Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   58   59   60   61   62   63   64   65   ...   120

 
185 
piyada  gedən  oturana,  kiçik  qrup  böyük  qrupa,  cavan  qocaya  birinci  təzim 
etməlidir”. 
Məhəmməd  Mədinədə  yaşayan  yəhudi  nəsillərinin  bəziləri  ilə  sülh 
müqaviləsi  bağlamışdı  və  ümid  edirdi  ki,  onu  messiya  və  ya  peyğəmbər  kimi 
tanımağa  onları  inandıra  biləcəkdir.  O,  islamı  qəbul  edən  yəhudilərə  şənbəyə 
(şabata)  və  Moisey  qanunlarından  və  qaydalarından  çoxuna  riayət  etməyə  icazə 
vermişdi. Şərqdə müxtəlif dinə sitayiş edənlərin hər biri öz qiblələrinə, müqəddəs 
tərəflərinə  üzlərini  çevirərək  ibadəti  icra  edirdilər.  Yəhudilər  öz  müqəddəs 
şəhərləri  Yerusəlimə  tərəf  üzlərini  çevirirdilər.  Məhəmməd  öz  dini  üçün  bu 
qaydanı hələ qoymamışdı, lakin yəhudilərə hörmət xatirinə Yerusəlimi Qiblə kimi 
təyin  etmişdi.  Bütün  müsəlmanlar  ibadət  vaxtı  üzlərini  Yerusəlimə  tərəf  tutmalı 
idilər. 
Narahatçılıq  törədən  bir  məsələ  isə  Mədinədə  ardıcılların  sayının  sürətlə 
artması  ilə  yanaşı,  Məkkədən  gələnlər  arasında  xəstəliklərin  və  narazılığın 
yaranması idi. Onlar Mədinənin iqliminə adət etməmişdilər. Çoxları malyariyadan 
əziyyət  çəkirdi,  qovulduqları  vətənləri  üçün  darıxırdı.  Yerli  ənsarlarla  mühacirlər 
arasında söz-söhbət yaranırdı. Bu narazılığı yatırtmaq üçün Məhəmməd qardaşlıq 
təsis  etdi  və  bura  Məkkədən  olanlardan  və  mədinəlilərin  hər  birindən  54  adam 
daxil oldu. Onlar bədbəxtlik və xoşbəxtlik anlarında bir-birinə kömək etməli idilər. 
Bu  əlaqə  adamları  qohumluqdan  daha  möhkəm  bağlayırdı,  çünki  birinin  irsi  qan 
qohumundan daha çox digərinə qismət olmalı idi. Bunun qanuni qüvvə kəsb etməsi 
Quranda  əks  olunmuşdur.  Quranın  “Əl-Ənfal”  surəsində  deyilir:  “İman  gətirib 
[Məkkədən  Mədinəyə]  köçənlər,  Allah  yolunda  cihad  edənlər  (mühacirlər)  və 
[peyğəmbərlə  mühacirlərə]  sığınacaq  verib  kömək  edənlər  (ənsar)  məhz  onlar 
həqiqi möminlərdir” (74-cü ayə). “Sonradan iman gətirib hicrət edənlər və sizinlə 
bərabər döyüşənlər [cihad edənlər] də sizdəndirlər. Qohumlar Allahın kitabında irs 
baxımından bir-birinə daha yaxındırlar [Məkkənin fəthinə qədər isə mühacirlər və 
ənsar  qohumluq  əlaqələrindən  asılı  olmayaraq  bir-birinin  varisi  hesab  edilirdilər. 
Məkkənin  fəthindən  sonra  hökm  ləğv  olunub,  varislik  hüququ  yalnız  qohumlara 
aid  edildi]  (75-ci  ayə).  Belə  ki,  Məkkənin  fəthinə  qədər  ənsardan  biri  ölürdüsə, 


 
186 
mühacir qardaşı onun  malına sahib olurdu. Beləliklə, Məkkə mühacirləri və yerli 
ənsarlar Mədinədə öz icmalarını – ümmətlərini yaratdılar. Bu icma o vaxta qədər 
Ərəbistanda  mövcud  olan  tayfa  birliklərindən  fərqli  olaraq  qan  qohumluğu 
əsasında deyil, yalnız bir dini inama məxsusluğa görə qurulurdu. Bu icma teokratik 
təşkilat  idi,  Məhəmməd  isə  onun  həm  ruhi,  həm  də  dünyəvi  başçısı  rolunu 
oynayırdı. 
Dinə  qısqanclıq  göstərənlərdən  Məhəmmədin  ev  işlərinə  də  böyük  ziyan 
dəyirdi. Onun qızı Ruqiyyə əri ilə hələ Abissiniyada idi, digər qızı Zeynəb əri ilə 
Məkkədə qalmışdı və onun əri yeni dinin qatı  əleyhdarı idi. Məhəmmədin onunla 
birlikdə Mədinədə olan ailəsi onun bir az əvvəl evləndiyi arvadı Sevdadan, birinci 
arvadı Xədicədən olan qızları Fatimə və Ümmü Gülsümdən ibarət idi. O, Sevdanı 
sevsə də, Xədicənin ölümündən sonra ürəyində bir boşluq yaranmışdı. 
İndi  Məhəmməd  öz  nişanlısı,  Əbu  Bəkrin  gözəl  qızı  Ayişə  barədə 
düşünməyə  başladı.  Onların  nişanlandığı  vaxtdan  iki  il  keçmişdi  və  qız  doqquz 
yaşına  çatmışdı.  Şərqdə  isti  günəşin  təsiri  altında  qadınlar  çox  tez  yetişir. 
Məhəmmədlə Ayişə nişanlanmamışdan əvvəl bu qız Cübeyr ibn Mut`imlin adaxlısı 
idi,  lakin  Cübeyrin  atası  ailəsinə  islamiyyətin  daxil  olmasına  qarşı  çıxdı,  nişanı 
pozmuşdu. Ayişənin yaş məsələsi çox mübahisəlidir. Bəziləri onun Məkkədə, 6-7 
yaşında  olduğu  zaman  nişanlanıb,  9-10  yaşında  Mədinədə  ərə  getdiyini  deyir. 
Lakin  qızın  ərə  getdiyi  zaman  yaşının  çox  kiçik  olmadığı  onun  böyük  bacısı 
Əsmanın  tərcümeyi-halından  görünür.  Qədim  kitablar  Əsmadan  danışarkən  onun 
100 yaşında, hicrətin 73-cü ilində vəfat etdiyini yazırlar. Hicrətdə 27 yaşında olan 
Əsmanın  öz  bacısından  10  yaş  böyük  olduğu  göstərilir.  Buradan  da  Ayişənin 
hicrətdə 17 yaşında olduğu aydınlaşır. Digər tərəfdən Ayişə Məhəmməddən əvvəl 
də nişanlı idi, bu isə onun ərə getmək yaşında olduğuna dəlalət edir. Ərə gedəndə 
hansı  yaşda  olmasından  asılı  olmayaraq,  bu  qadına  peyğəmbərin  ən  sevimli 
arvadlarından  biri  olmaq  taleyi  qismət  oldu  və  bu  ailə  həyatı  Ayişəni  islam 
aləminin qadınlığının iftixarı səviyyəsinə yüksəltdi.  
Mədinəyə  gələndən  bir  neçə  ay  sonra  onların  Ayişə  ilə  toyu  oldu  və  şənlik 
çox sadə keçdi. Toy yeməyi süddən ibarət idi. Bundan bir az sonra Məhəmmədin 


 
187 
kiçik  qızı  Fatimə  onun  sədaqətli  şagirdi  Əli  ilə  nişanlandı.  Fatimənin  bu  vaxt  on 
beş, ya da on altı yaşı var idi, o, qeyri-adi gözəlliyə malik idi. Əlinin isə 22 yaşı var 
idi.  Bu  toy  ziyafətində  isə  xörək  xurma  və  zeytundan  ibarət  idi.  Gəlin  cehiz kimi 
əri  evinə  iki  süfrə,  baş  örtüyü,  iki  gümüş  qolbağı,  dəri  yastıq,  qədəh,  kirkirə,  su 
üçün iki iri bardaq və yemək bişirmək üçün bir qazan gətirmişdi. 
Axı  peyğəmbərin özünün həyatı  da onun şagirdlərinin sadə həyatından  heç 
nə  ilə  fərqlənmirdi.  Sonralar  bu  barədə  danışan  Ayişə  deyirmiş  ki,  “bütöv  ay 
ərzində  onlar  xörək  bişirmək  üçün  ocaq  qalamırdılar,  xurmadan  və  sudan  başqa 
özgə  qida  olmurdu,  kimsə  hərdən  bir  ət  göndərirdi”.  Evdəki  qulluqçuya  heç  vaxt 
iki gün dalbadal buğda çörəyi verilməzmiş. Peyğəmbərin adəti qidası xurma, südlə 
və  balla  yeyilən  arpa  çörəyi  idi.  O,  öz  otağını  özü  süpürürdü,  ocaq  qalayırdı, 
paltarını  yamayırdı,  ümumiyyətlə  özü  özünə  nökər  idi.  Arvadlarının  hər  ikisini 
məscidin  yanındakı  ayrıca  evlərdə  saxlayırdı.  Ayişəni  isə  xüsusi  məhəbbətlə 
sevirdi.  Lakin  Ayişənin  gözəlliyi  belə,  peyğəmbərin  Xədicəyə  olan  hisslərinin 
dərinliyinə kölgə sala bilmirdi. O, tez-tez mərhum arvadını incə təəssüratlarda yada 
salırdı. Bir dəfə bundan inciyən Ayişə ərinə dedi: “Allahın seçdiyi, məgər Xədicə 
yaşa  dolmamışdımı?  Məgər  Allah  sənə  ondan  yaxşı  arvad  vermədimi?”  Bu  vaxt 
Məhəmməd tam səmimi şəkildə dedi: “Heç vaxt, heç vaxt Allah mənə ondan yaxşı 
arvad verməmişdir. Mən kasıb olanda o, məni varlandırdı, məni yalançı adlandıran 
vaxt  o,  mənə  inandı,  bütün  aləm  mənim  əleyhimə  olanda  təkcə  o,  mənə  sadiq 
qaldı”.  
Cavan  arvadı  Ayişə  ilə  peyğəmbər  9  il  ər-arvad  həyatını  yaşadı.  Lakin 
Məhəmmədin  on  üç  illik  mübarizəsi  və  dözümlülüyü  ona  gözlədiyi  bəhrələri 
vermirdi. Bu dövrdə o, çoxlu təhqirlərə və alçalmalara məruz qalmışdı. Onu ən qatı 
təqib  edənlər  isə  öz  tayfasından  olan  adamlar  idi.  Qüreyşlilərin  Əbd  Şəms 
qolundan  o,  çox  pisliklər  görmüşdü.  Məkkədə  valilik  edən  Əbu  Süfyan  ona  çox 
ziyan  vurmuşdu,  peyğəmbər  qaçqın  həyatı  sürməyə  məcbur  olmuşdu.  Bu 
təhlükələrə  bəlkə  də  o,  hələ  dözməkdə  davam  edəcəkdi.  Lakin  Mədinədə  bir  az 
qaldıqdan  sonra  öz  təəccübünə  səbəb  olan  bir  hadisə  baş  verdi  –  o,  bütöv  bir 
qoşuna malik oldu, çünki onun ardıcılları arasında Məkkədən olan qaçqınların sayı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə