Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   19   20   21   22   23   24   25   26   ...   120

 
67 
çayla gəmilərdə aşağı üzdü, digəri isə quru yolla Memfisə yollandı. Onun qarşısına 
canişin  Mazak  çıxmışdı  ki,  ölkəni,  qoşunu  və  xəzinəni  ona  versin.  Misir 
Aleksandra olduqca güclü təsir göstərdi. Burada təkcə  münbit torpaqlar yox, həm 
də  inkişaf  etmiş  mədəniyyət  var  idi.  Arxitekturanın  monumentallığı  onu  heyran 
etdi.  Onun  sonrakı  planlarına  bu  öz  təsirini  göstərdi.  Piramidalar  Filipp  üçün 
düşünülən  sərdabə  üçün  nümunə  rolunu  oynadı.  Misir  ən  qədim  və  maraqlı 
mədəniyyətin vətəni idi, bu ölkə çox şeydə ellinlər üçün məktəb ola bilərdi. Bu da 
həmin səbəblərdən biri oldu ki, Aleksandr bu ölkəni sadəcə işğal etməkdən imtina 
etdi və bu qəribə ölkəni dinc qaydada öz ərazilərinə birləşdirməyə can atdı. 
Misirlilərin  əhval-ruhiyyəsi  də  çarı  razı  salırdı.  Aleksandrın  şəxsində 
misirlilər ellini və dost millətin nümayəndəsini salamlayırdı. Artıq dörd əsr idi ki, 
ellin  döyüşçüləri  misirlilərə  kömək  edirdi  və  onları  Asiya  barbarlığından  xilas 
edirdi.  Şimallılar  Misir  mədəniyyətinin  qədimliyinə  və  ləyaqətlərinə  həmişə 
hörmətlə  yanaşmışdılar.  Qarışıq,  yunan  və  misir  qanından  olan  adamlar  qarşılıqlı 
anlaşma üçün əlavə bir körpü idilər və belələri Memfisdə heç də az deyildi. Birinci 
növbədə isə Yunanıstan ticarət üçün ideal partnyor idi. 
Misirlilər  ellinlərindən  onları  başa  düşməyə  və  dözümlülük  görməyə  adət 
etmişdilər. Bunu Aleksandrdan da gözləyirdilər. Misir kahinləri Persiya çarı üçün 
məcburiyyətlə  etdiklərini  Makedoniya  çarı  üçün  həvəslə  etdilər  –  onu  faraon 
adlandırdılar.  “Yuxarı  və  Aşağı  Misirin  çarı”  Aleksandr  indi  “Ranın  seçdiyi  və 
Ammonun sevdiyi” Qorun canişini hesab olunurdu. 
Misir  dövlətinin  birləşdirilməsi  Aleksandr  üçün  həlledici  əhəmiyyət  kəsb 
etmirdi.  Bu  onun  növbəti  müvəffəqiyyəti  idi.  Onun  faraon  adlandırılması,  bu 
hakimiyyətə  ilahi  xarakter  verirdi.  Axı  faraon  Ranın  oğlu  Qorun  təcəssümü  idi. 
Aleksandra  bildirdilər  ki,  Ranın  oğlu  kimi  onu  da  günəş  ilahisindən  öləri  ana 
doğmuşdur. Memfisdə onun Ammonun oğlu olmasına əsas yaradırdılar. Aleksandr 
əslində  bir  vaxtlar  İsokratın  Filippə  verdiyi  məsləhətə  əməl  edirdi:  “Bacarırsansa 
yerli  sakinləri  barbarların  despotiyasından  azad  et  və  onları  ellin  mədəniyyətinə 
qoş”.  O,  inzibati  idarəçilikdə  də  Misir  ənənələrindən  istifadə  edirdi.  331-ci  ilin 
əvvəlində o, bir qrup əyanları ilə birlikdə Nil çayının Kanopeya qolu ilə aşağı üzdü 


 
68 
və  onun  mənsəbinin  yaxınlığında  Aleksandriya  adlı  yeni  şəhər  saldı.  Sonra  bu 
böyük  şəhərə  çevrildi.  Sonra  o,  Liviyaya  yollandı.  Kirenaika  ellinləri  onunla 
dostluq  barədə  müqavilə  bağladılar.  Apreldə  isə  o,  Suriyaya  getdi.  Misirdə  o, 
mərkəzdən  azad  olunmuş  idarəetmə  yaratdı.  Misirin  vilayətlərinin  idarəsini  çar 
müxtəlif  millətlərdən  olan  adamlara  –  yunanlara,  misirlilərə  və  makedoniyalılara 
həvalə  etdi.  Yuxarı  və  Cənubi  Nilin  idarəsini  misirlilər  özləri  üçün  saxladılar. 
Yunanlar  şərqdəki  ərəb  sərhəd  torpaqlarını,  qərbdə  isə  Liviya  səhrasını  idarə 
edəcəkdilər.  Ordulara  iki  makedoniyalı  və  bir  yunan  komandanlıq  edirdi. 
Donanmada  da  yunan  komandan  idi.  Maliyyə  işlərini  Misir  yunanı  aparırdı,  o, 
bütün  Misir  əyalətlərindən  vergi  yığırdı.  Makedoniyalılar  bu  vəzifələrə  az  cəlb 
edilmişdi.  Aleksandrın  mərkəzdən  kənar  idarəçiliyi  özünü  doğrultdu.  O,  yerli 
mədəniyyəti  saxlamaqla,  bütün  yunanlara  məxsus  olanların  tətbiq  edilməsinə  də 
həvəs oyadırdı. 
Aleksandr  Faros  adası  haqqında  hələ  Memfisdə  olanda  çoxlu  məlumat 
toplamışdı.  Yəqin  ki,  bu  ada  barədə  o,  Homeri  oxuyarkən  müəyyən  təsəvvürə 
malik  olmuşdu.  O,  Aleksandriyanı  ada  ilə  birləşdirməyi  düşünürdü,  şəhərdə  isə 
avropalılarla  yanaşı  yerli  əhali  də  məskunlaşırdı,  bunlar  misirlilər,  həmçinin 
Misirdə yaşayan iudeylər və suriyalılar idi. Yəqin ki, Aleksandr bu müxtəlif etnik 
elementləri  qarışdırmaq  istəyirdi  və  ellin  mədəniyyətinin  mənəvi  gücünə  bel 
bağlayırdı.  O,  Şərqin  mədəniyyətindən  də  nəsə  götürməkdən  heç  də  qaçmırdı. 
Şəhərin  tikintisinə  isə  o,  çoxlu  istedadlı  yunanları  cəlb  etmişdi  və  onları  yeni 
paytaxta köçməyə ruhlandırırdı. 
Aleksandr  və  onun  saldığı  Aleksandriya  misirlilərin  taleyinə  böyük  təsir 
göstərdi.  Bu  vaxta  qədər  bu  xalq  izolyasiyada  idi  və  Aleksandr  Nil  üzərindəki 
ölkənin izolyasiyasına son qoydu. 
Aleksandrın Ammon vahəsinə ziyarətə gəldikdə, burada vaxtilə Semiramida 
olmuşdu,  ölkəni  işğal  etmək  məqsədilə  buraya  Kambiz  gəlmişdi.  Lakin  yunan 
mifologiyasına  görə  bu  vahəyə  guya  Herakl  və  Persey  gəlmişdi.  Çar  isə 
gəncliyindən  Heraklı  təqlid  etməyə  çalışırdı.  Çar  ümid  edirdi  ki,  Ammonun  kultu 
ilə, o, şərq avtoritarlığı ilə yunan demokratiyası arasında körpü yaradacaqdır. Ellin 


 
69 
kolonistləri  də  Misir  Ammonunu  qəbul  etmişdilər  və  Ammon  onların  başlıca 
allahları  siyahısına  daxil  olmuşdu.  Burada  Aleksandr  Filippdən  daha  böyük 
qüdrətə  malik  olan  ataya  yiyələnmək  istəyirdi.  Aleksandra  bu  təkcə  özünütəsdiq 
üçün  deyil,  həm  də  öz  vicdanını  sakitləşdirmək  üçün  lazım  idi.  Sadə  adama  kor-
koranə  tabe  olmaq  bir  qədər  izafi  tələb  idi.  Ammonun  oğlu  olan  Aleksandra 
inanmaq isə başqa məsələ idi. Səfər üç həftə davam etdi. Səhranı keçib gəldikdən 
sonra  onlar  şor  sulu  gölü,  meşəsi  və  xurma  palmaları,  bulaqları  və  yaşayış 
məntəqəsi  olan  vahəyə  gəldilər.  Aleksandr  müqəddəs  yerə  qalxanda  kahin  onun 
taleyini həll edən qaydada salamladı. Bundan sonra allahın oğlu məbədə girdi. O, 
burada orakula suallar verdi. İki sual barədə Aleksandr xüsusən həvəslə danışırdı – 
onlar  dünya  üzərində  ağalığa  və  Filippin  qatillərinin  cəzalandırılmasına  aid  idi. 
Ammon  çara  dünya  ağalığını  vəd  etmişdi.  Buna  əsaslanaraq  Aleksandr  dünya 
ağalığı  barədəki  öz  iddialarına  haqq  qazandırırdı.  Atasının  qatillərini 
cəzalandırmaq  məsələsində  isə  anası  Olimpiadanı  şübhələrdən  və  fitnəkarlıqdan 
azad  etmək  istəyirdi.  Allah  həm  də  ona  demişdi  ki,  Ammonun  oğlu  daim 
məğlubedilməz  qalacaqdır.  Aleksandr  sonralar  heç  vaxt  Filippin  oğlu  olduğunu 
inkar  etmirdi.  Sadəcə  Filipp  uşaq  anasının  boyuna  düşəndə  özü  allah  olmuşdu, 
allah  onda  təcəssüm  olmuşdu.  Bu  dini  məsələ  olduğuna  görə  özünün  Ammonun 
oğlu olmasını heç bir fərmanla təsbit etmədi. Bu vacib idi ki, Tesey və Herakl kimi 
Aleksandrın  da  təkcə  yer  atası  deyil,  həm  də  ilahi  atası  var  idi.  Bu  onu  ən  böyük 
qəhrəmanlar  sırasına  daxil  etməyə  imkan  verirdi.  Çar  həm  də  öləndə  Ammon 
vahəsində  dəfn  edilmək  arzusunu  bildirmişdi.  Bu,  xeyli  dərəcədə  Aleksandrın 
sadəlövh dindarlığından irəli gəlirdi. 
Aleksandr  torpaqları  dəniz  ətrafında  birləşdirmək  istəyirdi  və  bu  ölkələri 
dəyişdirib  qurtardıqdan  sonra  yeni  işğallara  əl  atmağı  düşünürdü.  Aleksandrın 
yaratdığı imperiyanın birinci pilləsi “ilk imperiya” idi. Əlbəttə, çar bu termini heç 
vaxt işlətməmişdi. Çarın öz vətəni Makedoniya imperiyanın tərkibinə daxil deyildi, 
onun idarə edilməsini çar canişin təyin etdiyi Antipatra tapşırmışdı. Korinf ittifaqı 
da imperiyaya daxil deyildi, ona muxtariyyət verilmişdi. Təkcə Sparta və Krit hələ 
ittifaqa daxil deyildi. İoniya kimi bir protektorat tək, Ön Asiya Levantı xüsusi yer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə