Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   31   32   33   34   35   36   37   38   ...   120

 
103 
Hindistanla  –  İnd  vadisi  və  ondan  cənub-şərqə  tərəf  olan  səhra  ilə  tanış  olmuşdu. 
İnddən  şərqdəki  Dekan  regionu  və  Qanq  vilayəti  barədə  o,  heç  nə  bilmirdi.  Bu 
adam  Kariandadan  olan  Skilak  idi.  Lakin  Böyük  çarın  şəxsi  həkimi  və  Hindistan 
haqqında ilk monoqrafiyanın müəllifi Ktesi çar sarayına gələn bütün hindlilərdən 
soruşub  çox  şey  öyrənmişdi.  O,  çox  şeyi  də  şişirtmişdi.  Aleksandr  öz  yürüşünə 
başlayanda  yunanlar  bu  biliklərdən  Hindistan  barədə  təsəvvürə  malik  idilər. 
Buranın  tropik  iqlimi  var  idi.  Mussonların  qəribə  dövr  etməsi  yayda  leysan 
yağışlarının olmasını şərtləndirirdi. Bu yağışlar Aleksandrın yürüşü üçün fəlakətli 
oldu.  Bu  makedoniyalıları  çox  təəccübləndirirdi.  Aleksandrın  yürüşünün  faciəli 
taleyi  onunla  əvvəlcədən  müəyyən  olunmuşdu  ki,  çar  ölkə  haqqında  tam  düzgün 
olmayan təsəvvürə malik idi. 
Şimali Pencabda Aleksandr üç böyük racanı özünə tabe etdi. Taksilin şərqdə 
qüdrətli  qonşusu  Paurava  nəslindən  olan  raca  idi,  makedoniyalılar  onu  Por 
adlandırdı.  Onlardan  şimalda,  Kəşmirdə  Abisar  hökmranlıq  edirdi.  Por  və  Abisar 
ittifaq  bağlamışdılar.  326-cı  ilin  yazında  Hefestion  İnd  çayının  üstündən  körpü 
tikdi və donanma qurmağa başladı. Körpünün tikintisində makedoniyalılara Taksil 
kömək  edirdi.  Çaydan  keçidi  Aleksandr  təntənəli  qeyd  etdi.  Taksila 
makedoniyalıların  gördüyü  ilk  hind  şəhəri  oldu.  Burada  onlar  hind  şəhər 
mədəniyyəti ilə tanış oldular, bu mədəniyyət Xarappaya və Mohenco-Daroya (m.ə. 
2300-1700-cü illər) gedib çıxırdı. İlk dəfə bura gələnlər görünməmiş arxitekturaya, 
ornamentlərə,  gözəl  bağlara  və  nəhayət  xalqa  heyran  qalmışdı.  Hindlilərin  dərisi 
qara rəngli olmaqla hündürboylu adamlar idi. Paltarları pambıqdan idi, saqqallarını 
rəngləyirdilər.  Makedoniyalıları  xüsusən  adamların  kastalara  bölünməsi  və  dul 
qadınların  özünü  yandırması  adəti  heyrətləndirirdi.  Bazarlarda  kasıb  adamlar  öz 
qızlarını ərə almağı təklif edirdilər. Lakin burada quldarlıq məlum deyildi. Tezliklə 
aydın  oldu  ki,  hindlilər  Dionis  kimi  qəbul  edilə  bilən  allaha  sitayiş  edirlər. 
Döyüşçüləri ən çox hind fakirləri, asketlər və guşənişinlər təəccübləndirdi. 
Taksilaya  Abisarın  elçiləri  gəldi  ki,  tabe  olmağı  çatdırsın,  lakin  raca  özü 
gəlməmişdi.  Por  ümumiyyətlə  Aleksandrın  ona  tabe  olmaq  təklifini  rədd  etmişdi. 
Mübahisəni  silah  həll  etməli  idi.  Böyük  raca  Por  Hidasp  çayının  o  biri  sahilini 


 
104 
idarə  etməklə  Aleksandrın  irəliləməsinin  qarşısını  almağı  və  öz  azadlığını 
qorumağı  qərara  almışdı.  Por  əbəs  yerə  Abisarın  köməyinə  ümid  edirdi. 
Məğlubiyyət nə olduğunu bilməyən düşmənə qarşı döyüş meydanına o, özü çıxdı. 
Qarşıdakı döyüş iki xalqın hərbi texnikası üçün sınaq olacaqdı. Bu məsələdə yerli 
sakinlərin ümidi o qədər də böyük deyildi. Düşmən üçün qorxulu olan döyüş filləri 
idi,  onlardan  makedoniyalıların  atları  qorxurdu.  Abisar  Pora  kömək  etməsə  də 
onun digər müttəfiqi tapıldı – təbii fəlakətlərlə bol olan ilin fəsli idi. May ayı idi, 
Hidasp (indiki Celam çayı) nəhəng su kütləsi gətirirdi. Por ağıllı hərəkət edib çayın 
o  biri  sahilində  qaldı.  Burada  düşərgə  saldı  və  qoşunu  çay  boyunca  düzdü.  Əsas 
məsələ  hücum  edən  makedoniyalıları  yay  yağışlarının  başlanmasına  qədər 
saxlamaq idi. 
Aleksandr  çayı  keçməyə  hazırlaşdı  və  hər  şey  hazır  olanda  hücum  əmrini 
verdi.  Düşmən  hiss  etmədən  Aleksandr  çayın  axını  ilə  yuxarı  çıxdı.  Adamlar 
gəmilərə  oturanda  tufan  başladı.  Buna  baxmayaraq  qoşun  düşmən  sahilinə 
yaxınlaşdı.  Hind  postları  bunu  görüb  Pora  siqnal  verdilər.  Sahildə  hücum 
başlananda  bir  maneə  də  aşkara  çıxdı,  leysandan  və  tufandan  Hidaspın  bir  qolu 
daşmışdı və onu keçmək heç cür mümkün deyildi. Nəhayət bu qol da keçildi. Bu 
vaxt  düşmən  ordusu  yaxınlaşdı.  Bu  süvarilər  və  döyüş  arabaları  idi,  onlara  Por 
komandanlıq  edirdi.  Döyüşdə  Porun  oğlu  öldürüldü,  onun  eskadronu  səpələndi, 
döyüş arabaları qalibin qəniməti oldu. Raca Aleksandrın harada olduğunu bilmirdi. 
Oğlu öldüyünü eşitdikdə baş zərbənin hardan vurulduğunu anladı. Öz qoşununun 
əksər  hissəsini  raca  Aleksandrın  üstünə  apardı.  Qoşunun  qarşısında  Por  filləri 
qoymuşdu, flanqlarda isə süvari durmuşdu. Aleksandrın planı qanlı döyüşdə həyata 
keçirildi.  Çar  düşmən  süvari  dəstəsinin  sol  flanqına  hücum  etdi.  Hind  süvarisi 
məğlub  edildi,  fillərin  müdafiəsi  altında  qaçmağa  başladı.  Hindlilərin  sol  flanqı 
atlıların,  arabaların,  piyadaların  və  fillərin  dəhşətli  qarışığına  dönmüşdü,  onlar 
dolaşaraq  bir-birinə  mane  olurdu.  Hipaspistlər  fillərə  hücum  etdi.  Lakin  hindlilər 
inadkarlıq  göstərirdilər.  Hətta  onların  süvarisi  hücuma  keçdi  və  fillər  dəhşətli 
qüvvə  ilə  hipaspistlərin  üstünə  töküldü.  Böhranlı  vəziyyət  yarandı.  Məsələni 
makedoniyalıların əla döyüş qabiliyyəti həll etdi. Hind süvari dəstəsini yenə fillərə 


 
105 
tərəf  sıxışdırdılar,  heyvanların  çoxu  yaralanmışdı,  bu  onları  quduzlaşdırmışdı. 
Onlar  özgələrdən  çox  özlərininkini  ayaq  altda  basıb  əzirdilər,  qan  itirməkdən 
ölürdülər.  Makedoniya  süvarisi  hər  tərəfdən  komandanlığı  itirmiş  hind  qoşununa 
hücum  etdikdə  Kraterin  ordusu  gəlib  çıxdı,  uğurla  üzüb  keçdikdən  sonra  isə  orta 
qoşun  qrupu  gəldi.  Hindlilər  qaçırdı.  Aleksandr  bu  döyüşü  hətta  bütün  döyüş 
qaydalarını açmamış, yalnız süvarilərin və hipaspistlərin qüvvəsi ilə uddu. Qələbə 
süvaridən  məqsədyönlü  qaydada  istifadə  olunması  və  hipaspistlərin  lazım  olan 
anda döyüşə girməsi hesabına qazanıldı. Bu tarixdə nə vaxtsa baş vermiş ən parlaq 
döyüş  idi.  Lakin  Hidaspda  gedən  qanlı  qırğın  Aleksandrın  bütün  tarixində  ən 
kədərli hadisələrdən biri idi. Döyüşdə və təqib vaxtı 3 min hind atlısı və 20 mindən 
çox  hind  piyadası  həlak  olmuşdu.  Porun  bütün  qoşun  başçıları  və  onun  iki  oğlu 
ölmüşdü. Racanın özü qəribə cəsarətlə vuruşurdu və yaralı vəziyyətdə Aleksandrın 
əlinə keçdi. 
Aleksandrın hərbi islahatı öz bəhrəsini verdi. Ordunun müstəqil hərəkət edən 
hissələrə  bölüşdürülməsi  indiyədək  yalnız  kiçik  toqquşmalarda  nəticə  verirdi. 
Hidaspda  isə  bu  islahatın  faydası  özünü  iri  döyüşdə  göstərdi.  Ordunun  üstünlüyü 
hesabına  Aleksandrın  qələbəsi  əvvəlcədən  müəyyən  olunmuşdu,  lakin  çar  bu 
qələbəni  əldə  etməyi  bacardı.  Makedoniya  ordusuna  və  onun  komandanlığının 
təcrübəsinə  qarşı  Por  və  onun  əsgərləri  yalnız  öz  ənənəvi  igidliklərini  qoya 
bilərdilər.  Hindlilərə  Aleksandrın  güclü  süvarisi  və  ya  Aleksandrın  dahilik  haləsi 
mane  olmuşdu.  Hindistanda  o  vaxtlar  ümumiyyətlə  həqiqi  sərkərdə  sənəti  işlənib 
hazırlanmamışdı.  Bir  də  hindlilər  ləng  tərpənirdilər,  Aleksandrın  ildırım  sürətli 
hücumuna  elə  cəld  cavab  verə  bilmirdilər.  Hind  ordusunda  qələbəni  sərkərdənin 
istedadı deyil, döyüşənlərin fədakarlığı əldə edirdi.  
Qətiyyətli və fərasətli Por Aleksandra qarşı dura bilmədi. Makedoniyalıların 
verdiyi  dərs  yalnız  sonrakı  nəslin  oyanması  üçün  təkan  rolunu  oynadı.  Bunu 
Maurya  epoxası  təsdiq  edir.  Mauryalar  sülaləsinin  imperiyası  m.ə.  317-180-ci 
illərdə  mövcud  olub,  yarımadanın  cənub  kənarı  müstəsna  olmaqla  demək  olar  ki, 
bütün Hindistanı birləşdirmişdi. Beləliklə, Porun məğlubiyyəti öz təsirini sonralar 
göstərdi. Əsir götürülmüş Pora isə məğlubiyyətdən sonra da özünü çar ləyaqəti ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə