Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   52   53   54   55   56   57   58   59   ...   120

 
167 
yarandığı vaxt ona açılan iman idi. Bu yüksək və sadə inam idi, lakin bütpərəstlik 
tərəfindən eybəcərləşdirilmişdi. Onun ibtidai təmizliyini bərpa etmək lazım idi, bu 
məqsədlə ilahi vəhylərlə ilhamlanan peyğəmbərlər göndərilmişdi. Onların sırasına 
Nuh,  İbrahim,  Musa  və  İsa  daxil  idi.  Məhəmməd  düşünürdü  ki,  dinin  yeni 
bərpasının  zamanı  gəlib  çatmışdır.  Dünya  yenidən  cahil  bütpərəstlik  cəhalətinə 
batmışdı.  Yeni  peyğəmbər  gəlməli  idi  ki,  azmış  bəşər  oğlunu  yenidən  həqiqət 
yoluna  qaytarsın,  Kəbədə  İbrahimin  və  patriarxların  vaxtında  olduğu kimi  sitayiş 
bərpa  edilsin.  O,  cəmiyyətdən  getdikcə  daha  çox  uzaqlaşırdı,  Məkkədən  üç  mil 
şimalda olan Hira dağındakı mağaraya gedirdi və orada xristian səhra guşənişinləri 
kimi  bütöv  gününü  və  gecələrini  dualarda  və  düşüncələrdə  keçirirdi.  O,  ərəblər 
üçün  müqəddəs  olan  Ramazan  ayını  həmişə  belə  keçirirdi.  Lakin  belə  ruhi 
səfərbərlik onun səhhətinə təsir göstərməyə bilməzdi.  
Xədicə sədaqətli rəfiqəsi kimi ona bu guşənişinlikdə həmişə sirdaşlıq edirdi. 
Arvadı  onun  tutmalarını  görürdü,  səbəbini  öyrənmək  istədikdə,  əri  ya  cavabdan 
qaçırdı,  ya  da  sirrli  cavablar  verirdi.  Onun  bəzi  əleyhdarları  deyirdilər  ki,  bu 
epilepsiya  xəstəliyidir.  Lakin  müsəlmanlar  bunu  sonralar  peyğəmbər  qüvvəsinin 
əlaməti hesab etmişdilər. 
Bu yadda qalan hadisə Məhəmmədin həyatının qırxıncı ilində baş verdi. O, 
öz  adətinə  uyğun  olaraq  Ramazan  ayını  Hira  dağının  mağarasında  dualarda  və 
guşənişin  düşüncələrində  keçirdi.  Ərəblərin  Əl-Qədr  və  ya  Allahın  buyruğu 
adlandırdığı gecə gəlib çıxdı. Quranda deyildiyinə görə, həmin gecə mələklər yerə 
enir, Cəbrayıl Allahın göstərişini gətirir. Həmin gecə yer üzündə sülh olmalıdır və 
bütün təbiətdə səhərə qədər müqəddəs sakitlik hökm sürür (“Əl-Qədr” surəsi, 1-5-
ci ayələr). 
Gecənin  sakit  ayıqlığında  Məhəmməd  çuxasına  bürünüb  uzanmışdı  və  onu 
çağıran səsi eşitdi – o, başını açanda işıq seli onu işıqlandırdı, bu o qədər güclü idi 
ki,  o,  hissiyyatını  itirdi.  Bu  vaxt  insan  sifətində  mələyi  gördü.  Mələk  ona 
yaxınlaşıb üstündə yazı olan ipək parçanı verdi və oxumağı əmr etdi. Məhəmməd 
oxuya bilmədiyini dedikdə, mələk “oxu” deyə təkrar etdi. Bu vaxt Məhəmməd hiss 
etdi ki, onun ağlı səma nuru ilə işıqlandı və o, ipək parçadakı Allahın göstərişini 


 
168 
ifadə  edən  yazını  oxudu.  Bu  göstəriş  sonralar  Quranda  elan  olundu.  Beləliklə, 
Quran nazil olmağa başladı. 
Deyirlər  ki,  Məhəmməd  həyəcan  və  təşviş  içərisində  səhər  tezdən  böyük 
dəyişikliyi  etməyə  göndərilmiş  peyğəmbər  olduğunun  nə  dərəcədə  həqiqət 
olduğunu hələ ayırd etmədən Xədicənin yanına gəldi. Arvadı isə ona yalnız inamın 
gözləri, qadın məhəbbətinin etibarı ilə baxdı. Qadın ərinin bütün arzularının həyata 
keçdiyini fikirləşdi və bərkdən dedi: “Sən mənə xoş xəbər gətirmisən!” və davam 
etdi:  “Xədicənin  ruhu  əlində  olanlara  and  olsun  ki,  bu  gündən  sən  mənim  üçün 
bizim xalqın peyğəmbərisən”. Onun hələ çaşqınlıqda olduğunu görüb, qadın dedi: 
“Sevin.  Allah  sənin  biabır  olmağına  imkan  verməz.  Axı  sən  həmişə  qohumlarını 
sevmisən,  qonşulara  qarşı  xoş  münasibətdə  olmusan,  kasıblara  yazığın  gəlib, 
qonaqları  sevinclə  qəbul  etmisən,  sözünə  düz  olmusan,  həqiqəti  müdafiədə 
möhkəm olmusan. Allah belə qulunu buraxmaz”. 
Xədicə  eşitdiklərinin  hamısını  əmisi  oğlu  Varaqaya  danışmağa  tələsdi. 
Varaqa Tövrat və İncili oxuyurdu, xristian olmuşdu. O, xoş xəbəri eşidəndə dedi: 
“Onun  yüksəlməsi  düzgündür.  Sənin  ərin  peyğəmbərdir!”  Deyirlər  ki,  oxumuş 
adam  olan  Varaqanın  sözləri  də  Məhəmmədə  güclü  təsir  göstərdi  və  onun 
şübhələrini  dağıtdı.  Onun  əmisi  Əbu  Talibin  gənc  oğlu  Əli  də  onun 
peyğəmbərliyinə ilk inananlardan oldu. 
Əvvəlcə Məhəmməd öz ev adamlarından başqa bu vəhylər barədə heç kimə 
bir  söz  demədi.  Onun  peyğəmbərliyinə  ilk  inanan  Xədicə  oldu,  ondan  sonra  Əli, 
Zeyd və yaxın dostu Əbu Bəkr gəlir. Onun azad olmuş qulu Zeyd hamıdan  əvvəl 
özünü  onun  ardıcılı  elan  etdi.  Bu  gənc  hələ  uşaq  vaxtı  Qüreyşlilər  tərəfindən  bir 
quldur  dəstəsindən  əsir  götürülmüşdü  və  püşk  qaydasında  Məhəmmədin  payına 
düşmüşdü, ya da satın alınmışdı. Bir neçə il sonra Məhəmməd ona getməyə icazə 
verəndə  Zeyd  qalmaq  istəmişdi  və  o  vaxt  Məhəmməd  təntənəli  qaydada  onu 
oğulluğa götürmüşdü. Digər onun ardıcılı isə səmimi dostu Əbu Bəkr oldu.  
Məhəmmədin  peyğəmbərlik  sahəsindəki  ilk  addımları  çox  təhlükəli  idi  və 
sirrə  bürünmüşdü.  O,  hər  tərəfdən,  hətta  öz  yaxın  qohumlarından  da  təhlükə 
gözləyə bilərdi. Haşim qolundan olan Qüreyşlilərin qüdrəti və gəliri bütpərəstliklə 


 
169 
əlaqədar  idi.  Ən  böyük  təhlükə  isə  düşmən  nəsli  olan  Əbd  Şəmsdən  gözlənirdi. 
Düşmən Qüreyşlilərin bu qolunun başçısı Əbd Şəmsin nəticəsi Əbu Süfyan idi. O, 
ağıllı və şöhrətpərəst, çox varlı və hörmətli adam idi. Doğrudan da o, Məhəmmədin 
barışmaz və güclü əleyhdarlarından biri oldu. 
İlk üç il ərzində Məhəmmədin tərəfdarlarının sayı qırx nəfərdən çox deyildi, 
onlar da əsasən gənc adamlar, əcnəbilər və qullar idi. Onların arasında Əbu Bəkr, 
Osman,  Talha  və  Əbd  ər-Rəhman  var  idi.  İbadətlərə  onlar  gizli,  həm  də 
tərəfdarlarından  birinin  evində,  bəzən  isə  Məkkə  yaxınlığındakı  mağarada 
yığışırdılar.  Bu  məxfilik  onları  təqibdən  qoruyurdu.  Onların  yığıldığı  yer  aşkar 
olduqda kütlə mağaraya cumdu və burada dalaşma başladı. Hücum edənlərdən biri, 
silah qayıran usta Sə`d tərəfindən başından yaralandı. Bu adam islamın müdafiəsi 
naminə ilk qan tökən adam kimi məşhurlaşdı. 
Məhəmmədin  ən  sərt  əleyhdarlarından  biri  onun  əmisi  Əbu  Ləhəb  oldu.  O, 
varlı, məğrur və tez özündən çıxan adam idi. Onun oğlu Utbə Məhəmmədin ikinci 
qızı  Ruqiyyənin  əri  idi,  digər  oğlu  Uteybə  isə  peyğəmbərin  üçüncü  qızı  Ümmu 
Gülsümə  evlənmişdi.  Onları  ikiqat  qohumluq  birləşdirirdi.  Əbu  Ləhəb  düşmən 
Qüreyşlilərlə əlaqədar idi, Əbu Süfyanın bacısı Cümeyl bint Hərb bin Üməyyəyə 
evlənmişdi. Məhəmməd  əmisinin sərt  düşmənçiliyindən daha çox qorxurdu və bu 
münasibətini onun arvadı Cümeylin təsiri ilə əlaqələndirirdi. Onu sevən qohumları 
isə  Məhəmmədin  görkəmindəki  dəyişiklikləri  görürdülər  və  xəstələnməsindən 
qorxurdular.  Başqaları  isə  gülürdülər  və  deyirdilər  ki,  o,  dəli  olmuşdur.  Onu 
hamıdan çox əmisinin arvadı, Əbu Süfyanın bacısı Cümeyl ələ salırdı. 
Özünün peyğəmbər kimi göndərildiyinin dördüncü ilində o, Haşim qolundan 
olan bütün Qüreyşliləri Məkkə yaxınlığındakı Səfa təpəsinə yığdı və elan etdi ki, 
hamı  üçün  mühüm  əhəmiyyəti  olan  məsələ  barədə  onlarla  danışmaq  istəyir. 
Toplaşanların arasında onun əleyhdarı olan əmisi və əmisinin arvadı, ona lağ edən 
Cümeyl  də  var  idi.  Peyğəmbər  öz  missiyası  barədə  danışmağa  və  vəhyi  elan 
etməyə başlayanda Əbu Ləhəb yerindən dəli kimi sıçradı və söyüş söyməyə başladı 
ki,  niyə  o,  belə  səfeh  məsələyə  görə  onları  bura  yığmışdır.  Yerdən  daşı  qapıb 
Məhəmmədi  vurmaq  istədi.  Lakin  Məhəmməd  sərt  baxışlarını  ona  dikdi  və  ona 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə