Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   53   54   55   56   57   58   59   60   ...   120

 
170 
hədə  ilə  qalxan  qolu  lənətləndirdi.  Bildirdi  ki,  onu  cəhənnəm  odu  yandıracaqdır. 
Əlavə etdi ki, onun arvadı Cümeyl özü tonqala tikan çırpısı gətirəcəkdir ki, bu odu 
yandırsın.  Yığıncaq  təşviş  içərisində  dağıldı.  Əbu  Ləhəb  və  arvadı  Məhəmmədin 
lənətindən  sonra  oğulları  Utbəni  məcbur  etdilər  ki,  arvadı  Ruqiyyəni  boşasın  və 
qızı atasının üstünə göndərdilər. 
Birinci  cəhdin  uğursuzluğundan  peşman  olmayan  Məhəmməd  Haşimilərin 
ikinci  yığıncağını  öz  evində  çağırdı.  O,  onları  yaxşı  qonaq  etdi,  sonra  isə 
gözlənilmədən  ona  gələn  vəhyi  bütün  təfsilatı  ilə  danışdı  və  bunun  Allahın 
göstərişi  olduğuna  görə  öz  qohumlarına  elan  etməli  olduğunu  bildirdi.  “Əbdül 
Müttəlibin övladları, bütün adamlar içərisində Allah sizə öz qiymətli hədiyyələrini 
göndərmişdir. Və mən, onun adı naminə sizə bu dünyanın bütün xoşbəxtliklərini və 
gələcəyin  bütün  nəhayətsiz  sevinclərini  təklif  edirəm.  Kim  mənim  təklifimin 
yükünü  öz  üzərinə  götürmək  istəyir?  Kim  mənim  qardaşım,  mənim  canişinim, 
mənim vəzirim olmaq istəyir?” 
Heç  kəs  dinmirdi.  Birdən  Əli  bir  cavan  qətiyyəti  ilə  yerindən  sıçradı  və 
özünü peyğəmbərin xidmətinə təklif etdi, həm də öz gəncliyini və bədən zəifliyini 
etiraf  etdi.  Məhəmməd  gənci  qucaqlayıb  bağrına  basdı  və  dedi:  “Baxın,  budur 
mənim  qardaşım,  mənim  vəzirim,  mənim  canişinim!  Hamı  onu  eşitməli  və  ona 
tabe  olmalıdır”.  Qüreyşlilər  isə  bu  oğlanın  hərəkətinə  qeyzlə  bərkdən  güldülər. 
Onlar  oğlanın  atası  Əbu  Talibə  də  gülürdülər,  istehza  ilə  deyirdilər  ki,  o  da  öz 
oğluna təzim etməli və ona tabe olmalıdır.  
Məhəmmədin  təlimi,  qohumları  və  dostları  tərəfindən  belə  düşmənçiliklə 
qarşılansa da, kütlə arasında, xüsusən qadınlar arasında özünə tərəfdar tapırdı. Axı 
qadınların  daim  təqib  olunanlara  ürəyi  yanır.  Yəhudilərin  də  çoxu  əvvəlcə 
Məhəmmədə yaxınlaşdılar, lakin şagirdlərinə, yəhudilərə qadağan olunan dəvə əti 
yeməsinə  icazə  verdiyini  görəndə,  ondan  aralandılar  və  onun  dinini  natəmiz  kimi 
rədd etdilər. 
Həmin  vaxtdan  Məhəmməd  artıq  özünü  ruhunun  ilham  mənbəyinə  təslim 
etdi  və  təlimini  açıq  şəkildə  və  inadkarlıqla  təbliğ  etməyə  başladı.  Özünü  isə 
bütpərəstliyə  son  qoymaq,  yəhudi  və  xristian  qanunlarının  sərtliyini  yumşaltmaq 


 
171 
üçün  Allahın  göndərdiyi  peyğəmbər  elan  etdi.  O,  tez-tez  Hira  dağındakı  kahaya 
yollanırdı ki, oradakı yeganə mağarada Quranın yeni vəhylərini qəbul etsin. 
Məhəmməd özünü yeni dinin moizəçisi hesab etmirdi, hamını əmin edirdi ki, 
o, ancaq Allahın göndərdiyi qədim dini bərpa edir. Quranın “Əl-Bəqərə” surəsində 
deyilir: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, 
Allaha şərik qoşanlardan (bütpərəstlərdən) deyildi” (135-ci ayə). “Biz Allaha, bizə 
nazil  olan  Qurana,  İbrahimə,  İsmailə,  İshaqa,  Yəquba  və  onun  övladına 
göndərilənlərə,  Musaya  və  İsaya  verilənlərə,  Rəbbi  tərəfindən  bütün 
peyğəmbərlərə  verilən  şeylərə  (möcüzələrə)  inanmışıq.  Onların  heç  birini 
digərindən  ayırmırıq.  Biz  ancaq  Allaha  boyun  əyən  müsəlmanlarıq”  (136-cı  ayə). 
İlk gündən Quran İlahi vəhy, Allahın sözü kimi çatdırıldı. On dörd əsr ərzində bu 
inam  daha  da  möhkəmlənmişdir  ki,  Quranda  məhz  Allahın  özü  danışır,  öz 
təbəələrinə  Tanrı  özü  müraciət  edir.  Bu  ehkama  biz  müqəddəs  kitabın  digər 
səhifələrində də rast gəlirik. Quranın “Əl-Maidə” surəsinin 15-ci ayəsində deyilir: 
“Siz  kitabda  (Tövratda  və  İncildə)  gizlətdiyiniz  şeylərin  bir  çoxunu  bildirən,  bir 
çoxunu  da  sizə  bağışlayıb  üstünü  vurmayan  (və  ya  sizdən  bir  çoxunu  bağışlayan) 
peyğəmbəriniz  gəldi.  Artıq  Allah  tərəfindən  sizə  bir  nur  və  açıq  aydın  bir  kitab 
(Quran)  gəldi”.  Belə  nəticə  hasil  olur  ki,  həmin  müqəddəs  kitablar  da  öz  yerini 
Qurana təhvil  verməlidir.  Quran  qanunu  tamamlayır  və  ondan  sonra ilahi  vəhylər 
olmayacaqdır.  Məhəmməd  peyğəmbərlər  sırasının  sonuncusu  və  ən  böyüyü 
olmaqla Allahın iradəsini elan etməyə gəlmişdir.  
Yeni  dinin  ən  vacib  cəhəti  Allahın  bir  olmasını  elan  etməsi  idi.  Əlbəttə, 
iudaizm  və  xristian  dinində  də  təkallahlıq  elan  edilmişdi,  lakin  bu  vahidliyə  xələl 
gətirən  cəhətlər  də  var  idi.  İudaistlərin  Allahı  Yaxvenin  Savaof,  İeqova  kimi  də 
adları  var  idi.  Xristian  dini  isə  Allahı  üç  obrazda  –  Allahda,  onun  oğlunda  və 
müqəddəs  ruhda  tanıyırdı.  Xristianlar  ana  bətnindən  doğulmuş  İisusu  (İsa 
peyğəmbəri)  Allah  adlandırırdılar.  V  əsrdə  (428-431-ci  illərdə)  Konstantinopol 
patriarxı olmuş Nestor bu fikrin əleyhinə çıxdı, İisus Xristi Allahın oğlu və Allah 
adlandırmaqdan  imtina  etdi,  Məryəmin  isə  Allah  oğlunun  anası  olması  ideyasını 
bütünlüklə rədd etdi. Nestor İisusun yalnız sonradan Allahın oğlu, məsih olduğunu 


 
172 
iddia  edirdi.  Məhəmməd  də  Nestorianlar  sektasının  xristian  aləmində  küfr  hesab 
olunan  və  Efes  Şurası  tərəfindən  hələ  431-ci  ildə  məhkum  edilən  bu  ideyalar  ilə 
tanış  idi.  Ona  görə  də  Quranda  Allahın  vahidliyinin  hansısa  üç  birlikdə  ifadə 
olunması  bütünlüklə  rədd  edilir  və  Allahdan  başqa  digər  allahın  olmadığı  təkrar-
təkrar  qeyd  edilir:  “Lailahəilləlah  –  Allahdan  başqa  heç  bir  tanrı  yoxdur”  (“Əl-
Bəqərə” surəsi, 255-ci ayə). Və ya “Sizin tanrınız tək olan Allahdır” (163-cü ayə). 
Bu,  Quranın  başlıca  ehkamıdır:  Yalnız  “Allah  hər  şeyə  qadirdir”  (“Əl-Maidə” 
surəsi, 19-cu və 40-cı ayələr). 
Ərəb sözü olan “islam” da “Allaha tabe  olmaq” deməkdir.  Bu baş  ehkama 
digər  ehkam  da  əlavə  olunur:  “Məhəmməd  Allahın  peyğəmbəridir”.  Quranda 
göstərildiyindən,  müsəlmanlar  bunu  Allahın  göstərişi  kimi  qəbul  edirlər.  Bu  isə 
vəhylərin Allaha məxsusluğu fikrini daha da möhkəmləndirir. 
Hər cür bütpərəstlik qadağan olunurdu. Bütpərəstlik bəlkə də Məhəmmədin 
ən  çox  nifrət  etdiyi  şey  idi,  lakin  Allahın  vahidliyinə  xələl  gətirməyən  və  ona 
uşaqlıqdan  məlum  olan  bir  çox  dini  qaydalar  saxlanmışdı.  İbadət  üçün  Məkkəyə 
getmək,  Kəbəyə  aid  bütün  qaydalara  əməl  etməklə  səcdə  qılmaq,  Zəmzəm 
bulağının  suyundan  içmək  və  s.  bütünlüklə  icra  olunurdu.  Təkcə  bütlərə  sitayiş 
edilmirdi. Köhnə ərəb qaydası ilə ibadətdən əvvəl əli-ayağı yumaq da saxlanmışdı. 
Hətta  günün  və  gecənin  müxtəlif  vaxtlarında  ibadət  etmək  məsləhət  görülürdü. 
İslam dini özündən əvvəlki iudaizm və xristian dinlərindən çox şeyləri əxz etdiyi 
kimi,  yəqin  ki,  sonralar  fars  sözü  ilə  “namaz”  adlanan  ibadətin  sutka  ərzində  beş 
dəfə  qılınmasını  yəqin  ki,  zoroastrizmdən  (Zərdüşt  dinindən)  götürmüşdü.  Çünki 
zoroastrlar  da  gündə  beş  dəfə  ibadət  edirdilər.  İbadət  vaxtı  müsəlmanlar  birbaşa 
Allahın özünə müraciət edir, ona təzim qılır, üzü üstə yerə sərilirdilər. İbadət vaxtı 
dua  edənlər  üzünü  Qibləyə  tərəf  tutur  və  ona  tərəf  diz  çökürdülər.  Hər  namazın 
sonunda  Quranın  “Əl-Bəqərə”  surəsindən  bu  ayə  oxunur:  “Əbədi  və  əzəli  varlıq 
Odur. O, nə mürgü, nə də yuxu bilir. Göylərdə və yerdə nə varsa hamısı Onundur... 
O,  bütün  yaranmışların  keçmişini  və  gələcəyini  (bütün  olmuş  və  olacaq  şeyləri) 
bilir...  Onun  özünün  istədiyindən  başqa  heç  bir  şeyi  qavraya  bilməzlər.  Onun 
kürsüsü (elmi, qüdrəti və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə