Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   46   47   48   49   50   51   52   53   ...   120

 
149 
Romalılar  Hannibala  istədikləri  təsiri  göstərdilər.  O,  düşərgəsini  xeyli  araladı  və 
Apennin  yarımadasının  cənubuna  yollandı.  Romada  Hannibalın  geri  çəkilməsini 
möcüzə  kimi  qəbul  etdilər.  Roma  yürüşü  Hannibal  üçün  ağır  hərbi-siyasi 
məğlubiyyətlə nəticələndi, baxmayaraq ki, şəhər divarları yanında ciddi bir döyüş 
getməmişdi. Kapuyanı da karfagenlilər taleyin ümidinə qoydular. 
Stsipionun  vəd  etdiyini  heç  olmazsa  oğlu  həyata  keçirdi,  Hannibal  isə 
Romanı işğal etməyi vəd etmişdi, heç nə əldə edə bilmədi. Axı karfagenlilər Alpı 
hansısa kiçik İtaliya şəhərinə görə deyil, Romaya görə aşmışdılar. Baxmayaraq ki, 
Hannibala  hələ  10  il  İtaliya  ərazisində  vuruşmaq  qismət  oldu,  müharibənin 
nəticələri artıq müəyyən olunmuşdu. Kapuyanın süqutu Hannibalın müttəfiqlərinə 
ən  güclü  təsir  göstərdi.  Roma  komandanlığının  Kapuya  əhalisi  ilə  qəddarlıqla 
davranması, Roma ilə ittifaqa xəyanət ehtiyatsızlığının həmin şəhərlərə nələrə başa 
gələcəyini göstərirdi. 
210-cu  il  kampaniyası  da  Hannibal  üçün  əlverişsiz  başladı.  Onun 
“müttəfiqlərindən”  çoxu  Romanın  tərəfinə  keçirdi.  İspaniyada  da  Puniya 
komandanlığı,  ümumən  Barkidlər  siyasəti  ağır  uğursuzluğa  düçar  oldu.  Yeni 
Karfagen  romalıların  əlinə  keçdi,  bu  şəhər  Pireney  yarımadasında  Karfagenin 
dayaq nöqtəsi idi. Maqon bütün qarnizonu ilə təslim oldu. Oğul Stsipion Finikiya-
Puniya koloniyalarının vətəndaşları kimi bütün əhali qarşısında özünü işğalçı kimi 
deyil,  Karfagen  ağalığından  xilaskar  kimi  təqdim  edirdi.  İtaliyada  Tarentin 
tutulması Hannibalın vəziyyətini bir qədər də çətinləşdirdi. İndi Hannibal və Fabi 
öz rollarını dəyişdirmişdi. Yaz başlananda Hasdrubal kömək üçün Alpı keçdi. O, 
Hannibala  birləşməyə  can  atırdı.  Neronla  döyüşdə  Hasdrubal  həlak  oldu. 
Qardaşının ölümü Hannibal üçün ağır xəbər idi. 
207-ci  il  kampaniyası  Hasdrubalın  həlak  olması  ilə  Pireney  yarımadasında 
romalıların  xeyrinə  xeyli  yüngülləşmişdi.  Bir  az  sonra  bura  digər  Karfagen 
sərkərdəsi  Qannon  gəldi.  206-cı  ilin  yazında  mübarizə  təzələndi.  Lakin 
karfagenlilər  artıq  İspaniyada  Roma  ağalığına  qarşı  uğurlu  mübarizə  aparmaq 
iqtidarında deyildi. Karfagenlilərin buradakı müttəfiqləri Stsipionun tərəfinə keçdi. 
Sonra  Qades  şəhəri  Roma  komandanlığına  təslim  oldu.  Beləliklə,  Pireney 


 
150 
yarımadasında  Pireney-Karfagen  müharibəsi  bütünlüklə  Romanın  xeyrinə  başa 
çatdı.  İndi  Stsipion  öz  niyyətlərini  gizlətmədiyi  kimi,  müharibəni  də  Afrikaya 
keçirməyə çalışacaqdı. 
205-ci ilin yazında Maqon Barkid İtaliyada sahilə çıxdı. O, 12 min piyada və 
2 min atlı gətirmişdi. O, döyüşsüz Genuya şəhərini tutdu. Lakin Hannibal artıq baş 
verənlərə  heç  bir  reaksiya  göstərmirdi,  yəqin,  həm  də  ona  görə  ki,  əsgərlər  taun 
xəstəliyindən  və  aclıqdan  əzab  çəkirdi.  Maqonun  gəlib  çıxması  romalıların 
Afrikaya  ekspedisiyasını  təxirə  salmadı.  Lakin  Stsipion  İspaniyadan  qayıtdıqdan 
sonra  senatda  münaqişə  başlandı.  Stsipiona  zəfər  keçirməyə  razılıq  vermədilər, 
lakin  bu  Stsipionun  nəhəng  populyarlığını  azalda  bilməzdi.  O,  205-ci  ilə  konsul 
seçilmişdi.  Digər  konsul  isə  Publi  Livini  Krass  idi.  Müharibəni  davam  etdirmək 
üçün  deyil,  başa  çatdırmaq  üçün  gəldiyini  deyən  Stsipion  elan  etdi  ki,  buna  nail 
olmaq üçün onun özü Afrikaya üzüb keçməlidir və senat buna etiraz etsə, o, xalqın 
köməyi ilə buna nail olacaqdır. Senat Stsipiona İtaliyadan özünə qoşun toplamağa 
imkan vermədi. Dövlət xəzinəsindən də ona pul verilmədi. Deməli, ekspedisiyanı 
o, özü maliyyələşdirməli idi və bu tədbirdən tam qələbə və Romanın taleyi asılı idi. 
Ona görə də o, öz vəsaitindən və özəl adamlardan borc götürməklə ekspedisiyanın 
baş  tutmasına  müyəssər  oldu.  Senat  isə  hər  şeyi  edirdi  ki,  Stsipionun  bu 
əməliyyatına hər cür maneçilik göstərsin. Stsipion çox arzu edirdi ki, Hannibalı və 
Karfagenin  özünü  darmadağın  etsin.  Lakin  Fabi  təbii  ki,  Hannibalın  qalibinin 
Stsipion olmasını istəmirdi.  
Stsipion Afrika ekspedisiyasına hazırlıq görmək üçün Siciliyaya gəldi. Roma 
donanması  Afrikaya  gələndə  bu  Karfagendə  ağır  təəssürat  oyatdı.  Perspektiv 
adamları  həyəcana  gətirirdi.  Bu  vaxt  Massanasa  romalıların  köməyi  ilə 
Numidiyada öz vəziyyətini bərpa etmək istəyirdi. Stsipion qoşunlarını 440 gəmiyə 
yerləşdirib  Afrikaya  gəldi.  Böyük  Roma  ordusunun  Afrikada  görünməsi  gələcək 
üçün  karfagenlilərin  həyəcanını  artırırdı.  Stsipion  birbaşa  Karfagenə  yollanmaq 
istədi, lakin donanmasını Utikaya göndərdi. O, yaxındakı Liviya şəhərlərini tutdu. 
O,  numidiyalıların  başında  Romaya  borclu  və  itaətkar  olan  Massanası  çar  etdi. 
Axırıncının  köməyi  ilə  Hamilkarın  oğlu  Qannonu  aldadıb  şəhərdən  çıxardı  və 


 
151 
Roma süvarisi karfagenliləri mühasirəyə aldı. Stsipion Utikanı mühasirəyə adlı və 
onu dənizdən və qurudan əsas dayaq məntəqəsi etməyi planlaşdırırdı. 204-203-cü 
illərin  qışında  Afrikada  hərbi-siyasi  fəallıq  xeyli  artdı.  Numidiyalılar  və 
karfagenlilər  qısa  müddətdə  sülh  qurulacağını  güman  edərək,  öz  sayıqlıqlarını 
zəiflətdilər.  Yaz  başlayanda  gəmilərini  suya  salan  Stsipion  özünü  elə  aparırdı  ki, 
elə bil ki, dənizdən Utikaya yanaşmaq istəyir. Gecə yarısı isə romalılar düşmənin 
mövqelərinə yaxınlaşdılar. Stsipion öz qoşunlarına numidiyalıları yandırmağı əmr 
etdi.  Alov  komaları  ağzına  aldı,  onlar  yanğını  söndürmək  üçün  çıxıb  qaçanda, 
Massanasın döyüşçülərinin zərbəsi altına düşdülər. Alov bütün düşərgəyə yayıldı. 
Diri-diri yanmayan, xilas olan Karfagen döyüşçülərini romalılar öldürdülər. 203-cü 
il  kampaniyasında  Stsipion  iki  ordunu  məhv  etdi.  Karfagen  hökuməti  çoxlu 
mübahisələrdən  sonra  öz  donanmasını  Utikaya  göndərməyi  və  orada  romalılara 
hücum  etməyi,  həm  də  Hannibalı  İtaliyadan  geri  çağırmağı  qərara  aldı.  Utika 
yaxınlığında dəniz döyüşü karfagenlilərin qələbəsi ilə başa çatdı, lakin bu həlledici 
qələbə deyildi. 
Stsipionun  düşərgəsinə  Karfagenin  bütün  siyasi  həyatına  rəhbərlik  edən  ali 
hakimiyyət  orqanının  –  30-lar  Şurasının  üzvləri  gəlib  çıxdılar  və  ondan  acizanə 
xahiş  etdilər  ki,  şəhərə  aman  versin,  onu  dağıdılmaqdan  və  məhvdən  azad  etsin. 
Ststipion  cavab  verdi  ki,  Afrikaya  müqavilələr  bağlamağa  gəlməmişdir.  Onun 
məqsədi Karfagen üzərində qələbə çalmaqdır. Buna baxmayaraq, Stsipion sülhdən 
imtina  etmir  və  bu  şərtləri  təklif  edir:  əsirlər,  düşmən  tərəfə  keçənlər  və  qullar 
qaytarılsın,  Karfagen  qoşunları  İtaliyadan  və  Qalliyadan  çıxarılsın,  İspaniyadan 
imtina  edilsin,  İtaliya  və  Afrika  arasındakı  bütün  adalardan  uzaqlaşsınlar,  20-si 
müstəsna  olmaqla  bütün  hərbi  gəmilərini,  500  min  modiya  buğda  və  300  min 
modiya  arpanı,  həm  də  xeyli  məbləğdə  pulu  romalılara  versin.  Karfagenlilər  bu 
tələbləri  rədd  etmək  istəmədilər,  Stsipionla  atəşkəs  yaradıb  Romaya  elçilik 
göndərmək  istədilər.  Bu  danışıqlar  davam  etdiyi  müddətdə  Hannibal  Afrikaya 
qayıdacaqdır və o vaxt romalılarla başqa cür danışmaq olar. 
Afrikaya  geri  dönmək  əmrini  ilk  dəfə  Maqon  qəbul  etdi,  Karfagenin 
vəziyyəti  elə  idi  ki,  İtaliya  və  Qalliya  uğrunda  mübarizəni  davam  etdirə  bilmədi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə