Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   59   60   61   62   63   64   65   66   ...   120

 
188 
artırdı, onların içərisində isə cəsur, igid və silahla davranmağı bacaran, döyüşməyə 
hazır olan adamlar az deyildi. Bu qüdrətə sahiblikdən sonra Məhəmməd ona qarşı 
edilmiş  dəhşətli  inciklikləri  xatırladı.  O,  özünü  inandırırdı  ki,  öz  böyük  niyyətini 
həyata  keçirmək  üçün  bu  qüvvə  onun  əlinə  keçmişdir  və  Allahın  özü  buna  bu 
vasitədən  istifadə  etməyi  əmr  etmişdir.  Lakin  Məhəmməd  dinsizlikdə  qalanlara 
qarşı zor tətbiq edilməsinə hələ icazə vermirdi. 
Məhəmmədin ilk hərbi tədbirləri  köhnə qisas hissi ilə  müəyyən qədər  bağlı 
idi.  Qatı  düşmənləri  olan  Qüreyşlilər  Mədinədə  də  onu  rahat  buraxmaq 
istəmirdilər.  Onların  karvanlarına  görülən  tədbirlər  əvvəllər  o  qədər  də  uğurlu 
olmurdu. Dördüncü dəfə o, Abdullah ibn Caxş adlı müsəlmanı on adamla Cənubi 
Ərəbistan  yoluna  göndərdi.  Müqəddəs  rəcəb  ayı  idi,  bu  müddətdə  zorakılığa  və 
qarətçiliyə  icazə  verilmirdi.  Abdullaha  verilən  göstəriş  yazılı  şəkildə  idi  və  zərfi 
səfərin  üçüncü  günü  açmaq  lazım  idi.  Abdullah  Məkkə  ilə  Taif  arasındakı  Nəhlə 
vadisinə getməli və orada Qüreyşlilərin karvanının keçməsini gözləməli idi. Lakin 
göstərişlər  mücərrəd  idi  və  istənilən  qaydada  başa  düşülə  bilərdi.  Abdullah  bu 
sözlərin  həqiqi  mənasını  özü  bildiyi  kimi  başa  düşdü.  Onlar  Nəhlə  vadisinə 
gələndə  bir  neçə  dəvədən  ibarət  ticarət  karvanı  gördülər,  karvan  Suriyadan 
qayıdırdı. Yüklü bu karvanı dörd nəfər müşayiət edirdi. Bir qədər izlədikdən sonra 
Abdullah  adamlarından  birini  karvanı  saxlamağa  göndərdi.  O,  Qüreyşliləri  əmin 
etdi ki, onun yoldaşları da zəvvarlardır və Məkkəyə gedirlər. Rəcəb ayı olduğuna 
görə karvanı aparanlar buna inandılar. İstirahətə dayananda Abdullah yoldaşları ilə 
birlikdə  onların  üstünə  hücum  etdi.  Karvanın  başçısı  Əmr  ibn  Hadramini 
öldürdülər,  ikisini  əsir  götürdülər,  dördüncünü  isə  buraxdılar.  Qaliblər  əsirlər  və 
qənimətlə  Mədinəyə  qayıtdılar.  Mədinəlilər  müqəddəs  ayın  belə  pozulmasından 
dəhşətə  gəldilər.  Məhəmməd  Abdullaha  hiddətləndi.  O,  ona  təklif  edilən 
qənimətdən  imtina  etdi  və  bildirdi  ki,  o,  Abdullaha  qan  axıtmaq  tapşırığını  və  ya 
müqəddəs ayda zorakılıq etməyə icazə verməmişdi.  
Lakin Quranın “Əl-Bəqərə” surəsində deyilir: “[Allahın düşmənlərinə qarşı] 
vuruşmaq  [cihad]  xoşunuza  gəlmədiyi  halda,  sizə  vacib  edildi.  Bəzən 
xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də  xoşladığınız bir şey sizin üçün 


 
189 
zərərli  ola  bilər.  [Onu]  Allah  bilir,  siz  bilməzsiniz”  (216-cı  ayə).  Beləliklə,  din 
yolunda edilən hərəkətlərin Allaha xoş gəldiyi, onun tərəfindən qəbul edildiyi elan 
edilir.  Quranda  sonra  deyilir:  “Haram  olan  ayda  vuruşmaq  haqqında  səndən 
soruşanlara  söylə:  “O  ayda  vuruşmaq  böyük  günahdır”,  lakin  Allah  yolunu 
[insanların  üzünə]  qapamaq,  onu  inkar  etmək,  Məscidülhərama  girməyə  mane 
olmaq  və  oradakıları  kənara  çıxarmaq  Allah  yanında  daha  böyük  günahdır.  [Din 
naminə]  fitnə  salmaq  isə  [həmin  ayda]  vuruşmaqdan  daha  betərdir”.  “[Ey 
möminlər!] onlar [Məkkə müşrikləri] əgər bacarsalar sizi dininizdən döndərincəyə 
qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir 
olaraq ölərsə, belə şəxslərin  bütün əməlləri [vaxtı ilə gördüyü yaxşı işləri] dünya 
və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!” (“Əl-
Bəqərə”  surəsi,  217-ci  ayə).  Quranın  müddəalarından  görünür  ki,  Qüreyşlilər, 
Məkkə  müşrikləri  yeni  dinə  qarşı  o  qədər  haqsızlıq  etmişdilər  ki,  bunları  ən  ağır 
cinayətlər hesab etmək olar. Ona görə də din yolunda baş verən hadisələrə də din 
naminə, inam naminə haqq qazandırılır və  müqəddəs  ayda  baş  verən qanlı hadisə 
böyük  günah  hesab  edilsə  də,  Allah  yolunu  kəsmək  daha  böyük  cinayət  hadisəsi 
kimi  qiymətləndirilir  və  karvanın  qarət  edilməsi  və  qətl  hadisəsi  bu  böyük 
vəzifənin aliliyi ilə müqayisədə kölgədə qalır və az qala öz cinayət mahiyyətini də 
itirir.  Bu  vəhylərdən  sonra  Məhəmməd  daha  cəsarətli  hərəkət  etməyə  başladı, 
hadisə  barədə  öz  sərt  mövqeyini  bir  qədər  dəyişdi.  O,  əsirlərdən  birini  əvəzində 
haqq almaqla buraxdı, digəri isə islamı qəbul etdi. Bu vaxtdan etibarən din yolunda 
qılıncdan  istifadə  etmək  ənənəsi  də  qoyuldu.  Qüreyş  islama  qarşı  düşmənçiliyini 
davam etdirirdi. Hicrətdən sonra onlar Mədinənin mötəbər adamlarından biri olan 
Abdullah  ibn  Übeyrə  müraciət  edərək,  ya  Məhəmmədi  öldürməyi,  ya  da 
Mədinədən  çıxarmağı  xahiş  etmişdilər.  Mədinəliləri  isə,  onlara  hücum  etməklə 
hədələmişdilər. 
Hicrətin  ikinci  ilində  Məhəmməd  məlumat  aldı  ki,  onun  başlıca  düşməni 
Əbu  Süfyan  otuz  atlısı  ilə  birlikdə  Məkkəyə  qayıdır  və  o,  Suriya  malları  ilə 
yüklənmiş  iri  karvan  aparır.  Onlar  Mədinə  əyalətindən,  dağ  silsiləsi  ilə  dənizin 
arasındakı  zolaqla  gedirdilər.  Bu  vaxt  onları  yaxalamaq  olardı.  Ramazan  ayının 


 
190 
ortasında 314 nəfərlik qoşunla karvanın üstünə getdi. Onların arasında 83 mühacir, 
61  evsli  və  170  xəzrəci  var  idi.  Hər  dəstənin  öz  bayrağı  var  idi.  Bütün  qoşunda 
cəmisi iki at var idi, onların azlığını 70 sürətlə qaçan dəvə əvəz edirdi. Adamlar bu 
dəvələri  növbə  ilə  minməklə  yürüşü  sürətli  edə  bilirdilər.  Məhəmmədin 
Abissiniyadan  qayıtmış  kürəkəni  Osman  da  yürüşdə  iştirak  etmək  istəyirdi,  lakin 
onun  arvadı,  peyğəmbərin  qızı  Ruqiyyə  ölüm  ayağında  olduğundan  o,  Mədinədə 
qaldı. 
Məhəmmədin göndərdiyi adamlar əvvəlcə böyük yolla Məkkəyə tərəf getdi, 
sonra  Qırmızı  dəniz  tərəfə  döndü  və  Bədir  kiçik  çayının  suvardığı  məhsuldar 
vadiyə  daxil  oldu.  Burada  onlar  gözləməyə  başladı,  çünki  çayın  keçilən  yerindən 
adətən  karvanlar  keçirdi.  Bu  xəbər  Əbu  Süfyana  da  çatmışdı  ki,  Məhəmməd  onu 
xeyli  üstün  qüvvə  ilə  gözləyir.  Doğrudan  da  peyğəmbər  xeyli  adamla  bura 
gəlmişdi.  Əbu  Süfyan  Məkkəyə  muzdla  tutduğu  Damdam  ibn  Əmri  Qifari  adlı 
qasid göndərdi ki, oradan kömək alsın. Qasid çaşqın vəziyyətdə Kəbəyə gəlib çatdı 
və Əbu Cəhl damın üstünə çıxıb həyəcan siqnalı verdi. Bütün Məkkə sarsılmışdı. 
Əbu Süfyanın arvadı, sərt və qorxmaz qadın olan Utbə qızı Hind atasını, qardaşını, 
əmisini,  öz  qohumlarından  olan  bütün  döyüşçüləri  silahlanmağa  və  ərini  xilas 
etməyə  çağırdı.  Abdullahın  öldürdüyü  Qüreyşlininin  qardaşları  da  qisas  almaq 
üçün  silaha  sarıldılar.  Karvanda  demək  olar  ki,  bütün  Qüreyşlilərin  malları 
olduğuna  görə  onların  hamısı  qisas  hissi  ilə  öz  əmlakları  uğrunda  vuruşmağa 
qalxdılar.  İqtisadi  müharibə  silahlı  mübarizəyə  keçmişdi.  Qısa  müddətdə  yüz  atlı 
və yeddi yüz nəfər isə dəvə belində (ərəblərin atı olduqca az olurdu, bəzi tayfalar 
heç  at  saxlamırdı)  Suriya  yoluna  düzəldi.  Onların  başında  70  yaşlı  Əbu  Cəhl 
dururdu.  Əbu  Cəhlin  qoşunu  və  Əbu  Süfyan  bir-birinə  yaxınlaşırdı.  Axırıncı 
karvanından  xeyli  qabaqda  idi.  O,  xurma  çəyirdəkləri  vasitəsilə  Məhəmməd 
qoşunlarının izinə düşdü. O, başqa yola burulub Qırmızı dənizin kənarı ilə gedirdi. 
Elə  bir  yerə  gəlib  çatdı  ki,  güman  edirdi  ki,  burada  ona  heç  bir  təhlükə  yoxdur. 
Buradan  ona  köməyə  tələsən  Qüreyşlilərə  xəbər  göndərdi  ki,  karvan  artıq 
təhlükəsizlikdədir və onlar geri Məkkəyə qayıda bilərlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə