Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   42   43   44   45   46   47   48   49   ...   120

 
137 
müharibə  elan  etmək  üçün  formal  bəhanə  verilməsin.  Bu  göstərdi  ki,  Hannibal 
təkcə  istedadlı  sərkərdə  deyildir,  həm  də  məharətli  siyasi  xadimdir.  Hannibal 
Karfagen  şurasını  da  öz  qərarlarını  qəbul  etməyə  sövq  edirdi.  Burada  o, 
sərkərdədən  daha  çox  mürəkkəb  avantyura  oyunu  aparan  siyasətçi  kimi  özünü 
aparırdı. Saqunta qarşı ona hərəkət sərbəstliyi verməklə Karfagen şurası, hamının 
yaxşı  anladığı  kimi  Roma  ilə  müharibə  barədə  əvvəlcədən  qərar  vermiş  oldu. 
Beləliklə,  Hannibalın  əl-qolu  açıldı.  Lakin  saquntlular  Karfagenin  ali 
hakimiyyətini  tanımaqdan  imtina  etdilər.  Hannibal  onlarla  danışığı  kəsdi, 
saquntluları öz düşərgəsindən qovdu, Saquntun ərazisinə girdi, onun ətrafını viran 
qoydu və qoşunlarını üç yerə bölüb şəhəri mühasirəyə aldı. 
Hannibal  Saqunta  hücuma  hazırlaşanda,  saquntlular  Romanı  ispan  işlərinə 
qarışmağa həvəsləndirmək üçün coşqun diplomatik fəaliyyət başladılar. Romalılar 
Hannibaldan  Saquntdan  geri  çəkilməyi  və  İber  çayını  keçməməyi  tələb  etdilər. 
Vaxtilə  Hasdrubalın  andında  bu  nəzərdə  tutulmuşdu.  Elçilərə  cavab  verən 
Hannibal  romalıları  Saquntun  işlərinə  qarışmaqda  məzəmmət  edirdi,  onlar  yerli 
kübarlardan  bir  neçəsini  edam  etmişdilər.  O,  deyirdi  ki,  karfagenlilər  intiqam 
alınmamış  bu  cinayətləri  cavabsız  qoya  bilməzlər.  Hannibal  Saquntun 
mühasirəsinə  219-cu  ildə  başladı.  Şəhərdən  kənara  çıxan  saquntlular  Hannibal 
qoşunlarına ciddi zərbə vururdu, komandan özü bu toqquşmaların birində ağır yara 
almışdı və bu mühasirəçilər arasında panika yaratmışdı. Sonra o, şəhər divarlarının 
bir  neçə  yerdə  dağıdılmasına  girişdi  və  birdən  üç  qüllə  böyük  səs-küylə  uçdu. 
Lakin  puniyalılar  şəhərlilərin  müqavimətini  dəf  edə  bilməyib,  geri  çəkildilər.  Bu 
vaxt yenidən Roma elçiləri gəldilər. 
Roma  senatı  siyasi  vəziyyəti  müzakirə  edib,  İspaniyaya  elçilər  göndərməyi 
qərara aldı ki, onlar hansı nəticə ilə gəlsələr, bundan sonra qəti qərar qəbul edilsin. 
Onlar  Saqunta  getməyi,  Hannibaldan  şəhərdən  öz  qoşunlarını  geri  çəkməyi  və  o, 
bu təklifi rədd etsə, Karfagenə yollanmağı və köhnə italik qaydasına uyğun olaraq 
müqaviləni  pozduğuna  görə  cəzalandırılması  üçün  Hannibalın  verilməsini  tələb 
etməyi tapşırdılar. Hannibal elçilərin gəldiyini eşitdikdə cəsarətli bir addıma əl atdı 
və  onları  qəbul  etmədi.  Bu  təhqir  danışıqların  pozulmasına  gətirib  çıxardı. 


 
138 
Hannibal həm də vətənindəki Barkid qrupunun rəhbərlərinə məlumat göndərdi ki, 
onlar  əvvəlcədən  hazırlaşsınlar.  Karfagen  şurasında  yalnız  Barkidlərin  köhnə 
düşməni Qannon romalıların tələbini müdafiə etməyə cəhd etdi, lakin heç kəs ona 
fikir vermədi. 
Bütünlükdə  Karfagenə  səfər  romalılara  uğur  gətirmədi.  Karfagenlilər 
Saquntu öz təbəələrinə qarşı qanunsuz hərəkətlərdə ittiham etdilər və müharibənin 
saquntlular  tərəfindən  başlandığını  iddia  etdilər.  Roma  elçiləri  bu  cavabla  geri 
döndülər.  Elə  bu  vaxt  Saquntun  mühasirəsi  yeni  fazaya  daxil  oldu.  Bir  qədər 
istirahətdən  sonra  karfagenlilər  yeni  məntəqələrdə  hücuma  keçdilər.  Divarların 
uçan  yerlərindən  karfagenlilər  yenə  şəhərə  daxil  oldular  və  oradakı  yüksəkliyi 
tutdular.  Şəhərin  taleyi  həll  olundu.  Saquntlular  nə  qədər  gözləsə  də,  Roma 
qoşunları  gəlib  çıxmadı.  Şəhərdən  çıxan  hər  kəs  yalnız  paltarını  götürməli  və 
qalibin  müəyyən  etdiyi  yerdə  məskunlaşmalı  idi.  Onlara  nə  tale  hazırlandığını 
eşidən  saquntlular  özlərinin  qızıl  və  gümüş  şeylərini  tonqala  atdılar  ki,  onlar 
düşmənə qismət olmasın. Adamların çoxu özünü də tonqala atırdı. Hannibal bütün 
yaşlı  şəhərliləri  öldürməyi  əmr  etdi,  lakin  qaliblər  az  yaşlı  uşaqlara  da  aman 
vermirdilər.  Şəhər  Puniya  kolonistləri  ilə  məskunlaşdırıldı.  İndi  şimala,  İtaliyaya 
yol açılmışdı. 
Karfagen  hökumətinin  saquntluların  işinə  qarışmaqda  Romanın  hüququnun 
inkarı  barədə  rəsmi  cavab  hazırlananda,  elçilər  onlara  verilən  tapşırığın  ikinci 
hissəsinin icrasına keçdilər. Karfagen hökuməti ya şəhərə hücumun günahkarlarını 
verməli və bununla özünün bu qanunsuzluğa qatılmadığını sübut etməli, yaxud da 
özlərinin bu cinayətin iştirakçıları olduğunu etiraf etməli idilər. Bu vaxt patetik bir 
səhnə baş verdi. Elçi Kvint Fabi Maksim toqasının ətəyini əlinə elə yığdı ki, burada 
çökək  əmələ  gəldi  və  dedi:  “Burada  biz  sizə  müharibə  və  ya  sülh  gətirmişik, 
onlardan  sizə  uyğun  gələnini  seçin!”  İclasda  sədrlik  edən  Suffet  qışqırdı: 
“Onlardan  özün  arzu  etdiyini  ver!”  –  “Mən  sizə  müharibə  verirəm”  –  deyə  Fabi 
cavab verdi, toqasını aşağı saldı və yığıncaq iştirakçılarının ucadan “Qəbul edirik!” 
qışqırıqları altında yoldaşları ilə birlikdə buranı tərk etdi. 


 
139 
Hannibal  öz  məqsədinə  nail  olmuşdu.  Pireney  yarımadasındakı  bir  sıra 
əməliyyatlarla, xüsusən Saquntun mühasirəsi və işğalı ilə o, romalıları məcbur etdi 
ki, 218-ci ildə Karfagenə müharibə elan etsinlər. İndi o, İtaliyaya yürüşə hazırlaşa 
bilərdi.  Yeni  Karfagendəki  qaldıqları  qışı  buna  hazırlığa  sərf  etdi.  İtaliyaya 
ekspedisiya  əsgərləri  qorxuzurdu,  yol  olduqca  uzun  və  təhlükəli  idi.  Yolda  onlar 
vəhşi  barbar  tayfaları  ilə  qarşılaşmalı  idilər.  Belə  rəvayət  vardır  ki,  Hannibalın 
dostlarından biri olan Monomax ləqəbli adam ciddi surətdə inandırırdı ki, İtaliyaya 
çatmağın  yeganə  yolu  əsgərləri  insan  ətini  yeməyə  öyrətməkdir  və  ona  nail 
olmaqdır  ki,  onlar  bu  qidaya  adət  etsinlər.  Hannibal  guya  ki,  şüurlu  qaydada  öz 
döyüşçülərini  adam  yeməyə  öyrədirdi.  Burdan  da  “kannibalizm”  məfhumu 
meydana  gəlmişdir.  Yəqin  ki,  bu  ittiham  daha  çox  Roma  siyasi  təbliğatının 
məhsullarından  biri  idi  və  Hannibala  qarşı  düşmənçiliyi  qızışdırmaq  məqsədini 
güdürdü. 
İspaniyadakı  Puniya  qoşunlarına  komandanlığı  isə  Hannibal  öz  qardaşı 
Hasdrubala tapşırdı. İtaliya yürüşünə 90 min piyada və 12 min süvari götürəcəkdi. 
Əsgər toplantılarında, Hannibal özünün necə onlara verilməsi barədəki romalıların 
həyasız  tələblərindən,  İtaliyanın  necə  məhsuldar  və  varlı  ölkə  olmasından,  yol 
üstündəki  qalların  –  Romanın  köhnə  düşmənlərinin  ona  necə  dostcasına 
yanaşmalarından  danışırdı.  O  gələcək  müharibəni  əsgərlərinə  bahalı  ov  arxasınca 
aparılan yüngül gəzinti kimi təqdim edirdi. 
Romalılar  müqavimət  göstərməyə  hazırlaşırdılar.  Lakin  Roma  ordusu 
piyadalar üzrə 1,5 dəfə, süvarilər üzrə 2 dəfə sayca kiçik idi. Onlar Qalliyada şəhər 
divarları tikməyə başladılar. Lakin artıq 218-ci ilin yazı başlamışdı və Hannibal öz 
hazırlıqlarını  başa  çatdırıb  dəniz  sahili  ilə  gedərək  İber  çayını  keçdi.  Qalliyaya 
daxil  olduqdan  sonra  Hannibalın  elçiləri  təkrar-təkrar  onlara  deyirdi  ki,  o, 
Qalliyaya düşmən kimi deyil, dost kimi gəlmişdir və qallar istəyirsə öz qılınclarını 
yalnız  İtaliya  ərazisinə  girdikdə  qınından  çıxara  bilərlər.  Hannibalın  Şimali 
İspaniya  və  Qalliya  ilə  uğurlu  irəliləməsi  Şimali  İtaliyadakı  Roma  mülkiyyətinə 
birbaşa  təhlükə  yaradırdı.  Alp  dağlarını  keçərkən  Hannibal  bu  çətin  yürüşə  çox 
diqqətlə  hazırlaşırdı.  Nəhayət,  puniyalılar  İtaliyaya  yol  açan  dağ  keçidinə  gəlib 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə