Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   22   23   24   25   26   27   28   29   ...   120

 
76 
Belə versiya irəli sürülür ki, Aleksandrın silahdaşları qonaqlığa öz heteralarını da 
gətirmişdilər. Onlardan biri, ağıllı və hazırcavab Tais hətta Aleksandrın yanında da 
bəlağətli  danışmağı  bacarırdı.  Guya  ki,  məhz  o,  ziyafətin  sərxoş  iştirakçılarına 
perslərdən  qisas  almaq  üçün  onların  paytaxtındakı  sarayı  yandırmaq  fikrini  təlqin 
etmişdi.  Aleksandr  bunu  intiqam  simvoluna  çevirmək  imkanı  kimi  görüb,  Taisin 
təklifini  qəbul  etdi  və  elə  o  saatca  onu  icra  etdirdi.  Ziyafətin  iştirakçıları 
yerlərindən  sıçrayıb  saraya  cumdular.  Çarın  özü  məşəllə  purpur  pərdələri  və 
xalçaları yandırdı. Alov bir saraydan başqasına keçirdi. Bu vaxt Aleksandr yanğını 
söndürməyi əmr etdi, lakin bunu etmək mümkün olmadı. Bu hərəkəti ilə Aleksandr 
təkcə  yunanlara  görə  deyil,  həm  də  misirlilərə,  babilistanlılara  görə,  perslərin 
hökmranlığı altında olan bütün xalqlara görə qisas alırdı. Aleksandr güman edirdi 
ki,  tezliklə  elə  bir  vaxt  gələcəkdir  ki,  nə  məğlub  olanlar,  nə  nifrət,  nə  də  intiqam 
olacaqdır.  Sonuncu  dəfə  onun  qəzəbi  belə  kükrəmişdi.  O,  Persidada  yanvardan 
maya  qədər  qaldı.  Persepol  Böyük  Kirin  özü  tərəfindən  salınmışdı,  burada  onun 
qəbri  dururdu.  Aleksandr  gəncliyindən  Femistoklun  “Kiropediya”sını  oxuyandan 
bu böyük hökmdarın xatirəsinə böyük hörmətlə yanaşırdı. Aleksandr Kirin sadə və 
təmtəraqsız sərdabəsinə gəldi və qəbirə qayğı göstərilməsi barədə sərəncam verdi. 
Mesopotamiyada və Qərbi İranda Aleksandr  əhəmiyyət kəsb edən bir şəhər 
salmadı.  O,  hesab  edirdi  ki,  Orta  Şərqin  mərkəzi  Ekbatana  olacaqdır.  Bu  onu 
göstərirdi  ki,  çar  bütün  Persiya  səltənətini  işğal  etmək  istəyir.  Parmenion 
Ekbatanada  qalmalı  idi.  Hələ  334-cü  ildən  çar  onu  rəhbərlikdən  uzaqlaşdırmağa 
çalışırdı. Onların arasında münasibət korlanmışdı, hərbi və siyasi məsələlərdə fikir 
ayrılığı mövcud idi. Parmenionun  əsas vəzifəsi Persepoldan qızılı göndərmək idi. 
Daranın ölümündən sonra Aleksandrın şərq hökmdarlarının qaydalarını götürməsi 
və  ardıcıl  olaraq  qaliblərlə  məğlubların  bərabərləşdirilməsi  çarla  Parmenion 
arasında düşmənçilik yaratdı. Ekbatana da özünün yüksək rolunu saxlaya bilmədi. 
Parmenion  öldürüldükdən  sonra  onun  vəzifəsi  boş  qaldı.  325-ci  ildə  çar 
Hindistandan  qayıdanda  Babil  onun  planlarında  aparıcı  yer  tutmağa  başladı.  Bu 
vaxt  Aleksandrın  coğrafi  təsəvvürlərində  də  xeyli  dəyişikliklər  əmələ  gəlmişdi. 
Onda okeana böyük məhəbbət yaranmışdı, bu xarici dənizə və ona tökülən çaylara 


 
77 
o, xüsusi ehtiras hiss edirdi. 324-cü ildə o, çay və dəniz yolları barədə düşünürdü. 
İndi o, güman edirdi ki, Orta Şərqin yeni mərkəzi Babil olmalıdır. 
Dara  isə  Qavqamela  döyüşündən  sonra  xeyli  qoşunun  müşayiəti  ilə 
Midiyanın dağlıq vilayətlərinə çəkildi. Aleksandrın ordusu isə güman edirdi ki, bu 
qələbələrdən  və  sərvət  ələ  keçirildikdən  sonra  çar  vətənə  dönəcəkdir.  Daraya 
məlum  olanda  ki,  kiçik  istirahətdən  sonra  Aleksandr  Ekbatananı  tərk  edib  ona 
yaxınlaşır və Böyük çarı tutmaq istəyir, başa düşdü ki, artıq onun bədbəxt taleyinin 
faciəli sonluğu gəlmişdir. Daranın taxt-taca gəlməsi də o qədər ədalətli olmamışdı 
və  məhz  Baqoyun  məkri  ilə  o,  hökmdar  postuna  yiyələnmişdi.  Aleksandrın 
yaxınlaşmasını eşidəndə iranlıların arasına panika düşdü. Saray adamları Daradan 
qaçıb  təslim  olmaq  üçün  Aleksandrı  gözləyirdilər.  Sərkərdə  Nabarzan  şərq 
satraplarına  qoşuldu  ki,  perslərsiz  və  Darasız  Şərqi  İran  dövləti  yaratsın.  Yad 
Qərbə və Əhəmənlərə düşmənçilik yenə meydana çıxdı. Qiyam qaldıranlar Daranı 
gözdən  qoymurdular  və  qaçmağını  ləngidəndə  o,  əsir  götürüldü.  Bəlkə  də 
qiyamçılar əsir götürülmüş Daranı ona təhvil verməklə Aleksandrın hüsn-rəğbətini 
qazanmaq  və  beləliklə  Makedoniya  çarının  Şərqi  İrana  irəliləməsinin  qarşısını 
almaq istəyirdilər. 
Aleksandr  isə  çox  sürətlə  irəliləyirdi  və  Daranın  aradan  çıxmasına  imkan 
verməmək  istəyirdi.  On  bir  gündə  300  kilometrdən  artıq  yol  qət  edildi  və  Raqa 
(indiki Tehranın yaxınlığında) çatdılar. İyul ayı olduğundan qızmar istidən gündüz 
hərəkət  etmək  olmurdu.  Fərarilər  Böyük  çarın  əsir  götürüldüyünü  xəbər  verdilər. 
İndi  Aleksandrı  heç  nə  saxlaya  bilməzdi.  Çar  dayanmadan  irəli  gedirdi  və  onun 
arxasınca  gələn  adamların  sayı  azalırdı.  Gəlib  çıxdıqda  düşmən  artıq  yox  idi. 
Qiyamçılar Daranı ölümcül yaralamışdılar. 
III Dara öz ömrünü belə başa vurdu. O, həqiqi cəngavər və ehtiyatlı çar idi, 
lakin  onun  düşməni  əsl  iblis  idi.  O,  adamlara  dəhşət  təlqin  edirdi,  hətta 
Makedoniya  sərkərdəsi  Kassandr  gənclikdə  Aleksandran  qorxduğunu  ömrünün 
sonuna  qədər  xatırlayırdı.  Qorxmuş  Dara  isə  elə  dəyişmişdi  ki,  hətta  kişi  kimi  də 
ölə  bilmirdi.  Çarəsizlikdən  o,  nəinki  özünün  taxt-taca  olan  hüququnu,  həm  də 


 
78 
bütün sülalənin hakimiyyətə hüququnu itirmişdi. Ona görə də Aleksandra Daranın 
varisi olmaq asan idi. 
Böyük Persiya dövlətinin tarixi dəhşətli səhnə ilə sona çatdı. 330-cu ilin iyul 
günü Aleksandr çar düşərgəsini tam çaşqınlıqda gördü. Yüklə dolu atılmış arabalar 
indi  satılırdı,  özünü  itirmiş  çay  əyanları  öz  borclarını  da  yaddan  çıxarmışdı  və 
qadınlar  hönkürürdülər.  Bu  qarışıqlıq  içərisində  Aleksandr  Böyük  çarı  və  onun 
cəlladlarını  axtarırdı,  ancaq  qatillər  yox  olmuşdu.  Onlar  öz  qurbanlarını  təqib 
edənə  qoyub  qaçmışdılar.  Ağır  yaralı  olan  hökmdar  arabada  tapıldı,  lakin 
Aleksandrı onun yanına gətirəndə artıq o, ölmüşdü. 
Faciə məzmununa bürünmüş an zamanın bütün gedişinə ciddi surətdə dəyişə 
bilir. Aleksandrın bədbəxt vəziyyətə salınmış düşmənin yanına gəlməsi belə bir an 
idi.  Qalibin  öz  məğlub  etdiyi  düşmənə  yazığı  gəldi.  Bu  mənzərə  çarı  sarsıtdı. 
Plutarxın yazdığına görə, Aleksandr öz plaşını çıxarıb ölünün üstünə sərib, cəsədi 
örtdü.  Aleksandr  daim  tarixi  anlarda  rəmzi  hərəkət  etməyi  sevirdi.  Bu  meyitin 
plaşla örtülməsi də rəmzə, simvola xidmət edirdi. Bu vaxt yəqin ki, onu təb idarə 
edirdi. Aleksandr onsuz da möhtəşəm olan bu səhnəyə barışığın müqəddəs ruhunu 
vermək  istəyirdi.  Və  bu  mərhəmətli  hərəkətin  olduqca  böyük  əhəmiyyəti  var  idi. 
Bu sadə hərəkət Şərqlə Qərbin əbədi qarşıdurmasını ləğv etmək cəhdinin rəmzi idi. 
Lakin  bu  qarşıdurmanı  aradan  qaldırmaq  asan  olmadı.  Hətta  Sezar  belə  bu 
uçurumun  üstündən  körpü  ata  bilmədi.  Qərbə  qarşı  Assiriya,  Babilistan  və 
Persiyadan sonra Parfiya, Sasanidlər və ərəblər durdular. 
Aleksandr  diz  üstə  çöküb  öz  düşməninin  cəsədi  qarşısında  dayananda  və 
qayğı ilə mərhumu öz plaşı ilə örtəndə onun bu jestində məhəbbət və xeyir obrazı 
yarana  bilərdi.  O,  ayağa  duranda  artıq  Böyük  çar,  Əhəmən,  pers  idi  və  bundan 
sonra  Persiyaya  sədaqətə  görə  adamları  əliaçıqlıqla  mükafatlandırdığı  kimi,  ona 
xəyanət  edənlərdən  ciddi  qisas  alacaqdı.  O,  heç  vaxt  bütöv  makedoniyalı 
olmamışdı,  yəqin  ki,  mükəmməl  pers  də  ola  bilməzdi.  Aleksandr  həyata  köhnə 
dünyaları  ləğv  etmək  və  yenilərini  yaratmaq  üçün  gəlmişdi.  İranlılar  üçün  də  o, 
yalnız dünya dövləti və onun mənafeləri çərçivəsində milli çar ola bilərdi. Bəlkə də 
bu vaxt bu dünya iblisindən işıq obrazı, mərhəmətlilik qəhrəmanı yaranırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə