Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   57   58   59   60   61   62   63   64   ...   120

 
182 
mağaranın  ağzına  qədər  gəldilər,  lakin  orada  kiminsə  olmadığını  güman 
etdiklərindən qayıdıb getdilər. 
Qaçqınlar üç gün mağarada qaldıqdan sonra dördüncü gün gecə Əbu Bəkrin 
nökərinin  gətirdiyi  dəvələrin  belində  Mədinəyə  yollandılar.  Onlar  karvan  yolu  ilə 
deyil, Qırmızı dənizin kənarına yaxın yolla getdilər. Bir az sonra atlı dəstə onlara 
çatdı. Təqib edənlərin çoxluğu Əbu Bəkri həyəcanlandırdı, lakin yenə Məhəmməd 
ona  ürək-dirək  verdi:  “Qorxma,  Allah  bizimlədir!”  Dəstənin  başçısı  Süraka 
Məhəmmədə yaxınlaşanda at şahə qalxdı və süvari atla birlikdə yerə sərildi. Bu pis 
əlamət kimi onun cahil ruhunu sarsıtdı. Məhəmmədin nitqi isə Sürakaya güclü təsir 
etdiyindən,  ondan  üzr  istəməyə  başladı  və  dəstəsini  götürüb  geri  döndü.  Yolçular 
isə öz yollarına davam edib Mədinədən üç kilometr aralı olan Quba yaylasına gəlib 
çıxdılar. Bu yayla şəhərlilərin gəzmək yeri idi, təmiz və sağlam havası ilə seçilirdi, 
şəhəri meyvə ilə təchiz edirdi. Yaylanın ətrafı üzümlüklər, meyvə bağları ilə əhatə 
olunmuşdu. Bura gəlib çıxanda Məhəmmədin dəvəsi əl-Kasva diz üstə çöküb, daha 
getmək  istəmədi.  Peyğəmbər  bunu  xoş  əlamət  kimi  qəbul  edib,  Qubada  qalmağı 
qərara aldı, orada isə şəhərə girməyə hazırlaşmaq olardı. Mədinə müsəlmanları isə 
Məhəmmədə  hələ  əvvəldən  sığınacaq  tapmışdılar,  lakin  onun  yaxında  olduğunu 
eşidib  onu  qarşılamaq  üçün  Qubaya  gəldilər.  İlk  müsəlmanlardan  olan  Talha  və 
Xədicənin  qohumu  Zübeyr  yolçuların  paltarlarının  toz  basdığını  görüb  Mədinəyə 
girmək  üçün  onlara  ağ  plaşlar  verdi.  Mədinəli  müttəfiqlərin  -  ənsarların  çoxu 
verdikləri sədaqət andını indi yenidən bərpa etməyə tələsdilər. 
Məhəmməd öz dininə keçən şəhərlilərin çox sürətlə artdığını və şəhərin onu 
mehribanlıqla  qarşılayacağını  onlardan  eşidib  cümə  gününü,  Rəbbül-əvvəl  ayının 
başlanğıcındakı  günü,  özünün  təntənəli  şəhərə  girişinə  görə  müsəlmanların 
bayramı elan etdi. Həmin gün səhər tezdən o, öz tərəfdarlarını ibadətə yığdı, onlara 
öz  dininin  əsaslarını  izah  etdi  və  Mədinəyə  getdi.  Bu  şəhər  onun  sığınacaq  yeri 
kimi  əsrlər  boyunca  şöhrət  tapacaqdı.  70  nəfər  atlı  onu  müşayiət  edirdi  və 
mühafizəçi xidməti göstərirdi. Onun yanı ilə Əbu Bəkr dəvəsinin üstündə gedirdi. 
Bu  vaxt  Sahama  tayfasının  başçısı  Boreyda  qışqırdı:  “Allahın  elçisi!  Sənə 


 
183 
Mədinəyə bayraqsız daxil olmaq olmaz” və bu sözləri deyib öz çalmasını açdı, onu 
öz nizəsinin ucuna taxdı və peyğəmbərin qabağında apardı. 
Mədinə  gözəl  şəhər  idi,  buranın  iqlimi  sağlam,  torpağı  isə  çox  münbit  idi. 
Uca palmalar, gül kolları küçələri bəzəyirdi. Şəhərin girəcəyində dini qəbul edənlər 
kütləsi,  qızğın  günəşin  yandırmasına  baxmayaraq  onu  qarşıladı.  Onların  çoxu 
Məhəmmədi  bu  vaxta  qədər  görmədiyindən  səhvən  Əbu  Bəkrə  təzim  edirdi.  Əbu 
Bəkr  peyğəmbərin  başı  üstündən  mühafizəçilərin  tutduğu  palma  yarpaqlarını 
aralayıb  kimə  təzim  göstərmək  lazım  olduğunu  göstərdi  və  qarşılayanlar 
Məhəmmədi  gur  nidalarla  salamladı.  Beləliklə,  Məhəmməd  doğma  şəhərindəki 
qaçqınlıqdan,  başına  qiymət  qoyulmuş  bir  adamdan  Yasribə  sürgün  edilmiş  və 
sığınacaq  xahiş  edən  adam  kimi  deyil,  qalib  təntənəsi  ilə  daxil  oldu.  O,  dindar 
müsəlman  olan  Əbu  Əyyub  adlı  xəzrəclinin  evinə  düşdü.  Bu  adam  peyğəmbərin 
uzaq qohumu idi. O, evdə sevinclə qəbul edilməklə, aşağı mərtəbədə yerləşdi. Bu 
hadisə 26 iyul 622-ci ildə baş vermişdi və hicri tarixinin başlanğıcı hesab olunur. 
Onun gəlişindən bir az sonra Məkkədən piyada qaçmış sədaqətli Əli də ona 
qoşuldu. O, Qüreyşlilərin əlinə düşməmək üçün gündüzlər gizlənir, yalnız gecələr 
yol gedirmiş. Bir neçə gün sonra Ayişə və Əbu Bəkrin bütün ailə üzvləri, həmçinin 
Məhəmmədin ailəsi gəlib çıxdı. Onları peyğəmbərin azad olmuş qulu Zeyd və Əbu 
Bəkrin  nökəri  Abdullah  gətirmişdi.  Beləliklə,  məşhur  “peyğəmbərin  köçməsi”  və 
ya  Hicrət  baş  verdi.  Bu  müsəlman  erasının  və  müsəlman  təqviminin  başlanğıcı 
oldu. Əsl müsəlmanlar və bəzi islam dövlətləri tarixi məhz bu təqvimlə aparırlar. 
53  yaşlı  peyğəmbərin  Yasribə  gəlməsi  onun  ictimai  vəziyyətini  kökündən 
dəyişdi.  Tezliklə  Məhəmməd  güclü  və  iri  bir  sektanın  başçısı  oldu.  Bu  sekta  bir 
tərəfdən  Məkkədən  qaçmış  öz  şagirdlərindən  ibarət  idi.  Onlar  mühacirlər  və  ya 
qaçqınlar adlanırdı. Digər tərəfdən sektada ona qoşulmuş Mədinə sakinləri var idi, 
onlar ənsarlar və ya müttəfiqlər adlanırdı. Ənsarların demək olar ki, hamısı Evs və 
Xəzrəc  tayfalarına  mənsub  idi.  Bu  tayfalar  iki  doğma  qardaşdan  öz  mənbəyini 
götürürdü və bu tayfalar yüz iyirmi ilə qədər kəskin düşmənçilik etmişdilər, ancaq 
indi  yeni  dinin  bayrağı  altında  birləşmişdilər.  Hələ  yeni  dini  qəbul  etməkdə 


 
184 
ləngiyənlərlə  də  Məhəmməd  ittifaq  bağladı.  Yasrib  ərəb  dilində  “şəhər”  mənasını 
verən Mədinə adlanmağa başladı, başqa sözlə bu peyğəmbərin şəhəri demək idi.  
Məhəmməd  burada  öz  dinini  açıq  təbliğ  etmək  imkanı  əldə  etdi  və  məscid 
tikməyə  başladı.  O,  qəbiristanlıqda  yer  seçdi,  bura  xurma  ağacları  ilə  əhatə 
olunmuşdu.  Belə  deyirlər  ki,  beş  xoş  əlamət  bu  yeri  seçməyə  səbəb  olmuşdu. 
Peyğəmbər  şəhərə  daxil  olarkən  dəvəsi  bu  yerin  qarşısında  diz  çökmüşdü. 
Məscidin  divarları  gildən  və  kərpicdən  tikilirdi,  damı  isə  kəsilmiş  palma 
ağaclarının gövdəsindən düzəlmişdi və palma budaqları ilə örtülmüşdü. Peyğəmbər 
məscidin  tikilməsində  şəxsən  iştirak  edirdi.  Bu  məscid  Nəbəvi  –  Peyğəmbər 
məscidi  adlanır,  çünki  peyğəmbər  öz  əlləri  ilə  onu  tikməyə  başlamışdı.  O, 
ardıcıllarını ibadətə necə  çağırmaq barədə bir  neçə vaxt tərəddüd keçirdi. Zeydin 
oğlu  Abdullah  təklif  etdi  ki,  adamları  məşhur  sözləri  elan  etməklə  çağırmaq 
lazımdır. Məhəmməd təklifi qəbul etdi və o vaxtdan əzan çəkmək adəti yarandı. Bu 
gündən  dünyadakı  bütün  məscidlərin  minarəsindən  müsəlmanlar  ibadətə  əzan 
vasitəsilə  çağırılır:  “Allahu  akbar!  Allahu  akbar!  Lailahəilləllah!  Mühəmmədin, 
Rəsul  Allah!  İbadətə  gəlin!  İbadətə  gəlin!  Allahu  akbar!  Allahu  akbar! 
Lailəhailləllah!” Mürgülüyənlərə isə əlavə edilir: “İbadət yuxudan yaxşıdır! İbadət 
yuxudan  yaxşıdır!”  İlk  müəzzin  olmaq  şərəfi  çox  gözəl  səsi  olan  Bilal  Həbəşiyə 
nəsib olmuşdu, o, qonşudakı evin damından əzan oxuyurdu.  
Məhəmməd  ona  müraciət  edənlərin  hamısına  xeyirxah  məsləhətlər  verirdi. 
Şagirdlərindən biri vəfat etmiş anasına hansı ehsanı verməyi soruşanda Məhəmməd 
demişdi: “Suyu!” – axı adamlar düzlərin qızmar günəşindən əziyyət çəkirdi. “Quyu 
qaz və susuzluqdan yananların hamısına su ver”. Şagirdi öz anasının şərəfinə quyu 
qazdı  və  dedi:  “Bu  quyu  mənim  anamın  adınadır.  Qoy  mükafatı  da  onun  ruhuna 
çatsın”. Digər biri ona həyat davranışına məsləhət görməyi xahiş edəndə demişdi: 
“Heç kəs haqqında pis söz danışma!” Həmin adam sonralar deyirdi ki, “o vaxtdan 
mən heç kəsi – nə qulu, nə azad adamı bir sözlə də incitməmişəm”.  
İslamın qaydaları birgəyaşayışdakı hörmətə də yayılmışdı. “Evə girəndə və 
çıxanda  salam  de  (və  ya  təzim  et).  Dostların,  tanışların  və  yolda  yolçuların 
təziminə  cavab  ver.  Kim  at  üstündə  gedirsə  piyadaya  birinci  təzim  göstərməlidir, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə