Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   47   48   49   50   51   52   53   54   ...   120

 
152 
Yolda, Sardiniyadan bir qədər aralı Maqon Barkid öldü. Karfagen şurasının elçiləri 
Hannibalın  yanına  gəlib  onu  vətənə  qayıtmağa  tələsdirdi.  Afrikaya  dönmək  əmri 
Hannibalı çox məyus etdi. Tarixçi Livi onun bu sözlərini gətirir: “Artıq incikliklə 
deyil, çoxdan məni İtaliyanı tərk etməyə məcbur edənlər indi açıqca geri çağırırlar. 
Kömək və pul verməməklə Hannibala Karfagen şurası pis yanaşmaqla və paxıllıqla 
qalib  gəldilər,  nəinki  dəfələrlə  uduzmuş  və  qaçmağa  məcbur  olmuş  Roma  xalqı 
ona qalib gəldi və bu biabırçı geri dönməyə Publi Stsipion deyil, daha çox Qannon 
sevinəcək və lovğalanacaqdır, məhz o, başqa imkanı olmadığından bizim evimizi 
Karfagenin xarabalıqları altında dəfn etdi”. O, indi özünü də məzəmmət edirdi ki, 
Kanndan sonra birbaşa Roma üzərinə getmədi. Hannibal bu fikirlərlə İtaliyanı tərk 
etdi. 
Karfagen  elçiləri  Romada  senatın  qarşısında  dayandı.  Onlar  öz  çıxışında 
faktların əksinə olaraq sübut etməyə çalışırdılar ki, Puniya hakimiyyəti müharibəni 
başlamaqda günahkar deyildir, təkcə Hannibal hər şeydə günahkardır. Məhz o, əmr 
olmadan İber çayını keçmiş və Alp dağlarını aşmışdı. Lakin bu sözlərin yalan və 
saxta  olduğunu  gizlətmək  mümkün  deyildi,  çünki  senata  Karfagen  şurasında  o 
vaxtlar  Barkid  tərəfdarlarının  hakim  olduğu  məlum  idi.  Bu  elçilərin  I  Puniya 
müharibəsindən  sonra  bağlanılan  müqaviləni  bilmişdilər  və  bu  diplomatiyanın 
uğursuzluğu idi. Ona görə də senatorlardan biri, elçiləri İtaliyadan qovmağı, onları 
mühafizə  altında  gəmilərə  oturtmağı  və  Stsipiona  müharibəni  dayandırmamağı 
yazmağı təklif etdi. 
Stsipion  sülh  bağlamaq  istəyirdi.  O,  karfagenliləri  məcbur  etdi  ki,  Maqon 
ordusunu  Liquriyadan  çıxarsın,  muzdlu  əsgərlər  yığmasınlar,  30-dan  artıq  hərbi 
gəmiyə  malik  olmasınlar,  başqalarının  işinə  qarışmasınlar,  romalılara  hərbi 
əsgərləri  və  fərariləri  qaytarsınlar  və  1600  talant  məbləğində  təzminat  versinlər. 
Karfagen hökuməti bu şərtləri qəbul etdi və onun nümayəndələri Romaya yollandı 
ki,  konsulların  andını  qəbul  etsinlər,  Roma  səfirləri  isə  eyni  məqsədlə  Karfagenə 
gəldilər.  Sonralar  müqavilə  pozulanda,  Roma  hökuməti  elçilərə  İtaliyanı  tərk 
etməyi  əmr  etdi.  Maqonun  və Hannibalın  ölkədən  getməsini  eşidəndə,  senat  sülh 
müqaviləsini  təsdiq  etdi,  lakin  sülh  və  müqavilə  pozuldu.  Və  bu  vaxt  romalılar 


 
153 
Stsipionun düşərgəsinə gəldi. Puniya nümayəndələri isə Karfagenə qayıtdı. Roma 
sərkərdələri  karfagenlilərin  öz  çıxışlarını  unudub,  nəyə  ümid  edərək  andlarını  və 
müqaviləni pozmalarını təəccüblə qarşıladılar. Hannibala ümid olduqca şübhəli idi, 
çünki tam məhv olmaqdan güclə canını qurtarıb İtaliyadan getmişdi. Ona görə də 
karfagenlilərə  səfirlər  deyirdilər  ki,  bir  də  bədbəxtliyə  düçar  olsanız,  hansı 
allahlardan  kömək  umacaqsınız,  hansı  sözlərlə  öz  bədbəxtliyinizə  güzəşt 
edilməsini yalvaracaqsınız? Öz xəyanətkarlığınız və ağılsızlığınız ilə siz allahlara 
və insanlara olan bütün ümidlərinizi itirdiniz. 
Karfagen  şurasının  üzvlərinin  əksəriyyəti  romalılarla  razılaşmanın  əleyhinə 
çıxdı. Onlar Stsipionun sülh şərtlərini Karfagen üçün tam qəbul edilməz olduğunu 
irəli sürürdülər. Bu vaxt Hannibal vətənə doğru üzməyini başa çatdırırdı. Stsipion 
özünü  elə  göstərdi  ki,  Hannibaldan  qorxur  və  qaçmağa  üz  tutur,  Karfagen 
sərkərdəsi onu təqib etməyə başladı və şəhərlərdən öz qarnizonlarını çıxardı. Sonra 
Hannibal Stsipionun yanına elçi sifətində gəldi. O, təklif etdi ki, Afrikadan kənarda 
olan bütün Karfagen əmlakları Romaya verilsin. Stsipion isə yenə əlavə güzəştlər 
tələb edirdi. 
Sabahısı  günü  Zamada  baş  döyüş  başlandı.  Hannibal  öz  döyüşçülərinin 
qarşısında  80  fil  qoymuşdu,  fillərin  arxasınca  qonşu  xalqlardan  olan  döyüşçülər, 
ikinci cərgədə isə karfagenlilər dayanmışdılar. Döyüş onunla başladı ki, romalılar 
qışqırıqları, truba və tütək səsləri ilə filləri qorxuzdular və fillər artıq neçənci dəfə 
öz  qoşunlarına  tərəf  qaçmağa  başladı.  İlk  toqquşmada  romalılar  düşməni 
sıxışdırdılar.  Karfagenlilərin  ikinci  cərgəsi  geri  çəkilməyə  başladı,  öz  köməkçi 
dəstələrini müdafiəsiz qoydu və hətta vəziyyət o yerə gəldi ki, onların öz aralarında 
toqquşma  başladı.  Bu  döyüşdə  20  min  karfagenli  və  onların  müttəfiqləri  həlak 
oldu, o sayda da əsir düşdü. Romalıların isə itkisi, yəqin ki, azaldılmış məlumatlara 
görə guya 1500 nəfərdən bir qədər çox idi. Hannibalın özü kiçik süvari dəstəsi ilə 
Xadrumetə qaçdı.  
202-ci ildəki Zama döyüşündən sonra Karfagen hökuməti hadisənin əlverişli 
dönüşünə  bir  daha  ümid  edə  bilməzdi.  Hannibal  özü  də  ümidini  itirdi.  Ona  nail 
oldu ki, şura qalib düşməndən ciddi surətdə sülh xahiş etməyi qərara aldı. Stsipion 


 
154 
isə  elçilərlə  söhbət  etmək  istəmədi.  Nəhayət,  Karfagen  elçiləri  –  30-lar  Şurası 
bütün  tərkibdə  gəldi.  Roma  ordusunun  hərbi  şurasının  üzvləri  müharibəni  davam 
etdirmək  və  ya  sülh  bağlamağı  həll  etməli  idilər,  onlar  Karfageni  dağıtmaq 
qərarına meyl edirdilər. Stsipion başa düşürdü ki, qalibin dəfnə çələngini qapmaq 
üçün  çoxlu  acgöz  və  paxıl  əllər  uzanacaqdır.  Fabi  Afrikadakı  ilk  qələbələrdən 
sonra inadkarlıqla onu geri çağırmağı tələb edirdi və köhnə diktator deyirdi ki, bu 
boyda  xoşbəxtliyi  və  uğuru  allahlar  bir  adama  vermir.  Stsipion  aşağıdakı  sülh 
şərtlərini  təklif  etdi:  karfagenlilər  sərbəst  qalacaqlar  və  öz  qanunlarından  istifadə 
etməklə  yaşayacaqlar;  10  triyer  istisna  olmaqla  onlar  bütün  döyüş  gəmilərini 
romalılara  verəcəklər;  bütün  öyrədilmiş  filləri  də  onlara  verəcək  və  yenilərini 
təlimləndirəcəklər;  Roma  xalqının  razılığı  olmadan  karfagenlilər  nə  Afrikada,  nə 
ondan kənarda müharibə aparmayacaqlar. 
Belə  diqtə  olunan  sülhlə  Karfagenin  suveren  hüquqları  məhdudlaşırdı  və 
dövlət  ən  vacib  məsələdə  -  müharibə  elan  etmək  və  sülh  bağlamaqda  birbaşa 
Romanın asılılığına keçirdi. Bu da az idi. Böyük dövlət statusunu itirən Karfagen 
istənilən  mümkün  düşmənə  qarşı  mübarizədə  bütünlüklə  müdafiə  olunmaq 
hüququndan  da  məhrum  edilirdi.  Qiston  adlı  birisi  böyük  kütlə  içərisində  belə 
sülhün  qəbul  edilən  olmadığını  bildirəndə,  Hannibal  onu  bir  əsgər  kobudluğu  ilə 
tribunadan  düşürmüşdü.  Nəhayət,  senat  Stsipiona  özü  müvafiq  hesab  etdiyi 
şərtlərlə qəti sülh bağlamaq tapşırığını verdi. 
201-ci  ilə  Stsipionun  düşərgəsində  sülh  müqaviləsi  imzalar  və  möhürlərlə 
təsdiq edildi. Karfagenlilər Stsipiona 500 hərb gəmisini, həmçinin filləri, fərariləri, 
qaçan  qulları  və  əsirləri  verdi.  Roma  komandanı  Karfagen  yaxınlığında  gəmiləri 
yandırmağı,  latinli  fərarilərin  boynunu  vurmağı,  romalı  fərariləri  isə  çarmıxa 
çəkməyi  əmr  etdi.  Hamilkar  Barkanın  başladığı,  onun  kürəkəni  Hasdrubalın  və 
oğlu Hannibalın davam etdirdiyi II Puniya müharibəsi Roma silahının qələbəsi ilə 
başa çatdı. Saquntun mühasirəsi vaxtı müharibədən yayınmağa çağıran Qannonun 
siyasi  proqnozları  bütünlüklə  özünü  doğrultdu.  Hannibal  isə  müharibəni 
başlamaqla hakimiyyət uğrunda mübarizəyə cumurdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə