Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   30   31   32   33   34   35   36   37   ...   120

 
100 
çaxmaları  azadlığın  dayağı  olan  Aristotelə  və  Afinaya  hədəni  ifadə  edirdi. 
Kallisfeni  isə  çar  qandalda  öz  arxasınca  Hindistan  yürüşünə  apardı.  Bədbəxtin 
əzabları  yeddi  ay  davam  etdi,  bu  müddətdə  heç  də  yumşalmayan  Aleksandr  onu 
aradan  götürməyi  əmr  etdi.  Rəsmi  qaydada  isə  məlumat  verildi  ki,  dustaq 
“piylənmədən  və  birələrdən”  ölmüşdür.  Çar  təkcə  qəzəbi  ilə  deyil,  öz  hesabı  ilə 
hərəkət  etmişdi.  Proskineza  əhvalatından  sonra  onun  Kallisfenə  hansı  hisslər 
bəslədiyi məlum idi və yəqin ki, o, vətənə salamat qayıtmayacaqdı. O, şahid kimi 
deyil,  cinayətkar,  dustaq  və  sadəcə  xəstə  adam  kimi  həyatı  tərk  etməli  idi.  Bu 
bütün  yunanlar  üçün  ibrət  dərsi,  Aristotel  üçün  isə  xəbərdarlıq  oldu.  Əslində 
Kallisfenlə  birlikdə  Aleksandr  ellinlərin  millətçiliyinə  qalib  gəlmək  istəyirdi. 
Yunanlara  və  makedoniyalılara  artıq  öz  səfeh  məğrurluqlarından  və  öz  rəylərinə 
malik  olmalarından  imtina  etmək  vaxtı  gəlib  çatmışdı.  Ellin  ruhu  çarın  iradəsinə 
tabe olmalı idi. 
Həqiqi imperiyanı yaratmaq üçün isə təkcə İran millətçiliyini deyil, həm də 
Makedoniya və ellin millətçiliyini dəf etmək, “xurafatı” kənarlaşdırmaq lazım idi. 
Aleksandrın  rəqiblərinə  görə  üstünlüyü  onda  idi  ki,  çarın  arxalana  bildiyi 
müttəfiqləri  –  veteranlar  və  qoşun  yığıncağı  var  idi.  Veteranların  köməyi  ilə 
Aleksandr  Filotanı  məhkum  edə  bilmişdi,  “pajları”  ölüm  hökmü  ilə 
cəzalandırmışdı,  Klitlə  sözləşmədən  sonra  öz  cinayətini  leqallaşdıra  bilmişdi. 
Proskinezada  məğlub  olduqdan  sonra  Aleksandr  daha  müdrik  və  özünə  güvənən 
olmuşdu.  Adamlar  sakitləşdilər.  Ümumiyyətlə  tabe  olmaq  ağıllı  və  faydalı  işdir. 
Proskinezadan  imtina  çara  düşərgədə  mütləq  nüfuz  gətirdi.  Beləliklə,  Daranın 
ölümündən  Hindistana  yürüşə  qədər  olan  dövr  təkcə  hərbi  sahədə  deyil,  daxili 
siyasət sahəsində də tam müvəffəqiyyətlə başa çatdı. Məhkəmə qətlləri də göstərdi 
ki,  mütləq  hakimiyyət  zorakılıq  hakimiyyətidir  və  o  son  nəticədə  öz  təbiətinə 
uyğun  olanı  –  özbaşınalığı  və  gücün  təntənəsini  gətirir.  Bu  kədərli  dairədən 
Aleksandr kimi adam da çıxa bilmirdi. 
Aleksandra  Əhəmənilər  kimi  bütün  Asiyaya  sahib  olmaq  titulu  yox,  bütün 
qitənin  özü  lazım  idi.  Persiya  dövləti  Yaksart  (Sır-dərya)  çayına  çatırdı  və  ona 
qədər  də  guya  Asiya  uzanırdı.  Digər  tərəfdə  isə  başqa  materik  –  Avropa  var  idi. 


 
101 
Ona görə o, Hindistanı işğal etməyi çox vacib sayırdı. Perslər ona sahib deyildilər, 
lakin  ölkə  Asiyaya  məxsus  idi.  Aristotel  Hindistanı  yer  üzünün  şərq  qurtaracağı 
bilirdi.  Sonra  isə  okean  başlayırdı.  Asiya  dünyanın  o  qədər  də  böyük  olmayan 
hissəsi  kimi  təsəvvür  olunurdu.  Asiyanı  bütünlüklə  fəth  etmək  üçün  Aleksandr 
327-ci ilin yayında Hindistana hərəkət etdi. O, daha rahat yolu – Bamian vadisini 
və  Şibar  keçidini  seçdi.  Ordu  45-50  min  adamdan  ibarət  idi.  Hindistanın 
şimalındakı  torpaqlar  sərt  iqlimli  olub,  həyat  üçün  yararlı  deyildi.  Burada  uca 
dağları  rütubətli  vadilər  əvəz  edirdi.  Aleksandr  İnd  vadisindən  qüdrətli  hökmdar 
Taksili  və  ona  sədaqətli  olan  racaları  hələ  özü  Kabil  çayının  yuxarı  axını 
rayonunda  olanda  yanına  çağırmışdı.  Onlar  çarın  düşərgəsinə  varlı  hədiyyələr 
gətirmişdi.  Racalar  filləri  gətirmişdi  və  onları  Aleksandra  bağışladılar.  Kim 
gəlməmişdisə  o,  düşmən  siyahısına  daxil  edildi.  Qoşun  bölündü.  Hefestion  və 
Perdikka  racaların  dəstələri  ilə  daha  yüngül,  cənub  yolu  ilə  gedəcək,  Xaybar 
keçidindən  İndə  qədər  olan  vilayəti  dincliklə  və  ya  güc  tətbiq  etməklə  tabe 
etdirəcəkdilər.  Aleksandrın  özü  isə  şimal  yolu  ilə  -  Kafiristandan,  Bayur  və 
Svatdan keçməklə varlı assaken tayfasını və digər tayfaları işğal edəcəkdi. 
Ölkənin müdafiəçiləri igidliklə döyüşürdülər. Müqavimət mümkün olmayan 
yerlərdə  onlar  qəsəbələri  yandırıb  dağlarda  gizlənirdilər.  Lakin  düşmənin  zərbə 
qüvvəsi müdafiəçilərin imkanlarından üstün idi. Aleksandr və onun qoşun başçıları 
hərb  elminin  bütün  nailiyyətlərindən  istifadə  edirdilər.  Makedoniyalılar 
müdafiəçiləri  seçim  qarşısında  qoymuşdular:  əsir  düşmək  ya  da  məhv  olmaq. 
Aleksandr  çoxlu  yeni  qalalar  yaratdı.  Hefestion  və  Perdikkanın  cənub  orduları  da 
müvəffəqiyyətlə  hərəkət  edirdi.  Lakin  nəticəni  o  qədər  də  qənaətləndirici  saymaq 
olmazdı.  Ən  inadkar  və  əyilməz  tayfalar  əvvəlki  kimi  dağlarda  və  keçilməz  dağ 
meşələrində  gizlənmişdi.  Yaranan  çətinlikləri  nəzərə  alan  çar  327-326-cı  ilin 
qışında bu ölkəni əyalətə çevirib onu Nikanorun idarəçiliyinə verməyi qərara aldı. 
Aleksandr  mövqe  müharibəsinə  keçmək  istəmirdisə  o,  əldə  etdikləri  ilə 
kifayətlənməli idi. Soqdianada mümkün olanlar burada keçmirdi. Xalq müharibəsi 
dayandırılsa da, Aleksandrın qoşunu getdikdən az sonra Nikanor öldürüldü.  


 
102 
Aleksandr tam ciddi surətdə inanırdı ki, o, ikinci Herakl ola bilər və hətta o, 
artıq Herakl olmuşdur. Əfsanəvi qəhrəmana sadəcə olaraq o, özünün böyük qardaşı 
kimi  hörmət  edirdi.  Baktriyaya  qədər  Herakl  döyüşçülər  üçün  yol  göstərən  ulduz 
olmuşdu. Hətta Aleksandrın Barsinadan, çarın Roksana ilə nikahından bir az əvvəl 
doğulmuş qanundan kənar oğluna Herakl adı verilmişdi. Herakl haqqında mif üçün 
əlverişli  təsadüf  olmamışdısa,  indi  onu  yaratmaq  lazım  gəldi.  Belə  də  edildi. 
Hindistanda  qəhrəmanın  igidliklərinin  çox  saylı  izləri  tapıldı.  Bu  “möcüzələr 
ölkəsinə”  yürüşün  başlanğıcında  yeni  mif  meydana  gəldi.  Bəlkə  də  Aleksandrı 
onun mifik  əcdadı boğaza yığmışdı. Ona görə də Zevsin Asiyada olmuş oğlanları 
içərisində üçüncü və ən yüksəyi qəflətən birinci plana keçdi və əməksevər Heraklı 
asanlıqla kölgəyə itələdi.  
Hindistanın  sərhədində  Aleksandr  bir  yer  tapdı  ki,  onun  adı “Nisa”  sözünə 
yaxın  idi.  Guya  bu  şəhəri  Dionis  salmışdı.  Hindistanın  varlı  torpaqlarına  yol 
göstərən  ulduz  roluna  da  daha  çox  ehtirasları  bihuş  edən  Dionis  uyğun  gəlirdi, 
nəinki  əməkçi  Herakl.  Aleksandr  özü  də  daha  çox  allaha  bənzəyirdi,  nəinki 
qəhrəmana. Çar əmr etdi ki, şəhəri Dionisin salması ideyası şübhəsiz həqiqət kimi 
qəbul  edilsin  və  həm  də  guya  allah  bütün  Hindistandan  qalibiyyətli  qaydada 
keçmişdir.  Makedoniyalılar  allahın  yolunu  təkrar  etməli  idilər.  Beləliklə, 
Aleksandrın əmri ilə yeni din və yeni “tarixi həqiqət” yarandı. Çar o saat Nisadan 
meşəli dağlara uzaqlaşdı və öz səma hamisi Dionisə böyük ziyafətlə öz ehtiramını 
göstərdi.  Əgər  əvvəllər  onun  yürüşlərini  qəhrəmanlıq  mifləri  ilə  əsaslandırmaq 
üçün  Kallisfen  lazım  idisə,  indi  ona  heç  kəsin  xidməti  lazım  deyildi.  O,  yürüşün 
“təbliğatçısı”  rolunu  öz  üzərinə  götürdü.  Təkcə  Hifasis  yanında  çar  uğursuzluğa 
düçar olduqdan sonra Dionisin adı az çəkilməyə başladı. 
326-cı  ilin  yazında  Aleksandr  İnd  çayını  keçməyə  hazırlaşırdı.  Oradan 
“möcüzələr ölkəsi” başlanırdı. Kir dövründən perslərin səltənəti hər tərəfə uzanırdı 
və onunla ellinlər tanış olmuşdu. Bütün Ön Asiya asan gedilən yer olmuşdu, lakin 
Hindistan “Şərqin əfsanəvi ölkəsi” kimi naməlum olaraq qalırdı. Aleksandra qədər 
ancaq  bir  ellin  bu  sirrli  ölkədə  olmuşdu  və  onun  haqqında  danışa  bilərdi.  Onu  da 
Dara  göndərmişdi.  O,  gəmidə  İndlə  aşağı  düşmüş  və  Misirə  qədər  üzmüşdü.  O, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə