Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

 
155 
Siyasi  mübarizədə  ən  maraqlı  məsələ  məğlubiyyətin  günahkarını  müəyyən 
etmək idi. Romanı tutmadığına və İtaliyada ələ keçirdiyi qəniməti mənimsədiyinə 
görə  Hannibal  vətənində  məhkəməyə  verilmişdi.  Hannibalın  düşmənləri 
məğlubiyyətin  bütün  məsuliyyətini  onun  üstünə  atırdılar.  Hannibal  da  borclu 
qalmırdı. Hələ İtaliyanı tərk edəndə o, belə şayiə yaymışdı ki, Karfagen şurasının 
xəsisliyi və əks hərəkəti ona qalib gəlməkdə mane oldu. 
Karfagen  hökuməti  təzminat  üçün  ilk  haqqı  ödəməkdən  ötəri  pul  yığırdı. 
Müharibədə taqətdən düşmüş xalq üçün bu ağır məsələ idi. Çoxları ağlayırdı, elə 
bu  vaxt  Hannibalı  gülən  görmüşdülər.  Bir  nəfər  onu  belə  ümumi  hüzn  anında 
sevincinə  görə  məzəmmət  etdi  ki,  axı  o,  özü  şəhərdə  axıdılan  göz  yaşlarının 
günahkarıdır. Tarixçi Livinin yazdığına görə Hannibal buna  belə cavab vermişdi: 
“Əgər  kiminsə  sifətinin  ifadəsini  görən  kimi,  ürəyini  görmək  mümkün  olsaydı 
onda  asanca  başa  düşərdin  ki,  sənin  söydüyün  bu  gülüş  sevincdən  deyil,  demək 
olar ki, dəli olmuş ürəyin bədbəxtliklərindəndir. Bu gülüş sizin səfeh və iyrənc göz 
yaşlarınızdan  o  qədər  də  yersiz  deyildir.  Sizdən  silahı  alanda,  gəmilərinizi 
yandıranda,  xarici  düşmənlə  müharibə  aparmağı  qadağan  edəndə  ağlamaq  lazım 
idi.  Axı  biz  bu  yaradan  məhv  oluruq.  Əlbəttə,  fikirləşmək  lazımdır  ki,  romalılar 
sizə nifrət bəsləyirdi. Heç bir dövlət sakitlikdə yaşaya bilməz. Əgər onun xaricdə 
düşməni yoxdursa, onu daxildə tapır, necə ki, çox güclü bədənlər xarici təsirlərdən 
müdafiə olunmuş kimi görünür, lakin öz gücləri ilə ağırlaşır. Əlbəttə, biz dövlətin 
bədbəxtliyindən  özəl  mənafemizə  toxunanları  hiss  edirik,  heç  nə  bizə  pul 
itirməyimiz  kimi  ağrılı  təsir  etmir.  Beləliklə,  Karfagendən  qalibiyyət  silahlarını 
soyunduranda, o vaxt ki, biz onun bir belə silahlı Afrika tayfaları arasında silahsız 
və çılpaq qaldığını gördük, heç kəs ağlamadı. İndi özəl vəsaitlərdən bac yığılmaq 
lazım  gələndə  siz  elə  bil  ki,  dövlətin  matəmindəki  kimi  göz  yaşları  axıdırsınız. 
Qorxuram ki, siz tezliklə hiss edəcəksiniz ki, bu gün siz çox cüzi bir dərddən ötrü 
ağlayırsınız”.  Hannibal  Karfagen  şurasını  dövlətin  mənafelərinə  tam  laqeydlikdə 
məzəmmət edirdi. Bu laqeydlik Karfageni belə bədbəxt hala gətirib çıxardı. O, ona 
şərik olan və diqqətli auditoriya tapırdı və xalq kütləsinin köməyi Hannibalı 196-cı 
ildə dövlətdə ali vəzifəyə gətirdi, o, suffet oldu. 


 
156 
Hannibal revanşa can atırdı. Dövlət fəaliyyətsiz ola bilməz – dövrün dilində 
bu o demək idi ki, dövlət döyüşməlidir və Hannibal bunu birmənalı şəkildə deyirdi. 
O, əsas düşmənin Roma olduğu barədə də başqalarından fərqli olaraq yanılmırdı. 
Roma  I  Puniya  müharibəsində  Siciliya  və  Sardiniyanı,  II  Puniya  müharibəsindən 
sonra  isə  İspaniyanı,  Afrikanın  özündəki  geniş  əraziləri  almışdı.  Roma  yavaş-
yavaş,  lakin  inamla  Karfagenin  məhvinə  aparan  işini  görürdü.  Doqquz  yaşlı 
oğlanın içdiyi andı onun dostları da, düşmənləri də yaxşı xatırlayırdılar. Hannibalın 
adı  Romaya  qarşı  müharibə  siyasətinin  simvolu  idi  və  Roma  onun  seçilməsində 
özünə ciddi təhlükəni görməyə bilməzdi. Hannibalın elə bir real şansı da yox idi. 
Karfagen  üzərində  qələbə  və  sülh  bağlanması  romalılara  Şərq  işlərinə  fəal 
qarışmağa  imkan  verdi  və  Roma  200-cü  ildə  Makedoniyaya  müharibə  elan  etdi. 
Müharibəyə hazırlaşmaq yolunda Hannibalın qarşısındakı vəzifə isə öz köhnə irsi 
düşmənlərinin  müqavimətini  qırmaq  idi.  Suffet  Hannibal  şəhər  xəzinəsini  idarə 
edəni  yanına  çağıranda,  magistrat  gəlməkdən  imtina  etdi,  o,  düşmən  partiyasına 
mənsub  idi.  Hannibal  xəzinədarı  həbs  etmək  istədi.  Bir  qanunu  qəbul  etdirməklə 
Hannibal  daxili  siyasətdə  mühüm  qələbə  qazandı.  Hannibal  şəhərin  maliyyə 
vəziyyətini  çox  ağır  vəziyyətdə  olduğunu  gördü.  Təzminatı  verməyə  də  pul 
çatmırdı. Vergini verməyənlərdən o, pulları tələb etdi və bu kübarların narazılığına 
səbəb oldu. Onlar Hannibala qarşı ittiham irəli sürdülər ki, o, Selevkid dövlətinin 
çarı  Antioxla  gizlincə  məktublaşır  və  onun  elçilərini  evində  qəbul  edir.  Hannibal 
deyirdi  ki,  dövlət  sakitlik  vəziyyətindədir  və  onu  ancaq  silah  səsləri  oyada  bilər. 
Roma  hökuməti  də  Hannibala  qarşı  çıxış  etmək  üçün  bəhanə  axtarır  və  onu 
vəzifədən kənarlaşdırmaq istəyirdi. Yalnız Stsipion etiraz edirdi ki, Hannibala açıq 
döyüşdə  qalib  gələn  romalılar  karfagenlilərin  daxili  ədavətinə  qarışmaq  nəzakətli 
bir  iş  deyildir.  Lakin  onun  sözləri  nəzərə  alınmadı  və  tezliklə  Karfagenə  Roma 
elçiləri  gəldi.  Senat  onlara  Hannibalı  Antioxla  əlaqələrdə  və  müharibəyə 
hazırlaşmaqda ittiham etmək tapşırığını vermişdi. Bundan sonra onun verilməsini 
tələb  etmək  olardı.  Lakin  Hannibal  xalqı  yeni  döyüşə  cəlb  etmək  istəmədi  və 
qaçmağa üstünlük verdi. O, Taps yaxınlığında gəmiyə oturdu və yenidən Afrikanı 
tərk etdi. 


 
157 
Hannibal  III  Antioxun  yanına  qaçmışdı.  Çünki  onun  üçün  Selevkid 
Suriyasından başqa  əlverişli  yer  yox  idi. Hannibal öz yol yoldaşlarına deyirdi ki, 
Karfagen xalqının elçisi kimi Tirə göndərilmişdir və burada qeyri-adi bir şey yox 
idi, axı Karfagen Tir koloniyası idi və karfagenlilər tez-tez Tirə gündəlik işlər və 
ibadət  məsələləri  üçün  öz  elçilərini  göndərirdi.  Elə  bir  hadisə  baş  vermədən 
Hannibal Tirə gəlib çıxdı. Onu burada hörmətlə qarşıladılar və o, öz ikinci vətəninə 
gəlmişdi. Bir qədər burada istirahət etdikdən sonra Hannibal Antioxiyaya yollandı 
və  orada  öyrəndi  ki,  çar  Kiçik  Asiyadadır.  O,  tezcənə  Kiçik  Asiyaya  getdi  və 
Selevkid dövlətinin çarı III Antioxu Efesdə tapdı. 
Hannibal Antioxun sarayına gəldi, II Makedoniya müharibəsində (200-196-
cı illər) V Filippi darmadağın edən çar Yunanıstan və Kiçik Asiya üzərində ağalığa 
görə  Romanın  əsas  rəqibi  idi.  Hannibalın  Trazimen  gölü  və  Kann  yaxınlığındakı 
qələbələri Antioxun romalılar üzərində qələbə çalmağa ümidini artırırdı. Hannibal 
sərkərdə kimi müharibənin aparılmasında çara öz xidmətini təklif etmək istəyirdi.  
Hannibalın  planı  çox  sadə idi. O, deyirdi ki, müharibəni İtaliyada aparmaq 
lazımdır, yalnız orada romalılara qalib gəlmək olar. Hannibal çardan 100 gəmi, 10 
min  əsgər  və  min  süvari  xahiş  etdi.  Bu  qüvvələrlə  o  Afrikaya  gedəcək  və  orada 
karfagenliləri  Romaya  qarşı  üsyan  qaldırmağa  inandıracaqdır.  Lakin  III  Antiox 
Hannibalın  təkliflərini  rədd  etdi.  193-cü  ildə  Efesə  Roma  elçiliyi  gəldi,  onlar  III 
Antioxla  mübahisəli  məsələləri  ayırd  etməyə  bir  daha  cəhd  etməli  idilər.  Çar 
məşğul olduğuna görə onları hələ qəbul etmirdi və bu dövrü romalılar Hannibalın 
fikirlərini  öyrənməyə  sərf  etdilər  ki,  Romaya  yeni  təhlükə  yoxdur  ki?  Romalılar 
Hannibalın  əməllərini  tərifləyirdilər  və  ahıl  sərkərdə  adi  insan  zəifliyinə  müvafiq 
olaraq həvəslə elçilərlə bu mövzuda söhbətlər edirdi. Bəzi tarixçilər (Livi, Plutarx 
və  Appian)  yazırlar  ki,  guya  bu  söhbətdə  Stsipion  da  iştirak  edibmiş  və  bir  dəfə 
söhbət əsnasında ondan kimi ən böyük sərkərdə saydığını soruşmuşdur. Hannibal 
cavab vermişdir: kiçik qoşunu ilə düşmənin nəhəng ordularını darmadağın edən və 
uzaq ölkələrə girən Makedoniyalı Aleksandrı, ikincisi, ilk dəfə döyüşçü düşərgəsi 
quran Pirri, üçüncüsü isə özünü. Stsipion davam etdi: “Mənə qalib gəlsən bəs nə 
deyərdin?”  Karfagenli  cavab  verdi:  “Onda  mən  özümü  Aleksandrdan  da,  Pirrdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə