Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   51   52   53   54   55   56   57   58   ...   120

 
164 
başçılarını toplayıb tayfanın gələcək şöhrətini Məhəmməd adı ilə adlandırdı. Uşaq 
ana bətnində olarkən atası Abdullah həyatı artıq tərk etmişdi. 
Atanın irsi o qədər də böyük deyildi, beş dəvə və bir neçə qoyun qalmışdı. O 
vaxtlar  Məkkəyə  ətrafdakı  qəbilələr  yaşayan  Badiyədən  qadınlar  gəlir  və  körpə 
uşaqları döşlə əmizdirirdilər. Bir çobanın Həlimə adlı arvadı kiçik Məhəmmədi öz 
evinə  apardı,  çünki  uşağın  anasının  döşünün  südü  kəsilmişdi.  Həlimə  təkcə  döş 
dayəsi deyildi, həm də uşağa böyük qayğı göstərirdi. Məhəmmədin üç yaşı olanda 
o,  artıq  süd  qardaşı  Məsrudla  oynayırdı.  Bir  azdan  dayə  onu  Məkkəyə,  anasının 
yanına qaytardı. 
Altı  yaşı  olanda  anası  Məhəmmədi  Mədinəyə,  qohumları  gilə  apardı,  lakin 
qayıdanda  yolda  öldü  və  Əminə  iki  şəhər  arasındakı  Ebva  kəndində  dəfn  edildi. 
Gələcək peyğəmbərin uşaqlıq dövründə sevincli günləri olduqca az olmuşdur, tale 
ilk illərdən onu ağır sınağa çəkmişdir. Ailənin sədaqətli qulluqçusu olan Bərəkət və 
ya  Ümmü  Eymən  yetim  uşağa  analıq  etdi  və  onu  babasının  yanına  apardı.  Qoca 
uşağın  tərbiyəsini  Əbu  Talibə  tapşırdı.  O,  uşağa  ata  qayğısı  göstərməyə  başladı. 
Balaca  Məhəmməd  tez-tez  Məkkədə  müqəddəs  məbəddəki  ibadətləri  müşahidə 
edirdi.  Bunlar  uşaqda  din  barədə  düşüncələr  yaratmaya  bilməzdi.  Lakin  o,  nə 
oxumağı, nə yazmağı bilmirdi, təxəyyülünün kasadlığından isə heç də şikayət edə 
bilməzdi.  O,  hər  bir  məlumatı  öz  inadkar  yaddaşında  saxlamağı  bacarırdı.  Onun 
ağlı yaşından çox irəli getmişdi. Ağıl və iradə çətinlikləri dəf etməkdə ona kömək 
edirdi. 
Əbu  Talib  həm  də  Qüreyş  tayfasının  fərasətli  tacirlərindən  biri  idi  və 
Suriyaya,  Yəmənə  göndərilən  karvan  səfərlərində  iştirak  edirdi.  Bir  dəfə  o, 
karvanla Suriyaya yollanmaq üçün dəvənin belinə oturanda, himayəsində saxladığı 
on  iki  yaşlı  qardaşı  oğlu  onu  da  özü  ilə  götürməyi  xahiş  etdi  və  təsir  göstərmək 
üçün  dedi  ki,  “əmi,  sən  gedəndən  sonra  məni  kim  qoruyacaqdır?”  Bu  sözlər 
yumşaq  ürəkli  Əbu  Talibi  kövrəltdi,  həm  də  Məhəmməd  karvana  kömək  edə 
bilərdi. Bunları götür-qoy etdikdən sonra uşağı özü ilə götürdü. 
Nəhayət,  karvan  Suriya  sərhədində  olan  Busra  adlanan  qəsəbəyə  gəldi, 
burada  əvvəllər  levitlər,  indi  isə  nestorian  xristianları  yaşayırdı.  Bu  iri  ticarət 


 
165 
məntəqəsinə hər il karvanlar gəlirdi. Məkkəli yolçular burada istirahət etmək üçün 
dayandılar  və  çadırlarını  Nestorian  monastırının  yanında  qurdular.  Rahiblər  Əbu 
Talibi və onun qardaşı oğlunu sevinclə qarşıladılar. Onlar uşağın ağlına, hər şeylə 
maraqlanmasına heyran qalmışdılar. Uşaq ilahiyyatla çox maraqlanırdı, rahiblər isə 
daha  çox  bütpərəstlik  əleyhinə  danışırdılar.  Nestorian  xristianları  V  əsrdə 
Konstantinopol patriarxı olmuş Nestorun ideyasına sadiq qalaraq ikonalara sitayiş 
etməyi  yasaq  sayırdılar,  hətta  Xristin  ümumi  əlaməti  olan  xaçı  qadağan  edirdilər. 
Məhəmməd bu söhbətlərdən xristian dininin qaydaları və əhvalatları ilə tanış oldu. 
Ümumiyyətlə, onun təəssüratı çox böyük idi. 
Məhəmməd Məkkəyə qayıdanda, onun təxəyyülü monastırda eşitdiklərini bir 
daha götür-qoy edirdi, axı oradakı söhbətlərin çoxu onun ürəyinə yatmışdı. Həm də 
onda  Suriyaya  bir  hörmət  yaranmışdı,  bu  ölkə  ona  sirrli  aləmin  qapısını  açmışdı. 
16 yaşı olanda isə o, dayısı Zübeyirlə Yəmənə gedən karvanı müşayiət etdi. Həddi-
buluğa çatana qədər o, çox tacirlərə xidmət etdi, Suriyaya və Yəmənə səfərlər etdi. 
Bu  səfərlər  onun  dünyagörüşünü  genişləndirirdi.  O,  tez-tez  yarmarkalarda  da 
olurdu.  Yarmarkalarda  təkcə  ticarət  getmirdi,  ayrı-ayrı  tayfalar  arasında  şeir 
yarışları  keçirilirdi,  qaliblərə  mükafatlar  verilirdi.  Bu  şifahi  mənbələr  də 
Məhəmmədə az şey verməmişdi. 
Bu  vaxtlar  Məkkədə  Xədicə  adlı  bir  qadın  yaşayırdı.  O,  da  Qüreyş 
tayfasından olan Hüvaylid ibn Əsədin qızı idi. Bu qadın artıq iki dəfə ərdə olmuşdu 
və əvvəlki nikahlarından iki oğlu və bir qızı var idi. Varlı tacir olan axırıncı əri bir 
az əvvəl ölmüşdü və evin çoxsaylı işləri ona başçılıq edən adama ehtiyac duyurdu. 
Dul qadının cavan qohumu ticarət səfərlərində Məhəmmədlə tanış olmuşdu, bütün 
hallarda onun halal hərəkət etdiyini öz gözləri ilə görmüşdü. O, xalasının diqqətini 
bu  cavan  oğlana  yönəltdi.  Məhəmmədin  zahiri  görünüşü  də  onun  haqqındakı 
təriflərə  heç  bir  şübhə  yeri  qoymurdu.  Bu  vaxt  onun  25  yaşı  var  idi.  Xədicə  onu 
yanında  saxlamaq  istəyirdi.  Suriyaya  göndərəcəyi  karvanı  müşayiət  etmək  üçün 
ona  ikiqat  maaş  təklif  etdi.  Əmisi  Əbu  Taliblə  məsləhətləşdikdən  sonra 
Məhəmməd  bu  təklifi  qəbul  etdi.  Xədicə  isə  onun  səfərdəki  hərəkətlərindən  o 
qədər  razı qaldı ki, səfərdən qayıdan Məhəmmədə  vəd etdiyindən  də iki dəfə çox 


 
166 
haqq  verdi.  Sonra  onu  Cənubi  Ərəbistana  göndərdi  və  hər  dəfə  bir  qayda  olaraq 
ondan razı qalırdı. 
Xədicə  artıq  40  yaşına  qədəm  qoymuşdu.  O,  ağıllı  və  təcrübəli  qadın  idi, 
Məhəmmədə  bəslədiyi  hörmət  də  tədricən  artırdı.  Bu  oğlan  onun  ürəyinə  çox 
yatırdı və sadiq qulu Meysərəyə tapşırdı ki, Məhəmmədə ərə getmək istədiyini ona 
çatdırsın.  Meysərə  əsl  ərəb  kimi  söhbəti  uzaqdan  başlayıb,  Xədicənin  üzərinə 
gətirdikdə, Məhəmməd bu işin necə baş tutması yolu ilə maraqlandı. Bu vaxt kölə 
həmin  vəzifəni  öz  üzərinə  götürdüyünü  bildirdi.  Hər  şey  tez  və  qaydasında  həll 
olundu.  Xədicənin  atası,  Məhəmmədin  kasıblığına  görə  əvvəlcə  bu  işə  razılıq 
vermirdi.  Ağıllı  dul  qadın  isə  sərvətdənsə  öz  ürəyinin  hökmünə  üstünlük  verdi. 
Məhəmmədin  də  indiki  dildə  desək  bu  “Balzak  yaşında”  olan  qadından  xoşu 
gəlirdi. Xədicə böyük ziyafət təşkil etdi, ora atasını və digər qohumlarını, həmçinin 
Məhəmmədin əmiləri Əbu Talibi və Həmzəni dəvət etdi. Toyda hamı tərifli sözlər 
söyləyirdi  və  nikah  bağlandı.  Məhəmməd  isə  qapısında  dəvə  kəsdirib  ətini 
kasıblara paylatdırdı. 
Xədicəyə  evləndikdən  sonra  Məhəmməd  doğma  şəhərindəki  ən  varlı 
adamlardan  biri  oldu.  Bu  nikahdan  Xədicənin  dörd  qızı  və  iki  oğlu  oldu. 
Oğlanlarının  adı  Qasım  və  Abdullah  idi.  Ərəblərin  qaydasına  görə  bəzən 
Məhəmmədi  Əbu-Qasım    (Qasımın  atası)  adlandırırdılar.  Lakin  bu  uşaqlar  körpə 
yaşında öldülər. Məhəmmədin dörd qızından – Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm 
və Fatimədən yalnız axırıncısı peyğəmbərin nəslini davam etdirdi.  
Onun  evlənməsi  bir  şeylə  də  əlamətdar  oldu,  onun  ev  orakulu  meydana 
gəldi.  Bu  arvadının  əmisi  oğlu,  müşahidə  qabiliyyəti  ilə  seçilən,  lakin  sürüşkən 
inamı  olan  Varaqa  ibn  Nofəl  idi.  O,  əvvəlcə  iudaist,  sonra  xristian  olmuşdu, 
astrologiya  ilə  də  məşğul  olurdu.  O,  Köhnə  və  Yeni  Vəsiyyətin  bəzi  hissələrini 
ərəb  dilinə  tərcümə  etmişdi.  Məhəmməd  də  Bibliyadan  öyrəndiyi  məlumatların 
çoxunu ondan almışdı. 
Məhəmmədin bütpərəstliyin kobudluğuna və cəhalətinə qarşı hiddəti artırdı. 
Onun  bu  qəzəbi  Quranda  başlıca  fikir  kimi  keçir.  Bu  fikir  isə  dinin  dəyişilməsi 
zərurəti  idi.  O,  belə  möhkəm  bir  inama  gəldi  ki,  yeganə  düzgün  din  Adəmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə