Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   54   55   56   57   58   59   60   61   ...   120

 
173 
etmək Onun üçün çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!” (255-ci ayə). 
Həmin  surənin  284-cü  ayəsində  isə  deyilir:  “Göylərdə  və  yerdə  nə  varsa,  hamısı 
Allaha  məxsusdur.  Siz  ürəyinizdə  olanı  zahirə  çıxarsanız,  çıxarmasanız  da,  Allah 
ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini bağışlar, istədiyinə də əzab 
verər. O, hər şeyə qadirdir!”. 
Beləliklə,  Allah  heç  bir  varlıqla  müqayisə  oluna  bilməz  və  heç  bir  varlıq 
qüdrətinə  görə  Allaha  yaxınlaşa  bilməz.  Allahın  böyüklüyü  qarşısında  hətta  onun 
yaratdığı kainat da kiçik görünür. Quranın “Əl-İxlas” surəsində deyilir: “O, Allah 
birdir...  Allah  (heç  kəsə,  heç  nəyə)  möhtac  deyildir...  Onun  heç  bir  tayı-bərabəri, 
bənzəri yoxdur” (1-2 və 4-cü ayələr). Ona görə də bu ehkamların təkrar olunması 
yolu ilə onların insan şüuruna təlqin olunmasına, inamın sarsılmazlığını əldə etmək 
üçün  bu  ibadətlərin  can-başla  icra  edilməsinə  Məhəmməd  çox  böyük  əhəmiyyət 
verirdi. Axı mələklər Allaha insanların ibadət etdiyini xəbər verirlər. İslam elmində 
Allahdan başqa heç kəsə, nə hansısa obraza və ya nişanəyə sitayiş edilmir. 
Məhəmmədə peyğəmbərliyinin ilk dövrlərində əleyhdarlarının istehzaları ilə 
mübarizə  aparmaq  çətinlik  törədirdi.  Uşaqlıqdan  tanıyanlar  indi  küçədən  keçəndə 
onu göstərib deyirdilər: “Baxın! Bu Əbdül-Müttəlibin nəvəsi elə bil ki, göydə baş 
verənlərin  hamısını  bilir!”  Bəziləri  dəli  hesab  edirdi,  digərləri  cadugər  və  sehrkar 
adlandırırdı. Küçədə lağa qoyanlar onu təqib edir, təhqir edirdilər. Axı o, hamının 
adət  etdiyi  həyat  tərzindən  aralanmışdı.  Əmrə  adlı  gənc  isə  bütün  Ərəbistanın  ən 
sevimli  şairlərindən  biri  olmaqla  Məhəmmədə  həcvlər  yazırdı.  Bu  şeirlər  dildən 
dilə  gəzirdi  və  islamın  yayılmasına  ciddi  maneçilik  törədirdi.  Məhəmməddən 
möcüzə tələb edənlər də az deyildi, çünki adamlar Moisey və İisusun (Musa və İsa 
peyğəmbərlərin) möcüzələri barədə çox şey eşitmişdilər. Bu tələblərə Quranda da 
əksini tapmış Məhəmmədin sözləri ən tutarlı cavab idi: “Quranın özündən artıq nə 
möcüzə ola bilər?... Quranın özü artıq möcüzədir!” Məhəmməd ondan Quranın ona 
necə  gəlib  çatmasını  və  ya  onu  gətirən  mələyi  göstərməsini  tələb  edənlərə  etiraf 
edirdi ki, o, Allahın seçdiyi apostol (həvariyun) olan sadə adamdır. O, deyirdi ki, 
mənim elçi seçildiyimi möhkəmləndirmək üçün Allaha mələk lazım deyildir. Bəzi 
hallarda  isə  möcüzənin  adamların  bir  qrupunun  məhv  olması  hesabına  başa 


 
174 
gələcəyini bildirməklə, yaxasını zəhlətökən adamlardan qurtara bilirdi. Axı ondan 
Səfa  təpəsini  bütünlüklə  qızıla  döndərmək  kimi  möcüzə  göstərməyi  xahiş 
etmişdilər.  
Məhəmmədin bütpərəstliyə qarşı kəskin hücumları bir qədər Kəbəyə sitayişə 
də mənfi təsir göstərdiyindən, bu Qüreyşliləri ciddi surətdə narahat etmişdi. Onlar 
Əbu Talibdən xahiş edirdilər ki, öz qardaşı oğlunu susmağa məcbur etsin və ya onu 
uzaqlaşdırsın. Onlar qocaya bildirdilər ki, səhvən güman etdikləri saxta peyğəmbər 
və  onun  ardıcılları  küfrdən  dönməsələr,  buna  özlərinin  həyatları  ilə  cavab 
verəcəklər.  Əbu  Talib  bu  hədələri  Məhəmmədə  xəbər  verməyə  tələsdi  və  ona 
yalvardı  ki,  öz  əleyhinə  belə  çox  sayda  və  güclü  düşmənləri  qaldırmasın. 
Məhəmmədin  ruhu  bu  sözlərdən  daha  güclü  qaydada  alovlandı.  O,  dedi:  “Əmi, 
əgər onlar mənim üstümə günəşi sağ tərəfdən, ayı sol tərəfdən silahlandırsalar belə, 
mən öz yolumdan dönməyəcəyəm, nə qədər ki, Allah əmr etməmişdir və ya məni 
buradan harasa aparmamışdır”. Qocanı onun yenilməzliyi heyran etdi və o, bildirdi 
ki,  nəyi  moizə  etməsindən  asılı  olmayaraq  Məhəmmədi  onun  düşmənlərinə 
verməyəcəkdir.  Əbu  Talib  digər  Haşim  nəslindən  olanları  Məhəmmədi  müdafiə 
etməyə  çağırdı.  Əbu  Ləhəbdən  başqa  hamı  qocanın  təklifi  ilə  razılaşdı, 
baxmayaraq  ki,  bu  özlərinin  qorxulu  hesab  etdikləri  küfrü  müdafiə  etmək  demək 
idi. 
Qüreyşlilərin  düşmənçiliyi  günbəgün  artırdı,  bir  gün  isə  bu  hədədən  fiziki 
həmləyə  keçdi.  Onlar  Kəbədə  Məhəmmədin  üstünə  atıldılar,  əgər  Əbu  Bəkr  xilas 
etməsəydi,  onu  boğub  öldürə  bilərdilər.  Əbu  Bəkr  özü  bu  savaşda  xəsarət  aldı. 
Məhəmmədin  ailəsinə  də  nifrət  edirdilər,  xüsusən  onun  qızı  Ruqiyyəyə  və  onun 
yeni  əri  Osman  ibn-Əffana.  Qüdrətli  himayəçiləri  olmadığından  şagirdlərinin 
həyatı  təhlükə  altında  idi.  Məhəmməd  onlara  bir  müddət  qorxulu  həmrəyliyi 
dayandırmağı və Abissiniyaya yollanmağı məsləhət gördü. Qırmızı dənizlə həmin 
ölkəyə  getmək  çətin  deyildi.  Orada  nestorian  xristianları  yaşayırdı.  Məhəmmədin 
qızı və şagirdləri burada sığınacaq tapmalı idi.  
Abissiniyaya 15 nəfər yollandı, onlardan dördü qadın idi. Onlar liman şəhəri 
olan  Ciddəyə  gəldilər  və  oradan  gəmidə  sığınacaq  nöqtəsinə  getdilər.  Bu 


 
175 
Məhəmmədin  peyğəmbərliyinin  beşinci  ilində  baş  verdi,  ilk  qaçış  və  ya  birinci 
hicrət  adlanırdı.  İkinci  hicrət  isə  peyğəmbərin  özünün  Məkkədən  Mədinəyə 
köçməsi  idi.  Qaçqınlar  Abissiniyada  qonaqpərvərliklə  qəbul  olundu.  Bir  qədər 
sonra  onların  sayı  101  nəfərə  çatdı,  bunlardan  18-i  qadın  idi.  Onlardan  əlavə 
uşaqlar da var idi. 
Məhəmməd  özü  də  təhlükəsizliyinin  qayğısına  qaldı.  O,  Orham  adlı 
şagirdinin  Səfa  təpəsində  yerləşən  evində  sığınacaq  tapdı.  Bu  təpəyə  ərəblərin 
rəvayətinə  görə  Adəm  və  Həvva  da  cənnətdən  qovulandan  sonra  düşmüşdülər. 
Məhəmməd  burada  bir  ay  yaşadı  və  aldığı  vəhyləri  elan  etməyi  davam  etdirirdi. 
Ərəbistanın  hər  tərəfindən  onun  yanına  ardıcılları  gəlirdi.  Qüreyşlilərin  də 
düşmənçiliyi səngimirdi. Bu tayfadan olan və ən qorxulu müşrik hesab edilən Əbu 
Cəhl  adlı  ərəb  Məhəmmədi  axtarıb  tapdı,  söyüşləri  ilə  onu  təhqir  etdi  və  hətta 
döydü.  Bu  xəbər  onun  əmisi  Həmzəyə  çatdı.  Əbu  Cəhl  öz  qoçaqlığından  söhbət 
aparanda Həmzə onu tapdı və başına ağır zərbə vurub, ona ağır xəsarət yetirdi. Elə 
bu  vaxtdan  da  Həmzə  yeni  dini  qəbul  etdiyini  və  bu  dinin  möhkəm  ardıcılı 
olacağını bildirdi. 
 Həmzə  onu  yaraladıqdan  sonra  Əbu  Cəhlin  peyğəmbərə  nifrəti  daha  da 
artdı. Onun Ömər adlı cavan və çox güclü bir qohumu var idi. Əmisinin təhriki ilə 
o,  Məhəmmədin  Orhamın  evindəki  sığınacağına  girməklə,  orada  peyğəmbəri 
xəncərlə öldürməyi qət etmişdi. O, bura gəlib çatanda rastlaşdığı bir qüreyşliyə öz 
niyyətini bildirdi. Bu qüreyşli isə islamın gizli tərəfdarı olduğundan, onu bu qanlı 
işdən  çəkindirməyə  cəhd  etdi  və  dedi:  “Məhəmmədi  öldürməmişdən  əvvəl  onun 
qohumlarının  qisasına  tuş  gələcəksən.  Bax  gör,  sənin  qohumların  arasında  küfr 
edəni  yoxdurmu?”  –  Ömər  adlı  həmin  oğlan  soruşdu:  “Məgər  mənim 
qohumlarımdan kimsə dindən üz döndərmişdir?” Qüreyşli “hə” deyə cavab verib, 
əlavə etdi: “Sənin bacın Əminə və onun əri Seyid!” Ömər bacısının evinə gələndə 
onu  və  ərini  Quran  oxuyan  yerdə  gördü.  Dəli  kimi  o,  Seyidin  üstünə  cumdu, 
qılıncını  onun  köksünə  sancmaq  istəyəndə,  buna  bacısı  mane  oldu.  Seyidin 
üzündən  qan  axırdı.  Bu  vaxt  Əminə  qışqırdı:  “Allahın  düşməni!  Vahid,  həqiqi 
Allaha  iman  gətirdiyimə  görəmi  vurursan?  Nə  səndən,  nə  sənin  qəzəbindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə