Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   43   44   45   46   47   48   49   50   ...   120

 
140 
çıxdılar.  Burada  Hannibal  iki  günlüyə  düşərgə  qurdu,  əsgərlər  çətin  və  təhlükəli 
aşağı  enmədən  əvvəl  istirahət  etməli  idilər.  Lakin  qüvvələri  tam  bərpa  etmək 
Hannibala  müyəssər  olmadı.  7  noyabra  açılan  gecə  qar  yağdı.  Soyuqlar  başladı. 
Səhər  tezdən  Hannibal  yola  düzəlməyə  əmr  etdi.  Əsgərlər  elə  bil  ki,  həvəssiz, 
yavaş-yavaş  gedirdi.  Bu  vaxt  dəstədən  ayrılıb  irəli  çıxan  Hannibal  dağların 
zirvəsindən  dağ  sistemini  əhatə  dən  Pad  vadisindəki  məhsuldar  çölləri  olan 
İtaliyanı  göstərdi.  Tarixçi  Livi  onun  nitqinə  bu  sözləri  aid  edir:  İndi  onun 
döyüşçüləri  təkcə  İtaliyanın  deyil,  həm  də  Romanın  divarlarını  aşıb  keçəcəkdir. 
Varlı  və  həm  də  müdafiə  olunmayan  kimi  görünən  ölkənin  qarət  edilməsi 
Hannibalın əsgərlərinə yeni qüvvə verirdi. Onlar dar, dik, qarla örtülü və sürüşkən 
cığırla  dağdan  aşağı  düşürdülər,  kiçik  bir  ehtiyatsız  hərəkət  edən  kimi,  adam 
uçuruma yuvarlanırdı. Adamlar buzun üstü ilə sürüşürdü, atlar irəli gedə bilmirdi. 
Bu  keçid  sonralar  Puniya  sərkərdəsinin  şərəfinə  Hannibal  keçidi  adlandı. 
Hannibalın qoşunları ilə birlikdə Alpı 37 fil də keçirdi. 
Karfagen ordusunun Şimali İtaliyaya daxil olması siyasi şəraiti dəyişdirdi və 
bu  Romanın  xeyrinə  deyildi.  Roma  komandanlığı  əvvəlcə  öz  rəqibini  lazımınca 
qiymətləndirmirdi.  Roma  sərkərdəsi  Stsipion  güman  edirdi  ki,  heç  vaxt  Hannibal 
Alpı  keçməyə  cəsarət  etməz  və  əgər  belə  ağılsız  addımı  atsa,  hökmən  məhv 
olacaqdır. 
Hannibal  İtaliyaya  böyük  ordu  gətirdiyi  kimi,  ağır  da  itkilər  verirdi.  O, 
buraya 20 min piyada və 6 min atlı gətirmişdi, bəzi tarixçilər isə 4-5 dəfə artırılmış 
rəqəmlər barədə məlumatlar verir.  
İndi Roma ordusuna Stsipion başçılıq edirdi. Hannibal bu sərkərdə barədə o 
qədər  yüksək  fikirdə  deyildi  və  bu  məsələdə  ciddi  səhvə  yol  verirdi.  Stsipion 
romalıların  yadına  I  Puniya  müharibəsindəki  qələbəni,  Hannibalın  müqaviləni 
xəyanətkarcasına  pozmasını  və  vətənin  üstünü  almış  təhlükəni  saldı.  Puniya 
əsgərlərinə  isə  xəbərdarlıq  etmək  lazım  idi  ki,  onları  ya  qələbə,  ya  da  ən  yaxşı 
halda  əsirlik  gözləyir.  Hannibal  da  heç  nəyi  gizlətmədən  bu  perspektivi  öz 
əsgərlərinə  İtaliyaya  qədəm  basanda  demişdi.  Hannibal  əsgərləri  açıqca  təsəvvür 
etməliydilər: qalib gəlmək və ya ölmək, onlar üçün digər çıxış yolu yox idi. 


 
141 
Döyüş  əməliyyatları  Titsin  çayı  üzərində  başladı.  Süvari  döyüşü  başlandı, 
sonra döyüşə piyadalar girdilər. Lakin romalılar arasında panika başlandı, Stsipion 
özü  yaralandı.  Stsipionu  onun  həddi-buluğa  çatmamış  oğlu  –  Hannibalın  gələcək 
qalibi, eyni ilə atasının adını daşıyan Publi Karneli Stsipion xilas etdi. Hannibalın 
romalılar üzərində ilk qələbəsi onun üçün müstəsna əhəmiyyətə malik idi. Burada 
Karfagen süvarisinin üstünlüyü özünü göstərdi. Lakin bu qələbə heç də Hannibalı 
qane etmirdi. 
Trebi  çayı  üzərindəki  döyüşdə  Hannibala  qarşı  yeni  sərkərdə  -  Semproni 
vuruşurdu. Karfagenlilər yenə qalib gəldilər, lakin bu dəfə daha böyük itki verdilər. 
Pis hava onlara ağır zərbə vurdu, adamlar ölürdü, atlar yıxılırdı, bütün fillər öldü. 
Lakin  Trebi  üzərindəki  qələbə  Hannibala  Tsizalp  Qalliyasını  verdi  və  burada 
məskunlaşan tayfalar onun tərəfinə keçdi. Buradan Mərkəzi İtaliyaya – Etruriyadan 
keçməklə  Romaya  yol  açılırdı.  Bu  Romada  panikaya  səbəb  oldu.  Semproni  isə 
əvvəlcə  hökumətdən  və  xalqdan  fəlakətin  həqiqi  miqyasını  gizlətməyə  cəhd  etdi. 
O, Romaya xəbər göndərdi ki, döyüş baş verdi, lakin pis hava qalib gəlməyə mane 
oldu. Lakin tədricən Roma həqiqəti bildi – karfagenlilər Roma düşərgəsini tutmuş 
və  onlara  bütün  qallar  qoşulmuşlar.  Bu  xəbər  Romada  böyük  həyəcan  yaratdı. 
Günbəgün  Hannibalın  Romaya  yaxınlaşması  gözlənilirdi  və  xilasa  heç  bir  ümid 
qalmırdı. 
Hannibal  yaz  başlananda  Etruriyaya  girməyə  cəhd  etdi  ki,  yerli  əhalini  öz 
tərəfinə  cəlb  etsin.  Lakin  Apennin  dağlarını  keçəndə  onları  tufan  haqladı, 
karfagenlilərin  dəstəsini  xeyli  seyrəltdi.  Hannibal  əsir  götürdüyü  Roma 
müttəfiqlərini  inandırırdı  ki,  o,  yalnız  Romaya  qarşı  vuruşmaq  üçün  İtaliyaya 
gəlmişdir.  O,  əsir  romalıları  yarıac  vəziyyətdə  saxlayırdısa,  müttəfiqlərə 
mərhəmətlilik  göstərirdi,  heç  bir  haqq  almadan  onları  evlərinə  göndərirdi  ki, 
həmvətənlərini karfagenlilərə birləşməyə sövq etsinlər. Hannibalı həm də özünün 
qall  müttəfiqlərinin  əhval-ruhiyyəsi  ciddi  narahat  edirdi.  O,  xəyanətdən,  hətta  öz 
həyatına  sui-qəsddən  qorxurdu.  Tarixçi  Polibinin  yazdığına  görə  o,  təmiz 
“finikiya” hiyləgərliyi tətbiq  edirdi:  tez-tez  müxtəlif yaşlara uyğun gələn  parikini 
və paltarını dəyişirdi, onu çox vaxt hətta öz silahdaşları tanıya bilmirdi. Hannibalın 


 
142 
belə  təşviş  üçün  əsası  var  idi.  Qallar  Roma  ilə  müharibəni  razılıqla  qarşılasa  da, 
döyüşlərin uzun müddət öz ölkələrində getməsindən narazı idilər. 
Yeni  kampaniyanı  başlamaq  üçün  romalıların  müşahidəsi  altında  olmayan 
yeganə  yol  seçildi  və  bu  zəhərli  qazlar  verən  keçilməz  bataqlıqdan  keçirdi.  Arno 
çayı  daşdığından  orada  suyun  səviyyəsi  qalxmışdı.  Hannibalın  bu  planı  çox 
çətinliklər vəd etsə də, strateji cəhətdən düzgün idi və sərkərdəyə qəfillik faktoru 
kimi mühüm üstünlük qazandırdı. Hannibal bataqlıqdan keçəndə yeganə sağ qalan 
filin  belində  idi.  Rütubətdən,  zəhərli  bataqlıq  qazlarından,  yuxusuzluqdan  onun 
gözləri şişmişdi və müalicə olunmağa nə vaxtı, nə də imkanı olmadığına görə o, bir 
gözünü  itirdi.  Bütün  bunlara  baxmayaraq  o,  Etruriyaya  gəldi.  Trazimen  gölünün 
yanındakı döyüşdən sonra o, Adriatik dənizinin sahilinə çıxdı və demək olar ki, iki 
illik  müharibənin  nəticəsi  barədə  Karfagen  şurasına  məlumat  göndərdi.  Bu 
müddətdə həmin məlumat ali hakimiyyət orqanına onun ilk məruzəsi idi. Bu vaxt 
ona hərbi kömək lazım idi və onu almağa ümid edirdi. 
Trazimen  gölü  yanındakı  məğlubiyyət  romalılarda  böyük  qorxu  yaratdı. 
Senat  diktatura  məsələsini  Xalq  yığıncağının  müzakirəsinə  çıxardı,  çünki 
konsullardan biri həlak olmuş, digəri isə şəhərdən kənarda idi. Kvint Fabi Maksim 
diktator seçildi. Qaydaya görə diktator öz əmri ilə özünə köməkçi – süvari rəisini 
təyin edirdi. Bu dəfə Xalq yığıncağı diktatorla yanaşı  həmin vəzifəyə də seçdi və 
süvari rəisi müəyyən müstəqillik əldə edən Mark Munitsi Ruf oldu. Əvvəllər Fabi 
ilə Munitsi arasında fikir ayrılığı yox  idi, lakin sonralar  Munitsidə Fabinin siyasi 
xəttinin düzgünlüyünə şübhələr yarandı. Fabi qətiyyətli addımlara əl atdı. 
Roma hökumətinin hər şeydən əvvəl Fabinin qətiyyətli hərəkətləri Hannibalı 
yenidən,  artıq  dördüncü  dəfə  vuruşlardan  əvvəlki  vəziyyətə  gətirib  çıxardı.  Fabi 
yenə də baş döyüşdən qaçdı və həmin dövr üçün adi olmayan taktikaya – düşməni 
kiçik toqquşmalarla taqətdən salmaq metoduna əl atdı. Buna görə də ona Kunktator 
– “ləng” ləqəbi verilmişdi. Bu Romaya açıq üstünlük verirdi – Hannibal ordusu ilə 
müqayisədə  onun  maddi  resursları  tükənməz  idi,  həm  də  canlı  qüvvə  sarıdan 
üstünlük onun tərəfində idi. Hannibal romalıların ruhdan düşdüyünü, müharibənin 
qurtardığını  desə  də,  Puniya  sərkərdəsi  ürəyində  qorxurdu  ki,  romalılar  böyük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə