Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   14   15   16   17   18   19   20   21   ...   120

 
52 
reallaşdıran Böyük Stsipion kimi hərəkət edirdi. Bu plan bütün müasir strateqləri 
öz şübhə edilməyən dahiliyinə görə valeh  edir,  lakin o vaxtlar Memnonun  təklifi 
həyata  keçmədi,  özü  də  burada  təkcə  əcnəbiyə  etibar  edilməməsi  əsas  rol 
oynamırdı. O dövrün Persiya cəmiyyəti çox mürəkkəb idi və kiçik və böyük torpaq 
sahiblərinin qarşılıqlı asılılığına əsaslanırdı. Düşmənə yolu açıb, həm də öz yaşayış 
məntəqələrini  məhv  etmək  birinci  növbədə  kiçik  torpaq  sahiblərini  iqtisadi 
tənəzzülə  uğratmağa  bərabər  idi.  Ona  görə  də  bu  plan  iranlılar  üçün  qətiyyən 
yaramırdı, digər çıxış yolunu tapmaq lazım idi. Digər tərəfdən pers əyanları üçün 
düşmənlə toqquşmadan döyüş səhnəsini başqasına güzəştə getmək yol verilməyən 
bir  hərəkət  hesab  olunurdu.  Pers  üçün  döyüşü  uduzmaq  ənənəni  pozmaqdan 
qorxulu  deyildi,  axı  imperiya  bu  ənənələrin  üzərində  dayanırdı  və  ona  görə  də 
perslər  döyüşə  girməyi  qərara  aldılar.  Onlar  Aleksandrı  Qranik  çayının  sahilində 
gözləyirdilər.  Atlılar  çayın  dik  sahilində  dayanmışdılar.  Onların  arxasında  ikinci 
müdafiə xətti, muzdlu piyadalar dayanmışdılar. Atlılar güman edirdilər ki, hücumu 
dəf edib düşməni çaya ata biləcəklər. Lakin perslərin çayın o tərəfindən gizlənməsi 
uğurlu  deyildi,  çünki  yalnız  hücum  etdikdə  müvəffəqiyyət  qazana  bilərdilər.  Bu 
mövqe isə hücumun yolunu kəsirdi. 
Yürüşün  dördüncü  günü,  nahardan  sonra  makedoniyalılar  Qranikə  çatdılar 
və qarşı sahildə persləri gördülər. Ləngimədən Aleksandr döyüşə başlamaq əmrini 
verdi.  Parmenion  etiraz  etmək  istədi.  Hərb  sənətinə  görə  yorulmuş  döyüşçüləri 
döyüşə  atmaq  olmazdı.  Ona  görə  döyüşə  başlamağı  səhərə  saxlamaq  lazım  idi. 
Lakin  çar  həlledici  anlarda  heç  bir  etiraza  dözmürdü.  Aleksandrın  dəmir  prinsipi 
var idi: orada və həmin vaxt düşmənə hücum etmək lazımdır ki, o, həmin vaxt bu 
hücumu daha az gözləyir, hətta şəraitlər bu vaxt qalibiyyət üçün düşmənə müəyyən 
şanslar verir. Bu “ikiqat qəfillik” prinsipi idi. Perslər məəttəl qaldılar ki, uzaqdan 
dəbilqəsindəki  ağ  lələkləri  görünən  və  parıldayan  dəmir  geyimdə  olan  gənc 
qoşunları ləngimədən, birbaşa gəlib çıxan kimi döyüşə hazırlayır. 
Parmenion  sol  qanada,  Aleksandr  isə  sağ  qanada  komandanlıq  edirdi.  Çar 
yüngül  süvarini  çaydan  keçməklə  düşmənin  sol  qanadının  üstünə  göndərdi. 
Düşmən  ağır  itki  verən  makedoniyalıların  hücumunu  dəf  edirdi  və  onlar  geri 


 
53 
oturuldular.  Bu  vaxt  hetayrların  başında  və  yüngül  piyadaların  müşayiəti  ilə 
Aleksandr döyüşə girdi. O, çayı keçib düşmənin mərkəzi ilə sol flanqının arasına 
girməyə  cəhd  etdi.  Bu  vaxt  perslərdən  ən  güclü  və  cəld  olanları  Aleksandrla 
təkbaşına  döyüşmək  üçün  onun  üstünə  cumdular.  Onun  ölümü  müharibənin  sonu 
demək  olardı.  Buna  ümid  bağlayıb  perslər  ehtiyatsız  hərəkət  etdilər.  Onlar 
düşmənə çox yaxınlaşdılar. Bu vaxt makedoniyalıların silahı daha güclü idi. Əyri 
qılınclar işə düşdü, çünki perslərin nizələri işlənib qurtarmışdı. Makedoniyalılar isə 
uzun  nizələri  ilə  düşmənin  müdafiəsiz  sifətlərini  deşirdi.  Lakin  Aleksandr  sürətlə 
uğur  qazana  bilmədi.  Pers  atlıları  sayca  çox  idi.  Aleksandr  şəxsi  nümunəsi  ilə 
döyüşçülərini irəli, dəhşətli döyüşə səsləyirdi. Böhran anı gəlib çatdı, çarın nizəsi 
qırıldı  və  o,  düşmən  əsgərlərinin  arasına  düşdü.  Bir  pers  atlısı  onun  dəbilqəsini 
sındırdı, digəri isə ona məhvedici zərbə vurmağa hazırlaşırdı. Bu vaxt onun uşaqlıq 
dayəsi  Lanikanın  qardaşı  Klit  çarla  persin  arasına  atıldı  və  güclü  zərbəsi  ilə 
Aleksandrın  başı  üzərinə  qalxmış  əli  vurub  kəsdi.  Makedoniyalıların  inadlı 
zərbələri  düşmənin  müqavimətini  qırdı.  Aleksandrın  qalan  süvarisi  çayı  keçib 
köməyə  gəldi.  Perslərin  komandanları  təhlükə  qarşısında  dayanmayıb,  spartalılar 
kimi  məğlub  olmaqdansa  ölümü  seçdilər.  Rəhbərliyini  itirən  atlılar  qaçmağa  üz 
tutdular,  yerdə  onların  həlak  olmuş  minə  yaxın  döyüşçüsü  qalmışdı.  Cəsarətlə 
vuruşan  Memnon  da  geri  çəkilənlərin  arasında  idi.  “Cəngavər  kodeksi”  persləri 
xilas  edə  bilmədi.  Memnonun  hazırladığı  qeyri-cəngavər  plan  xeyli  yaxşı  idi. 
Yunan muzdlularının ikinci dəstəsi başsız qaldıqda təslim olmağa hazır idi, lakin 
Aleksandr onlara qarşı öz falanqasını göndərdi və yunanların çoxu məhv edildi. Bu 
perslərə  xidmətə  gedən  ellinlərə  ibrət  dərsi  olmalıydı.  Aleksandr  2  min  yunan 
döyüşçüsünü əsir götürdü və qandallarda Makedoniyada katorqa işlərində işləməyə 
göndərdi.  Onun  gözündə  bu  əsgərlər  satqınlar  idi,  çünki  ümumellin  qərarını 
pozmuş və qisas ideyasından imtina etmişdilər. 
Aleksandrın  qoşunlarının  itkisi  az  idi,  30  piyada  və  100-dən  az  atlı  həlak 
olmuşdu.  Yaralananlar  çox  idi  və  onlara  Aleksandr  böyük  qayğı  göstərdi.  Həlak 
olanların  qohumlarını  o,  bütün  vergilərdən  azad  etdi.  Beləliklə,  çar  özünü  həqiqi 


 
54 
“döyüşçülərin atası” kimi göstərdi. Təkcə öz qəhrəmanlığı, qalib şöhrəti ilə deyil, 
həm də xeyirxah işlərlə o, döyüşçülər arasında böyük populyarlıq qazandı. 
Qranik  yanında  qələbə  tərəddüd  edən  Ellada  üçün  xüsusi  əhəmiyyət  kəsb 
edirdi.  Bir  məsələni  də  nəzərə  almaq  lazımdır  ki,  Aleksandr  persləri  barbar 
adlandırır, Asiyanı xüsusi qeyd edərək qitələri bir-birinə qarşı qoyurdu. O, özünü 
çar  adlandırmırdı,  çünki  yunanlar  üçün  yalnız  hegemon  idi.  Bu  barədə  Kallisfen 
xəbər verir. Qranikdəki döyüş həm də göstərdi ki, Makedoniya süvarisi iranınkını 
ötüb  keçir.  Qaliblərə  Persiya imperiyasının  düzənlik  ərazisi  açıldı.  Təkcə  şəhərlər 
qalırdı,  onların  müqavimət  göstərib-göstərməməsi  məsələsi  qalırdı.  Lidiyanın  baş 
şəhəri  Sarda  təslim  oldu  və  qalanın  komendantı  ona  tapşırılmış  xəzinəni 
makedoniyalılara  verdi.  Persiya  əyanları  sarsılmışdılar.  Hellospont  Frigiyasının 
satrapı müqavimətdən imtina edib özünü öldürdü. Qranik yaxınlığındakı döyüş bu 
vaxta  qədər  Kiçik  Asiyada  ağalıq  edən  İran  kübarları  üçün  fəlakət  idi.  Kiçik 
Asiyanın sakinləri  indi  kimə  meyl etmək  lazım olduğunu bilmirdilər. Memnonun 
tələb  etdiyi  kimi  Aleksandra  qarşı  müharibə  davam  etdirilsə,  bu  yunan 
muzdlularının  qüvvəsi  ilə  aparılacaq  və  ona  yunan  metropoliyaları  dəstək 
verəcəkdi.  Çünki  Persiya  da  iki  tam  fərqli  dünyadan  ibarət  idi,  perslərin  ağalıq 
etdiyi Kiçik Asiya yunan şəhərləri ilə dolu idi. Yunanlar Böyük çarın təyin etdiyi 
hökmdarlara şübhə ilə yanaşıb, onları “tiraniya” adlandırırdı. Sonradan perslər bu 
şəhərlərdə  hakimiyyəti  oliqarx  ailələrinə  verirdi  ki,  burada  “tiraniyalar” 
yaranmasın. Onların nəzər-nöqtələrinə görə bu demokratiyadan yaxşı idi. Pan-ellin 
ideyalarından  yanaşdıqda  Qranik  yaxınlığındakı  qələbədən  sonra  Aleksandrın 
İoniya şəhərlərini azad etməsi gözlənirdi. Memnon cənuba, Halikarnasa çəkilmişdi, 
artıq o da öz qüvvəsinə o qədər inanmırdı. 
Aleksandr  yunan  şəhərlərində  müqavimət  görmədi.  Sardıdan  qayıtdıqdan 
sonra  o,  Efesi  tutdu.  Çar  bu  şəhərlərin  qarət  edilməsini  dayandırdı.  Yunan 
şəhərlərində o, satrapiyaları ləğv etdi. İndi onlar bac əvəzinə haqq ödəməli idilər. 
Aleksandr  qələbədən  sonra  silahla  əldə  edilmiş  hüquqlardan  imtina  etmək 
istəmirdi.  O,  buranı  barbarlardan  azad  edirdi,  bütünlükdə  hakimiyyətdən  azad 
etmirdi.  Aleksandrın  verdiyi  azadlıq  işğalçının  hüquqlarını  ləğv  etmirdi.  Düşmən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə