Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   29   30   31   32   33   34   35   36   ...   120

 
97 
başqalarının  sağlığı  gəldi.  Əvvəlcə  makedoniyalılar,  sonra  yunanlar,  daha  sonra 
iranlılar  gəldi.  Nəhayət,  ən  tərs  adamlardan  biri  olan  Kallisfenin  növbəsi  gəldi. 
Onu  Hefestion,  bəlkə  də  çar  özü  dəvət  etmişdi.  Aleksandr  onun  sağlığına  içdi. 
Alim qalxdı və mehraba yaxınlaşdı. Elə həmin dəqiqə Aleksandr Hefestiona tərəf 
dönür,  guya  ki,  ona  nəsə  demək  istəyir.  Yəqin  çar  yunan  barədə  əmin  deyildi  və 
çalışırdı ki, mərasimin pozulmalarla icra edilməsinə əhəmiyyət verməsin. Kallisfen 
isə  ləngiyirdi,  qədəhi  içdi,  sonra  diz  çökmədən  çara  yaxınlaşdı.  Aleksandrın 
gözünə  çarpıb-çarpmamasından  asılı  olmayaraq  hamı  bunu  gördü.  O,  öpüş  üçün 
əyildi, bu vaxt yaltaqlardan biri qışqırdı: “Sənə hörmət etməyən adama, çar, öpüş 
vermə!” Çar çaşmışdı və ona öpüşdən imtina etdi. Bu vaxt Kallisfen bərkdən deyir: 
“Nə olar, deməli, bir öpüş az”. Beləliklə, proskinezanı tətbiq etmək planı pozuldu 
və  elə  əsaslı  qaydada  pozuldu  ki,  Aleksandr  bir  daha  ona  qayıtmadı.  Lakin 
Aleksandrla Kallisfen barışmaz münaqişəyə girdilər. Tarixin öyrətdiyi kimi, hətta 
xoş  məram  da  dünyagörüşün  müxtəlif  formalarını  –  mütləq  hakimiyyətə  can 
atmaqla azadlığın bəxş etdiyi insan ləyaqətini birləşdirmək qabiliyyətində deyildir. 
Çarı döyüşçülər nə qədər sevirdisə, yaxın ətrafı ondan heç də o qədər də kor-
koranə vəcdə gəlmirdi. Bu “fövqəlinsanla” təmasa çətinliklə dözən adamlar var idi. 
Onun  hədd  bilməyən  qəzəbi,  şərab  içməkdə  keçirilən  yuxusuz  gecələr  adamları 
cana doydururdu. O, çoxlarının təsvir etdiyi müsbət qəhrəman deyildi. Bu fonda da 
“pajların” qəsdi baş verdi. “Pajlar”, kübar gənclər şəxsən çara xidmət edirdilər və 
düşərgədə hamıdan cavan idilər. Lakin bu dairədə də çardan xoşu gəlməyənlər var 
idi. Çar ona gecə-gündüz qulluq edən bu gəncləri gah öz süfrəsinə dəvət edir, gah 
da onları döyməklə cəzalandırırdı. Bu gəncləri bir-birinə bəzən hətta incə və əcaib 
dostluq  hissləri  birləşdirirdi.  Bu  təbii  idi,  çünki  Aleksandr  özü  də  belə  növ 
əlaqələrə yad deyildi. 
Bir  dəfə  bu  oğlanlardan  biri  ova  elə  aludə  oldu  ki,  çarın  özünün  hədəf 
götürdüyü  qabana  ölümcül  zərbə  vurdu.  Qəzəblənmiş  çar  gənci  sərt  qaydada 
cəzalandırdı,  onun  əlindən  atı  aldı  və  bütün  “pajların”  qarşısında  onu  çubuqla 
döydürdü. Bu Hermolay adlı oğlanın damarlarında balkanlı qanı axırdı. Onu təhqir 
etmişdilər,  indi  o,  intiqam  hissi  ilə  yanırdı  və  çara  qəsd  etməyi  qərara  aldı. 


 
98 
Görünməmiş  bir  hal  idi  ki,  bu  ağılsız  öz  planına  beş  yoldaşını  cəlb  edə  bilmişdi. 
Klitin həlakından bir neçə ay keçirdi, bundan sonra proskineza baş tutmamışdı, lap 
bu  yaxınlarda  isə  çar  İran  gözəlinə  evlənmişdi.  Yaşlıların  gizlətdiyi  hiddəti 
cavanlar büruzə verirdilər, şəxsi təhqir isə bu narazılığa xüsusi təkan vermişdi. 
Gənclər Aleksandrı gecə yuxuda öldürməyi qət etmişdilər. Onun həyatı hələ 
heç  vaxt  belə  təhlükədə  olmamışdı.  Baktrada  isti  yaz  gecəsi  idi.  Çar  içki 
məclisindən  ayrılmaq  istəmirdi.  Öz  həyatının  xilasına  görə  çar  uzanan  ziyafətə 
borclu  idi.  Səhər  açılanda  qəsdçilərin  əvəzinə  yeni  növbə  gəldi  və  sirr  açıldı. 
Oğlanlardan biri qəsd haqqında öz dostuna dedi, o isə başqasına ötürmüşdü. Xəbər 
Ptolomeyə  çatdı  və  o,  bunu  çara  bildirdi.  Aleksandr  oğlanları  tutmağı  və  işgəncə 
altında  onları  istintaq  etməyi  əmr  etdi.  O,  qoşunu  Hindistana  yürüş  ərəfəsində 
həyəcanlandırmaq istəmirdi. Makedoniya oğlanlarının yaşlılar arasında silahdaşları 
olmadığı bilindikdə, Aleksandr bu bəxti gətirməyən qəsdçilərin ailələrinə qarşı heç 
bir  repressiya  tətbiq  etmədi.  Cavanlar  qoşun  yığıncağı  qarşısında  dayandı. 
Hermolay  sui-qəsdi hazırladığını etiraf etdi. O, Filotanın və Parmenionun qətlinə, 
Klitin  həlak  olmasına,  proskinezaya  görə  və  çarın  qurtarmaq  bilməyən  gecə 
ziyafətlərinə  görə  qisas  almaq  istəyirmiş.  Sui-qəsdin  məqsədi  Aleksandrın 
özbaşınalığına  son  qoymaq  və  makedoniyalılara  azadlığı  qaytarmaq  imiş. 
Yığıncaq,  təbii  ki,  ittiham  olunanları  ölüm  cəzasına  məhkum  etdi.  Ancaq  çar 
özbaşınalığı  bu  hadisədə  öz  faciəli  rolunu  oynadı  və  kədərli  davama  malik  oldu. 
Yeni  zərbə  makedoniyalıya  deyil,  Aleksandrın  ülvi  planlarına  qarşı  inadkarlıqla 
çıxan yunana dəydi, bu adam oğlanların hamisi Kallisfen idi. Onun ölümü qəsdin 
kədərli epiloqu oldu. 
Kallisfen  Aleksandrın  ellinlər  arasında  məşhurlaşması  üçün  çox  iş 
görmüşdü. Lakin Klit kimi bu ritor da öz xidmətlərini şişirdirdi, hesab edirdi ki, çar 
Makedoniya  qılıncından  daha  çox  onun  qələminə  borcludur.  Buna  görə  vaxtilə 
Aristotel  də  öz  şagirdini  məzəmmət  etmişdi.  Proskineza  əhvalatından  sonra  isə 
Kallisfen  təkcə  sarayda  deyil,  bütün düşərgədə  ən  cəsarətli  adam  hesab  olunurdu. 
Yunan  müqavimət  göstərmişdi,  həm  də  qalib  gəlmişdi.  Çar  onu  məhv  etməyi 
qərara  aldı  və  ritorika  müəllimi  ilə  bəd  zarafat  etmək  fikrinə  düşdü.  Bu  dəfə  də 


 
99 
əhvalat  səhnəsi  ziyafət  oldu  və  qonaqlıqda  Kallisfen  də  iştirak  edirdi.  Çar  təklif 
etdi ki, o, makedoniyalıların tərifinə nitq söyləsin. Ritor öz məharətini göstərdi və 
alqışlarla  qarşılandı.  Çara  müqavimət  göstərən  adamın  sözləri  makedoniyalılara 
çox xoş gəlmişdi. Aleksandr isə bu sevinci bölüşmürdü və dedi: “Tərifə layiq olan 
şeyi tərif etmək asandır. Sən bizə əsl natiqliyi göstərmək istəyirsənsə indi ittihamçı 
kimi  çıxış  et  ki,  makedoniyalılar  öz  səhvlərini  başa  düşsünlər  və  onları 
düzəltsinlər”. 
“Lehinə”  və  “əleyhinə”  eyni  qaydada  yaxşı  nitq  söyləmək  bacarığı  ritorika 
sənətinin tacı hesab olunurdu. Bu təklifdə də Kallisfen öz professional məharətini 
göstərmək dəvətindən başqa heç bir şey görmədi. Lakin o, tələyə düşmüşdü. Anti-
Makedoniya  nöqteyi-nəzərinə  keçdikdə  o,  özünün  ellin  qərəzkarlığını  saxlaya 
bilmirdi  və  bütün  qəzəbi  ilə  qardaş  Makedoniya  xalqının  üstünə  atıldı.  O,  güman 
edirdi ki, bu yolla o, üzərinə düşmüş sınaqdan şərəflə çıxacaqdır. Lakin onlar üçün 
formanın heç bir əhəmiyyət kəsb etmədiyi və əsas şeyin məzmun olduğunu hesab 
edən makedoniyalılar təhqir olundular. Kallisfen özünü onların gözündən saldı və 
Aleksandr qızğınlıqla həmvətənlərinin rəyinə qoşuldu. O, dedi: “Sənətin burda rolu 
yoxdur, natiq özünün gizli bədxahlığını üzə çıxardı”. 
Yalnız  indi  Kallisfen  çarın  onu  hansı  tələyə  saldığını  başa  düşdü.  Ritor 
nəhayət  təhlükəni  anladı.  O,  olduqca  qəmli  hisslərlə  ziyafəti  tərk  etdi.  “Pajların” 
qəsdinin  açılması  çara  qəti  hərəkətlər  üçün  arzu  olunan  bəhanə  verdi.  Oğlanların 
başçısının  Kallisfenin  sevimli  şagirdlərindən  biri  olduğu  məlum  oldu.  Müəllim 
mühazirələrdə  tiraniya  əleyhinə  çox  sözlər  söyləmişdi  və  istənilən  vaxt  bunu 
Aleksandra  aid  etmək  olardı.  Bu  kifayət  idi  ki,  Kallisfen  “pajlara”  təsirdə 
günahlandırılsın. İşgəncələrlə müəllimin təhrik etməsi və bilavasitə qəsdə başçılıq 
etməsi şəhadətlərinin əldə olunmasına cəhd edildi. Lakin oğlanlar buna getmədilər. 
Ancaq  rəsmi  qaydada  elan  edildi  ki,  “pajlar”  Kallisfenin  qəsddə  iştirakını  təsdiq 
etdilər.  Artıq  Baktrada  Kallisfenə  qandal  vuruldu.  Aleksandr  hiddətlə  Antipatra 
xəbər  verirdi:  “Makedoniyalılar  pajları  daşlarla  öldürdülər,  sofisti  isə  mən  özüm 
cəzalandıracağam,  onunla  birlikdə  onu  bura  göndərən  və  mənim  gizli 
düşmənlərimə  yunan  şəhərlərində  sığınacaq  verən  digərlərini  də”.  Bu  şimşək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə