Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   35   36   37   38   39   40   41   42   ...   120

 
115 
salanda  çarı  cilovlanmayan  qəzəb  götürdü  və  o,  cuşə  qalxan  yığıncağın  üstünə 
töküldü.  O,  tribunadan  düşüb  ən  bərk  qışqıranları  əli  ilə  göstərərək  onları  edam 
etməyi  əmr  etdi.  O,  Marakandada  Kliti  öldürdüyü  gecədə  olduğu  kimi  iblisə 
çevrilmişdi.  Çar  ona  müqavimət  göstərənləri  sadəcə  olaraq  məhv  edirdi.  Qoşun 
yığıncağı yerində donub qalmışdı. Çar yenidən tribunaya qalxdı və sərt və kinayəli 
qaydada danışmağa başladı. O, öz qələbələri və fəxri yaraları haqqında, qoşunu ilə 
birlikdə  keçirdiyi  çətinliklər  və  döyüşlər  haqqında  danışdı,  öz  əsgərlərinə  olan 
qayğısını  və  məhəbbətini  yada  saldı.  İndi  bu  döyüşçülər  onu  atırmı?  O,  heç  kəsi 
saxlamır,  qoy  onlar  vətəndə  danışsınlar  ki,  çara  sədaqəti  pozdular  və  onun 
mühafizəsini asiyalılara etibar etdilər. Öz çıxışını acı və sakit qaydada bu sözlərlə 
bitirdi: “İndi isə gedin!” 
Tək  qalan  çar  taleyindən  gileylənməyə  başladı  ki,  bəxt  onu  çoxdan  təqib 
edir.  O,  Parmenionu  və  Filotanı  taleyə  qurban  verdi,  Kliti,  Kallisfeni  də  ondan 
məhz o oğurlamışdı və “pajların” sədaqətindən məhrum etdi, indi isə onun sevimli 
döyüşçülərini  əlindən  alır.  Həmişə  də  eyni  şey  təkrar  olunurdu:  adamlar  onun 
məqsədini  görmək,  onun  yolu  ilə  getmək,  dünyanı  dəyişdirmək  barədə  onun 
planlarına  tabe  olmaq  istəmirdilər.  Heç  vaxt  öz  xarakterinə  görə  onun  cəlb 
olunduğu konfliktlər bu anda olduğu kimi ona belə faciəli görünməmişdi. İki gün 
sonra o, öz yanına pers qoşun başçılarını və “qohum” ranqında olan bütün iranlıları 
çağırdı.  Aleksandr  komandanlığı  onlara  verdi  və  əmr  etdi  ki,  yalnız  şərq 
adamlarında  yeni  ordu:  falanqa,  süvari,  hipaspistlər  dəstəsi  və  hətta  çarın 
cangüdənlər  eskadronunu  təşkil  etsinlər.  Gözətçi  xidməti  də  perslərə  verildi. 
Ədavət  onun  zəhləsini  apardığından  çar  makedoniyalılardan  bütünlüklə  imtina 
etməyi qərara aldı. 
İndi  makedoniyalı  döyüşçülər  çarın  iqamətgahının  yanında  toplaşmışdı. 
Onlar  özlərini  köməksiz,  taleyin  ümidinə  atılmış  kimi  hiss  edirdilər.  Onlar  çarsız 
vətənə  qayıda  biləcəkdirlərmi?  Hətta  bu  baş  tutsa,  onları  vətəndə  necə  qəbul 
edəcəklər? Döyüşçülərin peşmançılığı bir az əvvəlki hiddətləri kimi çox güclü idi. 
Onlar  çara  yalvarırdılar,  iqamətgahının  qapısına  silahlarını  atırdılar, 
araqarışdıranları özləri verməyə hazır idilər. Belə anda bağışlamaq Aleksandr üçün 


 
116 
həm  ürəyi  yumşaqlıq,  həm  də  tam  qələbə  çalmaq  demək  idi.  Barışıq  ona 
Makedoniyaya görə də vacib idi. Əgər qoşun yığıncağı ona tabe olursa, qoy qeyd-
şərtsiz onun gələcək sərəncamlarını – zəruri istefaları və ordunun islahatını tanısın. 
Sevincək çar bağışlanmaq barədə yalvaran döyüşçülərin qarşısına çıxdı və onların 
yalvarışları  onu  göz  yaşlarına  qədər  təsirləndirdi.  Çox  həyəcanlı  barışıq  getdi. 
Sonra barışma bayramı quruldu. İran ilahilərinə də qurban verilirdi. İran allahları 
rəsmi olaraq imperiyanın allahları kimi tanındı. Bu şənlikdə böyük dua oxundu, bu 
duada  makedoniyalılara  və  perslərə  barışıq  və  idarəçilik  birliyi  vermək  xahiş 
olunurdu.  Opisdəki  bu  məşhur  dua  Suzadakı  nikah  bağlanmasında  olan  məqsədi 
güdürdü  –  makedoniyalıların  və  iranlıların  yüksək  təbəqələrini  birləşdirmək.  Bu 
tədbirdən  sonra  qocalığına  və  ya  xəstəliyinə  görə  könüllü  olaraq  istefaya  getmək 
istəyənlər  buraxıldı.  Vidalaşma  vaxtı  Aleksandr  çar  qaydasında  onlara  hədiyyə 
verdi, bu məhəbbət və minnətdarlıq ifadəsi idi. 
Aleksandr istəyirdi ki, adamlar bütün dünyanı, oykumenanı özlərinin həqiqi 
vətəni  hesab  etsinlər.  Çar  maniakal  qaydada  hər  cür  qiymət  hesabına  da  olsa  öz 
məqsədinə  -  dünya  imperiyası  yaratmaq  niyyətinə  çatmaq  istəyirdi.  O,  ön  plana 
ərazi  prinsipini  çəkirdi,  onun  üçün  söhbət  yalnız  onun  özü  haqqında  və  onun 
təbəələri haqqında gedə bilərdi. 
Aleksandrda  tədricən  dəbdəbə  və  təmtərağa  meyl  yarandı.  O,  Persiya 
mühitinin maddi cəhətini də qəbul etmişdi. Qəbul üçün böyük çadır, həmçinin çox 
sayda  xalçalar,  pərdələr  perslərdən  götürülmüşdü.  Aleksandr  bu  məsələdə  də 
persləri  ötüb  keçmək  istəyirdi.  Şərq  idman  və  teatr  nə  olduğunu  bilmirdi. 
Aleksandr  isə  teatra  böyük  həvəs  göstərirdi,  faciə  və  komediyalar  onda  hisslər 
qasırğası  yaradırdı,  özü  də  Ekbatanada  oynanılan  bir  pyesin  yazılmasında  iştirak 
etmişdi.  İdman  yarışlarına  da  böyük  həvəslə  tamaşa  edirdi.  Gecə  ziyafətləri  isə 
onun üçün təhlükəli qüsura çevrilmişdi. Çarın sayı üçə çatan iranlı arvadları onun 
Şərqlə olan əlaqəsini möhkəmləndirirdilər. Lakin çariçalar saray həyatında elə bir 
rol  oynamırdılar.  Rəqabəti,  saray  adamları  arasında  hər  cür  ehtiras  coşmalarını 
sevgi  kefi  üçün  nəzərdə  tutulmuş  oğlan  uşaqları  yaradırdılar.  Onlara,  xüsusən 
birinə  -  şərqli  gənc  Baqoya  Aleksandr  müəyyən  maraq  göstərirdi.  Saray 


 
117 
adamlarının  bəziləri  özlərini  təkəbbürlü  və  lovğa  aparırdılar,  dəbdəbədə  çarın 
özünü də ötüb keçirdilər. Bir saray yaltağı əmr etmişdi ki, onun ayaqqabısını qızıl 
mismarla  bəzəsinlər,  qoşun  başçısı  Klit  isə  otağının  döşəməsinə  al  qırmızı 
parçadan  üz  çəkdirmişdi.  Çar  özü  isə  çox  qəddar  olmuşdu.  O,  Hindistandan 
qayıtdıqdan sonra 600 döyüşçünü edam etdirmişdi. 
Aleksandr  Babili  öz  paytaxtı  elan  etdi.  Başqaları  ilə  müqayisədə  Babil 
sarayına üstünlük verilmişdi. Bura ələ keçirilmiş Persiya xəzinələrinin əksər hissəsi 
yığıldı. Aleksandrın vaxtında Fərat çayı ilə gəmilərin üzməsi Babilə qədər uzandı. 
Çar burada iri liman tikməyi əmr etdi. Nabuhodonosorun bu möhtəşəm paytaxtını 
çar  Şərqin  bütün  şəhərlərindən  yüksəyə  qaldırmaq  istədi.  Babilin  yüksəlməsinə 
mədəni-siyasi  xarakterli  mülahizələr  də  kömək  etməli  idi.  Məhz  Babil  Şərqin 
paytaxtlarından ən sayılanı və dünya ağalığı ideyasının beşiyi olmağa layiqdir. Ona 
görə də dünya üzərində ağalığı bəxş edən böyük Marduk burada olmuşdu. Burada 
o, özünün qüdrətliliyini ideya cəhətincə əsaslandıra bilərdi. 323-cü ilin yazında o, 
Babilə  gəldi.  O,  buradakı  məbədi  tikib  qurtarmağı  tapşırmışdı,  lakin  kahinlər 
məbədi  bərpa  etməmişdilər,  pulu  başqa  məqsədlərə  xərcləmişdilər.  Kahinlər  ona 
görə Aleksandra xəbərdarlıq etdilər ki, o, paytaxta girməməlidir. Lakin Aleksandrı 
bu, o qədər pərt etmədi. O, Babilə qayıdan kimi işləri davam etdirməyi tələb etdi. 
O, Nabuhodonosor kimi dağılmış məbədi yenidən tikməklə ona oxşamaq istəyirdi. 
10  min  döyüşçü  sökülmə  və  tikinti  yerini  təmizləməklə  məşğul  oldu.  Bu  işlər 
qurtardıqdan sonra yeni tikintiyə başlamaq olardı. Babilin paytaxt elan edilməsi bir 
də onunla əlaqədar idi ki, çar bu vaxt Makedoniyaya qayıtmaq barədə düşünmürdü 
də. 
Çarın  ətrafında  da  qəribə  hadisələr  baş  verirdi.  Onun  ən  yaxın  adamı  olan 
Hefestion  çar  eskadronunun  komandiri  təyin  olunmuşdu.  Aleksandrın  varisi 
anadan  olsa,  onun  da  himayəçisi  Hefestion  olmalı  idi,  onların  bir-birinə  incə 
hissləri mövcud idi. O, çarın dəftərxana rəisinin işinə də qarışırdı və Aleksandr bu 
məsələyə müdaxilə edib, onu rəis Yevmenin xeyrinə həll etdi. Lakin Hefestion bir 
neçə həftə sonra qəflətən öldü. O, Ekbatanada xəstələndi. Həkimlər elə bir qorxulu 
şey  hiss  etmirdilər,  onların  xəstəsi  isə  adəti  şənlikləri  və  ziyafətləri  buraxmırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə