Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

 
85 
Baktriya  və  Soqdiana  İranın  dayaq  məntəqələri  olmaqla  iranlıların  mərkəzi  idi. 
Məhz buradan Aleksandrı xalq müharibəsi hədələyirdi. Bess bu qüvvələrdən ağıllı 
istifadə edib, yeni güclü müqavimət göstərə bilərdi. 
Bess özünün gözləmə siyasətinin qurbanı oldu. Bu sərkərdə özünə adamları 
cəlb  edə  bilirdi,  lakin  onları  öz  ətrafında  saxlaya  bilmirdi.  Onun  gücü  Daranı 
öldürməyə,  çar  tacını  ələ  keçirməyə  və  satrapları  təyin  etməyə  çatmışdı.  Lakin 
qışda  Bessin  əhvalı  xarablaşdı.  Bess  yəqin  ki,  ümid  edirmiş  ki,  Aleksandr 
Baktriyanın  yanından  keçib  Hindistana  yollanacaqdır.  329-cu  ilin  yayında 
Aleksandr bura gələndə o, onunla vuruşmağa hazır olan nə sərkədəni, nə də qoşunu 
tapdı.  Düşmən  müqaviməti  öz-özünə  yoxa  çıxmışdı.  Doğma  torpağını  düşmənə 
verdiyindən  silahdaşlarından  məhrum  olmuşdu.  Hərbi  əməliyyatdan  imtina 
etməklə o, etibarı itirmişdi. Əvvəlcə baktriyalılar ayrıldılar və evlərinə yollandılar. 
Sonra soqdilər ona xəyanət etdilər, Aleksandra Bessi tapmaq üçün yolu göstərdilər. 
O,  bir  kənddə  tutuldu.  Çarın  qatili  və  xəyanətkar  qiyamçı  Bess  müqavimət 
göstərmədən  qorxaqlıqla  təslim  oldu.  Onu  dəmir  boyunluqda,  çılpaq  qaydada 
yolun kənarında Aleksandrı gözləməyə məcbur etdilər. Çar onu döyməyi, sonra isə 
mühakimə üçün Baktraya göndərməyi əmr etdi. Sonra özü Soqdiananı tabe etmək 
üçün onun paytaxtı Markandaya gəldi. Perslərlə skiflərin sərhədi olan Yaksart (Sır-
dərya)  çayının  üzərində  növbəti  Aleksandriya  şəhərini  saldı.  Dünyanın 
qurtaracağında 
ellin 
muzdlularının, 
makedoniyalıların 
və 
yerlilərin 
məskunlaşdırdığı  şəhər  ucalacaqdı.  Buradan  İran  Şərqinin  sonrakı  ellinləşməsi 
başlamalı idi. 
Qiyam  Aleksandra  böyük  zərbə  vurmaqla  onun  qüvvələrinin  diqqətini  iki 
illiyə  yayındırdı.  Soqdiananın  coğrafi  vəziyyəti  mədəni  vahələrin  sakinlərini 
müxtəlif  özünü  müdafiə  üsullarına  öyrətmişdi.  Hər  kənd  divarlarla  əhatə 
olunmuşdu.  Hər  kəndin  öz  qalası  var  idi.  Dağ  hissəsində  isə  dağ  yuvalarında 
gizlənmək və orada müdafiəni qurmaq mümkün idi. Bir imkan da səhraya qaçmaq 
idi. Kir vaxtilə Soqdiananı zəbt edəndə orada heç nəyi dəyişmədi. Soqdiana ayrıca 
satrapiya da olmadı, onu sadəcə Baktriyaya birləşdirdilər. 


 
86 
Aleksandr  hücum  edəndə,  Bess  isə  gücü  çatmayacağını  yəqin  edəndə, 
Soqdiya  varlıları  gözləmə  mövqeyini  tutdu.  Qərara  alındı  ki,  Böyük  çarın  qatili 
Aleksandra verilsin, lakin perslərə tabe olmaqdan imtina edilsin. Lakin Aleksandr 
bütün  ərazini  işğal  etmək  qərarına  gəldi  və  diyarı  gələcəkdə  ellinləşdirmək  üçün 
burada  şəhər  salmaq  istəyirdi.  Torpaqlar  öz  sahiblərindən  alınıb  yeni 
məskunlaşanlara veriləcəkdi. Bu yerli əyanların ciddi narazılığına səbəb oldu. Ona 
görə də onlar köçərilərlə birləşmək qərarına gəldilər, vaxtilə bunu Bess də etmişdi. 
Aleksandr Soqdianada qarşılıqlı anlaşma gözləyirdi, qılınc tutan əl isə əl görüşmək 
üçün  o  qədər  yararlı  deyil.  Aleksandr  bir  tərəfdən  istəyirdi  ki,  onu  mehribanlıqla 
qarşılasınlar, digər tərəfdən ona kor-koranə tabe olsunlar. Yerli varlılar mübarizəyə 
girməyi qərara aldı. Elə bir adam lazım idi ki, narazılıq qığılcımını üfürüb ümumi 
üsyan  alovuna  çevirsin.  Belə  adamı  Soqdiana  Spitamenin  şəxsində  tapdı.  O, 
azadlığın  həqiqi  müdafiəçisi  idi  və  bununla  yanaşı  Aleksandra  qarşı  nə  vaxtsa 
dayanmış sərkərdələrdən ən qabiliyyətlisi idi. 
Spitamen  yerli  əyanlardan  idi.  Bessin  yanında  o,  görkəmli  yer  tuturdu  və 
yəqin  ki,  axırıncının  verilməsində  müəyyən  rol  oynamışdı.  Lakin  güc,  sınaq 
anlarında meydana çıxır. Spitamenədə aparıcı rol mübarizədəki uğurlarla gəlmişdi. 
Bess  köçəriləri  döyüş  hazırlığı  vəziyyətinə  gətirmişdi,  lakin  Aleksandr  bu 
təhlükəni  qiymətləndirmirdi.  O,  təhlükənin  ilk  simptomlarını  da  görmürdü, 
baxmayaraq  ki,  bir  toqquşmada  özü  də  yaralanmışdı.  Hadisə  belə  olmuşdu:  yerli 
sakinlər  at  yemi  arxasınca  gedən  bir  neçə  makedoniyalını  öldürmüşdülər  və 
Aleksandr o saat hadisə yerinə tələsdi, burada da düşmənin atdığı oxla baldırından 
yaralandı. Bu o qədər də onu narahat etmədi, o, daha çox şəhərin salınması barədə 
düşünürdü. O, qiyamçılara dərs vermək və onları əzmək qərarına gəldi. Məharətli 
mühasirə ilə bir neçə qalanı tutdu, kişiləri öldürdülər, qadınları isə qula çevirdilər. 
Aleksandra  çoxlu  münbit  torpaq  lazım  idi.  Əvvəlki  sahibləri  məhv  edib  o,  buna 
nail oldu. O, şəhərə girəndə müdafiəçilərlə vuruşurdu. Daşlar əsgərləri yaralayırdı. 
Krater də yaralandı. 
Bu  vaxt  Yaksartın    digər  sahilində  skif  orduları  göründü  və  çara  xəbər 
verdilər  ki,  Spitamen  Marakandanı  tutmuş  və  oradakı  qalanı  mühasirə  etmişdir. 


 
87 
Aleksandr vəziyyətin ciddiliyini anlamadı və ora böyük olmayan qüvvə göndərdi. 
Aleksandr isə əsasını qoyduğu şəhərdə qaldı. O, lyossdan istifadə sahəsindəki yerli 
təcrübədən  istifadə  edərək,  iyirmi  günə  şəhər  ətrafında  divar  qaldırdı  və  beləliklə 
öz  dövlətinin  yeni  dayağını  möhkəmləndirdi.  Lakin  skiflər  qarşı  sahildən  getmək 
istəmirdi  və  Aleksandr  onların  çağırışına  cavab  verdi.  Çayı  keçməkdə  o,  öz 
taktikasının  üstünlüyünü  göstərdi,  sonra  isə  müharibənin  aparılmasının  skif 
metodlarını mənimsəyib, köçəriləri qaçmağa məcbur etdi. Aleksandr onları uzağa, 
ölkənin  içərilərinə  qovdu,  baxmayaraq  ki,  özü  buradakı  pis  suyu  içdiyindən 
xəstələnmişdi. 
Həmin  dövrdə  Marakandanın  mühasirəsinə  kömək  üçün  göndərilmiş 
qoşunun  taleyi  həll  olunurdu.  Onlar  şəhərə  yaxınlaşdıqda  Spitamen  mühasirəni 
götürdü və indiki Zərəfşan çayı ətrafına çəkildi və arxasınca düşməni ustalıqla cəlb 
etdi.  Səhranın  kənarında  makedoniyalılar  köçəri  skiflərlə  qarşılaşdılar.  Spitamen 
əlverişli  anı  seçib  hücuma  keçdi  və  yorulmuş  qoşunun  üstünə  cumdu.  Çaşan 
makedoniyalılar  çaya  tərəf  geri  çəkildilər.  Kolonnalar  öz  aralarındakı  əlaqəni 
itirdilər, bir çox dəstələr panikaya düşdü. Çayın qırağında və çayın özündə qırğın 
başladı.  Spitamen  qalib  gəlib,  ləngimədən  Marakandaya  tərəf  döndü  və  yenidən 
makedoniyalıları qalada gizlənməyə məcbur etdi. Marakanda qısa müddətdə əldən 
çıxa bilərdi. Ona görə də Aleksandr Soqdiananın paytaxtına tələsdi. Spitamen bunu 
eşidəndə yenə də Marakandanı buraxıb, süvarilərlə səhrada qeyb oldu. Aleksandr 
qaçanın  arxasınca  atıldı,  lakin  ona  çata  bilmədi  və  sonra  qış  düşənə  qədər 
Baktriyaya  döndü.  329-cu  il  beləcə  başa  çatdı.  Aleksandr  qışı  əyalətin  paytaxtı 
Baktrada  keçirdi.  Elə  bu  vaxt  Bessin  taleyi  həll  olundu.  Düşərgədə  yığışan 
rəhbərlər  şurası  onu  təqsirkar  elan  etdi.  Persiya  adətinə  görə  çar  onun  burun  və 
qulaqlarının kəsilməsinə sərəncam verdi və onu Ekbatanaya göndərdi. Orada Bess 
pers-Midiya əyanlarının yığıncağının gözü qarşısında ölümü qəbul etməli idi. 
Sonrakı  ili  çar  tədricən  ölkənin  şimali-şərq  hissəsini  zəbt  etməyə  başladı. 
328-ci ilin yazında Krater böyük qoşunla artıq Baktriyadan kənarda, qərbdə idi. O, 
Margiananı  zəbt  etməli  idi.  Bu  qumlu  düzənliyin  arasında  münbit  Mərv  vahəsi 
uzanırdı. Bu vahə kimə mənsub olsaydı, Margiana da onun sərəncamında olacaqdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə