Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   45   46   47   48   49   50   51   52   ...   120

 
146 
öyrənməli  idi.  Lakin  Roma  diktatoru  yarırəsmi  elçini  Roma  ərazisindən  qovmağı 
tələb etdi. Katalonun missiyasının belə uğursuzluğu Hannibal üçün ilk və yəqin ki, 
ən bəd simptom idi: Roma müharibəni uduzulmuş hesab etməkdən, Hannibalı qalib 
kimi  görməkdən  və  ondan  aman  və  sülh  diləməkdən  imtina  edirdi.  Hannibalın 
hesabı  düz  çıxmadı.  Danışıqlar  əvəzinə  o,  müharibənin  yeni  turuna  hazırlaşmalı 
idi. 
Karfagenlilər  Kann  qələbəsi  ilə  bütün  sahil  zolağını  və  Böyük  Yunanıstan 
adlanan  ərazini  ələ  keçirdilər.  Hamı  nəzərlərini  karfagenlilərə  tutmuşdu  və  ümid 
edirdi  ki,  onlar  asanlıqla  Romanı  da  zəbt  edəcəklər.  Onlar  Romaya  xəyanət 
etmişdilərsə,  taleyin  dönüşündə  Hannibala  da  xəyanət  edəcəkdilər.  Venesiyada 
Qay  Terentsi  Varron  yanına  Kapuyadan  gəlmiş  elçilərə  mərdlik  və  cəsarət  dərsi 
verdi:  “Romalılar  hər  şeyi  –  ordunu,  ərzağı,  pulu  itirmişlər,  belə  ki,  müttəfiqlərə 
romalılara kömək etməkdənsə, onlarla birlikdə müharibəni aparmaq, ümumi vətəni 
düşməndən qorumaq lazımdır... Düşmən, puniyalı... heç bir qanunu bilməyən insan 
kimi  yaşamağı  bacarmayan,  hətta  insan  dilinə  də  malik  olmayan  qoşuna  başçılıq 
edir. Təbiəti və xarakteri etibarilə qəddar və vəhşi olan bu adamları sərkərdə insan 
bədənləri  topasından  körpülər  və  bəndlər  tikməklə  daha  da  qəddarlaşdırmışdır, 
demək  də  adama  pis  gəlir,  onları  insan  əti  yeməyə  öyrətmişdir”.  Bu  sözlərlə  o, 
kapuyalılarda  Hannibala  və  onun  ordusuna  qarşı  nifrəti  qızışdırırdı.  Hannibal  isə 
romalılardansa,  onunla  dostluğa  üstünlük  verən  kapuyalılara  minnətdarlığını 
bildirib,  vəd  etdi  ki,  Kapuya  tezliklə  İtaliyaya  başçılıq  edəcək,  başqa  sözlə 
Romanın  yerini  tutacaqdır,  romalılar  öz  qanunlarını  indi  Kapuyadan  alacaqdır. 
Kapuya  ilə  ittifaqa  baxmayaraq  Hannibalın  vəziyyəti  ağırlaşırdı.  Belə  olan  halda 
Hannibal  qardaşı  Maqonu  vətəninə  göndərdi.  Maqon  əvvəlcə  hər  şeyi  çəhrayı 
rəngdə təsvir etdi, lakin sonra Hannibala əlavə kömək verilməsini, döyüşçülərə isə 
ərzaq  və  pul  göndərilməsini  xahiş  etdi.  Lakin  Hannibalın  əleyhdarı  olan  Qannon 
qəti  olaraq  müharibə  əleyhinə  çıxdı  və  Hannibalı  romalılara  verməyi  təklif  etdi. 
Ona  etiraz  edildikdə  dedi  ki,  Hannibalın  əldə  etdiyi  qələbələr  bəhrəsizdir.  Qalib 
yeni döyüşçülər, yenə ərzaq və pul tələb edir, elə bil ki, o, məğlub olmuşdur və heç 
də qənimət ələ keçirməmişdir. Kömək  barədə  Hannibalın ümidləri  doğrulmadı.  4 


 
147 
min atlı və 40 fil ayrıldı, bunu dənizə çıxışı olmayan Hannibala çatdırmaq da çətin 
idi. 
Kann  yaxınlığındakı  məğlubiyyət  xəbəri  Romanı  sarsıtmışdı.  Keçmiş 
diktator  Fabi  şəhərdə  sakitliyi  bərpa  etməyin,  qadınlara  ictimai  yerlərə  gəlməyi 
qadağan  etməyi,  qohumların  yas  saxlamağı  kəsməyi,  şəhərdən  heç  kəsi  kənara 
buraxmamağı, vətəndaşlara evlərində oturub öz yaxınlarının taleyi barədə məlumat 
gözləməyi  məsləhət  gördü.  Belə  hərəkət  etməyi  qərara  aldılar.  Lakin  Varronun 
məktubu  fəlakətin  miqyası  barədə  daha  dürüst  təsəvvür  yaratdı.  Romada  hər  cür 
bədbəxtliyin baş verəcəyi gözlənilirdi. 
Karfagen  ordusunun  Kapuyada  qışı  keçirməsi  Hannibalın  ən  ciddi  strateji 
səhvlərindən biri hesab olunur. Tarixçi Tit Livi Puniya ordusunun pozulmasını belə 
qələmə alır: “O adamları ki, heç bir məhrumiyyət məğlub etməmişdi, bol rahatlıq 
və  həddən  çox  həzzlər  məhv  etdi  və  bu,  onlar  adət  etmədiklərindən  acgözlüklə 
bunların  üstünə  atıldıqca,  artırdı.  İş  burasında  idi  ki,  yuxu,  şərab  və  qonaqlıqlar, 
fahişələr,  hamamlar,  bekarçılıq  günbəgün  daha  cazibədar  olurdu,  bədəni  və  ruhu 
elə  zəiflədirdi  ki,  onları  sonralar  mövcud  gücdən  daha  çox  keçmiş  qələbələr 
müdafiə edirdi”. Kasinina şəhərində mühasirədə olan əhali və Roma ordusu isə bu 
vaxt aclıqdan taqətdən düşərək dəri, ot və siçovulları yeyirdi. 
Hannibal cənubdakı müharibə teatrında məqsədsiz yerdəyişmələrini edəndə 
kampaniyada şəraitin inkişafına mühüm təsir göstərən iki hadisə baş verdi. Konsul 
Fabi  Maksim  Kasininanı  mühasirəyə  aldı,  karfagenli  sərkərdə  Qannon  isə 
Beneventuya  yaxınlaşdı.  Döyüş  az  sonra  Karfagen  düşərgəsinə  keçdi.  Romalılar 
Qrakxın  başçılığı  altında  qalib  gəldilər.  Ümumiyyətlə,  bu  müharibədə 
xəyanətkarlığa  və  barbar  metodlarına  tez-tez  rast  gəlinirdi  və  hər  iki  tərəf  bu 
məsələdə bir-birindən geri qalmırdı. 
Sonrakı hadisələr içərisində mühüm məsələ bu idi ki, 212-ci ildəki İspaniya 
kampaniyasında  Roma  ordularından  birinə  Publi  Korneli  Stsipion,  digərinə  isə 
onun  qardaşı  Qney  başçılıq  edirdi.  Publi  Stsipionun  vəziyyəti  ağırlaşırdı. 
Karfagenlilərə döyüşdə ona iki tərəfdən Numidiya atlıları və karfagenlilər hücum 
etdilər. Döyüş vaxtı Publi Korneli Stsipion öldürüldü və onun ölümü nəticəni həll 


 
148 
etdi,  komandanlıqdan  məhrum  olan  romalılar  qaçmağa  başladılar.  Sonra  Qney 
Stsipion  da  döyüşdə  öldü.  İki  qardaşın  ölümü  və  Roma  ordusunun  darmadağın 
edilməsi  karfagenlilərə  Pireney  yarımadasının  şimalına  yolu  açdı  və  İberdən 
cənuba olan İspaniya yenidən karfagenlilərin əlinə keçdi. 
211-ci il kampaniyasının başlanğıcında hərbi əməliyyatların mərkəzi Kapuya 
oldu.  Hannibal  romalıları  Kapuya  divarlarından  qova  bilmədi.  Sonra  Romaya 
yürüş  etməyi  qərara  aldı.  Dörd  il  keçdikdən  sonra  Hannibal  nəhayət  şərait 
dəyişəndə bu qərara gəldi. Kanndan sonra Roma o dərəcədə müdafiəsiz idi ki, öz 
legionlarını  qullardan  –  könüllülərdən  düzəltməyə  məcbur  olmuşdu.  İndi  Roma 
kifayət  qədər  qüvvə  toplamışdı.  Senatorlardan  biri  Romanın  müdafiəsi  üçün 
İtaliyada  olan  bütün  sərkərdələri  və  qoşunları  çağırmağı  təklif  etdi.  Elə  Hannibal 
da  bunu  istəyirdi.  Kvint  Fabi  Maksim  ona  etiraz  etdi.  Kapuya  şəhərinin 
mühasirəsini başlı-başına qoymağı  o,  cinayətkar  hərəkət  hesab  edirdi. O, deyirdi: 
“Məgər  Kanndan  sonra  qalib  kimi  o,  Romaya  getməyə  cəsarət  etmədisə,  indi 
Kapuyadan  kənara  atıldıqda  Romanı  ələ  keçirməyə  ümid  edə  bilərmi?  Romanın 
mühasirəsi üçün deyil, Kapuyanı  mühasirədən  azad etmək üçün o,  Roma üzərinə 
gedir.  Roma  onda  olan  qoşunlar  hesabına  müdafiə  ediləcəkdir”.  Karfagen 
işğalçılarının  yaxınlaşması  yenidən  şəhərdə  böyük  təşviş  doğurdu.  Konsullar  bir-
birinin  ardınca  legionlar  təşkil  edirdi.  Hannibal  Romaya  lap  yaxınlaşdı.  O,  şəhər 
divarlarını  və  küçələrin  düzülüşünü  müşahidə  edirdi.  “Hannibal  qapının 
ağzındadır!” Elə bil ki, bütün İtaliya nəfəsini çəkib hadisələri gözləyirdi. Şəhərdə 
panika  başlandı,  adamlar  küçə  döyüşlərini  gözləyirdi.  Sabahısı  günü  dolu  ilə 
birlikdə  leysan  yağış  yağdı,  hər  iki  tərəfin  döyüşçüləri  öz  düşərgələrinə  çəkildi. 
Ertəsi  günü həmin vəziyyət təkrar olundu. Deyilənlərə görə Hannibal qışqırmışdı 
ki, Romanı ələ keçirmək üçün onun gah ağlı, gah da bəxti çatmır. 
Hannibal iki xoşagəlməyən xəbər aldı. Birincisi, o, şəhərin divarları yanında 
dayananda  Roma  hökuməti  İspaniyaya  əlavə  döyüşçü  qüvvəsi  göndərmişdi. 
Kapuya şəhərinin mühasirəsi də davam edirdi. İkincisi, Hannibal öyrəndi ki, onun 
indi durduğu torpağın hüquqi mülkiyyətçisi Romada bu sahəni kiməsə adi qiymətə 
satmışdır,  onun  həmin  vaxt  bu  torpağa  sahib  olmasını  alıcı  vecinə  də  almamışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə