Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   33   34   35   36   37   38   39   40   ...   120

 
109 
idi.  Aleksandr  isə  üçüncü  qrupla  sahillə  quru  yolla  gedib  gəmilərin  ekipajını 
ərzaqla təmin etməli idi. Yolun başlanğıcında bələdçisiz sahil düzənliyi ilə getmək 
çətin  idi.  İkinci  günü  musson  dəhşətli  qasırğa  gətirdi.  Gəmiləri  sahildə  gizlətmək 
istədilər  və  su  çəkildikdə  gəmilər  sahildə  qaldı.  İlk  dəfə  makedoniyalılar  Aralıq 
dənizi  üçün  naməlum  olan  çəkilməni  gördülər.  Su  qalxanda,  qabarma  başlayanda 
gəmilər bir-birilə toqquşub dağıldılar. Nəhayət çar öz gəmisində açıq dənizə çıxdı. 
Bu  onun  arzu  etdiyi  okean  idi.  Heç  bir  dənizdə  belə  qabarmalar  və  çəkilmələr 
olmazdı.  Okean  ona  tabe  olmaq  istəmirdi.  Aleksandr  Pattalaya  döndü  və  o,  öz 
tədqiqatlarının nəticələrindən razı deyildi. O, burada yeni liman və gəmi qayırmaq 
üçün tərsanə tikdirdi, bir neçə aylıq ərzaq ehtiyatı yığdırdı. Sahil boyu su quyuları 
qazıldı. 
Aleksandr Nearxı donanma başçısı təyin etdi və ona qoşunları Dəclə çayına 
aparıb  çıxarmaq  sərəncamını  verdi.  Döyüşçülər  gəmilərdə  Mesopotamiyaya 
çatdırılacaqdı, həm də Hindistana gələcək dəniz yolunu müəyyən etmək məqsədilə 
bütün  sahil  tədqiq  ediləcəkdi.  Sahil  zolağı  səhra  olduğundan  və  su  mənbəyindən 
məhrum  olduğundan  çar  öz  dəstəsi  ilə  irəli  getməyi  qərara  aldı  ki,  quyular 
qazdırsın  və  ordunu  ərzaqla  təchiz  etsin.  Lakin  o,  bu  məsələdə  ciddi  səhvə  yol 
verdi,  özü  ilə  çox  böyük  dəstə,  həm  də  qadın  və  uşaqlarla  dolu  olan  arabalar 
götürmüşdü. Bu ona gətirib çıxardı ki, onlar özləri üçün yeməyə ərzaq tapmırdılar. 
Onun  səfəri  getdikcə  ağırlaşırdı.  325-ci  ilin  yayında  hind  döyüşçülərini  evinə 
buraxıb, Aleksandr öz dəstəsi ilə Pattalanı tərk etdi. Makedoniyalılar Hedrosiyaya 
çatanda onları böyük çətinliklər gözlədi. Dəhşətli isti, qarşıdakı aclıq və susuzluq 
döyüşçülərə  əsl  sınaqlar  vəd  edirdi.  Səhra  nəhayətsiz  ölüm  dənizini  andırırdı. 
Qızmar  günəş  yalnız  gecələr  hərəkət  etməyə  imkan  verirdi.  Qumlu  çöllə  getmək 
çox  ağır  idi.  Lakin  yaxındakı  suya  çatmaq  üçün  tələsmək  lazım  idi.  Çox  vaxt 
tapılan su şor və ya acı olurdu. Döyüşçülər xəstələnirdi. Zəhərli bitkilər və ilanlar 
bədbəxtlikləri  artırırdı.  Arabalar  qumda  batıb  qalırdı,  atların  nəfəsi  kəsilirdi  və 
onları  kəsməyə  məcbur  olurdular.  Kolonnanın  axırında  sürüklənənlər  ölümə 
məhkum  idilər.  Onları  gəmidən  suya  atılmaq  gözləyirdi.  Bir  dəfə  isə  quru  vadidə 
dağlardakı  yağışdan  əmələ  gələn  sel  qadınları,  uşaqları,  qab-qacağı  və  silahı 


 
110 
aparmışdı.  Əsgərlərin  çayı  azalmışdı.  Aleksandr  yürüşün  bütün  çətinliklərini 
döyüşçülərlə bölüşürdü. Bir dəfə ona gətirilmiş suyun hamıya çatmayacağını başa 
düşdükdə,  onu  qumun  üstünə  atmışdı.  Bu  cəhənnəm  əzabı  60  gün  davam  etdi. 
Qoşunlar  Hedrosiyanın  paytaxtı  Puraya  çatdılar.  Şəhər  varlı,  münbit  torpaqda 
yerləşirdi.  Sağ  qalanlar  burada  istirahət  etdilər.  325-ci  ilin  noyabrında  qoşunlar 
qərbə  hərəkət  edib  pers  torpaqlarına  çatdılar.  Karmaniyada  Aleksandrın  dəstəsi 
Kraterin  qrupu  ilə  birləşdi.  Döyüşçülər  özlərini  təhlükədən  kənarda  hiss  edirdilər. 
Şərab  ehtiyatı  yarandıqda  yürüş  Vaxx  yerişinə  çevrildi.  Hindistana  yürüşdə  allah 
Dionisin onları himayə etməsi əbəs deyilmiş. 
Nearxın donanması isə okeanda aclıq və susuzluqdan əziyyət çəkirdi. Bircə 
dəfə  onlar  sahildən  ərzaq  almışdılar.  Buna  baxmayaraq  Nearx  səhra  boyu 
donanmanı  elə  bir  itki  vermədən  keçirə  bildi  və  Karmaniyanın  nisbətən 
qonaqpərvər  sahillərinə  gətirib  çıxardı.  Bu  Ərəbistanın  qurtaracağı  idi.  Sahildə 
Nearx  Aleksandrı  axtarmağa  yollandı.  Çar  onu  görəndə  sevindiyindən  ağlayırdı. 
Aleksandr  şənliklər  keçirməyi  əmr  etdi.  Sonra  Nearx  Persiya  sahilləri  ilə 
donanmanı Dəclənin mənsəbinə gətirib çıxardı və Suzada çarla və onun qoşunları 
ilə  görüşdü.  324-cü  ilin  martında  hamı  Suzada  görüşdü.  Lakin  Nearx  daimi  gəmi 
yolu  aça  bilməzdi,  aborigenlər  isə  Aleksandrdan  xeyli  əvvəl  Ərəbistandan 
Hindistana  gedirdilər.  Beləliklə,  Aleksandrın  Nearxın  ekspedisiyasına  bəslədiyi 
ümidlər  özünü  doğrultmadı,  Aleksandrın  özü  də  uğursuzluğu  dadmalı  olmuşdu, 
Hifasisdən qayıtmalı olmuşdu və Hindistan yürüşü başa çatmamışdı. 
Aleksandrın  çar  plaşını  geyindiyi  vaxtdan  12  il  keçmişdi.  Bu  hakimiyyət 
dövrü  makedoniyalılara  uzun  marşlardan,  yorulmaq  bilməyən  yürüşlərdən  və 
demək  olar  ki,  sonsuz  işğallar  zəncirindən  başqa  heç  nə  verməmişdi.  Çarın  nə 
vaxtsa  öz  qüvvəsini  dinc  işlərə  sərf  edəcəyi  də  çox  şübhəli  görünürdü.  Lakin  bir 
möcüzə  baş  verdi,  hərbi  yürüşlərin  çox  illərindən  sonra  sakitlik  başladı.  Çarın 
fəaliyyəti dinc işlərə yönəldi. Onun olmadığı dövrdə baş alıb gedən korrupsiya və 
parçalanma  çarın  diqqətini  cəlb  etdi.  Özünə  iki  vəzifə  müəyyən  etmişdi: 
Makedoniya  və  İran  aristokratiyasını  birləşdirmək  və  dəniz  qolunu  kəşf  etmək. 
Qərbin  və  Şərqin  bərabərləşdirilməsi  ideyası  Daranın  ölümündən  sonra 


 
111 
yaranmışdısa,  indi  söhbət  onların  tam  bir-birinə  qatışmasından  gedirdi.  Okeanın 
sahilində isə donanma üçün yeni dayaq nöqtələri salmaq və yeni ticarət mərkəzləri 
yaratmaq  və  Aralıq  dənizi  sahilindəki  kimi  sahil  şəhərləri  salmaq  istəyirdi.  Digər 
bir məsələ isə Ellada və Makedoniyanın münasibətləri idi. İrrasional ideya isə yeni 
işğallar aparılması idi. Daim yürüşlərdə olan bu adam dəbdəbəli ziyafətlərdən həzz 
almaq istəyirdi, lakin sülh dövründə də o, sakitlik və yorulmaq bilmirdi. Suzadan 
Dəclənin mənsəbinə, oradan isə Ekbatanaya getdi. 323-cü ilin yazında quldur dağlı 
tayfalarına  qalib  gəlib  öz  düşərgəsini  Babil  şəhərinə  köçürdü.  Persiya  çarlarının 
paytaxtı  ilin  fəslindən  asılı  olaraq  gah  Suza,  gah  Ekbatana,  gah  da  Babil  olurdu. 
Aleksandr da bir şəhərdən digərinə gedirdi. Bu şəhərlərdə ziyafəti digər ziyafətlər 
əvəz edirdi və çoxlu tikinti işləri gedirdi. 
Çar  ölkənin  idarə  edilməsinin  pis  vəziyyətdə  olduğunu  gördü.  Bunda 
Persiyada  idarəetmənin  pis  ənənələrinin,  həmçinin  bədənə  və  ruha  pozucu  təsir 
edən  iqlimin  də  təsiri  olmuşdu.  Hər  kəs  müəyyən  imtiyazlarını  əsas  götürərək 
yüngül  və  dəbdəbəli  həyata  meyl  edirdi.  Varlanmaq  üçün  müqəddəs  yerləri  və 
sərdabələri  qarət  edirdilər.  Çarın  iradəsi  köməyə  gəldi.  O,  istəyirdi  ki,  qaliblərlə 
məğlublar  arasında  fərq  qoyulmasın  və  hamının  hüquqları  bərabər  olsun.  O,  öz 
tabeliyində  olan  adamları  hakimiyyətdən  sui-istifadələrə  son  qoymağı  tələb  etdi. 
Burada imperiyanın iri ölçüləri özünü göstərdi. Onun yaradıcısı burada olmayanda, 
bu  yeni  dünya  dağılmağa  başlamışdı.  Makedoniyalılar  Aleksandrın  qayıtmasına 
ümid  etmədiklərindən  özbaşınalıq  edirdilər.  Hətta  Aleksandrın  sevimli  dostu 
Qarpalın  davranışı  böyük  qalmaqala  səbəb  oldu.  O,  Babildə  şah  saraylarında 
dəbdəbədə  yaşayırdı.  Onun  qadınlardan  çox  xoşu  gəlirdi  və  kənizlər  saxlamağa 
böyük məbləğdə pul xərcləyirdi. Sevgili məşuqəsi olan Pifionika öləndə Babilonda 
onun sərdabəsinə və Afinadakı gözəl heykəlinə 200 talantdan artıq pul xərcləmişdi. 
O,  məbəd  və  mehrab  tikdirmişdi,  burada  həmin  qadına  ilahə  Afrodita-Pifionika 
kimi səcdə qılırdılar. Başqa məşuqəsi ilə o, vəzifəsini də unudaraq Babili tərk edib, 
Tarsa  köçmüşdü.  Aleksandrın  qayıdacağına  ümid  etmədiyindən  o,  Yunanıstanda 
əsas rol oynamaq istəyirdi. Misirdə maliyyə işlərinə baxan Kleomon isə özünü tam 
başqa  qaydada  aparırdı.  Lakin  Kleomon  da  Aleksandr  qayıtmasa  Misirin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə