, 
Məkkəyə sağ-salamat gəlib çatmışdı, lakin nifrət etdiyi bir adamın onun üzərindəki 
qələbəsi  Əbu  Süfyanı  sarsıtmışdı.  Onun  evinin  də  üstündən  bədbəxtlik  küləyi 
əsmişdi.  Arvadı  Hind  onu  hönkürtü  ilə  qarşıladı,  axı  onun  atası,  əmisi,  qardaşı 
döyüşdə  həlak  olmuşdu.  Onun  dərdi  açıq  dəliliyə  keçirdi.  Qadın  gecə  və  gündüz 
əzizlərini öldürmüş Həmzə və Əlidən qisas almaq barədə qışqırırdı. 
Əbu Süfyan iki yüz atlı yığdı, onlar özləri ilə qida ehtiyatı kimi bir kisə un 
götürdülər.  O,  Mədinədən  üç  mil  məsafədə  bütün  əyaləti  viranə  qoydu, 
peyğəmbərin  iki  ardıcılını  öldürdü  və  xurma  ağaclarını  qırdırıb,  yandırdı. 
Məhəmməd  daha  artıq  qüvvə  ilə  onun  qarşısına  çıxdı.  Lakin  Əbu  Süfyan  andına 
baxmayaraq  onu  gözləməyib,  geri  döndü  və  qaçmağa  başladı.  Qaçan  döyüşçülər 
yolda  un  kisəsini  atdılar.  Buna  görə  onların  yürüşü  istehza  qaydasında  “Un 
kisələrinin müharibəsi” adlandırıldı.  
Bədir  döyüşü  Məhəmmədin  vəziyyətini  tamamilə  dəyişdi.  O,  artıq 
qabiliyyətli rəhbər idi və onun qüdrəti böyüyürdü. Mədinənin bütpərəst əhalisinin 
hamısı  qəniməti  gördükdən  sonra  yeni  dini  qəbul  etdi  və  şəhər  bütünlüklə 
Məhəmmədin hakimiyyəti altına keçdi. Məhəmməd artıq qanunverici və hökmran 
idi. Bu dəyişikliyin ilk əlaməti onun yəhudilərlə necə davranması oldu. Mədinədə o 
vaxtlar  üç  varlı  və  qüdrətli  yəhudi  nəsli  yaşayırdı.  Yəhudilər  öz  dinlərində 
qalmaqla  yanaşı  Məhəmmədə  və  onun  təliminə  gülürdülər.  Yəhudi  qadın, 
Mervanın  qızı  şair  Asma  ona  həcvlər  yazırdı.  Peyğəmbərin  qəddarlığı  ilə  seçilən 
şagirdlərindən  biri  Asmanı  öldürdü.  120  yaşlı  israilli  Əbu  Afaq  da  peyğəmbərə 
satirik şeirlər yazdığına görə öldürülmüşdü. Digər yəhudi şairi Bədir döyüşündən 
sonra Məkkəyə gəlib Qüreyşliləri qisasa çağırdı. O, elə cuşə gəlmişdi ki, Mədinəyə 
qayıdanda  təntənəli  qaydada  bu  şeirlərini  oxuyurdu.  Bu  güclü  düşmənçilikdən 
təhqir olunan Məhəmməd bir dəfə hirslə soruşdu: “Kim məni bu Əşrəfin oğlundan 
azad  edəcəkdir?”  Bir  neçə  gün  sonra  yəhudi  öz  qafiyəli  söz  yaradıcılığına  görə 
həyatını qurban verdi. Onu qısqanc ənsarlardan biri, Evslər tayfasından olan adam 
öldürmüşdü.  Nəhayət,  bir  hadisə  baş  verdikdən  sonra  yəhudilərə  qarşı 


 
198 
Məhəmmədin  qəzəbi  açıq  düşmənçiliyə  keçdi.  Ərəbistanın  çoban  tayfalarından 
olan qız Mədinəyə satmağa süd gətirirdi və bununla əlaqədar olaraq üç baş yəhudi 
nəslindən  biri  olan  Bəni-Kaynukalar  yaşayan  məhləyə  gəlirdi.  Gənc  yəhudilər 
qızın  qeyri-adi  gözəlliyi  barədə  eşitmişdilər  və  onu  əhatəyə  alıb  tələb  etdilər  ki, 
üzünü  açsın,  qız  məlum  qaydalara  görə  bunu  etmək  istəmədi.  Bu  vaxt  bir  zərgər 
yavaşca onun örtüyünün ucunu oturacağa bağladı və qız duranda örtük çəkildi və 
onun üzü açıq qaldı. Gənc israillilər gülüşdülər və qızı ələ salmağa başladılar. Qız 
isə  utandığından  bir  söz  demirdi.  Bu  hadisənin  şahidi  olan  bir  müsəlman  qızı 
müdafiə  etmək  istədi  və  qılıncını  çəkib  zərgərin  bədənindən  keçirdi.  Onun  özünü 
isə  elə  oradaca  israillilər  öldürdülər.  Qonşuluqda  yaşayan  müsəlmanlar  silaha 
sarıldılar,  Bəni-Kaynuka  tayfası  da  həmçinin.  Lakin  israillilər  sayca  az  idilər  və 
onlar bir möhkəmləndirilmiş tikilidə gizlənməyi qərara aldılar. Məhəmməd bu işə 
müdaxilə  etdi  və  həyəcanı  yatırtdı.  Lakin  israillilər  əleyhinə  qəzəbləndiyindən  o, 
tələb  etdi  ki,  günahkar  tayfa  yeni  dini  qəbul  etsin.  Yəhudilər  Mədinəyə  daxil 
olarkən  peyğəmbərin  onlarla  bağladığı  müqaviləni  yada  saldılar.  Bu  müqaviləyə 
görə onlar öz dininə sitayiş etməli idilər, lakin Məhəmməd geri çəkilmək istəmirdi. 
Bəni-Kaynukalar da razılaşmadılar və öz qəsrlərində gizləndilər. Lakin aclıq onları 
təslim olmağa məcbur etdi. Xəzrəclilərin rəhbəri Abdullah ibn Ubeyy (o, ibn Səlul 
da adlanırdı) yəhudilərin himayəçisi olduğuna görə onları müdafiə etdi və qoymadı 
ki,  onlar  qılıncdan  keçirilsin.  Buna  baxmayaraq  onların  əmlakı  və  sərvəti 
əllərindən alındı və 700 nəfərlik bir dəstə Suriyaya sürgün edildi. 
Bu  hadisədən  sonra  Məhəmməd  yəhudiləri  öz  tərəfinə  çəkmək  barədə 
düşünmürdü, əksinə onlar onun dini düşmənlərinə çevrildilər. O, Yerusəlimi qiblə 
təyin etmək barədəki öz əvvəlki qərarını ləğv etdi və onun əvəzinə Məkkəni təyin 
etdi. O vaxtdan müsəlmanlar namaz qılan vaxt üzlərini Məkkəyə tərəf çevirirlər. 
Məhəmmədin  qızı  Ruqiyyənin  ölümü  onun  əri  Osmanı  da  çox  məyus 
etmişdi.  Osmana  təsəlli  vermək  üçün  onun  silah  yoldaşı  Ömər  öz  qızı  Hafsaya 
evlənməyi  ona  təklif  etdi.  Qız  on  səkkiz  yaşında  artıq  dul  qalmışdı  və  çox  gözəl 
idi. Lakin Osman təklifdən imtina etdi. Ömər bu imtinadan incidi və Məhəmmədə 
şikayətləndi.  Peyğəmbər  dedi:  “Qəmlənmə,  Ömər!  Osmana  arvadlığa  sənin 


 
199 
qızından  yaxşısı,  sənin  qızına  isə  ərliyə  Osmandan  yaxşısı  nəzərdə  tutulmuşdur”. 
Doğrudan  da,  o,  Osmana  öz  qızı  Ümmü  Gülsümü  verdi,  özü  isə  gözəl  Hafsaya 
evləndi. Bu siyasi məqsədlər güdən nikahla o, özünə həm Osmanı, həm də Öməri 
yaxınlaşdırdı.  Ayişədən  sonra  Hafsa  onun  ən  sevimli  arvadı  oldu  və  Quranın 
surələri və ayələri yığılan yeşiyi saxlamaq ona həvalə olundu. 
Mədinədə  Məhəmmədin  qüdrəti  artdıqca  Məkkədə  Qüreyşlilər  arasında 
düşmənçilik  qızışırdı.  Əbu  Süfyan  müqəddəs  şəhərin  başçısı  idi,  arvadı  Hind  isə 
ondan hər dəfə müharibəni başlamağı tələb edirdi. O, atasının və qardaşının qanlı 
qisası  alınmayana  qədər  sakit  ola  bilməyəcəkdi.  Əbu  Cəhlin  oğlu  Əkrəmə  də 
atasından  peyğəmbərə  nifrət  irsini  qəbul  etmişdi  və  ucadan  intiqam  tələb  edirdi. 
Nəhayət Hicrətin üçüncü ilində və ya Bədir döyüşündən bir il sonra Əbu Süfyan üç 
min  qoşun  çıxardı.  Qoşunun  əksəriyyəti  Qüreyşlilərdən  ibarət  idi,  lakin  onların 
arasında Kənan və Texam tayfalarından olan başqa ərəblər də var idi. Onun yeddi 
yüz döyüşçüsü  zirehli  paltarda idi, iki yüz atlısı var  idi. Qoşun  başçıları  arasında 
qorxmaz döyüşçülər olan və şöhrət tapmış Əkrəmə və Xalid ibn əl-Vəlid var idi. 
Qoşunun  arxasınca  qisascıl  Hind  Məkkənin  on  beş  görkəmli  qadını  ilə  dəvə 
üstündə  gedirdi,  həmin  qadınların  qohumları  da  Bədir  çölündə  həlak  olmuşdular. 
Hərdən  bir  onlar  ağlayırdı  və  çölə  onların  fəryadları  və  ölənlər  barədəki  şivənləri 
yayılırdı.  Məhəmmədin  anası  Əminənin  dəfn  edildiyi  Ebva  kəndində  Hind 
qəbirdən  onun  sümüklərini  çıxarıb  atmaq  istədi,  onu  bu  ağılsız  əməldən  güclə 
çəkindirdilər.  Məhəmmədin  hələ  Məkkədə  yaşayan  və  yeni  dinin  düşməni  kimi 
tanınan  əmisi  Əl  Abbas  qardaşı  oğlunun  qəflətən  bəladan  yaxa  qurtara 
bilməyəcəyini başa düşüb, gizlincə qasid göndərdi ki, təhlükəni ona xəbər versin. 
Qasid  Məhəmmədi  Kuba  kəndində  tapdı.  Bu  xəbəri  alan  kimi  peyğəmbər 
Mədinəyə qayıtdı və öz başlıca tərəfdarlarını şuraya topladı. O, izah etdi ki, çöldə 
düşmənlə qarşılaşmaq üçün onların qüvvəsi azdır və belə fikir söylədi ki, yaxşısı 
budur hücumu Mədinədə gözləsinlər. Müdafiə vaxtı onlara qadınlar və uşaqlar da 
kömək edə bilərdi, evlərin damından düşməni daşlayardılar. Ağsaqqallar bu təkliflə 
razılaşdılar,  cavanlar  isə  Bədirdəki  qələbədən  sonra  cəsarətlənib  açıq,  çöldə 
vuruşmağı  tələb  edirdilər.  Məhəmməd  axırıncılara  güzəştə  getməli  oldu.  Lakin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə