Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   23   24   25   26   27   28   29   30   ...   120

 
79 
Aleksandr  döyüşçülərini  qoşun  yığıncağına  topladı.  Burada  o,  hərbi 
vəziyyətə qiymət verdi, yenə də güc toplayan və Şərqə təhlükə törədən müqavimət 
barədə danışdı. Aleksandr bu sözləri dedi: “İndiyə qədər siz Şərqin adamları üçün 
qorxulu kabus idiniz. Əgər sizə burada heç nə lazım deyilsə və siz sarsıntı yaradıb 
evə dönmək istəyirsinizsə, onlar qadınlara olduqları kimi sizə sahib olacaqlar”. Bu 
sözlərdə  o,  dərin  sirrini  açıqlayırdı.  O,  davam  edərək  dedi:  “Əgər  dostlar  və 
könüllülər  bəs  etsəydi,  makedoniyalılar  dünyanı  tabe  etmişdilər”.  Bu  isə 
müharibəni  davam  etdirməyi  əsaslandırmaq  məqsədini  güdürdü,  çünki  qoşun 
yığıncağı barədə hesabat Makedoniyaya göndəriləcəkdi. Qoşun yenə də möcüzəkar 
Aleksandrın toruna düşdü. Çar isə özünün növbəti məqsədini düşünürdü: düşmənin 
təkcə  son  müqavimətini  deyil,  perslərin  özbaşınalığını  da  aradan  qaldırıb,  onların 
ürəklərini fəth etmək. 
Qiyamçıların  başçısı  Bessi  təqib  etmək  üçün  Xəzər  dənizi  sahili  ilə  şərqə 
doğru  hərəkət  etmək  lazım  idi.  Aleksandr  bir  qədər  məsafə  qət  etdikdən  sonra 
Hekatompil şəhərinə çatdı. Dağlardan keçib Xəzər dənizinin sahilində, düzənlikdə 
hamı görüşməli idi. Elbrus silsiləsi ən yüksək zirvəsi olan Demavendlə birlikdə iki 
iqlim  zolağını  ayırırdı.  Şimaldakı  Hirkaniya  Aralıq  dənizi  adalarını  andırırdı. 
Burada  şirlərlə,  pələnglərlə  dolu  olan  keçilməz  cəngəlliklər  var  idi.  Aleksandr 
Xəzəri  tam  dəniz  saymırdı,  onun  qənaətinə  görə  bu  heç  dəniz  də  deyildi,  bir 
bataqlıq,  durğun  su  idi  və  o,  güman  edirdi  ki,  bu  dəniz  Azov  dənizi  və  Donla 
birləşir. 
Aleksandr  Persiya  əyanları  ilə  yeni  Böyük  çar  kimi  davranırdı,  yunan 
muzdluları  üçün  isə  o,  ellinlərin  başçısı  olaraq  qalırdı.  Korinf  İttifaqı 
yaranmamışdan  əvvəl  pers  ordusunda  xidmət  edənlər  mərhəmətlə  evlərinə 
buraxıldı.  Qalan  muzdlular  isə  Aleksandrın  qoşununda  xidmətlərini  davam 
etdirməli  idi.  İttifaq  yaranandan  sonra  Daranın  yanına  gələn  Sparta  və  Afina 
elçiləri  dövlət  cinayətkarları  kimi  həbs  edildi.  Hərbi  əməliyyatlara  gələndə  vəhşi 
dağ xalqı olan amardlara qarşı yürüşdə qəflətən hücum edib, onları özünə tabe etdi. 
Lakin bu əməliyyatda çarın sevimli atı Butsefal bir anlığa düşmənin əlinə keçdi və 
bu hökmdarın dəhşətli qəzəbinə səbəb oldu. 


 
80 
Aleksandr  Kiçik  Asiyanı,  Suriyanı,  Misiri,  Mesopotamiyanı,  başqa  sözlə 
Persiya  imperiyasının  qərb  yarısını  işğal  edəndə,  bəzi  hallarda  onu  xilaskar  kimi 
qarşılayırdılar.  Doğma  torpaqlar  –  Persiya  və  Midiya  tutulduqda  perslərə  görə 
təkcə  imperiyanın  taleyi  deyil,  öz  azadlıqları  da  sual  altında  qalırdı.  Buna 
baxmayaraq  onlar  zəiflik  göstərdilər.  İndi  isə  dövlətin  şərq  hissəsini  –  Şərqi  İranı 
və Soqdiana ilə birlikdə Baktriyanı tutmaq lazım idi. Aleksandr burada uca dağları 
gördü. “Dünyanın damından” hər tərəfə çaylar axırdı. Burada təbiətin rəngarəngliyi 
kimi adamlar da bir-birinə bənzəmirdi. Səhralar Şərqi İranı Avropadan başqa, qərb 
və  cənub  sahillərindən  və  qalan  Asiyadan  ayırırdı.  Hindistandan  isə  onu  əlavə 
olaraq uca dağlar ayırırdı. Bu ərazidə dünya tarixinin saatı dayanmışdı. Perslər və 
midiyalılar mesopotamiyalı qonşularının daha çox inkişaf etmiş mədəniyyətlərinin 
təsiri  altında  öz  sifətlərini  itirmişdilər.  Yad  qaydaları  mənimsəmiş,  köhnə 
qaydalarını isə itirməklə onlar miskinləşmişdilər. Hakimiyyət zəhəri, başqa xalqlar 
üzərində  hökmranlığın  ağırlıqları  onların  xarakterini  dağıda  bilmişdi.  Dünya 
imperiyalarının ənənəvi sxemi onları sinkretizm burulğanına salmış, bu isə köhnə 
dayaqların itirilməsinə gətirib çıxarmış, əvəzində isə yeniləri yaranmamışdı. 
Şərqi  İrana  isə  toxunulmamışdı.  Vaxtilə  buraya  gələn  Kir  onlardan  kömək 
tələb etmiş, əvəzində isə öz sədaqətini vəd etmişdi. Lakin Kir da onlar kimi iranlı 
idi  və  onları  şimal  köçərilərinin  hücumlarından  qoruyurdu,  qoşunlar  arasındakı 
toqquşmaları  yoluna  qoyurdu,  bütün  başqa  məsələlərdə  isə  onlar  olduqları  kimi 
qalırdı. Kir onları şöhrət və qənimətlə özünə xidmətə cəlb edirdi, həm də bu xidmət 
onlara  səhranın  o  tərəfində  olan  dünyanı  öyrənməyə  imkan  verirdi.  Persiya 
hökmranlığı  varlanmaq  gətirirdi,  lakin  kök  salmış  adətlərdən  imtina  etməyi  tələb 
etmirdi.  İndi  isə  vəziyyət  başqa  idi.  Qərbdən  hər  şeyi  udan  alov  gəlirdi. 
Makedoniyalı gənclərlə dil tapmaq olardı, onlar şəraba və qadına həris idilər. Lakin 
onlara  başçılıq  edən  adam  qorxulu  idi.  Hətta  məlum  deyildi  ki,  o,  allahdır,  ya 
sehrbazdır. Bir də bu lovğa, çox bilmiş yunanlar. Onlar özləri ilə dərk olunmayan 
bir  şey  gətirirdilər,  Makedoniya  çarını  da  öz  torlarına  salmışdılar.  Bəlkə  onlar 
iranlıların  da  ruhunu  və  dinini  oğurlayacaqlar.  Bir  sözlə  İran  mədəniyyəti  özü 
təhlükə altında idi. 


 
81 
Hamı  yaxşı  başa  düşürdü  ki,  başlıca  təhlükə  düşmən  süvarisi  və 
piyadasından  deyil,  çarın  öz  şəxsiyyətindəndir.  Sərkərdəyə  qarşı  ona  bərabər 
sərkərdə  qoymaq  lazım  idi.  İndi  bütün  ümidlər  Bessə  və  onun  satraplarına 
yönəlmişdi. Şərqi İran tayfaları onlarda öz rəhbərlərini görürdülər. Əyanlar isə indi 
deyildiyi kimi, xalq müharibəsinə bel bağlayırdı. Onun gücü hərəkət genişliyində, 
qəddarlıqda  və  əməliyyatların  nizamsız  olmasında  idi,  zəifliyi  isə  qüvvələrin 
parçalanmasında,  dəstələr  arasında  hər  cür  fikir  ayrılığının  meydana  gəlməsində 
idi.  Aleksandr  belə  müharibənin  təhlükəsini  əvvəlcədən  gördüyünə  görə  bütün 
vasitələrlə ondan qaçmaq istəyirdi. Lakin xalq müharibəsi alovlandı və Aleksandra 
onun üçün yeni olan bu müharibədə də qalib gəlmək müyəssər oldu. 
Baktriyadan xəbər gəldi ki, Bess Artakserks adını götürmüş və özünü Böyük 
çar  adlandırır.  Onu  tutmaq  üçün  Aleksandr  şərq  yolu  ilə  getdi,  sonra  isə  şimala 
buruldu. O, həlledici zərbə vurmaq istəyəndə dəhşətli xəbər gəldi ki, Ariya əyaləti 
bunt  qaldırmışdır  və  ona  təslim  olmuş  satrap  Satibarzan  xəyanətkarlıq  etmiş  və 
qiyam  qaldıranlara  başçılıq  etməklə,  öz  paytaxtı  Artakoanda  qoşun  toplayır.  Bu 
Aleksandrın  bütün  planlarını  pozdu.  O,  yüngül  qoşunla  yola  düzəldi.  Satibarzan 
Aleksandrın  qəflətən  onu  haqlayacağından  qorxub,  Bessin  yanına  qaçdı. 
Mühasirədən  sonra  Artakoan  qalası  təslim  oldu.  Aleksandr  arianları  qəddarcasına 
cəzalandırdı.  Burada  o,  Arian  Aleksandriyası  şəhərinin  əsasını  qoydu.  Herat  adı 
altında bu şəhər indiyə qədər qalır. 
O,  Bessə  birbaşa  hücum  planından  əl  çəkib,  Kabil  vadisi  və  Hinduquşdan 
keçməklə  Baktriyaya  girmək  istədi.  Bu  çox  qorxulu  marşrut  idi,  düşmənlə 
toqquşma əlverişli olmayan şəraitlərdə baş verə bilərdi. Satibarzan öz eskadronları 
ilə Baktriyadan qayıtmışdı və yenidən Ariyaya girmişdi. Bessin göndərdiyi Barzan 
Parfiyanı  hədələyirdi.  Öz  arxası  tərəfdən  olacaq  yeni  hücumu  dəf  etmək  üçün  o, 
pers  Artabazın  başçılığı  altında  ekspedisiya  korpusu  göndərdi.  Satibarzan  həqiqi 
cəngavər  kimi  korpusun  hərbi  xadimlərindən  olan  Ergini  qoşunlar  qarşısında 
döyüşə  çağırdı  və  bəxti  gətirən  rəqibinin  nizəsi  onun  və  bütünlükdə  üsyanın 
taleyini  həll  etdi.  Azadlıq  uğrunda  igid  mübarizin  ölümündən  sonra  Aleksandrın 
düşmənləri gücünü itirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə