Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   38   39   40   41   42   43   44   45   ...   120

 
124 
Makedoniyalılar dəhşətlə və hiddətlə epirli qadından üz çevirdilər. Kassandr elə bir 
cəhd göstərmədən Makedoniyanı tutdu, Olimpiadanı əsir götürdü və 316-cı ildə bu 
qadınla  və  Aleksandrla  əlaqədar  olan  hər  şeyi  məhv  etməyə  başladı.  O,  nəhayət 
Aleksandrdan  qisas  almaq  imkanı  əldə  etdi,  bu  fikrə  isə  çarın  yanına  elçi  kimi 
özünün  səfəri  vaxtı  gəlmişdi.  Onun  əmri  ilə  qoşun  yığıncağı  Olimpiadanı  ölümə 
məhkum etdi, Roksananı kiçik oğlu ilə əvvəlcə dustaq etdi, 309-cu ildə isə onların 
qətlə  yetirilməsi  əmrini  verdi.  Barsina  və  onun  oğlu  da  Poliperxonun  fitnəsinin 
qurbanı oldu. 
On beş il ərzində təkcə çar ailəsinin üzvləri deyil, çarın bir çox silahdaşları 
da məhv oldular. Biri döyüşdə ölümünü tapdı, digəri qatilin əlindən öldü, üçüncüsü 
qoşun  yığıncağı  tərəfindən  ölümə  məhkum  edildi.  Aleksandr  ordusunun  yalnız 
kiçik hissəsi vətənini gördü, bu Kraterin başçılıq etdiyi veteranlar idi. İmperiya bir 
neçə  hissəyə  bölündü.  Aleksandriyada  olan  Ptolomey  Misirdə  və  ona  həmsərhəd 
olan torpaqlarda qüdrətli imperiya yaratdı. Suriyada və Kiçik Asiyada hakimiyyəti 
ələ keçirən Antiqon onu başqa torpaqlara da yaymaq istədi. Şərqi, Babildən Selevk 
idarə edirdi. Frakiyada Lisimax möhkəmləndi, Makedoniyanı isə qaniçən Kassandr 
idarə  edirdi.  Kiçik  Aleksandrın  qətlindən  sonra  onların  hamısı  bir-birinə  qarşı 
düşmənçiliyi davam etdirməklə çar titulu qəbul etdilər. Çəkişmələr davam edirdi. 
Onların  qurbanı  301-ci  ildə  İps  yaxınlığındakı  döyüşdə  Antiqon,  286-cı  ildə  isə 
Lisimax  oldu.  281-ci  ildə  Selevk  Makedoniyanı  tutmaq  cəhdi  vaxtı  öldürüldü. 
Nəticədə Makedoniya Antiqonun varislərinin əlinə keçdi, Kiçik Asiyada isə Kiçik 
Attalid çarlığı yarandı. Yeni dövlətlərin paytaxtları – Attalidlərin iqamətgahı olan 
Perqam,  Selevkidlərinki  –  Antioxiya,  Ptolemeylərinki  –  Aleksandriya  Aralıq 
dənizinin sahillərində salınmışdı. Tarixi inkişafda da Kiçik Asiya, Suriya, Misir ön 
plana  çıxdı.  Bu  isə  bütünlüklə  Filippin  planlarına  uyğun  idi  və  onun  həyata 
keçirilməsinə Parmenion çalışırdı. 
Aleksandrın  silahdaşlarının  çoxu  iranlı  arvadlarından  ayrıldılar,  onlar 
Filippin  millətçi  xəttinə,  Aristotel  dünyagörüşünə  qayıtdılar,  axırıncıya  görə 
yunanlar  və  makedoniyalılar  hökmran  xalqlar  hesab  olunurdu.  Şərq  xalqları  isə 
təbəə  vəziyyəti  ilə  kifayətlənməli  idilər.  Makedoniyalılar  sayca  az  olduqlarından 


 
125 
yunanlarsız  öz  vəziyyətlərini  möhkəmləndirə  bilməzdilər.  Dil  və  mədəniyyət 
cəhətincə  onlar  yunanların  içərisində  əridilər.  Beləliklə,  Filippin  ideyası  qalib 
gəldi.  Aleksandr  isə  öz  dövrünü  bir  əsr,  ən  azı  isə  yarım  əsr  qabaqlamışdı. 
Aleksandr təkcə siyasi xadim deyildi, həm də mütəfəkkir-novator idi. Aleksandrın 
siyasi  istəkləri  vaxtından  qabağa  qaçsa da,  fəlsəfə  sahəsində  onun  baxışları  dövrə 
uyğun  gəlirdi.  Bütövlükdə  isə  Aleksandrın  hərtərəfli  şəxsiyyəti  tarixin  göy 
qübbəsini işıqlandıran parlaq ulduza bənzəyir. 
 


 
126 
Hannibal 
 
Miladdan  əvvəl  247-182-ci  illərdə  yaşamış  böyük  Karfagen  sərkərdəsi  və 
dövlət  xadimi  Hannibal,  Hamilkar  Barkanın  oğlu  idi.  Uşaq  olarkən  atası  ona 
Romaya  əbədi  düşmən  olmaq  andını    içdirmişdir.  O,  Hamilkarın  və  Hasdrubalın 
başçılığı  altında  İspaniyada  hərbi  xidmət  etmiş,  sərkərdə  kimi  isə  221-219-cu 
illərdə Cənubi İspaniyanın çox hissəsini zəbt etmişdi. İkinci Puniya müharibəsində 
(218-202-ci  illər)  İtaliyaya  şimaldan  cəld  və  gözlənilmədən  müdaxilə  etməklə 
Romanı tutmaqdan yan keçdi və Roma qoşunlarını bir neçə ağır məğlubiyyətlərə - 
Titsinidə, Trebiya çayı üstündə (218-ci il), Trazimində (217-ci il) və Kannda (216-
cı  il)  uğratdı.  İtaliyada  Roma  müttəfiqləri  üzərində  qələbə  çalmaqda  uğursuzluğa 
uğrayan və üstəlik Karfagenin köməyindən məhrum olan və onun ciddi maneəsilə 
üzləşən  Hannibal,  Roma  məğlub  edilməmiş  kimi  qalan  bir  vaxtda  –  203-cü  ildə 
Afrikaya  çağırıldı.  O,  burada  Stsipionun  başçılıq  etdiyi  Roma  ordusunun 
müdaxiləsi  ilə  üzləşməli  idi.  202-ci  ildə  Zamada  qəti  məğlub  olan  Hannibal 
müharibədən  sonrakı  dövrdə  siyasi  reformalar  həyata  keçirməklə  məşğul  oldu. 
Lakin  ona  qarşı  müxalifət  qalxdıqda  könüllü  surətdə  sürgünə  yollandı.  Əvvəlcə 
Suriyaya,  sonra  Krit  adasına,  nəhayət  Vifiniyaya  getdi.  Burada  o,  romalılara  əsir 
düşməmək üçün özünü öldürdü. 
Hannibal Puniya müharibələrinin tarixində ən məşhur sərkərdə və ən parlaq 
qələbələr  müəllifi  olmaqla  yanaşı,  bu  dövrün  ən  faciəli  qəhrəmanlarından  biridir. 
Miladdan  əvvəl  III  əsrin  əvvəlindən  o  vaxtkı  dünyanın  ən  böyük  iki  dövlətinin  – 
Karfagen  və  Roma  arasındakı  “dünya”  ağalığı,  başqa  sözlə  Pireney 
yarımadasından  Fərat  çayına  qədər,  Qara  dəniz  yanından  Saxaranın  bəhrə 
verməyən  səhralarına  qədər  ərazi  üzərində  hakimiyyət  üstündə  rəqabəti,  bu 
müharibələrin  bir-birinin  ardınca  başlanmasına  səbəb  oldu.  Bu  “dünya”  ağalığına 
nail  olmaq  üçün  birinci  növbədə  Aralıq  dənizi  üstündə  hakimiyyətə  malik  olmaq 
lazım idi və iki böyük rəqib bu dənizi sonralar leksikona düşmüş qaydada desək öz 
“gölünə” çevirmək istəyirdi. Birinci Puniya müharibəsi miladdan əvvəl 264-cü ildə 
başlayıb  241-ci  ildə  romalıların  dəniz  döyüşlərindəki  qələbəsi  ilə  başa  çatmışdı. 


 
127 
Müharibənin belə adlanması Karfagenin həm də Puniya adlanması ilə əlaqədar idi 
və  rəvayətə  görə  bu  şəhər-dövlətin  həmin  müharibələrdən  yeddi  əsr  əvvəl  və  ya 
m.ə. 825-ci ildə Aralıq dənizinin Asiya sahillərindəki qüdrətli Finikiya dövlətindən 
gələn  adamların  saldığı güman edilir və buna görə də əhali  özünü finikiyalılar və 
ya puniyalılar adlandırırdı. Bu müharibədən əvvəl, m.ə. III əsrin əvvəllərində artıq 
Karfagen  Şimali  Afrikanı,  Siciliyanı  (Sirakuza  istisna  olmaqla),  Sardiniya  və 
Cənubi  İspaniyanı  tutmuşdu  və  Aralıq  dənizi  ətrafının  qüdrətli  dövlətinə 
çevrilmişdi.  Özünü  o  dövrün  ən  güclü  dövləti  hesab  edən  Roma  buna  sakit 
seyrçiliklə baxa bilməzdi. Roma birinci müharibəni məğlubiyyətlə başa çatdırsa da, 
Karfagen böyük dövlət olaraq qalırdı və rəqabətin kimin xeyrinə həll olunması hələ 
başa  çatmamışdı.  Belə  vəziyyət  sonrakı  iki  müharibənin  başlanmasına  və 
Karfagenin  tənəzzülünə  yol  açmaqla,  sonuncu  məğlubiyyət  dəhşəti  ilə  seçildi  və 
onun yer üzündən silinməsi səhnəsi ilə başa çatdı. 
İkinci  Puniya  müharibəsi  m.ə.  218-ci  ildə  başlayıb,  bütünlüklə  sülh 
müqaviləsinin bağlanması ilə 201-ci ildə başa çatdı. Bu müharibədə də Roma qalib 
gəldi, Karfagen öz böyük dövlət statusunu itirdi, bu dəniz dövləti güclü hərbi dəniz 
donanması  ilə  vidalaşmalı  oldu.  Lakin  bu  müharibənin  rəmzi  rolunu,  həm 
qələbələri  ilə  tarixə  düşən,  həm  də  acı  məğlubiyyəti  ilə  müharibənin  alçaldıcı 
şərtlərlə başa çatmasına yol açan Hannibal oynayır. Hərbi istedadına görə bəlkə də 
Hannibal  heç  bir  məğlubiyyətin  acısını  dadmamış,  özündən  əvvəl  və  sonra  gələn 
dahi  sərkərdələri  –  Aleksandr  Makedoniyalını  və  Qay  Yuli  Sezarı  özündən  irəli 
buraxırdı. Lakin onun m.ə. 216-cı ildə Kann yaxınlığında Roma ordusunu nisbətən 
kiçik  qüvvə  ilə  darmadağın  etməsi  dünya  hərb  tarixini  bəzəyən  parlaq 
qələbələrdən,  hərb  istedadının  zəfərini  nümayiş  etdirən  az  sayda  hadisələrdən 
biridir.  Hannibal  həm  də  bir  şəxsiyyət  kimi  bir  sıra  qeyri-adi  keyfiyyətlərə  malik 
idi.  O,  çox  cavan  vaxtı  sərkərdə  qabiliyyətini  üzə  çıxarmışdı,  yürüşdə  adi  əsgər 
həyatını  yaşayırdı,  soyuqqanlı  və  fiziki  cəhətdən  dözümlü  idi,  hərb  sənətinin 
sirrlərinə  yaxşı  bələd  idi,  onda  inadkarlıq,  öz  məqsədlərinə  çatmaq  üçün  axıra 
qədər  getmək  istəyi  ilə  yanaşı  əxlaqi  normalara  məhəl  qoymamaq,  qəddarlıq  və 
məkrlilik  xüsusiyyətləri  də  var  idi.  Tarixçi  Tit  Livinin  göstərdiyi  kimi,  elə  bil  ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə