Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

 
61 
Aleksandr  artıq  bir  neçə  şəhəri  tutmuşdu  və  gözəl  Tir  şəhəri  öz  elçilərini 
onun yanına göndərdi. Finikiyanın tarixində nadir hadisə baş verdi – onların hamısı 
yekdillik nümayiş etdirdi. Bunun səbəbi isə İss yaxınlığında Aleksandrın qələbəsi 
idi. Lakin o, özünü mərhəmətli aparırdı, Yunanıstandan fərqli olaraq monarxiyanı 
dəstəkləyirdi.  Tir  barədə  isə  onun  başqa  planları  var  idi,  özünü  Herakl  nəslinin 
övladı  hesab  etdiyinə  görə  şəhərdə  öz  allahına  minnətdarlıq  əlaməti  kimi  qurban 
vermək  istəyirdi.  Lakin  onun  məqsədi  həm  də  başqa  idi.  Tir  sahildən  kənarda, 
adada  yerləşən  güclü  donanmaya  malik  idi  və  həmişə  Finikiya  şəhərlərindən  ən 
müstəqili  olmuşdu,  Aleksandr  şəhərə  öz  təcrid  olunmuş  vəziyyətinin 
üstünlüklərindən  imtina  etməyi  tələb  etdi.  Tir  öz  limanlarını  açmalı  idi.  Tirlilər 
Aleksandrın  niyyətini  başa  düşdülər.  Onlar  çara  qurbanı  qitədə  verməyi  təklif 
etdilər.  Aleksandr  isə  öz  qərarında  qəti  idi.  Bu  vaxt  elçilər  öz  mövqelərini  açıb 
dedilər – Tir neytral qalmaq və ya Aleksandrla bərabər sülh bağlamaq istəyir, ona 
tabe olmağa isə razı deyildir. 
Aleksandr başqa vaxtlarda güzəştə getdiyi halda, indi bunu etmədi. O, yalnız 
Yaxın  Şərqi  işğal  etməklə  Egey  dənizində  müharibəyə  son  qoya  bilərdi.  Misirə 
qarşıdakı  yürüş  də Finikiyanın  işğalından sonra mümkün  idi. Aleksandr  heç vaxt 
kiminsə onunla bərabər qaydada danışıqlara girməsinə dözmürdü. Buna görə də o, 
hiddətləndi,  danışıqları  kəsdi  və  şəhəri  zəbt  etməyi  qərara  aldı.  Tirin  sakinləri  də 
belə  qarşıdurmaya  razı  idi,  çünki  öz  azadlıqları  uğrunda  vuruşacaqdılar.  Onlar  öz 
adalarını  basılmaz  qala  hesab  edirdilər,  həm  də  öz  donanmalarına  və  Karfagenin 
köməyinə  bel  bağlayırdılar.  Bir  də  vətənpərvərlik  ruhunun  təsiri  altında  “Qul 
olmaqdansa ölmək daha yaxşıdır” devizi öz işini görmüşdü. 
Şəhəri  tutmaq  da  asan  məsələ  deyildi,  çünki  ada  qitədən  bir  kilometr 
yarımlıqdakı  məsafədə  yerləşirdi.  Çarın  donanması  olmadığından  qitədən  adaya 
bənd  tikməyə  qərara  aldı,  planın  özünün  möhtəşəmliyi  onu  cuşə  gətirirdi. 
Döyüşçülərinə nümunə göstərmək üçün ilk torpağı özü gətirdi. Qonşu dövlətlərdən 
fəhlələr  gətirildi,  qitədə  olan  köhnə  Tirin  evləri  uçuruldu  ki,  tikinti  üçün  daş  əldə 
edilsin.  Livandan  meşə  qırılıb  daşınırdı,  elə  bil  ki,  Yerusəlimdə  allah  məbədi 
tikilirdi.  Tir  donanması  daha  sərt  müqavimət  göstərirdi,  sahildən  uzaqlaşdıqca 


 
62 
dəniz  daha  dərin  olurdu.  Külək  aramsız  əsəndə  dalğalar  nəinki  işi  çətinləşdirirdi, 
həm də tikilənləri dağıdırdı. İşə stixiyadan çox adamlar mane olurdu. Bəndi tikən 
ustalarla  onu  dağıtmağa  çalışan  Tir  sakinləri  arasında  mübarizə  gedirdi. 
Makedoniyalılar bəndi tikməyə 332-ci ilin yanvarında başlamışdılar, yazda isə Tir 
sakinləri  onu  xeyli  dağıtmışdılar  və  mühasirə  maşınlarını  yandırmışdılar. 
Aleksandr  o  saatca  yeni,  daha  möhkəm  bəndi  tikməyə  girişdi.  O,  Sidondan  da 
donanma aldı. Yunanıstandan gələn xəbərlər də ruhlandırıcı idi. İss yaxınlığındakı 
döyüşdən sonra Afina ittifaqdan çıxmaq  istəmirdi. Egey  müharibəsi  başa çatanda 
Finikiya  və  Kipr  eskadraları  Aleksandrın  sərəncamında  oldu  və  onlar  Tir 
donanmasından  güclü  idilər.  Burada  donanmanın  əhəmiyyəti  barədə  Aleksandrın 
fikirləri də ciddi düzəlişə ehtiyac duydu və o, donanmanın zəruri olduğunu anladı. 
İndi Aleksandr özü donanma başçısını kənarlaşdırıb, dəniz döyüşünə başçılıq etdi. 
O,  abordajdan  istifadə  edirdi.  Tirin  müdafiəçiləri  qəflətən  Aleksandra  hücum 
etməyə cəhd etdilər. Lakin Aleksandr ildırım sürətli hücumu ilə düşmənin əlindən 
qələbəni  çıxardı,  onun  donanmasına  ağır  zərbə  vurdu  və  gəmiləri  limana  qovdu. 
Bir daha Tir gəmiləri dənizə çıxmağa cəsarət etmədi. 
Daha  çətin  bir  iş  –  şəhəri  əhatə  edən  divarların  dağıdılması  qalırdı.  Bu 
gəmilərdə  olan  maşınların  köməyi  ilə  edilməli  idi.  Hər  iki  tərəfdən  müharibə 
yüksək  mühəndis  səviyyəsində  aparılırdı.  Avqustun  ortalarında  bir  gün  hava  çox 
yaxşı idi, nə külək, nə də dalğa var idi. Bu şəhərin taleyini həll etdi. Onun ətrafına 
üzən  texnika  möcüzələri  toplaşdı.  Hər  tərəfdən  mərmi  yağırdı,  makedoniyalılar 
limana keçməyə cəhd edirdilər. Bu yerə çarın özü və onun ən yaxşı qoşunları çıxdı. 
Onlar  hücumla  dağılmış  divarları  aldılar,  qüllələri  və  bütün  qalanı  tutdular. 
Limanda  heç  kəs  müqavimət  göstərmədi  və  makedoniyalılar  şəhəri  mühasirəyə 
aldı.  Müharibə  qanlı  qırğınla  başa  çatdı.  Çar  ən  yaxşı  mühasirə  maşınını  və 
gəmisini  Herakla  qurban  verdi.  Qoşunların  və  donanmanın  paradı  keçirildi.  Hələ 
mühasirə  vaxtı  şəhərin  qadın  və  uşaqlarının  bir  hissəsi  Karfagenə  aparılmışdı. 
Sidonlular  da  bir  neçə  min  öz  yerlilərini  xilas  etmişdilər.  Sakinlərin  qalanını  qul 
olmağa satdılar və silah gəzdirməyə qabil olanları bütün sahil boyunda qoyulmuş 
çarmıxlara  çəkdilər.  Yeddi  ay  davam  edən  müharibə  o  dövr  üçün  yeni  olan 


 
63 
texnikanın zəfəri idi. Müharibənin özü isə qəddarlığın zəfəri ilə başa çatdı. Şəhərin 
özü  isə  dağıdılmadı,  onu  ətraf  torpaqların  sakinləri  məskunlaşdırdı.  Makedoniya 
hərbi rəisi Tirin hökmdarı oldu. Tirin əvvəlki böyüklüyü birdəfəlik yoxa çıxdı. Bir 
il  sonra  Aleksandr  Misirdə  Aleksandriyanın  əsasını  qoydu  və  yeni  paytaxt  bütün 
Finikiya şəhərlərini ikinci plana sıxışdırdı. 
Hələ  Tirin  mühasirəsi  vaxtı  Suriya  və  Palestina  zəbt  edilmişdi.  Orada 
quldurluq  edən  ərəb  tayfası  olan  Kabilləri  yatırmaq  üçün  Aleksandr  özü  ora 
yollandı. Sonra isə onun qoşunu yunan muzdlularından əlavə qüvvə aldıqdan sonra 
Misirə  hərəkət  etdi.  Onlar  heç  bir  müqavimət  görməyib  Palestina  sahilləri  ilə 
irəliləyirdi. Aleksandr Qaza qalasını tutdu, qalanın bütün müdafiəçiləri öldürüldü, 
qadın  və  uşaqlar  qul  olmaq  üçün  satıldı.  Bir  il  yarım  ərzində  Aleksandr  bütün 
Yaxın Şərqi Tavrdan Misirə qədər işğal etdi. Ölkələrin çoxu satrapiya kimi qalırdı, 
təkcə Finikiya və Kipr üçün istisna edildi. Çar finikiyalıların şəhər ukladını yüksək 
qiymətləndirdiyindən,  burada  İoniyada  mövcud  olan  rejimi  qurdu.  Kipr  knyazları 
isə  birbaşa  çara  tabe  idilər.  Aleksandrın  gördüyü  tədbirlər  nəticəsində  Aralıq 
dənizinin ayrı-ayrı regionları arasında azad əlaqələr yaradılmasının əsası qoyuldu. 
Böyük sivilizasiyalı imperiya ideyası həyata keçirilməyə başladı. 
Tezliklə  Dara  Makedoniya  hərbi  rəislərini  müharibənin  məqsədləri  barədə 
düşünməyə  məcbur  etdi.  Böyük  çar  başa  düşürdü  ki,  məğlub  olmuşdur.  Həm  də 
onun  ailəsi  düşmənin  əlində  idi.  Ona  görə  o,  Aleksandrın  sonrakı  niyyətlərini 
öyrənmək  istəyirdi.  O,  elçiləri  ilə  Aleksandra  məktub  göndərdi.  Dara  məktubda 
Aleksandrı  təcavüzdə  və  ədalətsizlikdə  ittiham  edirdi.  Sonra  o,  xahişlərini  və 
təkliflərini  sadalayırdı.  Dara  ondan  xahiş  edirdi  ki,  yaxın  adamlarını  qaytarsın, 
sonra dostluq və ittifaq təklif edirdi və təşkilati məsələlər qoyurdu. Ərazi güzəştləri 
barədə heç bir işarə yox idi, yəqin ki, bunu elçilər şifahi qaydada çatdırmalı idilər. 
Perslər Aleksandra Halisə qədər Kiçik Asiyanı verməyi təklif etdilər. 
Aleksandr  yazılı  cavab  verdi  və  bu  onun  tərtib  etdiyi  sənəddir  ki,  indiyə 
qədər  qalır.  Məktubda  onun  iradəsi  özünü  göstərir:  “Sizin  əcdadlarınız 
Makedoniyaya  və  qalan  Elladaya  girmişdilər  və  bizə  çox  ziyan  vurmuşdular, 
baxmayaraq  ki,  biz  sizə  heç  bir  xətər  toxundurmamışdıq”.  Bu  m.ə.  480-ci  ildəki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə