Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

 
121 
etdi.  Qoşun  rəislərini  o  biri  səhər  gəlməyi  təyin  etdi,  güman  etdi  ki,  özünü  yaxşı 
hiss edəcəkdir. Lakin axşamın sonunda ikinci tutma baş verdi. Görünür çar ən ağır 
növ olan tropik malyariya ilə xəstələnmişdi. Bütün gecəni o, yatağında çabalayırdı. 
Səhər açılanda tutma keçdi, Aleksandr vanna qəbul etdi. Sonra o, dəniz qüvvələri 
komandanı  Nearxı  qəbul  etdi  və  planın  qüvvədə  qaldığını  bildirdi.  Sonrakı  gün 
daha  güclü  tutma  baş  verdi.  Bu  xəstəliyin  sonu  üçün  həlledici  rol  oynadı. 
Aleksandr  özü  də  bunu  hiss  etdi.  Qızdırmada  olanda  vanna  qəbul  etdi  və  qoşun 
başçılarını  yanına  çağırdı.  Yenə  müddətlər  təsdiq  edildi.  Axşam  çarı  çimməyə 
gətirdilər. Tutma keçmişdi, lakin xəstənin ümumi vəziyyəti yaxşılaşmırdı. Sonrakı 
gecə  daha  ağır  oldu.  Səhəri  güclü  qızdırma  başladı.  Xəstəni  gölməçənin  yanına 
gətirdilər. Qızdırması azalanda orduda yeni təyinatlar barədə danışırdı. Sonrakı gün 
o, özünü lap pis hiss etdi və qızdırmanın tutması başladı. O, saraya qayıtmaq istədi 
və əmr etdi ki, ora qoşun başçıları gəlsin. Bu onun son əmri idi. Hər gün baş verən 
malyariya  tutmalarından  çox  zəifləyən  çarın  orqanizmi  iki  xəstəliyə  müqavimət 
göstərə  bilmirdi.  İkinci  xəstəlik  isə  ya  soyuqdəymə  idi,  ya  da  malyariyanın 
yaratdığı  leykemiya  (ağ  qan  xəstəliyi)  idi.  Ona  görə  də  hərarət  kəsmirdi,  xəstəyə 
daim əzab verirdi. O birisi gün xəstənin gücü tükəndi. Aleksandrı saraya apardılar, 
burada  o,  mürgülədi,  lakin  ayılanda  zəiflikdən  danışa  bilmədi.  O,  hələ  qoşun 
başçılarını  tanıyırdı.  Perdikka  xəstənin  çarpayısının  yanından  uzaqlaşmırdı.  Can 
verən  ona çar  möhürü olan üzüyü verdi. Adamlar şübhələndi ki, sevimli  çar  artıq 
ölmüşdür və bunu onlardan gizlətmək istəyirlər. Köhnə döyüşçüləri ölənin yanına 
buraxdılar. Çar gözləri ilə onları salamlayırdı. Onun yer üzündə axırıncı gördüyü 
öz  sədaqətli  döyüşçüləri  idi.  Səhərisi  gün  onun  həyatının  sonu  gəldi.  Hər  şey 
qurtardı - Ərəbistan ekspedisiyası da, qüdrətli hakimiyyət də, ilahi mənşəyə iddia 
da,  hər  şeyə  qalib  gələn  iradə  də,  təkrarsız  yaradıcı  başlanğıc  da,  dünyaya  ağalıq 
planları  da,  imperiya  da.  Sakitcə  yatmış  insan  qalmışdı  və  o,  heç  vaxt  bir  daha 
oyanmayacaqdı. 28 desidə axşam (təqribən 13 iyunda) Aleksandr öldü. 
Aleksandr 33 yaşında öldü, 13 il çarlıq etdi və küləyin əsməsi ilə elə bil ki, 
bütün  Persiya  çarlığını,  Hindistanın  və  Balkanların  bir  hissəsini  udan  dünya 
yanğını  söndü.  Aleksandrın  sərkərdələri  imperiya  ideyasına  danışıqsız  xidmət 


 
122 
etməkdən imtina etdilər. İmperiya öz hökmdarını itirmişdi və çar ailəsindən elə bir 
adam yox idi ki, qalanlar ona tabe olsun. Barsinadan olan qanunsuz doğulmuş oğlu 
Herakl beş yaşında idi və həddən çox yunan qaydasında tərbiyə olunmuşdu. İkinci 
varis  Filippin  və  Filinnanın  qanunsuz  doğulmuş  oğlu,  Aleksandrın  qanbir  qardaşı 
Arridey  idi.  Ağlı  kəm  olan  bu  adamı  iddiaçı  hesab  etmirdilər.  Taxt-taca  digər 
mümkün  iddiaçını  Roksana  ürəyinin  altında  gəzdirirdi,  o,  dünyaya  dörd  ay  sonra 
gələcək idi. 
Makedoniya  qaydası  ilə  taxt-tacın  varisini  qoşun  ordusu  təsdiq  etməli  idi. 
Çarın  ölümündən  sonra  əvvəlki  ədavət  daha  da  qızışdı.  Qoşun  Persiyada  ələ 
keçirilmiş  xəzinənin  bölünməsini  tələb  edirdi.  Hamının  hamıya  qarşı  mübarizəsi 
başlandı. Aleksandrın ölümündən sonra Babilistanda yığışan bütün silahdaşları bu 
və ya digər dərəcədə öz şəxsi məqsədlərini güdürdülər. Ptolomey imperiyanı qoşun 
başçıları  arasında  bölməyi  və  onu  özünəməxsus  “satrapiyalar  federasiyasına” 
çevirməyi  təklif  etdi.  Qızğın  mübahisələrdən  sonra  kompromiss  qərara  gəlindi: 
Arridey  atası  Filippin  adını  qəbul  edib  imperiyanın  başında  duran  çar  rolunu 
oynamalıdır.  Roksananın  oğlu  həmhökmdar  olmalıdır  və  həddi-buluğa  çatanda 
hakimiyyət  ona  verilməlidir.  Antipatr  Makedoniyanın  canişini  və  ellin  ittifaqının 
muxtar  strateqi,  Perdikka  Asiyanın  xiliarxı  (bu  hərfi  mənada  minbaşı  demək  idi, 
Aleksandrın  çarlığı  dövründə  çarın  ən  yaxın  köməkçisi,  şərq  hökmdarlarının 
vəzirinə uyğun gələn vəzifə idi), Krater isə Arrideyin saxta olaraq malik olduğu çar 
tacının və hakimiyyətinin mənafelərinin müdafiəçisi vəziyyətində idi. Satrapiyalar 
qoşun  başçıları  arasında  bölünmüşdü.  Ən  yaxşısını,  varlı  və  coğrafi  vəziyyətinə 
görə demək olar ki, müstəqil olan Misiri Ptolomey götürmüşdü, Frakiya Lisimaxa, 
Hellespont yanındakı Frigiya Leonnata çatmışdı. Antiqonun payına Böyük Frigiya 
düşmüşdü,  müstəqillik  qazanmış  Kappadokiyanı  Yevmen  almışdı.  Qalan 
satrapiyalar  digər  qoşun  başçıları  arasında  bölünmüşdü.  Aleksandrın  ölümündən 
sonra dövlət quruluşu belə idi, bunu əslində quruluşsuz adlandırmaq olardı. Faktiki 
olaraq güclünün hüququ qoyulmuşdu. Yeni ellinist dövlət hüququ yalnız iki onillik 
sonra  meydana  gəldi.  Babildə  yaranmış  dövlət  quruluşunun  dağılmasının  səbəbi 
daha  çox  onunla  əlaqədar  idi  ki,  onun  aydınlığı  və  dəqiqliyi  yox  idi.  Yeni 


 
123 
satrapların  və  mərkəzi  hökumətin  qarşılıqlı  münasibətlərində  aydınlıq  yox  idi. 
Bundan  istifadə  edən  Perdikka  öz  adından  yeni  satraplara  əmrlər  verirdi,  lazım 
gələndə  onları  dəyişdirirdi.  Perdikka  Aleksandrın  özünün  rolunu  oynamağa 
başladı. 
Antipatrın  siyasəti  isə  ona  yönəlmişdi  ki,  hərbi  xadimlər  arasında  sülhü 
qoruyub  saxlasın.  Lakin  Aleksandrın  anası,  Epirdə  olan  Olimpiada  Perdikkanın 
tərəfinə  keçəndə  və  ona  öz  qızı  Kleopatranı  ərə  verməyi  təklif  edəndə  Antipatrda 
təkbaşına  hakimiyyətə  açıqca  meyl  yarandı.  Perdikka  Aleksandra  məxsus  olan 
sərkərdə  qabiliyyətinə  malik  deyildi.  321-ci  ildə  o,  özünün  qoşun  başçıları 
tərəfindən öldürüldü. İmperiyanın idarə olunması ahıl yaşlı Antipatrın əlinə keçdi. 
O,  Makedoniyaya  Arridey,  Roksana  və  artıq  doğulmuş  körpə  Aleksandrla  gəldi. 
Beləliklə, nəhəng imperiya yenidən Makedoniyadan idarə olunmağa başladı. Lakin 
Asiyanın idarə olunması və oradakı satraplar üzərindəki nəzarət Antiqonun əlində 
idi, Ptolomeyin dövründə isə Misir ümumiyyətlə müstəqillik qazandı. 
Antipatr imperiyanın idarə sükanını ələ keçirdikdən iki il sonra – 319-cu ildə 
öldü. Yeni böhran başladı və bu çar ailəsinin və bütün imperiyanın məhvinə səbəb 
oldu.  Ahıl  yaşlı  Antipatr  öz  oğlu  Kassandrın  böyük  kədərinə  səbəb  olan  hərəkət 
edib  məhdud  qabiliyyətli  ordu  başçısı  olan  Poliperxonu  öz  varisi,  çar  ailəsinin 
mühafizəçisi  və  dövlətin  regenti  etdi.  Makedoniyalılar  ona  tabe  olmaqdan  imtina 
etdilər. Ona qarşı incimiş Kassandrı müdafiə edən Antiqon və Ptolomey qalxdı. Bu 
vaxt  Poliperxon  Aleksandrın  anası  Olimpiadanı  öz  həmhökmdarı  etdi.  İndi  də 
Filippin adrıcılları ilə Olimpiadanın tərəfdarlarının kəskin mübarizəsi başlandı. 
Hələ Perdikka dövründə mübariz Kipiana Filippin qanunsuz qızlarından biri 
olan öz qızını Arrideyə ərə verdi. Bu özbaşınalığına görə o, həyatını qurban verdi. 
Ancaq onun qızı Yevridika Perdikkanın ölümündən sonra Arrideyi, deməli, həm də 
dövləti  idarə  edirdi.  O,  ordunu  Antipatra  qarşı  qaldıra  bilmişdi.  Antipatrın 
ölümündən sonra isə Arrideylə birlikdə Kassandrın tərəfinə keçmişdi. Aleksandrın 
məğrur anasının ordusu Makedoniyaya hücum edəndə heç bir müqavimət görmədi. 
Olimpiada  Yevridika  və  onun  ərini  tutub  zəncirlə  qandalladı.  Onları  zindana 
saldılar,  sonra  Arridey  öldürüldü,  Yevridika  isə  317-ci  ildə  özünü  öldürdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə