Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   20   21   22   23   24   25   26   27   ...   120

 
70 
tuturdu.  Üçüncü  protektorat  isə  Aleksandriya  idi.  Yalnız  Kirena  və  Mitilena  yeni 
işğal  edilmiş  vilayətlərə  daxil  deyildi.  İoniya  protektoratında  demokratlar  ağalıq 
edirdi.  Kiprdə  və  Finikiyada  isə  köhnə  şəhər-monarxiyalar  qalırdı.  Aleksandriya 
ellin  polisi  kimi  idarə  olunurdu.  Digər  torpaqlar  isə  satrapiyalar  kimi  idarə 
olunurdu. Misirdə Aleksandr satrapiyanı dörd yerə böldü. 
331-ci  ilin  mayında  Aleksandr  Dara  ilə  axırıncı,  həlledici  döyüşə  girmək 
üçün çıxış etdi. Aleksandrın yürüşünün məqsədi birinci növbədə Suza və Babil idi. 
Bu şəhərlər Persiya dövlətinin mühüm mərkəzləri idi. Oraya nə Fərat, nə də Dəclə 
boyu  getmək  olmazdı.  Ərzaq  və  atlara  yem  tapmaq  üçün  əhalinin  sıx  yaşadığı 
yerlərlə  getmək  lazım  idi.  İki  çayın  arası  ilə  500  kilometr  qədər  yol  gediləcəkdi. 
Səhər  və  axşam  getmək  olardı,  günorta  vaxtı  qızmar  günəşin  altında  hər  şey 
quruyurdu. Dəclə çayının digər sahilindən Kürd dağları keçirdi. Onların arxasında 
isə  perslərin  və  midiyalıların  vətəni  uzanırdı.  Bu  vaxt  məlum  oldu  ki,  Dara  öz 
qoşunu  ilə  Qavqamela  düzənliyində  döyüşə  hazır  vəziyyətdə  gözləyir.  Tirdən 
Qavqamelaya  yol  dörd  aylıq  vaxt  tələb  etmişdi.  Aleksandrın  gözəl  strategiyası 
hesabına  ordu  nadir  hallarda  döyüşə  girirdi.  O,  öz  səltənətini  düşmənlə  daimi 
döyüşlərdə deyil, əsasən marşlarda qazanmışdı. 
Vuruşlarda isə çox vaxt ancaq atlılar, yüngülsilahlı döyüşçülər iştirak edirdi. 
Falanqa  isə  bir  ciddi  döyüşü  İss  yanında  keçirmişdi,  bu  döyüş  də  cəmi  iki  saat 
çəkmişdi. İoniya və Frakiya şəhərlərini alanda falanqa döyüşməkdən çox səngərdə 
olmuşdu,  Qranik  yaxınlığında  isə  ümumiyyətlə  döyüşdə  iştirak  etməmişdi. 
Falanqanın  başlıca  vəzifəsi  marş  idi.  Aleksandrdan  ötəri  döyüşçülərin 
ayaqqabılarının  möhkəmliyi  onların  nizə  və  qılınclarının  itiliyindən  daha  böyük 
əhəmiyyət  kəsb  edirdi.  Qavqamela  yanındakı  döyüşdə  isə  falanqa  öz  hərbi 
şöhrətini doğrultmalı idi. 
Makedoniya ordusu Tirdən şərqə Daranın ikinci təklifinin rədd edilməsindən 
bir  il  sonra  hərəkət  etdi.  İss  yanındakı  döyüşlə  Qavqamela  vuruşu  arasındakı 
müddət  iki  ilə  bərabər  idi.  Dara  bu  tənəffüsdən  müharibəyə  hazırlaşmaq  üçün 
istifadə  etdi,  lakin  yunan  muzdlu  əsgərlərini  yığa  bilmədi,  çünki  onun  Aralıq 
dənizinə  çıxış  yolu  bağlı  idi.  O,  öz  qoşununu  Şərqdən  olan  adamlarla  tamamladı. 


 
71 
Uzaq  Baktriyadan  və  Soqdianadan  da  atlılar  cəlb  edilmişdi.  Qələbəyə  möhkəm 
əmin  olan  sərkərdələr  də  çox  idi,  lakin  onlar  Qərblə  döyüş  təcrübəsinə  malik 
deyildi. Müttəfiq olan azad skiflər də Mərkəzi Asiyadan öz dəstələrini göndərdilər. 
Dara qoşunların silahlarını da təkmilləşdirdilər, onlar keçmişin vasitəsi olan döyüş 
arabalarını  işə  cəlb  etdilər.  O  dövrdə  döyüş  arabasından  yalnız  hindlilər  istifadə 
edirdilər.  Perslər  arabaları  modernləşdirib  onları  hərəkət  edən  çoxlu  oraqla  təchiz 
etdilər.  Şərq  vilayətlərindən  hindlilər  filləri  gətirdilər,  onlardan  döyüşdə  istifadə 
ediləcəkdi.  Bu  Dara  ordusuna  xüsusi  şərq  koloriti  verirdi.  Lakin  nə  komandanlar, 
nə  döyüşçülər  müasir  döyüşün  aparılmasının  imkanları  və  tələbləri  barədə 
təsəvvürə  malik  deyildi.  Bu  nəhəng  qoşun  heç  bir  manevrə  heç  cür  hazır  deyildi. 
Onun  ordusu  200  min  piyada  və  45  min  atlıdan  ibarət  idi.  Düşmən  Makedoniya 
qoşunundan sayca beş dəfə çox idi, lakin elə bir qorxu yaratmırdı. 
Aleksandr vəziyyətin ciddi olduğunu başa düşürdü. Düşməndən 26 kilometr 
aralıda  o,  öz  araba  karvanı  üçün  möhkəmləndirilmiş  düşərgə  tikdi.  O,  ətrafdakı 
kəndləri  yandırmaqla  dörd  günlüyə  ərzaq  yığılmasını  əmr  etdi.  Bu  tədbirlərdən 
sonra  gecə  yarısı  o,  hücuma  başladı.  Lakin  Parmenionun  məsləhəti  ilə  düşmən 
mövqelərini kəşfiyyat yolu  ilə öyrənmək  üçün döyüşdən əvvəl qoşunlara bir gecə 
də  istirahət  verdi.  Aleksandr  özü  elə  yatmışdı  ki,  1  oktyabr  səhəri  onu  güclə 
oyatdılar.  
Hazırlıq başa çatanda Aleksandr bir daha döyüşçü dəstələrini gözdən keçirdi. 
O,  parlayan  paltarda  idi.  Çar  öz  döyüş  dəstələrini  iki  bərabər  olmayan  hissəyə 
böldü.  Böyük  hissəni  öz  komandanlığı  altında  saxladı.  Sol,  nisbətən  zəif  olan 
qoşunlara isə əvvəlki kimi Parmenion komandanlıq edirdi. Aleksandrın qoşunları 
perslərin  cəbhəsinin  yarısını  tuturdu.  Çar  hər  iki  flanqda  yüngül  silahlı  atlılar 
dəstəsi və piyadalar qoydu ki, bu zərbəçi dəstə düşmənin yanlardan olan zərbəsini 
dəf etsin. 
Makedoniyalılar  heç  də  hücum  etmirdilər.  Qoşunlar  cənub  istiqamətində 
hərəkət  edirdi  və  hücum  etmirdi.  Bu  vaxt  Dara  öz  döyüş  arabalarına  hücuma 
keçməyi  əmr  etdi.  Aleksandr  isə  hücumdan  özünü  saxlayırdı  və  zərbəçi  qrupları 
sağa göndərdi ki, düşmənin onları mühasirəyə almaq planlarına mane olsun. Pers 


 
72 
sıralarında yarıq əmələ gələndə o, əlverişli anın gəldiyini hesab etdi. Hipaspistlər 
və  falanqa  bu  yarılmaya  doğru  irəlilədi.  Bu  cəbhə  yarığı  dərin  yaraya  bənzəyirdi, 
makedoniyalılar böyük sürətlə bura cumurdu və mərkəzə - Daranın yanına keçmək 
istəyirdi.  Lakin  digər  tərəfdən  təhlükə  artırdı.  Pers  süvarisi  makedoniyalıların 
dəstəsini  yarıb  onu  mühasirəyə  ala  bilərdi.  Aleksandr  qoşununun  yarısını  irəli 
atanda,  bu  dəstə  həm  onun  özündən,  həm  də  Parmenionun  qruplaşmasından  ayrı 
düşdü  və  bu  yaranan  dəhlizə  düşmən  atlıları  cumdu.  İndi  Makedoniya  döyüş 
qaydaları bir-birilə əlaqəsi olmayan dəstələrə çevrilmişdi və pers atlıları təşəbbüsü 
ələ  aldı.  Bu  vaxt  Dara  yüksəklikdən  öz  arabasından  döyüşü  müşahidə  etmək 
əvəzinə,  Aleksandr  kimi  hücumun  başında  olsaydı,  döyüşü  udardı.  Pers  atlıları 
lazım  olan  vaxt  başçısız  qaldı.  Onlar  düşmən  qoşununu  məhv  etmək  əvəzinə 
Aleksandrın araba karvanına hücum etdi ki, yaxşı qənimət ələ keçirsin. İss yanında 
olduğu  kimi  onlar  bu  vaxt  çox  qiymətli  dəqiqələri  itirdi,  bu  dəqiqələr  isə 
müvəffəqiyyəti  möhkəmləndirmək  üçün  çox  lazım  idi.  Parmenion  özünün 
mühasirə  olunduğunu  gördü,  lakin  o,  bilirdi  ki,  digər  flanqda  Aleksandr  həlledici 
hücuma  hazırlaşır.  Ancaq  o,  qorxurdu  ki,  bu  dəfə  çar  onun  köməyinə  gəlib 
çatmasın. Ona görə də ondan kömək xahiş etdi. Lakin Aleksandr bu vaxt düşmənin 
sıralarını didirdi. İss yanında olduğu kimi o, yenə də Böyük çarın özünə yaxınlaşdı. 
Yenidən, o vaxt olduğu kimi Dara vahiməyə düşdü. Birinci cəngavər cəngavərliyin 
bütün  qaydalarını  unutdu  və  hər  şeyin  itirildiyini  hesab  edib,  hansı  ki,  onun 
döyüşçüləri Aleksandrın olmadığı hər yerdə qələbələr əldə etməkdə idi, o, çarlara 
məxsus  olmayan  qaydada  qaçmağa  başladı.  Toz  dumanında  gizlənən  Böyük  çar 
tezliklə gözdən itdi. 
Aleksandr güman edirdi ki, Böyük çarın qaçmasından sonra pers hücumları 
öz-özünə kəsiləcəkdir. Ona görə də əvvəlcə Daranı qovub tutmağı düşünürdü. Bu 
vaxt  ona Parmenionun  kömək  barədə  xahişini  çatdırdılar.  O,  bu  xahişə  əməl  etdi, 
lakin  sərkərdəsinin  müraciətini  qorxaqlıq  adlandırdı  və  bunu  ona  heç  vaxt 
bağışlamadı. Çünki bu xahiş onu zəfərdən, Daranın özünü tutmaq və əsir götürmək 
şərəfindən  məhrum  etmişdi.  Pers  atlıları  Makedoniya  düşərgəsini  qarət  etdikdən 
sonra  tələsik  oranı  tərk  etdilər,  yəqin  onlar  Daranın  qaçmasını  eşitmişdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə