Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   60   61   62   63   64   65   66   67   ...   120

 
191 
Qasid  Qüreyşlilərlə  yolda  qarşılaşdı.  Xəbəri  aldıqda,  bəziləri  irəli  getməyi, 
Məhəmmədi  cəzalandırmağı,  digərləri  isə  geri  qayıtmağı  təklif  etdi.  Tərəddüddə 
qalaraq  onlar  kəşfiyyatçı  göndərib  düşmənin  qüvvəsinin  üç  yüz  nəfərdən  ibarət 
olduğunu  bildi.  Bu  savaşmaq  arzusunda  olanların  cəsarətini  artırdı.  Digərləri  isə 
bundan çəkinməyi təklif edirdi və arqumentlər içərisində Məhəmmədin tərəfdarları 
arasında qohumları olduğunu əsas gətirirdilər. Bu sözlər öz təsirini göstərdi. Lakin 
Nəhlə  vadisində  qətlə  yetirilmiş  adamın  qardaşları  Əbu  Cəhlin  təhriki  ilə  “İrəli!” 
deyə  qışqırdılar.  Qoşunun  əksər  hissəsi  bayraqlarını  qaldırıb  irəli  cumdu,  yerdə 
qalanlar Məkkəyə qayıtdı. 
Məhəmmədin  kəşfiyyatçıları  qoşunun  yaxınlaşdığını  ona  bildirdilər.  Bu 
onun  tərəfdarlarının  bir  hissəsini  qorxuzdu.  Lakin  Məhəmməd  dedi  ki,  onlar 
qorxmasınlar, çünki Allah onlara yüngül qələbə vəd etmişdir. Müsəlmanlar təpənin 
üstündə  koma  tikdilər,  onun  yanında  bir  oğlan  dəvəsi  ilə  dayanmışdı,  o, 
məğlubiyyət  baş  versə  Mədinəyə  xəbər  aparmalı  idi.  Düşmən  yoldan  çıxıb,  su 
içmək  istədikdə,  Məhəmmədin  əmisi  Həmzə  onların  üstünə  cumdu,  öz  əli  ilə 
onların başçılarını öldürdü. O, dəstədən təkcə bir adam getdi və o, tezliklə hamını 
islama keçirtdi. Bu vaxt düşmənin əsas qüvvəsi gəlib çıxdı. Onlar səf-səf düzülərək 
savaşa  başlamağa  hazırlaşdılar.  İki  üz-üzə  gələn  cəbhə  əslində  bir-birinə  doğma 
adamlardan  ibarət  idi.  Ona  görə  də  mənzərə  həm  qəribə,  həm  də  dəhşətli  idi.  İki 
düşmən kimi döyüşəcək adamlar bir anlığa vuruş anı unudula bilsəydi, bir-birinin 
atası,  əmisi,  oğlu,  dayısı,  yaxın  qohumları  idi.  Döyüşdə  isə  hər  şey  unudulurdu. 
Oğul atanı, qardaş qardaşı öldürməyə hazır idi. Bu faciə səhnəsinin iştirakçılarına 
fikir  versək  görərik  ki,  Əbu  Bəkrin  qarşısında  hələ  müsəlmanlığı  qəbul  etməmiş 
oğlu Əbdürrəhman, Qüreyş komandiri Utbə ibn Rəbiənin qarşısında isə müsəlman 
oğlu Huzeyfə dururdu. Peyğəmbərin əmisi Abbas və kürəkəni, Zeynəbin əri Əbül-
As müşriklərin içərisində idilər. Əlinin böyük qardaşı, Əbu Talibin oğlu Aqil qarşı 
tərəfdə  idi.  Hər  iki  tərəfdə  qan  tökülməsini  istəməyən  adamlar  var  idi. 
Qüreyşlilərdən  biri  Hakim  ibn  Hizam  məkkəlilərin  baş  komandiri  Utbə  ibn 
Rəbiənin  yanına  gedərək  dedi:  “Bu  gün  sən  öz  adına  əbədi  bir  abidə  qurdura 
bilərsən.  Qüreyşin  bütün  istəyi  Hadraminin  qatilindən  intiqam  almaqdır.  Sən 


 
192 
Hadraminin  əvəzini  bizə  verərək  bu  hadisəni  həll  edə  bilərsən”.  Utbə  bu  fikirlə 
razılaşdı,  o,  da  döyüşə  tərəfdar  deyildi.  Digərləri  Əbu  Cəhlin  onları  qorxaq 
adlandıracağından  qorxduqlarına  görə  heç  bir  fikir  söyləmədilər.  Utbə  ortaya 
çıxaraq öz fikrini söylədi:  
-  Ey  qüreyş,  kim  kiminlə  vuruşacaq?  Siz  Məhəmməd  və  ətrafındakılarla 
qarşılaşmaqla  bir  şey  əldə  etməyəcəksiniz.  Onu  ələ  keçirənə  qədər  hər  biriniz  bu 
döyüşdə  bir  yaxınını  öldürmüş  olacaq.  Sonra  bunlar  necə  üz-üzə  baxacaqlar?  Bu 
işdən  əl  çəkin.  Məhəmmədi  və  digər  ərəbləri  öz  başlarına  buraxın.  Əgər  ərəblər 
onu  üz  üstə  qoysa  sizin  arzunuz  yerinə  düşər,  yox  elə  olmasa,  o  üzdən  narahat 
olacağınız bir işə əl atmış olarsınız. 
Əbu Cəhl onu qorxaqlıqda ittiham edib dedi: 
-  Biz  vahid  can  halında  olan  bir  kütləyik.  Yenilməz  bir  camaatıq.  Bu  gün 
Məhəmməddən intiqam alacağıq. 
Beləliklə  döyüş  qaçılmaz  oldu.  Qüreyşlilərdən  üçü  qabağa  çıxıb 
müsəlmanların ən cəsurlarını bərabər döyüşə çağırdı. Bu Əbu Süfyanın qayınatası 
Utbə,  qaynı  Əl-Vəlid  və  Utbənin  qardaşı  Şənbə  idi.  Bu  adamları  Məkkədən  Əbu 
Süfyanın arvadı Hind göndərmişdi və onlar öz tayfalarında güclü adamlar sayılırdı. 
Üç  mədinəli  döyüşçü  də  irəli  çıxıb,  çağırışı  qəbul  etdi.  Qüreyşlilər  qışqırdılar  ki, 
qoy  bizim  Məkkə  dönükləri  bacarırlarsa  irəli  çıxsınlar.  Bu  vaxt  Məhəmmədin 
əmisi Həmzə, kürəkəni Əli və Ubeydə ibn Haris döyüşə çıxdı. Qızğın və inadkar 
döyüşdə  Həmzə  və  Əli  öz  rəqiblərini  öldürdülər  və  Ubeydəyə  köməyə  tələsdilər, 
bu  vaxt  axırıncı  ağır  yaralanmışdı  və  demək  olar  ki,  Utbə  tərəfindən  məğlub 
edilmişdi.  Onlar  Qüreyşlini  öldürdülər  və  yoldaşlarını  apardılar.  Lakin  o,  tezliklə 
aldığı  yaradan  öldü.  Bu  döyüş  də  Qədim  Romada  baş  vermiş  romalı  üç  qardaş 
Horatsilərin  Alba-Lonqadan  olan  digər  üç  əkiz  qardaş  Kuriatsilərə  qarşı  əfsanəvi 
qəhrəmancasına  vuruşuna  bənzəyir.  Horatsilərdən  sağ  qalan  bircə  qardaş  üç 
Kuriatsi qardaşı öldürərək, romalılara qələbə gətirmişdi. İndi Həmzə və Əli də belə 
igidlik  göstərmişdilər.  Sonra  ümumi  döyüş  başlandı.  Müsəlmanlar  az  sayda 
olduqlarından  əvvəlcə  müdafiə  olunurdular,  öz  yüksəkliklərini  qoruyub 
saxlayırdılar, düşmən üstünə ox yağdırırdılar. Məhəmməd Əbu Bəkrlə komada idi 


 
193 
və  ciddi-cəhdlə  dua  edirdi.  Döyüş  gedəndə  onun  ürəyi  keçdi,  ayılıb  elan  etdi  ki, 
Allah  ona  qələbə  vəd  etdi.  O,  komadan  kənara  sıçradı,  bir  ovuc  tozu  götürüb 
Qüreyşlilərə tərəf havaya atdı və qışqırdı: “Qoy bu onları çaşqınlığa düçar etsin!” 
Sonra ardıcılları ilə düşmənin üstünə, irəli cumdu. “Savaşın və qorxmayın” – deyə 
qışqırdı  –  “Cənnətin  qapısı  qılıncın  sayəsində  əldə  edilir!  Kim  din  uğrunda  ölsə 
şübhəsiz cənnətə buraxılacaqdır”. 
Bu sözlərdən sonrakı birinci toqquşmada qarışıqlığın içinə  çapan  Əbu  Cəhl 
qoltuğundan  qılıncla  yaralandı  və  atdan  yıxıldı.  Abdullah  ibn  Məsud  dizini  onun 
sinəsinə qoydu və bu qoca Məhəmmədə söyüşlər və lənət yağdıranda, onun başını 
bədənindən üzdü. Qüreyşlilər sarsıldılar və qaçmağa başladılar. Döyüş yerində 70 
cəsəd  qalmışdı  və  o  qədər  də  əsir  götürüldü.  Müsəlmanlardan  14  nəfəri 
öldürülmüşdü.  Onlar  dinin  şəhidlərinə  çevrildilər.  Müsəlmanlar  parlaq  qələbə 
qazandılar. Bunun obyektiv səbəbləri də var idi, onlar yorulmamışdılar və əlverişli 
mövqe  seçmişdilər.  Qüreyşlilər  isə  yorğun  idi,  susuzluqdan yanırdılar,  su  içməyə 
yaxınlaşanda onların üstünə ox seli yağırdı, onların sayı da azalmışdı, çünki xeyli 
hissəsi  Məkkəyə  qayıtmışdı.  Lakin  Məhəmmədin  döyüşçülərini  qələbəyə 
ilhamlandırması döyüşün uğurlu nəticəsində heç də az rol oynamamışdı. 
Döyüş  sakitləşəndə  Abdullah  ibn  Məsud  Əbu  Cəhlin  başını  gətirdi. 
Məhəmməd  bu  dəhşətli  qənimətə  sevinclə  baxıb  dedi:  “Bu  adam  bizim  ümmətin 
fironu idi!” Qoca döyüşçünün əsl adı Əbülhəsən Əmr ibn Hişam ibn əl-Mucirə idi. 
Qüreyşlilər onu ağlına görə Əbu Elxoem və ya Müdrikliyin Atası adlandırırdılar. 
Müsəlmanlar isə bu sözü Əbu Cəhl – “Dəlilik Atası”na çevirmişdilər. Bu ləqəb də 
tarixdə qaldı və dindarlar çox vaxt həmin adın arxasınca “Allah ona lənət eləsin!” 
sözlərini  əlavə  edirlər.  Müsəlmanlar  Mədinəyə  qayıtdıqdan  bir  gün  sonra  əsir 
dəstəsi  də  şəhərə  gəldi.  Məhəmmədin  arvadı  Sevda  əsirlərin  arasında  qohumu 
Əmri və oğlu Süheyli əli-qolu bağlı şəkildə görüncə, özünü saxlaya bilməyib dedi: 
-  Arvad  kimi  təslim  olaraq  əsarət  zəncirini  əllərinizəmi  taxdınız?  Hərb 
meydanında kişi kimi niyə ölmədiniz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə