Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   34   35   36   37   38   39   40   41   ...   120

 
112 
ayrılmasını hazırlamışdı. Ona görə də yürüşlərdən qayıdan Aleksandr günahkarları 
qəddarcasına cəzalandırmağı qərara aldı. Deyilənlərə görə xəyanətdə ittiham etdiyi 
Suza  canişini  Abulitin  oğlunu  özü  qılıncla  öldürmüşdü.  Kirin  sərdabəsinin  təhqir 
edilməsi Aleksandrı çox hiddətləndirdi və kədərləndirdi, lakin təqsirkarları tapmaq 
mümkün  olmadı.  Sərdabə  bərpa  edildi  və  onu  mühafizə  etməyə  başladılar. 
Aleksandrın  qəzəbi  daha  çox  yüksək  vəzifəli  makedoniyalıların  üstünə  töküldü. 
Vicdanları təmiz olmadıqlarından onlar qorxuya düşdülər və çuğulçuluq başlandı. 
Bu  sahədə  Hefestion  xüsusilə  özünü  göstərdi.  Çarın  yaxın  adamlarının  çoxu 
məhkum  edildi.  Qarpal  Yunanıstana  qaçdı  və  özü  ilə  çoxlu  muzdlu  əsgər  və  pul 
apardı. Kleomona qarşı isə çoxlu şikayətlərə baxmayaraq, çar bir tədbir görmədi, 
özü üçün onun faydalı adam olduğunu nəzərə aldı. 
324-cü ildən başlayaraq Aleksandr yeni ideya olan qarışdırmaq ideyasını ön 
plana  keçirdi.  Bunun  yolunu  isə  tədricən  assimilyasiyada  və  bir  xalqın  digərində 
əriməsində görürdü. Fərqlər tədricən bircinsliliyə keçməli idi. O, güman edirdi ki, 
imperiya uzun müddət mövcud olduqda bu proses öz-özünə gedəcəkdir. Doğrudan 
da bu nöqteyi-nəzər sonralar öz təsdiqini Roma imperiyasının timsalında tapdı. Bu 
ideyanı  mümkün  etmək  üçün  o,  327-ci  ildə  pers  qızını  özünün  rəsmi  arvadı 
etmişdi.  Yeni  şəhərlər  salanda  da  ona  ümid  edirdi  ki,  burada  məskunlaşan 
döyüşçülər  yerli  qızlarla  evlənəcəklər.  O,  öz  döyüşçülərinin  azad  nikahlarını 
leqallaşdırdı, lakin vətənə qayıdanlara isə, əgər Makedoniyada ailəsi var idisə, yeni 
arvad  və  uşaqlarını  özü  ilə  götürməyə  icazə  vermirdi.  O,  özünü  təmkinli  səpinçi 
kimi  aparırdı,  səbirlə  qarşıdakı  məhsulu  gözləyirdi.  Makedoniya  və  İran 
aristokratiyasının  qarışmasına  gəldikdə  çar  burada  ləngiməyə  dözmürdü.  Bu 
“Suzadakı  nikah  bağlanmasına”  gətirib  çıxardı.  Makedoniya-İran  simbiozunu 
yaratmaq vacib idi. 
325-324-cü  illərin  qışında  Aleksandr  Persidaya  qayıtdı  və  Persepola  gəldi. 
Yazda  onun  sarayı  Suzaya  köçdü.  Persepolda  isə  buradakı  qisas  hadisəsindən 
peşman  olduğuna  görə  pers  qaydası  ilə  qadınlara  pul  paylamışdı.  Bu  böyük 
dəyişikliklərə prelyudiya idi. Aleksandr güman edirdi ki, həlledici addım üçün vaxt 
gəlib  çatmışdır.  Makedoniya  və  İran  aristokratlarının  bərabər  hüquqlu 


 
113 
mövcudluğunu  iki  xalqın  kübarları  arasındakı  nikahların  köməyi  ilə  tam 
assimilyasiya  ilə  əvəz  etməyi  qərara  aldı.  Bu  silahdaşlarına  və  köməkçilərinə  o, 
aristokrat  İran  ailələrindən  olan  qızlarla  evlənməyi  təklif  etdi.  90  belə  nikahın 
bağlanması çarın niyyətinə görə birgə təntənəli  ziyafətlə başa çatmalı  idi. Çar  bu 
nikahları öz seçmə silahdaşları üçün şərəf və mükafat hesab edirdi və özü qızlara 
cehiz  vermişdi.  Aleksandr  özü  də  bəy  rolunda  çıxış  edirdi.  Bu  vaxta  qədər  onun 
Roksanadan uşağı olmamışdı, lakin Aleksandr Persiya çarı kimi bir neçə arvad ala 
bilərdi.  O,  Oxun  (III  Artakserksin)  qızını  və  Daranın  böyük  qızını  seçdi. 
Axırıncının bacısı çarın yaxın dostu Hefestion üçün, Daranın qohumu olan qız isə 
Krater  üçün  nəzərdə  tutulmuşdu.  Nearx  Barsinanın  qızını  alacaqdı,  Selevk  isə 
Soqdianada  azadlıq  mübarizəsinin  qəhrəmanı  Spitamenin  qızına  evlənməli  idi. 
Aleksandr  bu  nikahlardan  olan  uşaqlar  barədə  də  fikirləşmişdi.  Gələcəkdə  onlar 
imperiyanı irs kimi qəbul edəcəkdilər. Bu imperiya isə Qərbi və İranı birləşdirirdi. 
Bu  nikahların  nəticəsində  onun  gələcək  uşaqları  Hefestionun  uşaqlarının  xalası 
oğlanları olacaqdı. Aleksandr öz nəslini Əhəmənlər sülaləsi ilə birləşdirməyə can 
atırdı.  Sonrakı  dövrlərdə,  xüsusən  qədim  Romada  nikahların  bağlanmasında, 
məsələn  Pompeylə  Sezarın,  Oktavian  Avqustla  Mark  Antoninin  qohumluq 
əlaqələrində siyasi mülahizələr mühüm rol oynamışdı. Burada isə böyük bir dəstə 
siyasi zərurət naminə, Aleksandrın iradəsinə müvafiq olaraq belə izdivaca girmişdi. 
Nikah  bağlanması  böyük  kütləvi  şənliklərlə  müşayiət  olundu.  Böyük  çadır 
gözəl sütunlar üzərində qurulmuşdu və böyük dəbdəbə ilə bəzənməklə Persiya çar 
sarayının zalını andırırdı. Qızıl və gümüş saplardan hörülmüş pərdələr, rəngarəng 
xalçalar  divarlardan  asılmışdı.  Çadırın  bir  tərəfində  boyadılmış  skamyalarda  təzə 
bəylər,  digər  tərəfdə  isə  fəxri  qonaqlar  oturmuşdu.  Küçədə  döyüşçülər  və 
dənizçilər üçün yemək hazırlanmışdı. Nikah bağlanması “pers qaydasında” gedirdi. 
Mərasim  ziyafətdən  və  Aleksandrın  nikahının  bağlamasından  başlandı.  Sonra 
çadıra bir-birinin ardınca gəlinlər gətirildi. Hər bir bəy öz gəlininə tərəf gedir, onu 
öz yanında oturdur,  əllərindən  tutur  və öpürdü. Sonra o,  allahlara qurban verirdi. 
Şeypurlar  yeyib-içən  döyüşçülərə  nikahın  bağlandığını  bildirirdi.  Hədiyyə 
mübadiləsi də möhtəşəm idi. Təkcə qızıl çələnglərə 15 min talant pul xərclənmişdi. 


 
114 
Çar  isə  təkcə  gəlinlərə  cehiz  vermədi,  həm  də  şənlikdə  iştirak  edən  hər  bir 
döyüşçüyə, onların sayı 9 min nəfər idi, bir qızıl qədəh bağışladı. Lakin bu kütləvi 
toy mərasimində bir təhqir edici cəhət də var idi, güclü və məğrur cavan adamlar 
çarın əlində marionetə çevrilmişdilər. 
Bir qədər sonra Aleksandr 10 min Makedoniya veteranını vətənə yola saldı, 
onlar ya xəstə, ya da qocalmış adamlar idi. Onları vətənə aparıb çatdırmaq Kraterə 
həvalə olundu. Orduda yunanların da sayı xeyli azalmışdı. Bir neçə il əvvəl çarın 
götürdüyü və əsasən iranlılardan ibarət olan 30 min gənc döyüşçü gələcək ordunun 
və  falanqanın  özəyi  olacaqdı.  Çarın  pers  mühafizəçiləri,  onlar  “alma  daşıyanlar” 
adlanırdı,  hoplit  alaylarına  daxil  edilirdi.  Yeni  döyüşçüləri  isə  çar  “epiqonlar”  – 
“övladlar”  adlandırırdı.  Köhnə  ordudan  vur-tut  13  min  piyada  və  2000  atlı 
qalmışdı,  onlardan  yalnız  5-6  mini  makedoniyalı  idi.  70  minlik  nəhəng  orduda 
makedoniyalılar  cüzi  hissəni  təşkil  edirdi.  Deyəsən,  “su  ilə  birlikdə  uşağı  da 
atmışdılar”.  İndi  imperiya  ordusu  yaranırdı  və  bu  ordu  bütünlüklə  Aleksandrın 
əlində olmaqla imperiyanın birliyinin şitilliyi olacaqdı. 
Ancaq Hifasisdə döyüşçülər  içərisində çardan narazılıq artmışdı, çünki irəli 
getməyə  onların  gücü  qalmamışdı.  Bu  ilk  əlamət  idi.  Suzadakı  düşərgədə  isə  bu 
narazılıq tədricən  bütün döyüşçüləri  əhatə etdi.  Bu narazılığın  əsas  səbəblərindən 
biri də döyüşçülərin vətənə qayıtmaması idi. Aleksandra bu ideya tam yad idi və o, 
vətənə  dönmək  barədə  düşünmürdü  də.  O,  yeni,  şərq  qoşunu  ilə  burada  qalmaq 
istəyirdi. Opisdə o, veteranlara istefa vermək istəyirdi. O, qoşunlar qarşısında çıxış 
edəndə özlərini təhqir olunmuş hesab edən döyüşçülər hiddətlərini bildirdilər. Elə 
bil  ki,  bütün  ordu  ayağa  qalxmışdı  ki,  çarı  dönüklükdə  ittiham  etsin.  Ümumi 
atmosfer ayrı-ayrı natiqlərə də cəsarət verdi: əgər onlar çara artıq lazım deyillərsə, 
qoy  ordunu  elə  indicə  buraxsın  və  öz  atası  Ammonla  yürüşə  təkcə  yollansın. 
Aleksandr elan etmişdi ki, köhnə döyüşçülər yürüşlərdə iştirak edə bilmədiklərinə 
görə qoy vətənə dönsünlər, orada onları ehtiram və hörmət gözləyir. Lap qədimdən 
qoşun  yığıncağında  səslə  razılıq,  ya  narazılığı  bildirirdilər.  Aleksandrı  bu  dəfə 
susmağa məcbur etdilər, onu açıqca ələ saldılar. Bu buntun başlanğıcına oxşayırdı. 
Aleksandr özü ilə belə davranmağı götürə bilməzdi. Onu Ammonun oğlu kimi ələ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə