Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   36   37   38   39   40   41   42   43   ...   120

 
118 
Lakin  bir  dəfə  gənclərin  idman  yarışı  vaxtı  çarı  Hefestionun  yanına  çağırdılar. 
Aleksandr xəstənin çarpayısına yaxınlaşanda o, öz dostunu ölmüş gördü. Bu onun 
üçün  ağır  itki  idi  və  mərhumun  cəsədinin  götürülməsi  görünməmiş  təmtəraqla 
keçirildi.  Babilə  3  min  musiqiçi,  müğənni,  aktyor  və  atlet  dəvət  edilmişdi,  onlar 
dəfn  mərasimində  iştirak  edəcəkdi.  Keçmişin  bütün  heykəllərini,  gələcək  bütün 
mavzoleylərini  ötüb  keçə  bilən  abidə  qoyulacaqdı.  Buna  10  min  talant  pul 
xərclənəcəkdi.  Çar  bu  vaxt  daha  möhtəşəm  tikililər  yarada  bilən  memarlar 
axtarırdı. Atası Filippin sərdabəsi Misirin ən uca piramidası ilə yarışa girməli idi. 
Hefestionun  ölümü  Perdikkanın  irəli  çıxmasına  şərait  yaratdı.  Yunan  Yevmen  də 
qoşun başçılığına irəli çəkildi. 
Makedoniyanı  idarə  edən  Antipatr  ondan  çara  şikayətlər  edildiyini  bildiyi 
üçün oğlu Kassandrı vasitəçi kimi onun yanına göndərdi. Bu vaxt artıq çar Krateri 
yeni  hökmran  təyin  etmişdi  və  o,  vətənə  qayıdırdı.  Kassandrın  vasitəçi  kimi 
seçilməsi  də  uğurlu  olmadı.  Kassandr  Hefestionun  sevimlisi  olan  oğlana  kinayəli 
və  hədyan  sözlər  atırdı.  Bu  çarın  özünün  narazılığına  səbəb  oldu  və  bu  onun 
sualının  sərtliyində  ifadə  olundu:  “Siz  nə  istəyirsiniz,  atanla  birlikdə  bizə 
məhəbbəti  qadağan  etmək  istəyirsiniz?”  Çar  Antipatra  qarşı  ciddi  ittihamlar  irəli 
sürdü və onun oğluna dedi: “Sən deyirsən ki, bu adamlar bu qədər uzaq məsafəni 
qət  etmişlər  ki,  ancaq  böhtan  atsınlar  və  bu  onlara  vurulan  ədalətsiz  incikliklərin 
nəticəsindən əmələ gəlməmişdir?” Kassandr cavab verir: “Məhz bu onların məkrini 
sübut edir, uzaq yol şikayətlərin təhqiqatından onları qoruyur”. Çar acı kinayə ilə 
deyir:  “Aristotelin  hər  şeyi  tərsanə  çevirmək  sahəsindəki  hiyləgər  bacarığının 
təzahürü bax budur. Əgər sizin bu adamlara azacıq da olsa ədalətsiz olmanız aşkara 
çıxsa,  vay  sizin  halınıza”.  Bununla  çar  öz  köhnə  müəlliminə  də  münasibətini 
bildirir.  Bu  vaxtdan  Kassandrda  Aleksandra  qarşı  nifrət  yarandı.  Bu  nifrət  çarın 
xatirəsinə də keçdi. 
Suzadan Aleksandr Yunanıstana qasidlər göndərdi və tələb etdi ki, ona allah 
kimi  ehtiram  göstərsinlər.  Aleksandr  çox  istəyirdi  ki,  Qərbdə  onun  ilahi 
mahiyyətini  tanısınlar.  Makedoniyalılara  taxt-tacda  olan  çarların  ilahiləşdirilməsi 
yad idi. Yunan şəhər-dövlətlərində isə bu ciddi diskussiyaya səbəb olsa da, elə bir 


 
119 
qəti etirazla deyil, daha çox istehza ilə qarşılandı. 323-cü ilin yazında Aleksandrın 
yanına onu yeni allah kimi salamlamağa səfirlər gəldi. Onlar ittifaqın deyil, ayrı-
ayrı dövlətlərin elçiləri kimi gəlmişdilər. Çarın arzusu icra olundu. 
Aleksandr  331-ci  ilin  yazında  Aralıq  dənizi  rayonunu  tərk  etmişdi.  Keçən 
səkkiz  il  müddətində  onun  imperiyası  yaranmış  və  bu  imperiyanın  idarə  edilməsi 
yolları,  prinsipləri  axtarılmışdır.  İmperiya  bütün  “Asiyaya”  yayılmışdı. 
İmperiyanın  idarə  edilməsi  bütünlüklə  Aleksandrdan  asılı  olmalı  idi.  Maliyyə  və 
kommunikasiya istisna olmaqla bütün idarəçilik çarın özünün əlində idi. 
Hindistan  yürüşündən  sonra  onun  dünyanı  fəth  etmək  planları  yeni  fazaya 
daxil  oldu.  İndi  Aleksandr  təkcə  oykumenanı  deyil,  torpağın  sərhədində  yerləşən 
və  əhatə  edən  əraziləri  imperiyaya  daxil  etmək  istəyirdi.  Çar  səhraları  deyil, 
çayları,  Dünya  okeanının  sahilini  və  okeanın  özünü  fəth  etmək  istəyirdi.  323-cü 
ilin  yazında  Aleksandr  Babilə  gələndə  Ərəbistan  ekspedisiyasına  hazırlıq  çox 
möhkəm  gedirdi.  Lakin  ona  bu  ekspedisiyanı  həyata  keçirmək  müyəssər  olmadı. 
Ərəbistan yarımadasını qədimdən yunanlar səhra kimi deyil, varlı və çiçəklənən bir 
ölkə  kimi  təsəvvür  edirdilər.  Orada  Yunanıstana  qiymətli  mallar,  birinci  növbədə 
ədviyyat və ətirli şeylər gətirilirdi. Ekspedisiyanın vaxtı uğursuz seçilmişdi – iyul 
və  avqust  ayları.  Bəlkə  çar  özü  ən  əlverişsiz  vaxtı  seçmişdi.  Dəniz  yürüşü  uğurlu 
ola bilərdi, piyada əməliyyatı isə yayda yaxşı nəticə verə bilməzdi. Sonra Afrikanın 
şimalı ilə qərbə doğru hərəkət etmək olardı. 
Aleksandrın  ölümü  təkcə  Ərəbistan  ekspedisiyası  proyektini  deyil,  digər 
proyektlərinin  də  üstündən  xətt  çəkdi.  Bu  da  onun  şəxsiyyətinin  qüdrətliliyindən 
xəbər  verir. Perdikka bu barədə qoşun yığıncağına məlumat verdi və Aleksandrın 
planlarını  ləğv  etmək  üçün  bunların  xərcini  çox  şişirtdi.  Aleksandrın  ən  böyük 
niyyətlərindən biri Asiyadan Avropaya və Avropadan Asiyaya adamları köçürmək 
idi.  O,  niyyətini  belə  izah  edirdi:  “Nikahlar  və  bir-birinə  adət  etmə  vasitəsilə  iki 
qitə  razılıq  və  məhəbbətdə  birləşməlidir”.  O,  finikiyalıları  və  suriyalıları  İran 
körfəzinin  sahilində  məskunlaşdırmaq  istəyirdi.  O,  tacir  kimi  semitləri  yüksək 
qiymətləndirirdi.  Həm  də  semitlər  onun  ümumdünya  imperiyası  yaratmaq 


 
120 
planlarını  başqa  xalqlardan  daha  yaxşı  qarşılayırdılar.  Aleksandr  “insan 
materialından” (somata) baş çıxarmağı bacarırdı. 
Çar  düşərgəsi  arı  şanını  yada  salırdı.  İyun  ayında  səhranın  qızmar  küləyi 
Babilin  binalarının  labirintinə  gəlib  çıxırdı.  Hefestionun  şərəfinə  dəfn  mərasimi 
yenicə  qurtarmışdı.  Bir  həftədən  sonra  çar,  ordu  və  donanma  uzaq  ölkələrə 
yollanmalı  idi.  Hər  bir  yürüşün  əvvəlində  olduğu  kimi  təntənəli  qurban  verilirdi. 
Qoşunlara  bol  yemək  qoyulmuşdu.  Aleksandr  öz  svitası  ilə  yeyib-içirdi.  Nearxın 
və  donanmanın  şərəfinə  dəbdəbəli  qonaqlıq  başa  çatdı.  Səhər  açılırdı,  çar  özünü 
yorğun hiss edirdi. Bu vaxt bir nəfər onu qısa şən səhər yeməyinə dəvət etdi. Çar 
dəvəti həvəslə qəbul etdi. Sonra çar vanna qəbul etdi, otağına getdi və bütün günü 
yatdı.  Axşam  o,  gümrah  idi,  tapşırdı  ki,  dəvət  edənə  desinlər  ki,  qonaqlığına 
gələcəkdir. Aleksandrın ətrafına 20 nəfər yaxın adamı yığışmışdı. Cangüdənlər də, 
Perdikka  və  bir  neçə  qoşun  başçısı  dəvət  olunmuşdu.  Aleksandr  şən  və  sevincək 
görünürdü.  O,  Yevripidin  “Andromeda”sından  parçaları  əzbər  söylədi, 
məclisdəkilərin  sağlığına  badə  qaldırdı.  Elə  bil  ki,  o,  daxili  hərarətini  söndürmək 
istəyirdi. Bəlkə də, həkim gördü ki, güclü malyariya başlayır. 
Səhər Aleksandr saraya gəldi, lakin təkcə yorğunluq deyil, həm də qızdırma 
hiss  etdi.  Adətinə  görə  çimdi  və  çörək  yeməyə  cəhd  etdi.  Lakin  onun  tutması 
başladı, çimdiyi yerdə uzanmağa məcbur oldu, güclü qızdırma və isitməyə xas olan 
tam  gücsüzlük  ona  hücum  edirdi.  Tutma  keçib  gedəndə  Aleksandr  qalxa  bilmədi 
və onu təxti-rəvanda mehrabın yanına gətirdilər ki, adəti qurban versin. Sonra onu 
yatağına gətirdilər, o, burada axşama qədər istirahət etdi. Axşam qoşun başçılarını 
yanına  çağırdı  və  ekspedisiyanı  başlama  qaydası  haqqında  dəqiq  və  aydın 
göstərişlər  verdi.  Dördüncü  gün  ordu,  beşinci  gün  isə  donanma  yürüşə  başlamalı 
idi.  Donanma  ilə  yürüşə  çar  özü  də  yollanacaqdı.  Görünür,  tutma  da  təkcə  gecə 
qonaqlıqlarının nəticəsi olmayıb, Şərqin malyariyasının simptomu idi. Bu təhlükəli 
xəstəlik hesab olunmurdu. 
Qaranlıq  düşəndə  onu  Fəratın  sahilinə  aparmağı  əmr  etdi.  Burada 
Nabuhodonosorun  yay  sarayı  var  idi.  Sərinlikdən  bir  qədər  özünü  yaxşı  hiss  etdi. 
Sabahısı gün o, qalxa bilmədi, yatağında qaldı, yanına kiminsə gəlməyini qadağan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə