Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   39   40   41   42   43   44   45   46   ...   120

 
128 
təbiət  onun  xarakterini  böyük  işlər  üçün  –  tabe  olmaq  və  əmr  etmək  üçün 
yaratmışdı. O, təhlükə anında gecə böyük  cəsarət  göstərirdisə, təhlükənin özündə 
böyük müdriklik nümayiş etdirirdi. Heç bir əzab-əziyyət onun bədənini yora, onun 
ruhuna  qalib  gələ  bilmirdi.  Eyni  qaydada  səbrliliklə  o,  istiyə  və  soyuğa  dözürdü, 
özünün  yeməyini  və  içməyini  təbii  ehtiyac  qaydasında  müəyyən  edirdi,  həzz 
almağa  qətiyyən  əhəmiyyət  vermirdi.  O,  gecə  və  gündüzə  fərq  qoymadan  oyaq 
qalmaq və yatmaq üçün vaxt seçirdi. İşdən artıq qalan vaxtını istirahətə sərf edirdi. 
Özü də nə yumşaq yorğan-döşəkdə, nə də sakitlikdə. Çox vaxt onun hərbi plaşına 
bürünüb  torpağın  üstündə  əsgərlər  arasında  yatdığını,  postda  və  qarovulda 
dayandığını  görürdülər.  Geyimindən  heç  nə  onu  öz  həmyaşıdlarından 
fərqləndirmirdi.  Onu  yalnız  silahına  və  atına  görə  tanımaq  olardı.  Onun  bu  çox 
sayda igidlikləri nəhəng qüsurları ilə tarazlanırdı. Bu qüsurlara insafsız qəddarlıq, 
puniyalınınkından  da  betər  xəyanət,  heç  nəyin  həqiqət  və  müqəddəs  olmaması, 
Allahlar  qarşısında  heç  bir  qorxu  hiss  etməməsi,  anda  sədaqətin  və  heç  bir 
vicdanlılığın olmaması daxil idi. Onun məkrliliyi hədd tanımırdı. Düşmən tərəfinə 
keçən əsgərlərinə münasibətdə xüsusi qəddarlıq və hiyləgərlik göstərirdi. O, yaxşı  
başa  düşürdü  ki,  onun  düşərgəsində  Roma  casusları  vardır.  Buna  görə  də  o,  elan 
edirdi  ki,  həmin  fərarilər  onun  əmri  ilə  hərəkət  etmişlər  və  düşmənin  plan  və 
niyyətlərini  aşkara  çıxarmalıdırlar.  Romalılar  fərarilərin  qollarını  kəsib  onları 
Hannibala verirdilər. 
Hannibal  çox  tayfadan  olan  və  çox  dilə  malik  olan  əsgərlərdən  düzəldilmiş 
orduya  başçılıq  edirdi.  Hətta  çox  dil  bilən  adamların  qolunda  tutuquşu  şəkili 
çəkirdilər  və  həmin  adamlar  müxtəlif  tayfaların  nümayəndələri  arasında 
tərcüməçilik  edirdilər.  O,  həm  də  ədəbiyyatçı  kimi  tanınmışdı,  yunan  dilində  bir 
neçə  kitab  yazmışdı.  Bəzi  tarixçilər  onun  şəxsi  keyfiyyətlərini  tərifləyərək 
göstərirdilər ki, qadın şirnikdirməsi qarşısında o, möhkəm dayana bilərdi. Bir belə 
əsir  qadınların  arasında  –  tarixçi  Yüstin  yazırdı  ki,  onun  afrikalı  mənşəyinə  də 
şübhə  etməyə  başlayırsan.  Özünü  mülayim  aparan  Hannibal  müxtəlif  tayfalardan 
düzəlmiş  orduya  komandanlıq  edərkən  bir  dəfə  də  olsun  aldadılmanın  və 
satqınlığın  qurbanı  olmamışdı.  Tarixçi  Polibi  də  onun  hərb  xadimi  kimi 


 
129 
üstünlüklərinə  xüsusi  diqqət  verir.  Sərkərdə  məharətinə,  igidliyinə  və  döyüş 
həyatına bu adamın uyğunlaşmasına kim tərif deməyə bilər? Bu vaxtın uzunluğunu 
da nəzərə alsaq, böyük və kiçik döyüşlərə, mühasirəyə, şəhərlərin xəyanətinə, çətin 
şəraitlərə,  bütün  fikrin  və  əməlin  nəhəngliyinə  diqqət  versək,  bu  tərif  artacaqdır. 
İtaliyada Roma əleyhinə 16 il müharibə aparan Hannibal heç vaxt qoşununu döyüş 
səhnəsindən özü aparmamışdı. Lakin öz hakimiyyəti altında saxlayaraq, onları bir 
sükançı kimi özünə qarşı buntdan və öz aralarındakı toqquşmalardan çəkindirməli 
idi. Axı onun ordusu nəinki bir tayfadan, heç bir xalqdan da deyildi. Onlar muzdlu 
əsgərlər  olmaqla  o  dövrün  Aralıq  dənizi  ətrafında  yaşayan  xalqların 
nümayəndələrinin  ağlasığmaz  qarışığından  ibarət  idi.  Onları  nə  qanunlar,  nə 
adətlər, nə də dil birliyi birləşdirmirdi. Belə rəngarəng tərkibli və çoxsaylı ordunu 
bir komandanlıq altında birləşdirmək və bir iradəyə tabe etmək böyük müdriklik və 
məharət tələb edirdi. Bura şəraitin də tez-tez dəyişilməsini, müharibə teatrının bir-
birinə  bənzəməməsini  də  əlavə  etsək,  Hannibalın  ordudan  daha  çox  quldurları 
andıran  belə  çoxsaylı  dəstəni  idarə  etməsi  təəccüb  doğurmaya  bilməz.  Axı 
Odisseyin dəstəsində və ya arqonavtlar arasında da mübahisələr başlayırdı və bu az 
qala  bütün  böyük  planı  böyük  də  təhlükə  altında  qoyurdu.  Onun  ordusu  o  qədər 
güclü və döyüşkən, özü isə təbiət tərəfindən elə möcüzəli sərkərdəlik qabiliyyəti ilə 
mükafatlanmışdı ki, o zamankı dünyanın istənilən yerində daha böyük və davamlı 
qələbələr  çala  bilərdi.  Bədbəxtlikdən  o,  nəzərlərini  Romaya  tikdi,  burada  qələbə 
zirvələrini fəth etsə də, daha qüdrətli olan dövlətə nəhayət məğlub olmaq qismətini 
yaşadı. 
Lakin  Polibi  Kiçik  Stsipionun  dostu  və  pərəstişkarı  olduğundan,  Romanın 
düşməni olan Hannibalın eyiblərini də qeyd etməyi unutmur, ancaq başqalarından 
fərqli olaraq şişirtməyə getmir, özünü xeyli təmkinli aparır. O, göstərir ki, bəziləri 
Hannibalı  qəddar,  bəziləri  tamahkar  hesab  edir.  Çünki  elə  güman  edirlər  ki,  bəzi 
adamlar  özünü  xoşbəxtlikdə  və  hakimiyyətdə  biruzə  verir,  başqaları  isə  əksinə 
məhz bədbəxtlik anında öz ləyaqətlərini daha parlaq nümayiş etdirir. Ona görə də 
o,  Hannibalın  öz  dostlarının,  yaxud  da  siyasi  zərurətin  təsiri  altında  etdiyi 
əməllərinə  “adi”  ölçüdən  yanaşmamağı  tələb  edir.  Ona  görə  də  Hannibalın 


 
130 
xarakteri  barədə  danışmağın  çətin  olduğunu  göstərir.  Onun  əməllərinə  həm 
ətrafının,  həm  də  işlərin  vəziyyətinin  təsirini  nəzərə  almamaq  olmaz.  Elə  buna 
görədir  ki,  vətənində  Hannibalın  pulpərəst,  Romada  isə  qəddar  olduğunu 
vurğulayırdılar. Ancaq həmin amillərin təsirini çox böyütmək, onun öz əməllərinə 
görə şəxsi məsuliyyətini kölgə altına salmaq təşəbbüsü kimi qiymətlənə bilər. Belə 
olan  halda  Hannibalı  yalnız  qüsurlar  rəmzi  kimi  xarakterizə  etmək  də,  düşmən 
təbliğatının  o  vaxtlar  yaratdığı  dəhşətli  haləni  “qızıl  sikkə”  kimi  qəbul  etmək 
səhvinə  gətirib  çıxara  bilər.  Bu  qüsurlarında  da  o,  öz  dövrünün  məhsulu  idi, 
özündən  əvvəl  və  sonra  gəlmiş  yunan  və  Roma  kolleqalarından  elə  bir  ciddi 
qaydada fərqlənmirdi. Axı elə müasir dövrlərdə olduğu kimi, qədim dövrlərdə də 
müharibə  özünün  məhdud  qanunlarından  kənara  çıxıb  soyğunçuluq,  zorakılıq, 
viran  qoymaq  və  xalqları  əsarət  altına  almaq  və  cürbəcür  vəhşilik  vasitəsinə 
çevrilirdi.  Məgər  o  dövrki  dünyanın  ən  abad  və  gözəl  şəhəri  olan  Karfageni  oda 
vermək,  xarabalığa  çevirmək  Hannibalın  hansısa  qəddarlığından  az  idimi? 
Bədbəxtlikdən Hannibal barədə danışılanda həmişə şişirtməyə yol verilir, Romaya 
nifrət  edənlər  onun  istedadına  vurğunluqla  söhbət  açır,  bəziləri  isə  onu  məğlub 
etmiş  Romanın  şərəfini  yüksəltmək  üçün  onu  heybətli  rəqib  kimi  təqdim  edir, 
digərləri isə onun üzərində qəti qələbə çalan – Zama yanındakı döyüşü udan Böyük 
Stsipionu  göylərə  qaldırmaq  üçün  Hannibalı  məğlubedilməzlik  haləsinə 
bürüyürlər. 
Bütün bu böyük fikirlər və qiymətlər amplitudasında bir həqiqət inkar edilə 
bilinmir  ki,  öz  vətənindən  kənarda  və  ondan  heç  bir  kömək  almayan  Hannibal 
romalılar  üzərində  elə  qələbələr  çalmışdı  ki,  bunlara  görə  onun  istedadını 
Aleksandr  Makedoniyalının  hərb  dühası  ilə  müqayisə  edirlər.  Bir  də  onun  bəxti 
onda gətirmişdir ki, onun qələbələri parlaqlığı ilə faciəli məğlubiyyətini də kölgədə 
qoyaraq,  onu  unutdura  bilmişdir.  Hannibalın  adı  daim  çaldığı  qələbələrlə  yada 
salınır.  Çox  vaxt  onun  məğlubiyyəti  diqqətdən  yayınır.  O  dövrün  bütün 
hadisələrinə, Roma tarixinə Hannibalın vurduğu damğa bu günə qədər öz rəngini 
və  aydınlığını  itirməmişdir.  Axı  böyük  şəxsiyyətlər  tarixi  prosesin  gedişinə  təsir 
göstərməklə  ona  müəyyən  düzəliş  verirlər.  Hannibal  Romanın  qapısını  kəsəndə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə