Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   16   17   18   19   20   21   22   23   ...   120

 
58 
qoşuna malik idi. Ən güclü qüvvəsi atlı dəstələri idi. Bütünlükdə perslərin ordusu 
Aleksandrınkından  iki-üç  dəfə  böyük  idi.  Ordunun  arxasınca  iri  karvan  gedirdi, 
çünki  Dara  və  onun  saray  əyanları  hərbi  yürüşü  hərəmxanasız  və  saraysız, 
qohumlarsız,  arvad  və  uşaqlarsız,  hərəmağalarısız  və  nökərsiz  təsəvvür  edə 
bilmirdilər.  Bu  rəngarəng,  dəbdəbəli  və  özündən  razı  cəmiyyəti  200  minə  qədər 
qaramalı olan sürü müşayiət edirdi. 
Belə  tərkibdə  perslər  Aman  dağının  ətəyinə  gəldi,  Baylan  keçidi  isə 
makedoniyalılar  tərəfindən  tutulmuşdu.  Dara  bu  geniş  vadidə  döyüş  verməyi 
qərara aldı. Belə şəraitdə pers ordusu öz say üstünlüyünü realizə edə bilərdi. Sonra 
Dara  keçiddən  keçib  Kilikiyanın  özündə  Aleksandrın  üstünə  atılmağı  qət  etdi.  O, 
karvanı  Dəməşqə  göndərdi  və  özü  Şir  keçidi  ilə  Kilikiyaya  irəlilədi.  O,  qələbəyə 
çox ümid edirdi və fürsəti fövtə verməyib, Aleksandra arxadan hücum edib, onun 
geriyə yolunu kəsmək istədi. Ona görə düşməni İss körfəzinə qədər təqib etdi. Yol 
üstündə Dara eyni adlı şəhəri tutdu. 
Aleksandr isə pers qoşunlarının hərəkəti barədə heç nə bilmirdi. Birdən ona 
məlum oldu ki, Dara öz qoşunu ilə onun arxasında İssdədir. O, buna çox sevindi. 
Düşmən elə yerdə idi ki, öz say üstünlüyündən istifadə edə bilməzdi.  
İss  körfəzində  hələ  dəniz  hiss  olunmurdu.  Üfüqdə  yaşıl  dağ  ətəkləri 
görünürdü.  Üç  tərəfdən  yüksək  dağlar  ucalırdı.  Burada  Aralıq  dənizi  Asiya 
qitəsinin  daha  içərilərinə  girirdi.  333-cü  ilin  payızının  sonunda  İss  yanında  Ön 
Asiyanın  taleyi  həll  olunmalı  idi.  Aleksandr  perslərin  qəflətən  gəlib  çıxmasını 
bildikdə döyüşməyi qərara aldı. Dara öz qoşunlarını sahillə dağlar arasındakı geniş 
yerə yığmışdı. Bu yer Pinar çayının sahillərində yerləşirdi. Qranik çayının yanında 
olduğu kimi perslər yenə çayın o tərəfində dururdu. 
Aleksandr qoşununu ehtiyatla düşmənə qarşı çevirdi. Falanqa səkkiz cərgədə 
düzlənə  bilərdi  və  beləliklə  lazım  gələndə  dağlarla  sahil  arasındakı  məkanı  tuta 
bilərdi. Sol flanqda perslərin mövqeyi zəif idi, elə buradan da Aleksandr ordusunun 
hücumu  hazırlanırdı.  Aleksandr  hücum  üçün  bütün  zərbəçi  süvarisini  sağ  flanqa 
toplamışdı.  Öz  zərbəçi  dəstəsini  zəiflətməklə  o,  böyük  risqə  gedirdi.  Lakin  o, 
qorxmayaraq  özü  hücumda  iştirak  etdi,  Dara  isə  belə  hərəkətə  cəsarət  etmədi. 


 
59 
Günorta saat ikidə o, döyüşə hazırlığı qurtardı. Çar atlıların, hispasistlərin başında 
düşmənin  dəstələrinə  sağdan  hücum  etdi.  Bir  qədər  sonra  makedoniyalıların 
cəbhəsi yarıldı. Çar isə perslərin sırasına daxil oldu, onlara flanqlardan və arxadan 
hücum  etdi.  O,  Daranın  özünü  tapmaq  istəyirdi.  Daranı  qoşunun  ortasında 
mühafizəçilərin atlı qvardiyası müdafiə edirdi. Dara döyüşün ortasına düşdü və bu 
vaxt görünməmiş bir şey baş verdi. Cəngavər cəngavərin qarşısından qaçırdı. Dara 
öz  düşərgəsini,  öz  qoşununu  və  hətta  arabasını  qalib  üçün  qoydu.  Aleksandr  onu 
təqib  etmədi.  Perslərin  müqaviməti  qırıldı.  Döyüşün  başlanmasından  iki  saat 
keçmişdi,  Aleksandr  isə  qaş  qaralana  qədər  düşməni  təqib  etdi.  Təkcə  yunan 
muzdluları təslim olmurdu. Kiçik dəstə III Dara Kodomanın arxasınca Fəratı keçdi. 
Perslərin qalan ordusunun itkisi  isə çox böyük idi. Makedoniyalılar da böyük  itki 
vermişdilər,    Aleksandrın  özü  isə  döyüşdə  yüngül  yara  almışdı.  Onlar  böyük 
qənimət  əldə  etmişdilər,  təkcə  perslərin  düşərgəsini  deyil,  həm  də  Böyük  çarın 
ailəsini, onun anasını, arvadını və uşaqlarını ələ keçirmişdilər. 
Aleksandr  gecəni  Persiya  çarının  alaçığında  nəfis  şərq  dəbdəbəsi  arasında 
keçirdi.  O,  ətrafa  göz  gəzdirib  dedi:  “Bax  çar  olmaq  nə  deməkdir!”  Ona  xəbər 
verdilər  ki,  Daranı  ölmüş  bilib  ona  yas  saxlayan  çar  ailəsindən  olan  qadınlar 
düşərgədədir. Aleksandr öz yaxın adamını o saat göndərdi ki, onları sakitləşdirsin. 
O,  doğrudan  da  çar  ləyaqətinə  sonralar  da  hörmətlə  yanaşdı.  Çoxları  onun 
nəcibliyini  tərifləyirdi.  Aleksandr  çar  ailəsindən  olan  qadınlara  şərait  yaratdı  ki, 
tanınmış persləri dəfn etsinlər. Sonra Dəməşqdə hərbi xəzinə daşıyan pers karvanı 
ələ keçirildi. Parmenion bu qənimətlərlə yanaşı çar üçün mühüm  əhəmiyyət kəsb 
edən  bir  qəniməti  də  ələ  keçirmişdi.  Bu  Artabazın  gözəl  və  ağıllı  qızı,  Mentorun, 
sonra isə Memnonun dul qadını, o dövrün ən böyük qadınlarından biri olan Barsina 
idi.  Bu  qadın  Aleksandrın  həyat  rəfiqəsi  oldu  və  çar  ondan  yalnız  Roksana  ilə 
nikah bağladıqdan sonra aralandı. 
Döyüşə  gəldikdə  isə,  onun  nəticəsini  qoşunlar  deyil,  sərkərdələrin  şəxsi 
keyfiyyətləri həll etdi. Dara həm cəngavər, həm də hərbi xadim kimi məğlubiyyətə 
uğradı. O, dahi sərkərdə tərəfindən məğlub edilmişdi. Aleksandr üçün bütün yollar 
açılmışdı. Lakin o, Daranı şərqdə təqib etmək istəmirdi, onun məqsədi Finikiya idi. 


 
60 
Hər  şeydən  əvvəl  pers  donanmasının  Egey  dənizindəki  ağalığına  son  qoymaq 
lazım  idi,  buna  isə  yalnız  Dara  gəmilərini  onların  bazalarından  məhrum  etməklə 
nail olmaq mümkün idi. 
Finikiya əsrarəngiz bir diyar idi. Bir tərəfdə Livan dağ silsiləsi, digər tərəfdə 
isə  nəhayətsiz  dənizin  səthi  uzanırdı.  Dağların  ətəyində  dənizin  dalğaları  cövlan 
edirdi. Dağların arasında isə buxtalar görünürdü, onlardan bir az yuxarıda bağlar, 
onlardan  sonra  meşə  və  nəhayət  qarlı  dağ  zirvələri  gəlirdi.  Bu  dar  bir  qarış 
torpaqda  adamlar  da  təbiət  kimi  idi.  Burada  Şərqlə  əlaqə  çoxdan  kəsilmiş,  dəniz 
havası  onları  azad  nəfəs  almağa  öyrətmişdi.  Burada  əhalinin  həyat  ukladı, 
sənətkarlığı  və  ticarəti  də  bir  qədər  azad  idi  və  Ön  Asiyanın  ioniyalılarını 
xatırladırdı. Finikiyalılar Misirlə və Assiriya ilə, Krit və Babilistanla, Kiçik Asiya 
və  Ermənistanla  və  birinci  növbədə  yunanlarla  ticarət  aparırdılar.  Miladdan  əvvəl 
birinci  minilliyin  əvvəllərində  Sidon  və  Tir  yüksək  inkişaf dövrünü  yaşayırdı,  elə 
bu  vaxt  Karfagen  və  Qades  şəhərləri  uzaq  qərbdə  salınmışdı.  Lakin  m.ə.  VIII 
əsrdən  başlayaraq  kənar  ərazilərdə  daha  fəal  məskunlaşan  yunanlar  oldu.  Bu 
vaxtdan  da  rəqiblər  arasında  düşmənçilik  başladı.  Finikiya  Aşşurun,  sonra  isə 
Babilistanın  qüdrəti  qarşısında  gerilədi.  Qərbdə  Karfagen  müstəqillik  əldə  etdi. 
Bütün  bunlar  Finikiyanı  zəiflətdi  və  onu  məğlub  olmağa  gətirib  çıxardı.  Perslər 
yanında  finikiyalılar  hələ  hörmətə  malik  idi,  çünki  dənizdə  onların  mənafeyini 
təmsil  edirdi.  Onlar  və  az  etibarlı  olan  kiprlilər  Persiya  donanmasının  nüvəsini 
təşkil  edirdilər.  Öz  qatı  düşmənləri  olan  yunanlara  qarşı  finikiyalılar  daim  dənizə 
çıxmağa hazır idilər. Son vaxtlarda onlar Memnon və Farnabazın başçılığı altında 
Aleksandra və Korinf ittifaqına qarşı vuruşmuşdular. Finikiyalılar yunanlara nifrət 
etsə  də,  yunan  mədəniyyətinin  elementlərini  asanlıqla  qəbul  edirdilər.  Onların 
həyat tərzi hələ Aleksandrın hökmranlığına qədər ellinləşməyə məruz qalmışdı. 
Aleksandrın gəlməsini Finikiya pers ağalığından azad olmaq kimi qarşıladı, 
bu  Şərqlə Qərbin  əlaqələrini  genişləndirə bilərdi.  Lakin  aydın  oldu ki,  Aleksandr 
hətta  Böyük  çardan  da  çox  finikiyalıların  müstəqilliyinə  qəsd  edir.  Aleksandr 
qarşısında  diz  çökmək  yunan  mədəniyyətini  qəbul  etmək  zərurəti  demək  idi. 
Xalqın taleyi məsələsi həll olunurdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə