Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   56   57   58   59   60   61   62   63   ...   120

 
179 
Vətənində  Məhəmmədin  vəziyyəti  daha  da  ağırlaşırdı.  Onun  sədaqətli 
rəfiqəsi  Xədicə  və  onun  qüdrətli  müdafiəçisi  Əbu  Talib  qəbirdə  uyuyurdu.  Əbu 
Talibin  güclü  köməyindən  məhrum  olmuş  Məhəmmədin  həyatı  səfil  güzəranını 
andırırdı. O, gizlənməyə məcbur idi. İlk peyğəmbər elçiliyinə başladığı vaxtdan on 
il  keçmişdi.  Bu  on  il  düşmənçiliklə,  sarsıntı  və  bədbəxtliklərlə  dolu  idi.  Allaha 
səcdə vaxtı gəlib çatanda, bütün düşmənçilik kəsiləndə o, öz sığınacağından çıxıb 
Ərəbistanın  hər  tərəfindən  Məkkəyə  yığışan  kütləyə  qarışdı.  Allaha  dua  edənlər, 
Kəbəyə sitayiş etməyə gələnlər dindən dönmüş adam kimi ondan qaçırdılar. Sülhə 
sədaqətli  olanlar  isə  öz  vətənində  qüvvətli  adamlar  tərəfindən  təqib  edilən  şəxslə 
dostluq etmək istəmirdi. Nəhayət o, Yasribdən olan bəzi zəvvarların diqqətini cəlb 
etdi. Bu şəhər sonralar Mədinə adlanacaqdı, Məkkədən 270 kilometr aralı olmaqla 
şimalda  yerləşirdi.  Onun  sakinlərinin  çoxu  yəhudilər  və  xristian-dönüklər  idi.  Bu 
ziyarətə  gələnlər  isə  təmiz  ərəblər  idi.  Onlar  yəhudilərdən  Messiyanın  –  Məsihin 
gələcəyini çox eşitmişdilər. Məhəmmədin bəlağətli nitqi onlara çox təsir göstərdi, 
onun  təlimi  isə  yəhudilərin  qanunlarına  çox  yaxın  idi.  Eşidəndə  ki,  o,  özünü 
peyğəmbər,  köhnə  dini  bərpa  etmək  üçün  göylərin  elçisi  elan  etmişdir,  onlar  öz 
aralarında müzakirə etməyə başladılar: “Bu haqqında bizə danışılan həqiqi həmin 
vəd  edilən  Messiyadır!”  Onlar  peyğəmbəri  daha  çox  dinlədikcə  öz  inamlarında 
möhkəmlənirdilər.  Nəhayət  elan  etdilər  ki,  onlar  Məhəmməd  dininə  inanırlar  və 
bütünlüklə  onu  qəbul  etdilər.  Onların  Həzrəclilər  nəsli  Yasribin  ən  qüdrətli 
tayfasına  mənsub  idi.  Ona  görə  də  Məhəmməd  öz  üzərində  onların  himayəsini 
möhkəmləndirməyə  can  atdı  və  onlar  geri  qayıdanda  özünün  də  onlarla  birlikdə 
getməsini  təklif  etdi.  Lakin  peyğəmbərə  dedilər  ki,  öz  şəhərlərinin  güclü  tayfası 
olan  Evslərlə  ölümcül  düşmənçilikdədirlər.  Ona  görə  də  ona  öz  səfərini  şəhərdə 
sülh bərpa edilənə qədər təxirə salmağı təklif etdilər. O, razılaşdı. Lakin zəvvarlar 
qayıdanda onlarla birlikdə öz istedadlı şagirdlərindən biri olan Müsab ibn Umeyri 
göndərdi ki, onların inamını möhkəmləndirsin və dini onların vətəndaşları arasında 
təbliğ  etsin.  Beləliklə,  islamın  ilk  toxumları  Mədinəyə  səpildi.  Əvvəlcə  bu 
cücərtilər  ləng  böyüyürdü.  Bütpərəstlər  Müsaba  qarşı  qalxdılar  və  onun  həyatı 
təhlükədə idi. Lakin o, davam gətirdi və şəhərin adlı-sanlı adamlarından bəzilərini 


 
180 
islam  dininə  keçirə  bildi.  Məkkədə  təqib  edilən  bir  çox  müsəlman  Mədinədə 
sığınacaq  tapmışdı  və  onlar  yeni  dinin  sakinlər  arasında  yayılmasına  köməklik 
göstərirdilər. Çox keçməmiş bu din hər bir evə daxil oldu. 
Məhəmmədə  şəhərdə  sığınacaq  veriləcəyinə  əmin  olduqdan  sonra  dini 
yenicə  qəbul  edənlərdən  70  nəfərdən  çoxu  Müsab  ibn  Umeyrin  başçılığı  altında 
zəvvarlarla  birlikdə  Məkkəyə  yollandı  ki,  peyğəmbəri  öz  şəhərlərində  yaşamağa 
dəvət  etsinlər.  Məhəmməd  onlarla  gecə  yarısındakı  görüşünü  Əl-Akabə  təpəsində 
təyin  etdi.  Onun  əmisi  əl-Abbas  Mədinə  zəvvarlarından  xahiş  edirdi  ki,  qardaşı 
oğlunu  onun  müdafiəsi  üçün  bütün  imkanlar  olmayana  qədər  öz  şəhərlərinə 
aparmasınlar,  onları  xəbərdar  edirdi  ki,  yeni  dinə  açıqca  keçid  bütün  Ərəbistanı 
onların əleyhinə qaldıracaqdır. Lakin bu xahişlər və xəbərdarlıqlar əbəs idi, onlar 
təntənəli müqavilə bağladılar. Məhəmməd tələb edirdi ki, onlar bütpərəstlikdən üz 
döndərib  açıq  və  qorxmadan  vahid  həqiqi  Allaha  təzim  etsinlər.  Şərtlər  qəbul 
olundu.  Mədinə  elçiləri  Məhəmmədin  əlini  sıxıb  müqaviləyə  riayət  edəcəklərinə 
and içdilər. Bu vaxt Məhəmməd onlardan 12 nəfəri seçib özünün apostolları təyin 
etdi,  bununla  o,  İsa  peyğəmbəri  təqlid  edirdi.  Mədinə  müsəlmanlarına  isə  ənsar, 
başqa sözlə müttəfiq adı verildi, bu ad altında da onlar sonralar tanındılar. 
Ənsarlar  getdikdən  sonra  müqəddəs  ay  gəldi  və  müsəlmanların  təqibi daha 
şiddətli  qaydada  bərpa  olundu.  Məhəmməd  vəziyyətin  qorxulu  olduğunu  görüb 
ardıcıllarına öz təhlükəsizliklərinə qayğı göstərməyi məsləhət gördü, lakin özü az 
sayda  sadiq  dostları  ilə  hələ  də  Məkkədə  qalırdı.  Onun  barışmaz  düşməni  Əbu 
Süfyan  bu  vaxt  şəhərin  valisi  idi.  O,  yeni  dinin  uğurları  və  yayılmasından 
hiddətlənib Qüreyş ağsaqqallarını şuraya topladı. O, bu dinin qarşısını almaq üçün 
daha  təsirli  vasitə  axtarırdı.  Bəziləri  Məhəmmədi  şəhərdən  qovmağı  tələb  etdi. 
Lakin  bu  təklifə  etiraz  etdilər  ki,  onda  o,  öz  tərəfinə  başqa  tayfaları,  hətta  bütün 
Mədinə  əhalisini  çəkəcək,  sonra  isə  qisas  almaq  üçün  onların  başında  geri 
qayıdacaqdır. Digərləri məhbəsə salmağı və ölənə qədər onu orada saxlamağı təklif 
etdi.  Buna  isə  cavab  verdilər  ki,  dostları  onu  xilas  edə  bilərlər.  Bu  etirazları 
Necddən olan bir narahat qoca bildirirdi. Nəhayət, Əbu Cəhl elan etdi ki, bu bəlanı 
dayandırmaq  üçün  bir  düzgün  vasitə  vardır  -  Məhəmmədi  öldürmək  lazımdır. 


 
181 
Bununla  hamı  razılaşdı,  qətlə  yetirilənin  qohumlarının  intiqamına  qarşı  durmaq 
üçün  belə  qərara  gəlindi  ki,  ailənin  hər  bir  üzvü  Məhəmmədin  köksünə  öz 
xəncərini sancmalıdır. Deyəsən Qüreyşlilər Roma diktatoru Qay Yuli Sezarın 666 
il əvvəl baş vermiş sui-qəsdinin təşkili qaydalarından hali idilər. Miladdan əvvəl 15 
mart 44-cü ildə baş verən Kuriyadakı bu qətl zamanı sui-qəsdçilərin hamısı Sezara 
öz  zərbəsini  endirmişdi,  həlak  olan  diktatorun  bədənində  23  qılınc  yarası  olduğu 
müəyyən  edilmişdi.  İndi  də  Məhəmmədə  qətl  planı  hazırlayanlar  sonrakı  baş 
verəcək hadisələri götür-qoy edirdilər ki, kimsə özünə başqa xilas yolu axtarmasın, 
sui-qəsd  üçün  hamı  bir  nəfər  kimi  məsuliyyət  daşısın.  Bu  qəsdə  Quranın  “Əl-
Ənfal” surəsində işarə edilir: “Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və 
ya  öldürmək,  yaxud  da  [Məkkədən]  çıxardıb  qovmaq  üçün  sənə  qarşı  hiylə  
qururdular.  Allah  da  [onların  bu  hiyləsinə  qarşı]  tədbir  tökdü.  Allah  tədbir 
tökənlərin ən yaxşısıdır!” (30-cu ayə). 
Həqiqətən  də  qatillər  Məhəmmədin  yaşadığı  yerə  gəldilər,  lakin  bu  vaxt  o, 
artıq xəbərdar edilmişdi. Rəvayətə görə bunu mələk  Cəbrayıl  xəbər  vermişdi. Öz 
qohumlarının qaniçiciliyini bəyənməyən Qüreyşlilərdən biri də bunu Məhəmmədə 
çatdıra  bilərdi.  Fakt  orasındadır  ki,  xəbərdarlıq  Məhəmmədi  xilas  etmişdi.  Qətli 
icra etməyə gələnlər yataqda Məhəmmədin yaşıl plaşa bürünüb yatdığını gördülər 
və  qapını  qırıb  yatağın  üstünə  atıldılar.  Yatan  adam  yerindən  sıçradı  –  onların 
qarşısında  dayanan  Məhəmməd  deyil,  Əli  idi.  Onlar  Əliyə  toxunmağa  cəsarət 
etmədilər. Bundan sonra Məhəmmədi diri və ya ölü gətirən adama Qüreyşlilər yüz 
dəvə vəd etdilər. 
Bu hadisədən sonra Məhəmməd Əbu Bəkrin evinə gəldi və onunla birlikdə 
qaçmağa  hazırlaşdı.  Qərara  aldılar  ki,  Məkkədən  bir  saatlıq  məsafədə  olan  Cevr 
dağındakı  mağarada  gizlənsinlər.  Sonradan  təhlükəsiz  qaydada  Mədinəyə  getmək 
üçün  orada  gözləmək  olardı.  Əbu  Bəkrin  uşaqları  isə  onlara  yemək  gətirəcəkdi. 
Gecə  Məkkəni  tərk  edib  Cevr  dağının  ətəyinə  gəldilər,  lakin  bu  vaxt  onları  təqib 
edənlərin  səsini  eşitdilər.  Hətta  qorxmaz  Əbu  Bəkr  də  qorxudan  əsirdi  və  öz 
hisslərini bunda ifadə etdi ki, onlar çox, biz isə iki nəfərik. Məhəmməd isə bildirdi 
ki,  üçüncünü  yaddan  çıxarma,  Allahın  özü  bizimlədir.  Doğrudan  da  Qüreyşlilər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə