Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   50   51   52   53   54   55   56   57   ...   120

 
161 
edilmiş  Hasdrubalı  seçdi.  Onun  sərəncamında  20  min  döyüşçü  var  idi.  Şəhərlilər 
vətəni  tərk  etməmək  üçün  mübarizəyə  hazırlaşırdılar.  Qadın  saçlarından  kəndir 
toxunurdu.  Gəmilər  qayırmaq  üçün  mis  heykəlləri  əridirlər  və  ictimai  və  özəl 
evlərdən ağac hissələri sökürdülər. Qadınlar bütün öz bəzək şeylərini silah və ərzaq 
almağa verirdilər. 
Müharibə  149-cu  ildə  başlayıb,  üç  il  çəkdi.  Onu,  149-cu  ildə  vəfat  edən 
Katon görmədi. Bu dövrdə Hasdrubalın qorxaqlığı və acgözlüyü üzə çıxdı. 146-cı 
ilin  yazı  başlayanda  Karfagenin  limanlarından  biri  olan  Kotonun  mühasirəsinə 
başlandı. Buna Stsipion Emilian başçılıq edirdi. Romalılar şəhərə daxil oldular və 
ələ  keçirdikləri  qızılı  bölüşməyə  başladılar.  Hər  evi  romalılar  hücumla  alırdı. 
Emilian  şəhəri  yandırmağı  əmr  etdi.  Yanğından  dəhşətli  mənzərə  yaranmışdı. 
Evlərin  daşları  ilə  birlikdə  küçələrə  həm  ölü,  həm  də  diri  qoca,  qadın  və  uşaq 
tökülürdü,  onlar  dəhşətli  haray  qoparırdılar.  Adamlar  zibil  kimi  çalaları 
doldurmuşdu. Çapılan atlar adamların üzünü və kəllələrini yarırdı. Bu qanlı orgiya 
altı gün davam etdi. Emilian icazə verdikdən sonra Birsa qalasından 50 min adam 
çıxdı. Hasdrubal bu vaxt gizli qaydada Emilianın yanına qaçdı. Şəhərin alovunda 
onun öz uşaqlarını öldürmüş arvadı həlak oldu. Polibinin yazdığına görə, Emilian 
Homerin şeirini deyir:  
“Bir gün gələcək və müqəddəs Troya məhv olacaq 
Onunla Priam və nizə gəzdirən xalqı məhv olacaq”. 
Polibi ondan soruşdu: “Bununla nə demək istəyirsən?” Emilian cavab verdi: 
“Yaxşı,  lakin  mən  qorxuram  ki,  Roma  haqqında  da  bir  gün  belə  bir  xəbər 
gətirəcəklər”. 
Karfageni  tutduqdan  sonra  Emilian  əsgərlərinə  bir  neçə  gün  ərzində  şəhəri 
qarət etməyə icazə verdi. Onlara yalnız məbədlərdəki qızıla və gümüşə toxunmaq 
qadağan  olunmuşdu.  Romalılar  Karfagenə  kömək  etmiş  şəhərləri  dağıtdılar, 
Karfagenin  öz  xarabalıqlarını  isə  yer  üzündən  sildilər.  Şəhərin  salındığı  yer 
şumlandı və bir daha məskunlaşmadı. Yuli Sezarın vəsiyyəti ilə Avqustun bir əsr 
yarım sonra əsasını qoyduğu Roma koloniyası olan Karfageni qonşuluqda tikdilər. 


 
162 
Karfagen  dağıdıldı,  çünki  Hannibal  inadkarlıqla  Romanı  məhv  etmək 
istəyirdi, çünki senatda yeni Kannın, yeni Hannibalın “əbədi şəhərin” qapılarında 
dayanmasından  qorxurdular.  Hannibal  şəxsiyyəti  heç  şübhəsiz,  o  dövrün 
hadisələrinə  öz  damğasını  vurmuşdu  və  bir  sıra  hallarda  onun  hərəkətləri  onların 
istiqamətini müəyyən edirdi. Kanna qədər olan Hannibalın qalibiyyətli gedişi onun 
rəqiblərindən  yuxarı  olan  yüksək  sərkərdəlik  keyfiyyətlərini  aşkara  çıxarır.  Onun 
müasirlərinə  Trazimen  gölü  və  Kann  yaxınlığındakı  döyüşlər  və  parlaq  qələbələr 
çox  böyük  təsir  bağışlamışdı.  Təsadüfi  deyildir  ki,  Napoleon  Hannibalın 
sərkərdəlik  sənətinə  yüksək  qiymət  vermişdir.  Lakin  işğalçılıq  siyasətini  nəzərə 
alsaq,  Hannibal  Attila,  Çingiz  xan  və  digər  qəsbkarlarla  bir  sırada  dayanır.  Onlar 
məğlub  edilmiş  xalqların  sümükləri  üzərində  öz  ağalıqlarını  od  və  qılıncla 
qururdular.  Lakin  onu  fərqləndirən  cəhətlər  də  az  deyildi.  Hannibal  həm  də 
ədəbiyyatçı və mütəfəkkir idi. 
Hannibalın  sümüyü,  onun  dostlarınınkı  və  düşmənlərininki  kimi  torpaqda 
çürümüşdür.  Dünyaya  ağalıq  etmək  üstündə  mübahisə  edən  dövlətlər  məhv 
olmuşlar,  nə  puniyalılar,  nə  romalılar  vardır.  Hannibaldan  bizi  2200  illik  zaman 
məsafəsi  ayırır.  Böyük  “işğalların”  motivlərini  də  zaman  gözə  görünməz  toza, 
ilğıma  çevirmişdir.  Hannibal  da işğalçı  kimi hələ  öz ömründə əhəmiyyətini itirsə 
də,  insan  ağlında  himn  kimi  səslənən  sərkərdəlik  istedadı  və  cəsarəti  ilə 
yaddaşlarda yaşamaqda davam edir. 
 
 


 
163 
Məhəmməd peyğəmbər 
 
İslam  dininin  yaradıcısı,  müsəlmanların  müqəddəs  kitabı  olan  Quranda 
Allahın  elçisi  –  rəsulu  kimi  göstərilən  Məhəmmədin  şöhrəti  Ərəbistan 
yarımadasının kiçik bir nöqtəsində on dörd əsr bundan əvvəl yaransa da, zaman və 
məkan  hədlərini  dağıdıb,  görünməmiş  miqyas  aldı.  İslam  bayrağı  indi  dünyanın 
böyük əraziləri üzərində dalğalanır və bu Məhəmmədin ölməzliyindən xəbər verir. 
Ərəblər öz torpaqlarının tarixini qədim dövrlərə, az qala ilk insanın yaşadığı 
vaxta  aparıb  çıxarırlar.  Onların  bu  iddialarına  Bibliyanın  “Başlanğıc”  kitabının 
səhifələri də kömək edir. Abrahamın misirli kənizi olan Aqardan (Hacərdən) İsmail 
adlı oğlu oldu. İsmaildən əmələ gələn nəsil Ərəbistana sahib oldu. Ərəblər alaçıqda 
yaşayırdılar  və  səhraları  öz  gəmiləri  olan  dəvələrlə  üzüb  keçirdilər.  Lakin  oturaq 
həyat tərzi keçirən ərəb tayfaları da az deyildi. Təbiət ərəbi öz taleyi üçün tərbiyə 
etmişdi. Təbiət də Məhəmməd adlı dahini ona bəxş etməklə parçalanmış tayfaları 
birləşdirən,  Şərqin  və  bütün  dünyanın  tarixinə  mühüm  töhfə  verən  bir  xalqı 
formalaşdırdı. Lakin Məhəmməd ideyaları bu coğrafi məkandan çox uzaqlara çıxdı 
və böyük əraziləri fəth etməyə başladı. 
Məhəmmədin  570-ci  ildə  anadan  olması  güman  edilir.  O,  igid  və  məşhur 
Qüreyş tayfasından idi. Bu tayfa iki qardaşdan – Haşim və Əbdi-Şəmsdən yaranan 
iki qola bölünürdü. Məhəmmədin ulu babası Məkkənin xeyirxah adamlarından biri 
sayılan Haşim idi. Şəhərin özünə gəldikdə o dağlıq bir yerdə tikilmişdi və əvvəllər 
ərzaq azlığından əziyyət çəkirdi. Ona görə də Haşim ildə ətraf ölkələrə iki karvan 
göndərirdi  və  Məkkə  ticarət  şəhərinə  çevrilmişdi.  Haşim  həm  də  Kəbənin 
mütəvəllisi, mühafizəçisi idi. Ərəblər bu ali müqəddəs yerə sitayişə axışırdılar. 
Haşim  öldükdən  sonra  oğlu  Əbdül-Müttəlib  onun  davamçısı  oldu,  şəhəri 
Abissiniya  xristian  knyazlarının  təcavüzündən  xilas  etdi.  Əbdül-Müttəlibin  adları 
tez-tez çəkilən beş oğlundan böyüyü Əbu Talib, kiçiyi isə Abdullah idi. Digərləri 
Əbu  Ləhəb,  Həmzə  və  Abbas  idi.  Sevimli  kiçik  oğul  öz  tayfalarından  olan 
Əminəyə evləndi və nikahdan ilk və yeganə övlad kimi Məhəmməd dünyaya gəldi. 
Bu  rəblüləvvəl  ayının  on  ikinci  günündə  baş  verdi.  Babası  Qüreyşlilərin  bütün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə