Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

 
82 
Böyük  əziyyətli  yoldan  sonra  Aleksandrın  qoşunu  Kabil  qobusuna  qədəm 
basmaqla  Hindistanın  qapısına  gəlib  çıxdı.  Dağın  bu  tərəfindəki  düşmənə  qalib 
gəlməklə  Persiya  imperiyasının  işğalını  başa  çatdırmaq  olardı.  Lakin  Aleksandr 
okeana çatmağı fikirləşirdi. Burada da yenə Aleksandriya şəhəri salındı. Bu şəhər 
Hinduquşa söykənirdi. Aleksandr bu şəhəri veteranlarla və bir neçə min yerli əhali 
ilə  məskunlaşdırdı.  Uca  dağ  yolları  təmizlənəndə  Aleksandr  Baktriyaya  can  atdı. 
Bunun üçün Hinduquş dağını keçmək lazım idi. Əsgərlər Hinduquşu Qafqazın bir 
hissəsi hesab edib, onu aşacaqları ilə fəxr edirdilər. Bu qoşuna yeni ruh vermişdi. 
Çar da bu təxəyyülləri qanadlandırırdı. 
Lakin makedoniyalılar artıq öz çarlarına deyil, şərq hökmdarına tabe idilər. 
Makedoniyalılar  Persiyada  idarəçiliyə  cəlb  edilməklə,  əslində  tabe  olan  təbəələr 
səviyyəsinə endirilirdi. Təkcə məğlublar deyil, qaliblər də indi azadlıqdan məhrum 
olmuşdular. Elə Aleksandrdan narazı olanlar da belə düşünürdülər. Aleksandr yeni 
məqsədlərə  can  atanda  onun  entuziazmı  narazıları  daha  çox  qorxuzurdu.  Yalnız 
Parmenion buna etiraz edirdi. Ona görə də Parmenionu düşərgədən uzaqlaşdırmaq 
lazım  idi.  Bu  yəqin  ki,  Qavqameladan  sonra  həll  edilmişdi.  Qoca  sərkərdəni 
Ekbatanada  yüksək  vəzifəyə  qoymuşdular.  Bu  nə  bütöv  alçaltma,  nə  də  o  qədər 
hörmətli  münasibət  deyildi.  Parmenion  Filippin  yadigarı  kimi  Aleksandrın 
planlarına  mane  olmurdu.  Onların  hər  ikisində  çar  öz  ümumdünya  məqsədlərinin 
əsl düşmənlərini görürdü. 
Aleksandrın  dostları  ilə  münasibətləri  də  buludsuz  olmurdu.  Bir  dəfə  iki 
sərkərdə  -  Kraterlə  Hefestion  bir-birilə  sözləşəndə  çar  qan  tökülməsinin  qarşısını 
almışdı. Bu vaxt Aleksandr sözarası demişdi ki, çarı ondan alsalar, Hefestion heç 
nədir. Hefestionu isə hamı çarın gənclik dostu kimi tanıyırdı. Klitin əhvalatında isə 
Aleksandrın  ən  yaxşı  yoldaşlarına  əzab  verən  ağır  ruhi  konflikt  daha  aydın 
görünür.  Bu  cəngavər  adam  uşaqlıqdan  Aleksandrla  dostluq  edirdi,  onun  həyatını 
Qranik yaxınlığındakı döyüşdə xilas etmişdi. O, Filippin xatirəsini də əziz tuturdu, 
qoşuna  və  vətənə  hörmətlə  yanaşırdı.  Aleksandrda  başa  düşmədiyi  çox  şeyə  də 
dinməzcə  dözürdü.  Çarın  özünü  Ammonun  oğlu  elan  etməsi,  Şərqə  meylli 
despotiyanın  siqnalları  idi.  Lakin  Klit  bunlara  dözürdü  və  çara  öz  sədaqətini 


 
83 
qoruyub  saxlamışdı.  Parmenionun  oğlu Filotaya  isə  yeni  kursa  öz  düşmənçiliyini 
gizlətmək daha çətin idi. Daha ehtiraslı olan Filota ən azı yaxın dostları arasında öz 
qəzəbini ört-basdır etmirdi. Aleksandrın yanında o, danışmayanda da onun  əhval-
ruhiyyəsi  hamıya  məlum  idi.  Çuğulçular  onun  sözlərini  çara  çatdırırdılar. 
Aleksandr  onun  atasının  xidmətlərini  və  özünün  orduda  nüfuzunu  nəzərə  alaraq 
uzun  illər  ərzində  Filotanın  davranışına  dözmüşdü.  Dara  öldükdən  sonra 
ziddiyyətlər  kəskinləşdikdə,  əyanların  süvarisinin  komandanı  kimi  Filota  daha 
dözülməz  oldu.  O,  düşərgədə  atasının  yerini  tutmuşdu,  Filipp  ənənələrinin 
daşıyıcısı idi və kübar dairələrində xeyli müdafiəyə arxalanırdı. Nəticədə bu adam 
hamıdan təhlükəli idi. Ümumiyyətlə hər bir sərbəst nəfəs alma çuğulçuluq zəhəri 
ilə  zəhərlənirdi.  Xəbərçi  kimi  isə  Krater  daha  təhlükəli  idi.  Bu  adam  ifşaedici 
material əldə etmək üçün yüngül əxlaqlı qadınlardan da istifadə edirdi. Aleksandr 
isə  şərq  qaydalarına  adət  etdikdən  sonra  çuğulçuluğa  inanmağa  başlamışdı.  O, 
Parmenionun  özünə  və  oğlu  Filotaya  qarşı  hərəkət  etmək  üçün  bəhanə  axtarırdı. 
Qoşun  Fradda  dayananda  çuğulçuluq  hesabına  onun  əlinə  əks-hücum  üçün  əla 
təsadüf düşdü. 
Limn  çara  sui-qəsd  təşkil  etməyi  fikirləşirdi.  O,  öz  planını  məhəbbət 
əlaqəsində olduğu gənc Nikomaxa açmışdı. Gənc oğlan isə bunu böyük qardaşına 
demişdi, böyük qardaşı ilə birlikdə xəbəri Aleksandra çatdırmağı qərara almışdılar. 
Onlar  hər  gün  çarla  söhbət  edən  Filotaya  müraciət  etdilər.  O,  məlumatı  çara 
çatdırmağa  razılıq  verdi,  lakin  nə  həmin  gün,  nə  də  sonrakı  gün  söhbətdə  bu 
məsələni  yada  salmadı.  Bu  vaxt  böyük  qardaş  saray  pajlarından  birinə  müraciət 
etdi və o, xəbəri çara çatdırdı. Aleksandr məlumata ciddi yanaşdı və Limni tutmağı 
əmr  etdi.  Gözətçilər artıq onun meyitini gətirdilər. Deməli  Limnin  əlaltıları vardı 
və onlar maraqlı idilər ki, o, çarın yanına diri kimi gəlməsin. Buna görə Aleksandr 
təhqiqat  aparmağa  başladı.  O,  Filotaya  da  qərəzli  yanaşmağa  başlamışdı.  Nahaq 
yerə  qoşun  başçısı  bunu  əsas  götürürdü  ki,  məlumat  bulanıq  mənbədəndir  və 
pozğun  oğlanın  çuğulçuluğuna  diqqət  vermək  lazım  deyildir.  Çar  irticaya  qəti 
zərbə  vurmaq  üçün  bəhanəni  tapdı  və  bunu  əldən  verməməyi  qərara  aldı.  İndi  o, 
Kraterin  söylədiklərinə  diqqətlə  qulaq  asırdı,  bu  adam  illərlə  material  toplamışdı. 


 
84 
Çar  hiddətlənmiş  Kenə  və  Hefestiona  qulaq  asdı,  onlar  isə  çara  kor-koranə 
sədaqətli  olduqlarından  Filotanı  sui-qəsdçilər  bandasının  başçısı,  Parmenionu  isə 
bandanın ilhamvericisi adlandırdılar. 
Öz  yaxın  adamları  ilə  məsləhətləşdikdən  sonra  çar  Filotanı  səriştəli 
məhkəməyə  -  Makedoniya  qoşun  yığıncağına  verdi.  Döyüşçülərin  çoxu  qərəzsiz 
məhkəməyə  hazır  idi,  digər  tərəfdən  Filotanın  təkcə  orduda  deyil,  qoşun  başçıları 
arasında  da  yaxşı  dəstəyi  var  idi.  Lakin  Aleksandr  onlara  elə  təzyiq  göstərdi  ki, 
onlar müttəhimi məhkum etməkdən yayına bilmədilər. Aleksandr həm məhkəməyə 
sədrlik edir,  həm də  ittihamçı  kimi  çıxış edirdi. Şahidlər çıxış etdi və yaxın  hərbi 
rəislər müttəhimin üzərinə günahlar toplusunu yağdırdılar. Filota nə qədər müdafiə 
olunsa  da  məhvə  məhkum  idi.  Qoşun  yığıncağı  onu  təqsirkar  saydı  və  beləliklə 
ölümə  məhkum  etdi.  Filotanın  məhkum  edilməsi  məhkəmə  qətli  idisə,  günah 
Aleksandrın deyil, əslində qoşun yığıncağının üzərinə düşür. Hər bir hökmdar kimi 
Aleksandr  hüquqi  institutlardan  öz  məqsədlərinə  nail  olmaq  üçün  istifadə  etdi. 
Parmeniona qarşı da hərəkət etmək üçün Aleksandrın əl-qolu açıldı. O, Ekbatanaya 
adam  göndərdi.  Bundan  əvvəl  etibarlı  hərbi  xadimə  Parmenionu  öldürmək  əmr 
edilmişdi.  Parmenion  hansısa  bir  sənədi  oxuyanda  onun  kürəyinə  ölümcül  zərbə 
vuruldu.  
Bu  qurbanlardan  sonra  çar  sakitləşdi.  Lakin  o,  görürdü  ki,  daha  sərt 
müqavimətlə  üzləşəcəkdir,  çünki  qarşıdakı  planlarından  yalnız  özü  agah  idi.  Bu 
qəddarlıqlardan  sonra  o,  mərhəmətliliyə  keçdi.  Ordudakı  narazılıq  aradan 
götürüldü, hərbi rəislər vəziyyətlə barışdılar. Daha heç kəs çarın planına qarşı çıxış 
etməyə cəsarət etməzdi. 
Aleksandrın  ordusu  Hindiquş  yüksəkliyindən  keçirdi.  Əsgərlər  öz  atlarının 
ətini  yeməyə  məcbur  oldu.  Onlar  donurdular,  aclıqdan  əzab  çəkirdilər,  narazılıq 
edirdilər.  Dağ  massivinin  geniş  ətəyində  yerləşən  ölkə  Baktriya  adlanırdı,  uzaqda 
səhranın qum dənizinin arasında olan yarımada isə Soqdiana idi. Buradan başlanan 
səhra  isə  nəhayətsiz  görünürdü.  Buradakı  köçəri  tayfalar  skiflər,  saklar  və  ya 
onların tayfa ittifaqına görə massagetlər, daxlar, xorəzmilər adlanırdı. Onlar təkcə 
Soqdiana  və  Baktriya  üçün  deyil,  bütün  İran  üçün  təhlükəli  idilər.  Ona  görə  də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə