Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   41   42   43   44   45   46   47   48   ...   120

 
134 
gəzirdi ki, öz oğlanlarını romalılar üzərinə qızışdıraraq, şirlər kimi tərbiyə edirdi. 
Bunun  apofeozu  isə  doqquz  yaşlı  oğlanın  and  içməsi  oldu.  237-ci  ildə  Hamilkar 
Barka  öz  fəaliyyətini  İspaniyaya  keçirmək  istədi  və  oğlundan  onunla  Pireney 
yarımadasına  getmək  istəyib-istəmədiyini  soruşdu.  “Hə”  cavabını  eşitdikdə,  ata 
Hannibalı  mehraba  gətirdi  və  onu  Romaya  əbədi  nifrət  bəsləyəcəyi  barədə  and 
içməyə  məcbur  etdi.  Bu  hadisə  gələcək  sərkərdənin  yaddaşında  dərin  iz  qoydu. 
Vətənindən  qaçandan  sonra  Selevkid  dövlətinin  çarı  III  Antioxun  sarayında  bu 
yaşlı  adam  ona  xüsusi  ehtiram  göstərməklə  yanaşı,  onun  xəyanətkar  olmasına 
inandırmaq  üçün  dəridən  qabıqdan  çıxan  romalılarla  görüşdürdükdən  sonra, 
Hannibal ondan şübhələnən çara öz uzaq uşaqlığının andını söylədi. Bu and onun 
həyatını işıqlandıran mayak və onu  faciəyə aparan tale qisməti oldu. Bu andla elə 
bil ki, onun uşaqlığı da başa çatdı. Əsgər düşərgələrində düşmənə qarşı yürüşlərdə 
Hamilkar  Barkanın  oğlu  möhkəmlik  universiteti  keçməli,  atasının  ardıcılına  və 
onun fikirlərinin varisinə çevrilməli idi. 
Hamilkar  Barka  İspaniyaya  yürüş  etməyi  təsadüfi  seçməmişdi.  Bu  ölkə 
finikiyalılara  yaxşı  tanış  idi  və  onlar  Pireney  yarımadasında  iri  ticarət-sənət 
mərkəzləri  olan  şəhərlər  salmışdılar.  İspaniya  həm  də  İtaliyaya  müdaxilə  üçün 
yaxşı  platsdarm  idi.  Hamilkar  on  il  ərzində  İspaniyada  Karfagen  ağalığının 
dairəsini genişləndirdi. İspaniyanın qarət edilməsi Hamilkar Barkaya böyük qazanc 
gətirdi, o, bu gəlirdən  əsgərlərinə də paylayırdı. İspaniyanın cənubunda Barkanın 
hərəkətləri Pireney yarımadasındakı yunan koloniyalarının təbii narazılığına səbəb 
olurdu və onlar müdafiə üçün Romaya müraciət etdilər. Burada Roma ilə Karfagen 
arasında  danışıqlar  başladı  və  onların  arasında  nüfuz  zonasının  sərhədi  İber  çayı 
müəyyən  edildi.  Çəkiclə  zindan  arasında  qalan  yunan  şəhərləri  öz  siyasi 
müstəqilliyindən  bu  dəfə  Romanın  xeyrinə  əl  çəkdi.  Hamilkar  Gelina  şəhərini 
tutmağa  cəhd  edəndə,  puniyalılar  şəhərin  müttəfiqlərinin  qəfil  zərbəsinə  dözə 
bilməyib,  qaçmağa  başladı.  Hamilkarın  oğlanları  döyüş  mövqelərində 
olduqlarından  onlar  üçün  təhlükə  yarandı.  Bu  təhlükəni  aradan  qaldırmaq  üçün 
Hamilkar zərbəni öz üzərinə qəbul etdi. Düşmən onu təqib edəndə o, çayda batıb 
öldü. Bu vaxt onun uşaqları xilas edilib təhlükəsiz yerə köçürülmüşdü. 


 
135 
Puniya  qoşunlarının  komandanlığını  Hamilkarın  kürəkəni  Hasdrubal  öz 
üzərinə  götürdü.  Hasdrubalı  “xalq”  və  karfagenlilər  strateq  elan  etmişdi.  Bu  vaxt 
Hannibalın  17  yaşı  var  idi  və  o,  atasının  ölümündən  sonra  qardaşları  ilə  birlikdə 
İspaniyanı  tərk  edib,  Karfagenə  döndü.  Atasının  yanında  o,  sərkərdə  və  dövlət 
xadimi kimi formalaşmağa başlamışdı. Öz təhsilinə görə də o,  atasına borclu idi, 
məhz atasının  təsiri ilə o,  yunan  dili  və ədəbiyyatı  ilə tanış olmuş, yunan  dilində 
yazmağı  öyrənmişdi.  Lakin  beş  il  sonra,  224-cü  ildə  o,  İspaniyaya  qayıtdı  və 
süvarilərə  komandanlıq  etməklə,  yeznəsinin  rəhbərliyi  altında  hərbi  xidmətini 
keçməyə başladı. 
Hasdrubal bu vaxt Akra Levkedə böyük qüvvə toplamışdı – 200 fili, 50 min 
təcrübəli  piyadası  və  6  min  süvarisi  var  idi.  O,  Hamilkarın  həlak  olmasının 
baiskarları olan orissləri darmadağın etdi. O, çox sayda oriss şəhərlərini tutdu. O, 
Pireney  yarımadasında  Karfagen  ağalığının  sərhədlərini  xeyli  genişləndirdi  və 
onun  siyasi  uğurları  romalıları  ciddi  narahat  edirdi.  İberdən  cənuba  olan  bütün 
ispan  əraziləri  faktiki  olaraq  Karfagenin  əlində  idi.  Bu  vaxt  Karfagen  dövləti  öz 
üzərinə heç bir formal təəhhüd götürməmişdi. 
221-ci  ildə  Hasdrubal  ovda  bir  kelt  tərəfindən  öldürüldü.  Bu  qul  ağasının 
edamına  görə  Karfagen  strateqindən  qisas  almışdı.  Onun  ölümündən  sonra  vaxt 
itirmədən İspaniyada olan Puniya ordusu Hannibalı özlərinin baş komandanı elan 
etdi.  Bir  qədər  sonra  Karfagen  Xalq  yığıncağı  və  şura  bu  seçkini  təsdiq  etdi. 
Burada təəccüblü bir şey yox idi, Hannibalın mənşəyi bu qərarda heç də kiçik rol 
oynamamışdı.  Atasının  və  yeznəsinin  yaratdığı  ordu,  heç  şübhəsiz,  onu  müdafiə 
etməli idi. Burada Hannibalın siyasi mövqeyi də mühüm rol oynadı. O, Romanın 
barışmaz  düşməni  kimi  tanınmışdı.  O,  Karfagendə  olan  dostlarının  yadına 
hakimiyyəti ələ keçirdikdə, romalıların düşməni olacağı barədəki andını salmışdı. 
Köhnə  döyüşçülər  onun  şəxsində  gənc  Hamilkarın  onların  yanına  qayıtdığını 
güman  edirdilər.  Doğrudan  da  o,  atasına  çox  oxşayırdı.  Lakin  tarixçi  Livinin 
yazdığı kimi, o, başqalarının xoşuna gələn xüsusiyyətlərindən atasına bənzəməyin 
rolunu  xeyli  azaltdı  və  müxtəlif  işlərə  yararlı  olduğunu  –  tabe  olmağa  və 


 
136 
komandanlıq  etməyə  qadir  olduğunu  göstərdi.  İlk  addımlarından  Hannibal  sübut 
etdi ki, onun tərəfdarları öz seçimində yanılmamışlar. 
Hannibal  hakimiyyətə  gələndə  onun  26  yaşı  var  idi.  İspaniyada 
karfagenlilərin 
ağalığı 
onun 
sələflərinin 
xidmətləri 
hesabına 
xeyli 
möhkəmlənmişdi. Onun özünün də İberiya dünyası ilə əlaqəsi möhkəmlənmişdi, o, 
Karfagenə  müttəfiq  olan  Kastulona  şəhərindən  olan  iberiyalı  qızla  evlənmişdi. 
Yeni  Puniya  komandanı  özünü  elə  göstərirdi  ki,  elə  bil  ki,  Roma  ilə  müharibə 
məsələsi  artıq  həll  olunmuşdur  və  ona  həvalə  edilmişdir.  Onun  fəaliyyət  dairəsi 
kimi isə İtaliya təyin edilmişdir. Ona görə də o, romalıların müttəfiqi olan Saqunta 
hücum  etmək  və  bununla  Romanı  birbaşa  münaqişəyə  cəlb  etmək  niyyətini 
gizlətmirdi.  220-ci  ilin  yazında  o,  Duris  çayının  orta  axınında  məskunlaşmış 
vakkeyaların mühüm şəhərlərini tutdu. Sonra o karpetanlara qalib gəldi. Beləliklə, 
Karpetaniya  da  Karfagenin  hakimiyyəti  altına  keçdi.  Bu  döyüşdə  (Taq  çayı 
yanındakı  döyüş  adlanır)  Hannibalın  qeyri-adi  taktiki  qabiliyyəti,  cəsarətli  qərar 
vermək bacarığı, ilk anda hökmən məğlubiyyət vəd edən yerin xüsusiyyətlərini öz 
xeyrinə  çevirməklə,  müharibə  qanunlarına  məhəl  qoymaması  üzə  çıxdı.  Puniya 
komandanı  düşməni  özü  üçün  ən  əlverişli  şəraitlərdə  vuruşa  cəlb  etdi  və  qalib 
gəldi. 
Bu  hadisədən  sonra  Hannibalın  Pireney  yarımadasındakı  siyasətinin 
bilavasitə  məqsədi  Saqunt  şəhərini  tutmaq  oldu.  Saqunt  dəniz  ticarətindən  və 
əkinçilikdən  çox  varlanmışdı.  Bu  var-dövlətdən  daha  çox  Hannibalı  bu  şəhərin 
üzərinə  yürüşə  cəlb  edən,  onu  tutduqdan  sonra  şimala  doğru  hərəkət  etmək 
məqsədi  cəlb  edirdi.  Roma  Saquntun  itirilməsi  ilə  heç  vaxt  barışmazdı  və  bu, 
Roma hökumətini Karfagenə müharibə elan etmək labüdlüyünə gətirəcəkdi. Bircə 
tələsmək  lazım  idi  ki,  Roma  legionları  Saquntun  köməyinə  gəlib  çatmasın  ki, 
Hannibal  İspaniyada  müharibəyə  sövq  edilməsin.  Ona  Pireneydəki  işləri 
yekunlaşdırmaq və sonra İtaliyanın işğalına yollanmaq lazım idi. O, hiyləgərliyə əl 
atdı ki, formal olaraq Karfagen-Roma müqavilələrinə xətər dəyməsin, bunun üçün 
Saquntla qonşu İberiya tayfaları arasında toqquşmalar yaratdı. O, Saqunta elə şərti 
qəbul  etdirmək  istəyirdi  ki,  şəhər  Karfagenin  tabeliyinə  düşsün,  həm  də  Romaya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə