Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   40   41   42   43   44   45   46   47   ...   120

 
131 
romalılar  belə  dəhşət  hissi  keçirməsəydilər,  bəlkə  də  belə  tez  birləşib 
vətənpərvərlik  hissi  ilə  alovlanmazdılar.  Bəlkə  də  Hannibalın  real  təhlükəsini 
romalılar  görməsəydi,  onlar  orduya,  hərb  sənətinə  belə  ciddi  fikir  verməzdilər. 
Sonralar  hərbi  islahatlara  əl  atmazdılar,  nəhayət,  belə  qüdrətli  və  əslində  rəqibi 
olmayan  böyük  imperiya  yaratmazdılar.  Onlar  zəiflikdən  meydana  gələn 
məğlubiyyətin  acısını  dadmışdılar  və  miladdan  əvvəl  V  əsrdə  qallar  romalılara 
etdiyi  ayıqlaşdırma  təsirini,  indi  Hannibal  daha  qorxulu  şəkildə  təkrar  etmişdi. 
Hannibalın  romalıların  başının  üstünə  asdığı  Damokl  qılıncı  onları  xülyalardan 
uzaqlaşdırdı,  təhlükənin  gözünün  içinə  baxmağa  məcbur  etdi.  Karfagenin 
bütünlüklə tarixi tərk etməsində öz “xidmətləri” olan Hannibal, həm də Romanın 
qüdrətinin böyüməsinə əsaslı “köməklik” göstərdi. Romalılar qalların şəhərə daxil 
olub  Kapitoliyə  çıxmasını,  etruskların  Romanı  mühasirədə  saxlamasını  unutsalar 
da,  Kanndakı  məğlubiyyəti  heç  vaxt  unutmurlar.  Kann  xatirəsi  Romanın 
məğrurluğunu  nə  qədər  alçaldırsa,  Hannibalın  sərkərdə  dühasını  bir  o  qədər 
böyüdür və əlçatmaz edir. 
Bütün  zəfərlər,  acı  məğlubiyyət və dəhşətli sonluq öz başlanğıcını sadə bir 
ritualdan  götürmüşdü.  Doqquz  yaşlı  uşaq  atasının  təhriki  və  israrı  ilə  mehrab 
qarşısında  and  içirdi,  bu  and  onu  sönməyən  şərəfə  də  çatdırdı,  ömrünün  son 
dəqiqəsinə qədər müşayiət də etdi.  
Miladdan  əvvəl  247-ci  ildə  Karfagenin  böyük  hərbi  və  siyasi  xadimi 
Hamilkar  Barkanın  ailəsində  oğlan  uşağı  doğuldu,  bu  Hannibal  idi.  Bu  ailə 
Karfagen kübarlığına mənsub idi və bu nəsil özünün şəhərin əfsanəvi banisi olan 
Elissanın  silahdaşlarından  birinə  gedib  çıxdığını  deyirdi.  Uşağın  adı  da  çox 
yayılmış puniyalı adı idi və Hannibal “mənə qarşı mərhəmətli” mənasını verirdi. O, 
doğulanda  Karfagen  I  Puniya  müharibəsində  Romanın  qələbəsini  onun  əlindən 
çıxartmaq istəyirdi. 
Tir  şəhərindən  çıxan  adamlar  Karfageni  m.ə.  825-ci  ildə  salmışdılar  və  iki 
əsr sonra artıq bu şəhər Aralıq dənizi ticarətinin ən mühüm mərkəzlərindən birinə 
çevrildi. Karfagenin faydalı coğrafi vəziyyəti onun bu regionda ağalıq iddialarının 
yaranmasına  səbəb  oldu.  Siciliyadakı,  Liquriyadakı  və  Pireney  yarımadasındakı 


 
132 
yunan  kolonistləri  ilə,  həmçinin  qədim  ispan  dövləti  Tarteslə  qızğın  mübarizədə 
Karfagenə,  etrusklarla  ittifaqda  Tartesi  məhv  etmək,  Şimali  Afrika,  Siciliya, 
Sardiniya  və  Pireneydəki  Finikiya  koloniyalarını  öz  ətrafında  birləşdirmək 
müyəssər  oldu.  Karfagenlilərə  məxsus  olan  torpaqlarda  ən  ağır  vəziyyət  Şimali 
Afrikanın yerli əhalisinin – liviyalılarınkı idi. Liviyalılar ağır vergilər ödəyirdi. 
Karfagen  siyasi  həyatında  qoşunların  formalaşma  sistemi  mühüm  rol 
oynayırdı.  Burada  çoxdan  xalq  könüllülərindən  imtina  edilmişdi  və  Puniya 
ordusunun  əsasını  muzdlu  hərbi  hissələr  təşkil  edirdi.  Bunun  zəifliyi  göz 
qabağındadır: muzdlu döyüşçülər vətən uğrunda deyil, ideya uğrunda deyil, maaş 
üçün,  məğlub  olmuşları  qarət  etmək  üçün  vuruşurdular.  Belə  orduya  yalnız 
qalibiyyətli 
yürüşdə 
bel 
bağlamaq 
olar, 
çətinliklər, 
məğlubiyyətlər, 
məhrumiyyətlər,  maaşın  verilməsinin  gecikməsi  onları  olduqca  etibarsız  edirdi. 
Hannibalın belə bir ordunu tabelikdə saxlaması nisbi intizamla yanaşı, İtaliyadakı 
parlaq qələbələrlə əlaqədar idi, yeni uğurlara bəslənən ümidlə əlaqədar idi. Lakin 
burada Hannibal şəxsiyyətinin rolunu və təsirini azaltmaq olmaz. Çünki o, əsgərlər 
arasında olduqca populyar idi. 
Karfagen  aristokratiyası  içərisində  də  birlik  yox  idi.  Onun  ayrı-ayrı 
qruplarının  iqtisadi  vəziyyətindəki  fərqlərin  mövcudluğu,  bu  parçalanmanı 
yaratmışdı.  İri  torpaq  mülkiyyətinə  sahib  olan  Puniya  varlıları  aktiv  siyasətin 
aparılmasını  heç  də  arzu  etmirdi.  Onları  Karfagenin  böyük  dövlət  olması  da  o 
qədər  maraqlandırmırdı.  Həm  də  müharibələrin  onlar  üçün  əlavə  xərc  çəkməyə 
səbəb  olacağını  da  unutmurdular.  Aristokratiyanın  digər  qrupu  isə  iri  tacirlərdən 
ibarət  idi.  Onların  rifahı  bütünlüklə  Aralıq  dənizi  ölkələri  və  ondan  kənarda  olan 
ölkələrlə dəniz ticarətindən asılı idi. Onlar o vaxtkı məlum dünyada Puniya ticarət 
monopoliyasının  qoyulmasını  Karfagenin  xarici  siyasətinin  əsas  məqsədi  hesab 
edirdilər.  Başqa  sözlə,  əgər  rəqibləri  məhv  etmək  və  ya  tabe  etmək  zəruriyyəti 
nəzərə alınsa, söhbət “dünya” dövlətinin yaranmasından gedirdi. O vaxtkı dünyanı, 
oykumenanı əhatə edən bir dünya dövləti yaratmaq lazım idi və Karfagenin onun 
mərkəzi kimi nəzərdə tutulurdu. Bu vəzifəni də Hamilkar Barka və Hannibal həll 
etməyə girişmişdi. Bu yolda isə onlar Roma ilə üz-üzə gəldilər. 


 
133 
I Puniya müharibəsinin (264-241-ci illər) başlanğıcından, onun nəticəsi həll 
edilmişdi.  İlk  illərdə  Sirakuza  çarı  II  Hieron  Puniya  müttəfiqliyindən  Romanın 
tərəfinə keçdi, bu yolla Karfagen siyasi izolyasiyaya məruz qaldı. Karfagen təkcə 
dəniz  qüvvələri  ilə  qələbə  əldə  edə  bilməzdi.  Romalılar  ikinci  dəniz  döyüşündə 
qalib gəlib, Puniya donanmasının yarısını və ya 50  gəmini batırdı. İndi romalılar 
Karfageni  Afrika  torpağında  təslim  etməyə  cəhd  etməli  idi.  On  üç  illik 
mübarizədən  sonra  262-ci  ildə  mövcud  olan  vəziyyətə  qayıtdılar  və  bu  heç  də 
romalılara qəti qələbələr yaxınlaşdırmırdı. Bu vaxt, 247-ci ildə Siciliyada Karfagen 
donanmasına Hamilkar Barka komandan təyin edildi, elə bu vaxt da onun oğlu və 
Romanın daha təhlükəli düşməni olan Hannibal doğuldu. 
Barka  –  “ildırım”  ləqəbini  daşıyan  Hamilkar  hələ  gənc  vaxtı  öz  üzərinə 
Roma  ilə  müharibənin  nəticəsi  üçün  məsuliyyəti  götürmüşdü.  Yeni  vəzifəsi  ona 
dövlətdə  bütün  hakimiyyəti  ələ  keçirməyə  yol  açmışdı.  Lakin  Karfagendən  ayrı 
salınan Hamilkar Barka bir döyüşdə də (Eqatada) məğlub edildikdə, ona Roma ilə 
sülh müqaviləsi bağlamaq tapşırıldı. O, şəraitə boyun əyməli oldu. Karfagenlilərin 
sülh  təklifi  romalıların  ürəyindən  idi,  çünki  xəzinə  boş  idi.  Hamilkarın  təklifi 
sevinclə  qəbul  olundu.  Roma  tərəfindən  danışıq  aparan  Katul  tələb  etdi  ki, 
Hamilkarın  döyüşçüləri  Siciliyanı  silahsız  tərk  etsin.  Hər  adama  adadan 
getməmişdən  əvvəl  18  denari  verməli  idilər,  lakin  onlar  iqo  deyilən  alçaldıcı 
şərtdən  azad  oldular.  Hamilkar  çalışırdı  ki,  Karfagenin  döyüş  qabiliyyətinə  xətər 
toxunmasın.  Romalılara  karfagenlilər  20  il  ərzində  2200  gümüş  Evbeya  talantı 
verməli idilər, bütün əsirləri qaytarmalı idilər. Özəl əllərdə olan karfagenli əsirlər 
isə  satın  alınmalı  idi.  Karfagenə  İtaliya  ərazisindən  muzdlu  əsgər  toplamaq 
qadağan  olundu.  Məğlub  Karfagen  Siciliyadan  bütünlüklə  əl  çəkdi.  Romalılar 
təzminatı artırıb 3200 talanta çatdırdılar və bu məbləğ on il müddətində ödənməli 
idi. 241-ci ildə bu sülh imzalandı və Hamilkar Barka istefa verdi. 
Bu  vaxt  Hannibalın  beş  yaşı  var  idi.  O,  atasının  igidlikləri  barədəki 
əhvalatların dillərdə gəzdiyi bir mühitdə yaşayırdı. Hamilkar romalıları məğlub və 
məhv  etməyi  çox  arzulayırdı.  Bu  hisslərini  və  ehtirasını  o,  oğlanları  Hannibala, 
Hasdrubala  və  Maqona  da  təlqin  etmişdi.  Romadan  ağızdan  ağıza  onun  sözləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə