Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   49   50   51   52   53   54   55   56   ...   120

 
158 
də, bütün digər sərkərdələrdən də üstün hesab edərdim”. Bu söhbət Hannibalın ruhi 
genealogiyasını aydınlaşdırır: o, öz tərbiyəsinə, bütün əməllərinə, düşüncə tərzinə 
görə  başdan  ayağadək  əsgər-işğalçı  idi,  o,  yalnız  muzdlu  döyüşçülərə  bel 
bağlamağı  düşünürdü,  bu  döyüşçülər  isə  öz  sərkərdələrinə  və  onun  uğuruna 
inanırdı.  Hannibal  deyirdi  ki,  gənc  vaxtı  İspaniyanı  işğal  etmiş,  ilk  dəfə  Alpı 
keçmiş  (əlbəttə  ki,  Herakldan  sonra  ilk  dəfə  olaraq  və  yerli  tayfalar  nəzərə 
alınmasa),  İtaliyada  isə  Karfagendən  heç  bir  kömək  almadan  400  şəhəri  işğal 
etmişdi.  Hannibal  özündə  sərkərdə  ləyaqətini  qiymətləndirirdi.  O,  öz  qorxusu  və 
risqi  ilə  müharibəni  başlamış  və  aparmış,  bu  müharibənin  bütün  qələbə  və 
məğlubiyyətləri də bölünmədən ona məxsusdur. 
Roma  elçiləri  öz  qarşılarına  qoyduğu  məqsədə  nail  oldular  –  Antiox 
Hannibalın  satqınlığından  şübhələnirdi  və  ona  açıq  inamsızlıqla  yanaşırdı. 
Hannibal öz başı üzərində yığılmış buludu dağıda bildi, o, çara öz andını xatırlatdı 
və bildirdi ki, Hannibal Romanın ən ardıcıl və barışmaz düşmənidir. Nə qədər ki, 
Antiox  Roma  ilə  mübarizə  aparır,  o  Hannibalın  dəstəyinə  və  sədaqətinə  bel 
bağlaya bilər. 
192-ci ilin payızında Antiox Fessaliyaya qoşun çıxardı və əslində Hannibalın 
məsləhətini  qulaq  ardına  vurdu.  Elə  191-ci  ilin  aprelində  o,  vaxtilə  (b.e.ə.  480-ci 
ildə)  Sparta  çarı  Leonidin  başçılıq  etdiyi  dəstənin  igidliyinə  şahid  olmuş 
Fermopildə  darmadağın  edildi  və  öz  ordusunun  kiçik  qalığı  ilə  Kiçik  Asiyaya, 
Efesə  qaçdı.  Antiox  Yunanıstandan  gözlədiyi  köməyi  almamışdı.  Çarın  kölgədə 
saxladığı  Hannibal  döyüş  əməliyyatlarında  iştirak  etməmişdi.  Məğlubiyyətdən 
sonra  Antiox  ondan  istifadə  etməyi  qərara  aldı  və  tələsiklə  yığılmış  donanmanın 
komandanı  təyin  etdi.  Ona  tanış  olmayan  donanma  başçılığı  Hannibala  bir  uğur 
gətirmədi  və  romalıların  müttəfiqi  olan  rodoslular  tərəfindən  məğlub  edildi. 
Hannibal  hücuma  davam  gətirməyib  qaçdı  və  o  vaxtdan  (avqust  190-cı  il) 
müharibədə fəal iştirak etmədi. 
III Antioxun darmadağın edilməsi Şərqi Aralıq dənizində şəraiti bütünlüklə 
dəyişdi. Bu məğlubiyyət Hannibal üçün də böyük həyat fəlakəti idi. Onun sonuncu 
ümidləri  də  dağıldı.  Kiminləsə  artıq  ittifaq  axtarmaq  mümkün  deyildi,  Roma 


 
159 
üstünə  getməyə  sövq  etməyə  də  heç  kəs  yox  idi.  Nifrətamiz  düşmən  Hannibalın 
qarşısında sərt qaya kimi dururdu, onu heç bir qüvvə dağıda bilməzdi. Ahıl yaşlı 
sərkərdəyə  (onun  bu  vaxt  yaşı  60-a  yaxın  idi)  yəqin  ki,  özünə  sığınacaq 
axtarmaqdan başqa heç nə qalmırdı. Lakin romalıların hökmranlıq etdiyi dünyada 
ona  sakitlik  və  təhlükəsizlik  şəraiti  mümkün  deyildi.  Ancaq  Hannibal  da  təslim 
olmaq istəmirdi. O, Krit adasına gəldi, lakin burada az qaldı. Sonra o, Vifiniyaya 
yollandı  və  çar  Prusiyanın  sarayına  gəldi.  Hannibal  burada  Perqamla  aparılan 
müharibədə iştirak  etdi. Dəniz  döyüşündə o,  Perqam gəmilərini qaçmağa  məcbur 
etdi, onların göyərtələrinə ilanlarla dolu qablar atmışdı. 
Bu  vaxt  Prusiyanın  yanına  Roma  elçisi  gəldi  və  Hannibalı  romalılara 
verməyi  tələb  etdi.  Vifiniya  çarı  elan  etdi  ki,  o,  qonaqpərvərlik  qanunlarını  poza 
bilməz,  lakin  romalılar  özləri  çətinlik  çəkmədən  Hannibalı  tuta  bilərlər.  Çar 
bununla Romaya xidmət göstərmək istəyirdi. Hannibal birdən evinin hər tərəfdən 
Vifiniya  əsgərlərinin  mühasirə  aldığını  gördü.  O,  xilas  olmağa  cəhd  etdi.  Onun 
binasının  yeddi,  o  cümlədən  gizli  çıxış  qapısı  var  idi.  Lakin  bütün  qapılarda 
döyüşçülər  dayanmışdı.  Evə  əsgərlərin  nə  vaxt  hücum  edəcəyini  gözləməyib, 
Hannibal  zəhər  içdi.  Bəzi  versiyalara  görə  onu  Vifiniya  çarı  zəhərləmişdi.  Belə 
deyirlər ki, ölümündən əvvəl o, demişdi: “Əgər onlar qocanın ölümünü gözləməyə 
dözmürlərsə, qoy romalıları köhnə qayğılarından azad edək”. Hannibalı Bosforun 
Avropa  sahilində,  Libissada  dəfn  etdilər,  daş  sarkofaqın  üstündə  nəqş  edilmişdi: 
“Hannibal burada dəfn edilmişdir”.  
Hannibalın  son  illərdəki  sərgərdanlığı  və  faciəli  sonu  onun  coşqun, 
macəralarla, parlaq qələbələr və acı məğlubiyyətlər və əsgər həyatının ümidsizliyi 
ilə  dolu  həyatının  təbii  yekunu  idi.  Məğlubiyyət  nə  qədər  acı  olsa  da  II  Puniya 
müharibəsindən  sonra  Karfagen  iqtisadi  cəhətdən  elə  də  tənəzzülə  uğramadı.  III 
Puniya  müharibəsi  ərəfəsində  -  m.ə.  II  əsrin  50-ci  illərində  Karfagendə  700  min 
adam  yaşayırdı.  Varlıların  dəbdəbəli,  yaşıllıq  içərisində  itib  batan  villaları  ilə 
yanaşı, yoxsullar məhəllələri və “orta təbəqəyə” məxsus olanların yaşadıqları çox 
mənzilli  və  bir  neçə  -  hətta  altı  mərtəbəyə  qədər  olan  böyük  evlər  və  dar, 
yarıqaranlıq  küçələr,  səs-küylü  bazar  və  qədim  məbədləri  və  akropolu  olan 


 
160 
yüksəklik  əcnəbiləri  heyran  edirdi.  Lakin  Romada  bu  dövlətə  qarşı  kin  heç  də 
azalmırdı.  Trazimen  gölü  yanındakı  döyüşdən  Zama  döyüşünə  qədər  Hannibala 
qarşı  vuruşmuş  Mark  Portsi  Katon  Karfagenə  qarşı  barışmaz  düşmənçilik 
partiyasına  başçılıq  edirdi.  Katon  Karfagenin  qüdrətinin  çox  böyüməsindən 
qorxaraq onu yer üzündən silməyi tələb edirdi və fürsət düşən kimi Karfagenə yeni 
müharibə  elan  etməyi  tələb  etdi.  Katon  bu  fikrə  gəldi  ki,  əgər  şəhər  tutulmasa, 
romalılar  əvvəlki  bədbəxtliklərlə  yenidən  üzləşməli  olacaqdır.  O,  deyirdi  ki,  nə 
qədər ki, Karfagen mövcuddur Roma özünü arxayın hiss edə və öz azadlığına görə 
qorxmaya  bilməz.  “Karfagenlilər  artıq  bizim  düşmənimizdir,  çünki  kimsə istədiyi 
vaxt  mənim  əleyhimə  müharibəni  başlamaq  iqtidarında  olmaq  üçün  hazırlaşırsa, 
artıq mənim düşmənimdir, hətta, əgər silahını işə salmamışdırsa”. Katon senatdakı 
hər  çıxışını  bu  sözlərlə  bitirirdi:  “Bundan  başqa,  mən  düşünürəm  ki,  Karfagen 
dağıdılmalıdır”.  Senatda  nəhayət  Katonun  nöqteyi-nəzəri  qalib  gəldi.  Senatın 
Karfagenə  etdiyi  və  romalıları  qənaətləndirməli  kimi  olan  tələbi  düşmənə 
yönəldilən  siyasətin  əsas  formulu  oldu.  Əvvəlcə  Utika  –  Şimali  Afrikadakı  ən 
qədim Tir koloniyası romalılara təslim oldu. 150-ci ilin hadisələrindən ilhamlanan 
Katon döyüş əməliyyatlarını başlamağı, Karfageni dağıtmağı və məhv etməyi daha 
təkidlə  tələb  edirdi.  Senat  qərar  verdi  ki,  müqavilənin  əksinə  olaraq  Karfagen 
donanma  saxlamış,  qoşunlarını  sərhədlərindən  kənara  çıxarmış  və  silahını 
Romanın  müttəfiqi  olan  numidiyalıların  başçısı  Massanasaya  qarşı  qaldırmışdır. 
Bütün  bunlara  görə  Karfagenə  müharibə  elan  edildi.  Karfagenlilər  bilmirdilər  ki, 
senat Katonun israrına görə konsullara köhnə tapşırığını vermişdi – işi müharibə və 
Karfagenin  məhv  edilməsi  istiqamətində  aparmaq.  Karfagenlilər  bütünlüklə 
tərksilah  edildilər.  Onlara  şəhərdən  çıxmaq  və  80  stadi  aralıqda  olmaqla  digər 
onlara  məxsus  olan  yerdə  məskunlaşmaq  tələb  edildi.  Şəhərin  gerusiyaları    - 
ağsaqqalları  itaət  hesabına  amansız  düşmənin  mərhəmətini  qazanmaq  istəyirdi. 
Dənizdən aralanan karfagenlilər dəniz ticarəti ilə yaşadıqlarına görə qarşısı alınmaz 
məhvə  məhkum  edilirdilər.  Adamlar  dəhşətli  bir  şeyin  baş  verdiyini  anladılar. 
Ümidsizlikdən  həqiqətən  dəlicəsinə  orgiya  başlandı.  Şura  şəhər  divarlarından 
arxasında  olan  qoşunların  komandanlığına  bu  yaxınlarda  ölüm  cəzasına  məhkum 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə