Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   44   45   46   47   48   49   50   51   ...   120

 
143 
bədbəxtliklərdən sonra nəhayət onun özünün istedadına və hərbi ustalığına bərabər 
sərkərdə tapmışlar. Diktator Fabi öz legionları ilə Hannibalı izləyir, bir an da olsun 
onu gözdən qoymurdu. Karfagenlilər düzənliyə düşəndə Fabi onları yüksəklikdən 
müşahidə  edirdi.  Hannibalın  bütün  ümidlərinin  əksinə  olaraq  Fabi  iri  döyüşdən 
qaçırdı.  Bütün  qələbələrinə  baxmayaraq,  İtaliyanın  bir  şəhəri  də  hələ  Hannibalın 
tərəfinə  keçməmişdi.  Hannibal  bir  dəfə  quru  odundan  çoxlu  məşəl  düzəltdirdi  və 
onlar Falerna çöllərindən oğurlanıb gətirilmiş öküzlərin buynuzuna bağlandı. Belə 
2 min öküz romalıların olduğu təpəliyə tərəf qovuldu. Gecənin qaranlığında Puniya 
döyüşçüləri bu buynuzunda məşəl yanan öküz sürüsünü yüksəkliyə qovdu. Alovun 
görünüşündən  və  yanan  buynuzlarının  və  başlarının  dəhşətli  ağrısından  dəli  olan 
öküzlər ətrafa dağılışdı. Məşəllərdən kollar od tutdu. Lakin qorxudan hər iki tərəf 
döyüşə başlamadı. 
Fabinin  strateji  planı  Hannibalı  çətin  vəziyyətə  salmışdı.  Karfagen  qoşunu 
taqətdən düşürdü, Cənuba keçmək planı da baş tutmamışdı. O, Karfagen şurasına 
kömək barədə xahiş edəndə, bu gülüşlə qarşılanmışdı. Çünki sərkərdə təsdiq edirdi 
ki, o, düşməni məğlub etmişdir, həm də qalib kimi doğma şəhərinə qarət etdiklərini 
göndərmək əvəzinə yeni adamlar və pul tələb edirdi. Görünür Hannibalın vəziyyəti 
o  qədər  ağır  idi  ki,  ona  düşmən  olan  qrup,  onun  bu  xahişini  rədd  edə  bilmişdi. 
Lakin Fabinin də strategiyası Romada dərin narazılıq törətmişdi. Fabini cinayətkar 
lənglikdə,  az  qala  satqınlıqda  ittiham  edirdilər.  Onun  köməkçisi  Munitsiyə 
gəldikdə  o,  nə  igidliyi,  nə  də  döyüş  məharətinə  görə  Fabiyə  bərabər  deyildi. 
Diktatorun  sakitliyinə  və  mərdcəsinə  təmkininə  qarşı  süvari  rəisinin  qorxaq 
əsəbiliyi,  prinsipsizliyi  dururdu.  Minutsidən  fərqli  olaraq  Fabi  şərəfli,  intizamlı, 
möhkəm və hakimiyyətə itaət edən adam idi, lakin ona şübhə ilə yanaşanlar da az 
deyildi.  Romalılar  və  karfagenlilər  əsirləri  adama  adam  qaydasında  dəyişirdilər. 
Daha çox əsir geri alan tərəf onların hər biri üçün iki funt yarım gümüş verməli idi. 
Romalılara  karfagenlilərə  olduğundan  artıq  247  adam  qayıtdı,  lakin  senat  onlara 
görə  pulu  verməyi  ləngidirdi.  Bu  vaxt  Fabi  Romaya  öz  oğlu  Kvinti  göndərdi, 
Hannibalın  toxunmadığı  torpaqlarını  satdı  və  öz  vəsaitindən  həmin  verilməli 
məbləği  ödədi.  Munitsi  isə  açıqca  Fabini  ləyaqətsizlikdə  və  qorxaqlıqda  ittiham 


 
144 
edirdi.  O,  Fabini  ləngiyən  deyil,  tənbəl,  ehtiyatlı  deyil,  qorxaq  adlandırırdı. 
Ləyaqətlərə oxşar nöqsanları onun ayağına yazmaqla özünü yüksəltmək, ali olanı 
isə alçaltmaq istəyirdi. O, sözdə Romanın tənəzzülünə görə hüzn keçirdiyini qeyd 
edərək, İtaliyanın viranə qoyulmasına yol verildiyini, keçmiş Roma enerjisinin və 
qətiyyətinin itirilməsini göstərirdi. Fabiyə qarşı çıxaraq o, deyirdi ki, silahı götürüb 
vadiyə  düşmək  və  düşmənlə  üz-üzə  vuruşmaq  lazımdır.  O,  kinayə  ilə  deyirdi  ki, 
Roma  cəsarəti  və  fəaliyyəti  ilə  yüksəlmişdi,  qorxaqların  ehtiyatlılıq  adlandırdığı 
ləngliklə yüksəlməmişdir. Fabi isə ona məsləhət görürdü ki, öz qoşunlarını məhv 
etməsin,  lakin  Munitsi  bu  sözlərə  heç  bir  əhəmiyyət  vermirdi.  Munitsinin  bir 
ağılsız  əməliyyatından  sonra  ordu  ağır  məğlubiyyətlə  üzləşmək  təhlükəsi 
qarşısında qalanda Fabi demişdi ki, hətta hər şey  düz olsaydı (yəni Munitsi guya 
qələbə  çalsaydı),  o,  onun  uğurundan  məğlubiyyətinə  görə  daha  çox  qorxur.  Fabi 
deyirdi ki, yaxşı sərkərdə üçün bəxt gətirmək əsas deyil, başlıca məsələ ağılın və 
düşüncəliliyin hakim kəsilməsidir, şöhrətdən daha çox vaxtında və biabır olmadan 
ordunu qoruyub saxlamaq daha vacibdir, nəinki minlərlə düşməni öldürmək.  
Fabinin  strategiyasının  mühüm  nəticələrindən  biri  Hannibalı  hərbi 
təşəbbüsdən faktiki olaraq məhrum etmək idi və hadisələrin gedişi xeyli dərəcədə 
Roma  komandanlığının  hərəkəti  ilə  müəyyən  edilirdi.  Hannibalın  vəziyyəti 
günbəgün pisləşirdi. O, hiyləgərliyə əl atmağı qərara aldı. Bu Kann yaxınlığındakı 
döyüşdə  özünü  göstərdi.  Hannibal  qarşısına  qoyduğu  məqsədə  çatdı.  Karfagen 
ordusunun say tərkibi 40 min nəfər idi və 10 min nəfərlik süvarisi var idi. Roma 
ordusunda  isə  80  min  adam  var  idi.  Karfagenlilər  müstəsna  əlverişli  mövqe 
tutmuşdu. Onların kürəyi küləyə tərəf idi, küləyin qaldırdığı qum və toz romalıların 
üzünə  vururdu.  Döyüşü  yüngül  silahlı  əsgərlər  başladılar.  Sonra  Hannibalın  qall-
iberiyalı  süvarisi  romalıların  sağ  flanqına  hücum  etdi.  Düşmənin  qovduğu 
romalılar çay boyu qaçmağa başladılar. Piyadalar döyüşə girəndə Hannibalın qall-
iberiyalı  əsgərləri  geri  çəkilib  romalıları  öz  arxalarınca  apardılar  və  onları 
Karfagen  döyüşçülərinin  yerləşdiyi  mövqeyə  gətirib  çıxardılar.  Bu  vaxt  Liviya 
piyadaları hər iki tərəfdən romalılara hücum etdi və onların arxasını bağladı. Roma 
piyadası həlqədə qaldı. Sonra 500 Numidiya süvarisi gəlib guya romalılara təslim 


 
145 
olduğunu  bildirdi  və  bir  qədər  sonra  gizlətdikləri  qılınclarını  çıxarıb  arxadan 
romalıların  üzərinə  cumdular.  Döyüşün  taleyi  həll  edilmişdi.  Konsul  Emili  Pavel 
öldürüldü. Romalılar qövsvari müdafiədə durmuşdular, bir-birinin ardınca əsgərlər 
yıxılırdı.  Polibinin  məlumatına  görə,  70  min  romalı  həlak  olmuşdu,  yalnız  3  min 
adam  qaçıb  canını  qurtarmışdı.  Livinin  məlumatına  görə,  Hannibal  8  min, 
Polibinin yazdığına görə isə vur-tut 6 minə qədər adam itirmişdi. 
Kann  yanındakı  parlaq  qələbə  müasirlərini  sarsıtmışdı.  Elə  görünürdü  ki, 
İtaliya bütünlüklə Hannibalın hakimiyyəti altındadır. Buna baxmayaraq Roma hələ 
təslim edilməmişdi və Hannibal qarşısında məsələ dururdu: sonra nə etməli? Onun 
süvari komandanı Maharbal demişdi: “Əlbəttə allahlar bir adama hər şeyi vermir. 
Hannibal  sən  qalib  gələ  bilirsən,  ancaq  qələbəndən  istifadə  etməyi  bacarmırsan”. 
Maharbal  ona  bir  dəqiqə  də  itirmədən  Romaya  hücum  etməyi  məsləhət  görürdü, 
Hannibal isə tərəddüd edirdi, əməliyyatın nəhəngliyinə görə bir qərar verə bilmirdi. 
Sonrası günü o, süvari rəisini yanına çağırıb dedi: “Əgər istəyirsənsə, mən atlılarla 
səni  göndərə  bilərəm”.  Maharbal  buna  belə  cavab  verdi:  “Gecdir,  artıq  onlar 
bilirlər”.  Yəqin  ki,  Maharbal  qəflətənlik  effektinə  bel  bağlayırdı  və  doğrudan  da 
əməliyyat yalnız o vaxt uğurlu ola bilərdi ki, düşmənə dəhşətli məğlubiyyətindən 
bir an da olsun özünə gəlmək imkanı verilməsin. Hannibalın həmin gün ləngiməsi 
bir  çox  tarixçilərin  qeyd  etdikləri  kimi,  şəhəri  və  dövləti  həqiqətən  də  xilas  etdi. 
Qəti  qələbə  yalnız  Kanndan  sonra  Romaya  birbaşa  zərbə  ilə  əldə  edilə  bilərdi. 
Kanndan sonra həqiqətən müharibənin gedişində dönüş nöqtəsi meydana gəlmişdi 
və görünür Hannibal parlaq qələbənin bəhrələri ilə risq etmək istəməyərək və hərbi 
əməliyyatların  müəyyən  planına  malik  olmadığından  başlıca  amili  –  strateji 
təşəbbüsü ələ keçirə bilmədi və hər şeyi itirdi.  
Hannibalın  ilk  addımları  sübut  edir  ki,  o,  müharibəni  qurtarmış,  özünü  isə 
şübhəsiz  qalib  hesab  edirdi.  Hannibal  əsirləri  azad  edəndə  romalılara  müraciətlə 
demişdi  ki,  o,  heç  də  romalılarla  məhvedici  müharibə  aparmaq  istəmir.  Hannibal 
istəyirdi ki, o, Romanı öz igidliyi və uğuru ilə məğlub etsin. O, əsirlərlə birlikdə öz 
yaxın  adamlarından  biri  olan  Kartalonu  Romaya  göndərdi.  O,  Roma  hakimiyyəti 
ilə kontakta girib, onların sülh danışıqlarını başlamaq arzusunda olub-olmadıqlarını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə