Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   55   56   57   58   59   60   61   62   ...   120

 
176 
qorxmuram və öz düzgün inamımdan geri çəkilməyəcəm”. Və hirsli qaydada əlavə 
etdi: “Lailahəilləllah, Məhəmmədin rəsul Allah”. Ömər, indi öz işini gör, qurtar!” 
Ömər dayandı, peşiman olub dizini Seyidin döşündən götürdü. Sonra o, bacısından 
kağız  lüləsini  ona  göstərməyi  xahiş  etdi,  yalnız  əlini  yuduqdan  sonra  o,  Quranın 
surəsini  oxudu.  Quranın  sözləri  onun  ürəyinin  dərinliklərinə  nüfuz  etdi.  Sonra  o, 
dirilmə  və  Qiyamət  günü  haqqında  oxuduqda,  yeni  dinə  meyl  etdi.  Sonra  o, 
Orhamın evinə gəldi və özünü Allaha və onun peyğəmbərinə inananların siyahısına 
daxil  etməyi  xahiş  etdi.  Onun  xahişi  ilə  Məhəmməd  onu  Kəbəyə  apardı  və  orada 
islamın  ibadətlərini  təntənəli  qaydada  icra  etdi.  Ömər  peyğəmbərin  sol  tərəfində, 
Həmzə  isə  sağ  tərəfində  gedərək  onu  təhqir  və  hücumlardan  qoruyurdular. 
Məhəmmədi  qırxa  qədər  şagirdi  müşayiət  edirdi.  Günün  günorta  çağı  onlar 
sakinlərin heyrətinə səbəb olan bir qaydada Məkkə küçələrindən keçirdilər. Onlar 
Kəbə ətrafına yeddi dəfə dövrə vurdular, hər dəfə əlləri ilə Qara daşa toxundular və 
digər  ibadətləri  icra  etdilər.  Qüreyşlilər  bu  hadisəyə  dəhşətlə  tamaşa  edirdilər. 
Onlar  nə  yaxınlaşa,  nə  də  peyğəmbəri  təhqir  edə  bilirdilər,  çünki  Həmzə  ilə 
Ömərin heybətli baxışlarından qorxurdular. Beləliklə, Ömərin qəribə qaydada yeni 
dinə keçməsi baş verdi, o, islamın ən şərəfli tərəfdarlarından biri oldu. 
Əbu  Talibin  Haşimilərin  başçısı  kimi  Məhəmmədə  və  onun  ardıcıllarına 
himayədarlığı Qüreyşlilərdə onlara qarşı kəskin nifrət yaratdı və tayfanı parçaladı. 
Əks  qolun  başçısı  olan  Əbu  Süfyan  peyğəmbərin  küfrünü  əsas  götürərək  təkcə 
onun qohumlarını, yeni dini qəbul edənləri deyil, bütün Haşim qolunu şübhəyə aldı 
və  nifrət  ünvanına  çevirdi.  Baxmayaraq  ki,  onlar  rəylərində  fərqli  idilər  və  ona 
ancaq  qohumluq  hisslərinə  görə  himayədarlıq  edirdilər.  Yəqin  ki,  Əbu  Süfyanın 
düşmənçiliyi təkcə şəxsi nifrətdən və dindarlıq qısqanclığından deyil, həm də nəsil 
düşmənçiliyindən  yaranmışdı.  O,  çoxdan  Haşimilər  nəslinə  mənsub  olan  şəhərin 
başçılığını  öz  nəslinin  əlinə  keçirməyə  can  atırdı.  Əbu  Talibin  Məhəmmədi 
təqiblərdən qorumaq üçün gizlətməsi və öz qəsrində ona yer verməsi Əbu Süfyan 
və onun tərəfdarları üçün bütün rəqib tayfanı məhkum etməkdən ötəri bəhanə oldu. 
Ona görə də onlar qərara gəldilər ki, əgər öz qohumları Məhəmmədi edam etmək 
üçün verməsələr, bütün digər Qüreyşlilərlə Haşimilərin qız alıb verməsi, hansısa iş 


 
177 
və  ya  ticarət  aparması  qadağan  edilsin.  Bu  hökm  peyğəmbərin  elçi  fəaliyyətinə 
başladığının  yeddinci  ilində  baş  verdi.  Bu  hökm  yazılıb  Kəbədən  asılmışdı.  Bu 
Məhəmmədi  və  onun  şagirdlərini  çətin  vəziyyətdə  qoydu,  onlar  gizləndiyi  qəsrdə 
bəzən  qidasız  qalırdı.  Bəzən  Qüreyşlilər  qəsri  əhatə  edib  hökmü  bütün  ciddiyyəti 
ilə icra etmək istəyirdilər. 
Məhəmmədin şagirdləri ilə birlikdə Əbu Talibin qəsrində gizləndiyi vaxtdan 
üç il keçmişdi. Onların barəsindəki hökm Kəbədən asılı olaraq qalırdı və tayfanın 
digər hissələri ilə əlaqələrinə mane olurdu. Həmişə olduğu kimi, təqibdən bu sekta 
daha  da  böyüyürdü.  Çoxları  ona  qoşulurdu,  Məkkədə  Qüreyşlilər  arasındakı 
düşmənçilikdən narazılıq edirdilər. Əbu Süfyan öz qohumlarına qarşı bu nifrətdən 
utanmalı idi. Bir qədər sonra hökmü ləğv olunmuş hesab etdilər və Məhəmmədə öz 
tərəfdarları ilə Məkkəyə sərbəst qayıtmağa icazə verdilər. Onlar qayıdandan sonra 
Məkkədə çoxları bu dinə keçdi, Məkkəyə uzaqdan da çoxlu zəvvarlar gəlirdi. 
Bu dövrdə persiyalılarla yunanlar arasında müharibə gedirdi. Əbu Bəkr dəvə 
verməklə  mərc  gəlmişdi  ki,  perslərin  qələbəsinə  baxmayaraq  üç  ildən  sonra 
yunanlar  qalib  gələcəkdir.  Məhəmməd  onun  qulağına  pıçıldadı:  “Mərci  artır  və 
müddəti uzat”. Əbu Bəkr yüz dəvədən mərc gəldi, müddəti isə doqquz il müəyyən 
etdi. Bu proqnoz doğruldu və mərc uduldu. 
Səksən  yaşlı  Əbu  Talib  öldü  və  onun  gözlərini  Məkkəyə  bu  yaxınlarda 
qayıtmış Məhəmməd bağladı. Öz əmisinə ölüm ərəfəsində məsləhət gördü ki, dinə 
sitayiş  etdiyini  tələffüz  etsin,  çünki  bu,  islama  görə  sonradan  müqəddəs  dirilmə 
üçün  vacibdir.  Əbu  Talib  dindar  kimi  öldü.  Əbu  Talibin  ölümündən  iki  ay  əvvəl 
Məhəmmədin vəfalı və sadiq arvadı Xədicə dünyasını dəyişmişdi. Qadının bu vaxt 
65 yaşı var idi. Məhəmməd onun tabutu üzərində acı göz yaşı axıdırdı. Arvadının 
və  əmisinin  yasına  görə  o,  matəm  paltarında  idi.  Məhəmmədlə  arvadının  yaş 
fərqinə  baxmayaraq  onlar  bir-birini  qızğın  sevirdilər.  Arvadı  da  qadın 
cazibədarlığını  saxlaya  bilmişdi  və  Məhəmməd  nikahın  bütün  dövründə  öz 
rəfiqəsinə  sadiq  qalmışdı  və  dinin  icazə  verməsinə  baxmayaraq  başqa  arvad 
almamışdı.  Onların  qarşılıqlı  məhəbbəti  əfsanəyə  çevrilmişdi.  Bu  qadın  nəinki 
onun  peyğəmbərliyinə  ilk  olaraq  inanmış,  bu  missiyanı  yerinə  yetirməkdə  ona 


 
178 
kömək  etmək  üçün  nə  qüvvəsini,  nə  də  var-dövlətini  əsirgəməmişdi.  Məhəmməd 
buna  öz  minnətdarlığı  və  ehtiramı  ilə  cavab  verirdi.  Arvadı  öləndən  sonra  o, 
bildirdi ki, peyğəmbər xüsusi hədiyyələr və üstünlük almışdır, ona görə də qanun 
tərəfindən  digər  adamlar  kimi  nikah  məsələsində  məhdudlaşdırıla  bilməz.  Axı 
islam dini öz ardıcıllarına dörd arvad almağa icazə verirdi. 
Onun  ilk  seçimi  Xədicənin  ölümündən  bir  ay  sonra  baş  verdi  və  sədaqətli 
davamçısı Əbu Bəkrin gözəl azyaşlı qızı Ayişənin üzərinə düşdü. Bəlkə də bununla 
o, öz tayfasının ən igid və hamı tərəfindən sevilən bir adamını öz tərəfinə çəkmək 
istəyirdi. Lakin Ayişənin hələ yeddi yaşı var idi və bu qıza ərə getmək üçün, şərq 
mühitini  və  qaydalarını  nəzərə  almaqla  belə,  olduqca  tez  idi.  Ona  görə  nikahı  iki 
illiyə təxirə salmaq lazım gəldi. Bu arvadını peyğəmbər çox sevirdi və onu bütün 
sonrakı  arvadlarından  daha  çox  sevdi.  Çünki  Ayişə  digər  arvadlarından  fərqli 
olaraq  bakirə  qız  kimi  ona  ərə  gəlmişdi.  Lakin  Ayişə  hələ  yetkinlik  yaşına 
çatmadığından    peyğəmbər  öz  arcıdıllarından  biri  olan  mərhum  Sokranın  dul 
qadını Sevdanı  aldı.  O, peyğəmbərin qızı Fatimənin  döş  dayəsi  idi və Abissiniya 
qaçqınlığında olmuşdu. 
Məhəmməd  tezliklə  Əbu  Talibin  ölümünün,  özü  üçün  necə  böyük  itki 
olduğunu  hiss  etdi.  Onun  ölümündən  sonra  Əbu  Süfyanın  və  Əbu  Cəhlin,  digər 
müşriklərin  düşmənçilik  hərəkətlərinin  qarşısını  almaq  üçün  heç  kəs  qalmamışdı. 
Onlar Qüreyşlilər arasında elə təqib ruhu yaratdılar ki, Məhəmmədə artıq Məkkədə 
qalmaq  o  qədər  də  təhlükəsiz  deyildi.  Ona  görə  də  o,  azad  edilmiş  qulu  Zeyd  ilə 
birlikdə  Taif  şəhərində  sığınacaq  tapmaq  istədi.  Bu  Məkkədən  yüz  kilometr 
məsafədə olan kiçik şəhər idi. Bu şəhər bütpərəstliyin dayaqlarından biri idi. 
Məhəmməd  Taifdə  bir  aya  qədər  yaşadı  və  şəhər  sakinləri  arasında  özünə 
şagirdlər  tapmaq  istəsə  də,  bundan  bir  şey  çıxmadı.  O,  öz  təlimini  təbliğ  edəndə 
qışqırıqlar  onun  səsini  eşidilməyə  qoymurdu.  Onu  dəfələrlə  daşa  basmışdılar, 
sədaqətli Zeyd peyğəmbəri bu həmlələrdən qorumağa çalışırdı. Bu sığınacaqdan da 
qovulan peyğəmbər doğma şəhərinə qayıda bilmədiyindən səhrada qaldı və Zeydi, 
Məkkədə  ona  gizli  qalmaq  yeri  tapmağa  göndərdi.  Belə  sığınacaq  kimi  onun 
şagirdlərindən birinin evi tapıldı və o, Məkkəyə qayıtmağa cürət etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə