Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   32   33   34   35   36   37   38   39   ...   120

 
106 
aparmaqdan  savayı  bir  şey  qalmırdı.  Plutarxın  yazdığına  görə,  Aleksandr  onunla 
ilk dəfə görüşəndə soruşmuşdur: 
- İndi səninlə necə davranmaq lazımdır? 
Por belə cavab vermişdir: 
 - Çar kimi. 
Aleksandr daha nə əlavə etmək istədiyini soruşduqda Por yenə demişdi: 
- Hər şey bir sözdə ifadə olur: çar kimi. 
Cavab  Aleksandrın  xoşuna  gəlmiş  və  çar  onu  satrap  təyin  etmişdi.  Hind 
racasının  xarici  görünüşü,  igidliyi  və  sərkərdə  sənəti  onunla  şəxsən  ünsiyyətdə 
olanda  Aleksandra  güclü  təsir  etmişdi.  Por  ilk  siyasi  xadim  idi  ki,  Aleksandr  onu 
ciddi  qəbul  edirdi.  Onun  xarakteri  raca  haqqında  Aleksandrın  verdiyi  qərarda 
mühüm rol oynamışdı. 
Qurban verdikdən və şənliklər keçirildikdən sonra Aleksandr iki şəhər saldı: 
biri çayın qərb sahilindəki Butsefal, bu şəhər Hidaspda həlak olmuş çarın sevimli 
atının  şərəfinə  belə  adlanmışdı,  digəri  şərq  sahilində  -  Nikeya  idi.  Çar  bir  ay 
istirahət etdi, bu vaxt onun Poru tanımağa və qiymətləndirməyə imkanı oldu və ona 
etibar  etməyə  başladı.  Por  təkcə  Aleksandra  kömək  etmirdi,  ona  qiymətli 
məsləhətlər  verirdi,  həm  də  onun  üçün  bütün  Hindistanın  təcəssümü  idi.  Məhz 
Porun hesabına çar yerli əhalinin qeyri-adiliyini, onların ona indiyədək tabe olmuş 
xalqlardan  nə  qədər  fərqli  olduğunu  başa  düşdü.  Artıq  Taksildə  o,  raca 
hakimiyyətini  tanımışdı,  lakin  imperiyanın  mənafeləri  naminə  ora  satrap  da  təyin 
etmişdi.  Burada  isə  Poru  raca  kimi  təsdiq  edib,  onu  həm  də  imperiyanın 
nümayəndəsi  etdi.  Aleksandr  buraya  nə  makedoniyalı,  nə  də  digər  hökmran  təyin 
etmədi.  Qonşu  kiçik  knyazlıqlar  da  Porun  hakimiyyətinə  verildi.  Lakin 
qonşularının çoxu Porun belə yüksəldilməsini qəzəblə qarşıladı. Taksillə Aleksandr 
özü  razılaşdı.  Paurava  nəslindən  olan  raca  isə  sadəcə  olaraq  Pora  tabe  olmaqdan 
imtina etdi. Əvvəlcə Aleksandrı tanımağa hazır olan digər knyazlar və tayfalar indi 
mübarizəyə  qalxdılar.  İstirahətdən  sonra  çar  yürüşünü  davam  etdirdi.  O,  Himalay 
dağlarının ətəyi ilə hərəkət edirdi. Tezliklə o, digər böyük hind çayı – gur Akesinə 
çatdı. Burada ilk dəfə olaraq Hindistanın işğal planının bütün faciəviliyi aşkar oldu. 


 
107 
Qızmar yay günləri başlandı və cənubi-qərb mussonları əsirdi, onunla birlikdə isə 
tropik yağış dövrü gəldi. Akesin çayında suyun səviyyəsinin sürətlə qalxması onu 
düşərgəsini  yığışdırmağa  və  geri  çəkilməyə  məcbur  etdi.  Çayı  keçdikdən  sonra 
makedoniyalılar  nəhayətsiz  ayaq  dəyməmiş  meşələrdən  keçirdilər.  Əsgərlər 
ilanlardan böyük ziyan çəkirdi, onlar çadırlara, hər  yerə cumurdular. Makedoniya 
həkimləri ilan vurmasının dərmanını bilmirdilər. 
Ağır tropik yağışlar dövrü başlasa da, Aleksandr buna əhəmiyyət vermədən 
yürüşü  davam  etdirirdi.  Elə  bil  ki,  iblis  iradəsi  ilə  təbiət  qüvvələri  arasında 
mübarizə gedirdi. Hifasis çayını keçməklə yürüşün yeni mərhələsi, axırıncı sıçrayış 
başlayırdı.  Qanq  çayına  çatıb  onunla  çayın  mənsəbi  ilə  okeana  düşmək  olardı. 
Onda  vəzifəni  həll  edilmiş  saymaq  olardı.  Bu  vaxt  Asiya  üzərində  əsl  ağalıq  və 
insan  yaşayan  dünyanın  şərqə  tərəf  uzanan  bütün  ərazilərinin  birləşdirilməsi  əldə 
edilərdi.  Hifasisdə  döyüşçülərin  tabe  olmaqdan  imtina  etməsi  Aleksandr  üçün 
yürüşü  dayandırmaq  üçün  yalnız  bəhanə  oldu.  Onun  bütün  həyatını  həsr  etdiyi 
ideya baş tutmadı, çünki şərqdə torpaqların dövrəsini bağlamaq mümkün olmadı. 
Bu  yara  Aleksandra  daim  əzab  verirdi.  Şərq  qurtaracağı  dünyanın  fatehi  üçün  ələ 
keçirilməz  oldu.  Çar  Pəncabla  irəlilədikcə  onu  “İnd  problemi”  ciddi  surətdə 
düşündürürdü. İndi o, bütün gücünü bu məsələnin həllinə yönəltdi. O, ümid edirdi 
ki,  öz  böyük  məqsədinə  çatacaq,  yerin  qurtaracağına,  okeana  gəlib  çıxacaqdı. 
Herakl  oykumenanın  qərb  qurtaracağına  çatanda  orada  12  sütun  qaldıran  kimi, 
Aleksandr  şərq  qurtaracağında  12  nəhəng  mehrab  qaldırmağı  əmr  etdi.  Hidaspla 
Hifasis arasındakı bütün ərazi Pora, dağ rayonları isə Abisara tabe edildi. 
Aleksandr  çayları  qəflətən  keçir  və  qəfildən  şəhərlərə  hücum  edirdi. 
Şəhərləri  tutanda  Aleksandr  hamıdan  çox  öz  həyatını  təhlükədə  qoyurdu.  Bir 
şəhərə  hücum  vaxtı  o,  divara  birinci  dırmaşmışdı.  Bir  neçə  gün  sonra  igidliyi  az 
qala  Aleksandrı  məhv  etmişdi.  Qoşunlar  şəhərin  yanında  dayanmışdı.  Çox  tez 
hərəkət  etdiklərindən  ağır  silahlar  gətirilib  çıxarılmamışdı.  Buna  baxmayaraq 
Aleksandr şəhərə hücum əmrini verdi və hücuma özü başçılıq etdi. Düşmən qalaya 
çəkildi ki, son nəfəsinə qədər vuruşsun. Əldə olan bir neçə nərdivanın köməyi ilə 
şəhəri  tutmaq  lazım  idi.  Döyüşdə  qızışmış  çar  nərdivandan  birini  götürüb  divara 


 
108 
söykədi  və  birinci  olaraq  özünü  qalxanla  örtərək  divarın  üstünə  çıxdı.  Qarşısına 
çıxan düşməni o, qılıncla deşir və ya divardan tullayırdı. Çar üç yoldaşı ilə divarın 
üstündə  idi.  Parıldayan  geyimindən  onu  tanımaq  çətin  deyildi  və  ona  hər  tərəfdə 
nizə  və  ox  atmağa  başladılar.  Heç  bir  köməyi  olmadan  da  o,  vuruşmaqda  davam 
edirdi. Divarın altında zibil təpəsi var idi və ora tullanmaq olardı. Üç döyüşçünün 
müşayiətilə o,  aşağı tullandı və belini divara söykədi. Ətrafdakı hindlilər  qəzəblə 
öz  qurbanlarının  üstünə  atıldılar.  Lakin  dörd  qılıncla  döyüşənlər  qalib  gəldikdə, 
düşmən geri çəkilib onları uzaqdan atəşə tutdu. Elə göründü ki, artıq son çatıb. Bir 
makedoniyalı başından yaralanıb yıxıldı. Sonra Aleksandrın növbəsi gəldi. Ox üst 
müdafiə  qabığını  keçib  ağ  ciyərə  dəydi.  Yaranın  ağzından  qan  və  hava  çıxırdı, 
lakin Aleksandr huşunu itirənə qədər vuruşmaqda davam edirdi. İndi iki döyüşçü 
qalmışdı.  Onlardan  biri  çarı  Aleksandrın  Troyada  aldığı  müqəddəs  qalxanla 
qorudu.  Bu  onun  axırıncı  müdafiəçisi  idi.  Bu  vaxt  makedoniyalılar  divardan  aşıb 
özlərini  yetirdilər.  Onlar  güman  etdilər  ki,  Aleksandr  öldürülmüşdür  və  onun 
qisasını almaq üçün qırğın törətdilər. Çarı qalxanın üstündə apardılar. Aleksandrın 
huşu özünə gələn  kimi oxu  yarasından  çıxartmağı  əmr  etdi.  Çox  qan  itirdiyindən 
yenə  ürəyi  getdi.  Lakin  güclü  orqanizm  bu  yaraya  dözdü  və  tezliklə  o,  sağaldı. 
Gəmidə  Aleksandrı  Hefestionun  və  Nearxın  düzəltdiyi  düşərgəyə  gətirdilər. 
Döyüşçülər onu gördükdə çox sevindilər. O, əmr etdi ki, onu ata mindirsinlər ki, 
hamı  çarı  görsün.  Ona  ehtiyatlılığı  məsləhət  görənlərə  Aleksandr  bir  beotiyalının 
zərb-məsələni  misal  çəkirdi:  “Kişiləri  igidliklər  bəzəyir”.  İstirahəti  vaxtı  onun 
yanına Baktriyadan Roksananın atası Oksiart gəldi və çar onu Paropamis vilayətinə 
satrap təyin etdi. 
325-ci  ilin  yazında ordu  irəliyə  doğru  hərəkət  etdi.  Pəncabın  geniş  əraziləri 
tutuldu.  Sonra  göz  çatmayan  səhra  gəlirdi.  Aleksandrın  İndlə  aşağı  doğru  çay 
ekspedisiyası  325-ci  ilin  yayında  Pattalada  başa  çatdı.  Hindistana  yürüş  qurtardı. 
Onun  qarşısında  digər  vəzifə  qalxdı  –  okeana  yolun  öyrənilməsi  ilə  ordunun 
qayıtması  işini  birləşdirmək  lazım  idi.  Çar  qoşunu  üç  yerə  böldü.  Birinci  qrup 
Kraterin  komandanlığı  altında  daha  sadə  yolla  getməli  idi.  Digər  qrupu  isə 
Babilistana donanma çatdırmalı idi. Bu qrup dənizin səhra sahilinə yaxın getməli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə