Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   46   47   48   49   50   51   52   53   54

və  ya  digər  bədii  əsərdə    ən  cüzi  eyham  kifayət  idi  ki,  qavrayış  sözaltı,  sətiraltı  
məaları əxz eləsin.Paradoksallıq ondadır ki, çox zaman gerçəklikdə  heç olmayan 
mətləblər  də    “  aşkarlanırdı”  və    dissident  tərəfə  yozulurdu.Bir  qədər  mübaliğəyə  
yol    verib  demək  olar  ki,  “  Xruşşov    mülayimləşməsi”  çağlarından  sonra  
Azərbaycanda  rejimə  və  onun  ideologiyasına    sidq  ürəkdən  səmimi  və  düşünüşlü  
halda  qulluq edən elm mədəniyyət və incəsənət xadimləri yox idi. 
Bu  məsuliyyətli  və  çox  gümün  ki,    mübahisəli  mülahizədən  sonra  birbaşa  
teatr  prosesinə  keçməzdən  öncə  ədəbi  prosesdə  baş  verən  qanunauyğunluqlara 
baxaq .Görkəmli alim və tədqiqatçı Yaşar qarayev “ sovet ədəbiyyatı” anlayışının 
durğunluq zamanında mahiyyətini araşdırarkən yazır : “ tarixi  mərhələ  xronoloji  
əhatə  baxaımından  o  da  “  sovet  ədəbiyyatı  “idi,  amma  artıq  klassik  anlayışda  
“ sovet ideologiyasına  xidmət etmirdi, əslində həqiqi ədəbiyyat təkcə öz varlığı ,  
öz mövcudluğu ilə  qeyri-bəşəri , qeyri-humanist  cəmiyyətə, rejimə qarşə həmişə 
daxili bir müxalifətdə durur,  onun əsaslarına qarşı yönəlir ...Bütövlükdə ədəbiyyat 
öz  pafosu  etibarı  ilə    ehkama  qarşı  çevrilmişdi,  ədəbi  tənqidin  müvəqqəti 
nümyəndələri müəyyən, nəzəri , metedoloji  əməliyyalar nəticəsində ədəbi prosesi  
ehkamdan  qorumaq  üçün  “  zireh”    xarakterli    ideoloji  estetik  sxemlər 
yaradırdı.”qalxan”  funksyalarını  yerinə yetirən anlayışları ortaya çıxarırdı : belə 
ki,    tənqidin  uydurduğu    “  mikromühütdə”  baş  verən  və  yazıçılarımızın  təsvir 
etdikləri  eybəcərliklər  “  mikromühitdə”  təsadüfi,  xarakterik,  titpik  olmayan 
hadisələr  idi.Bunları  aşkarlayan  Y.Qarayev  yazır:  “  Bu  əlbəttə  ,  doğru  deyildi      : 
çünki  hamı  üçün  açıq-aşkar  idi  ki,    sosialist  cəmiyyəti  başdan  ayağa  bu  cür  
mühitlərin  cəmindən  ibarət  idi,  lakin    cəsarətli  bədii  əsərlərin  hüquqi-  estetik 
cəhətdən  təhlükəsizliyini təmin etmək, onun bədii statusunu qanuniləşdirə bilmək 
üçün  həmin  anlayışlar  o    zamana    görə  əlbəttə,    əxlaqi    və    estetik  əsaslrdan  , 
bəraətdən məhrum deyil “ 
Teatr  prosesini izləyən Azərbaycan teatr  tənqidi də eyni platformadan çıxış 
edərək” cəsarətli” tamaşaları eyni  üsullarla müdafiə edirdi. 
Durğunluq zamanının  bütövlükdə mədəniyyət və incəsənətdə olduğu kimi, 
teatr      prosesi  də    iki  xassəli  olub,  birbaşa    “  məth”  və  dolayı  yollarla  “  etiraz”  


keyfiyyətli  potikanı  meydana  çıxarmışdı.Birincisini    tam  aydın    və  bayağı 
olduğundan kənara  qoyub, ikincisinə diqqət yetirək . 
Aydın    məsələdir  ki,  açıq    və  birmənalı    “etiraz”    sovet    gerçəkliyində  
təsəvvüredilməz  hadisədir,    amma  teatr    düşüncəsində  artıq    mənimsənilmiş  
mimikriya  (  şəraitə  uyğunlaşmaq  )  üsulları  idi    və  bu  üsullarla    hər    üç  ənənəvi 
poetikanın  (  “sehr”,  “  seyr”  və  “  sehrli  seyr”)    özülü  kauzal  və    eqzistensional 
konfliktlərin bədii  təcəssümləri  verilirdi. 
Kauzal  konflikt AZərbaycan milli teatr düşüncəsinin  konseptuallaşdırılmış  
“ lirik  -psixoloji üslub”unda  fəal istifadə olunurdu.Y.Qarayevin rəhbərliyi ilə bu 
aparıcı    ideoloji  estetik  üslub  hərtəfli  öyrənilib  və  biz  indi  açıqlaması  mümkün 
olan( mimikriya  ) keyfiyyətlərini  göstərmək istərdik. 
Birinci  keyfiyyət  ədəbiyyatımız  üçün  o  zamanlar  universal  olan 
“  lokallaşdırılma”    priyomu  ilə təyin  edilirdi  :  hər hansı   sosial-  iqtisadi  , sosial- 
psixoloji  xassəli  eybəcərlik    və  ondan  doğan  konflikt    makromühitdə  
lokallaşdırılaraq  “    guya  ki,    mənəvi  sağlam  sosialist  “  mikromühitinə”  qarşı 
qoyulur  ,  sosializm    dəyərləri  ,  “  Kommunizm    qurucusunun  kodeks”ində  ehtva 
olunan  mənəvi sistemə əsasən “ifşa olunurdu” 
İkinci    keyfiyyət  də  müəyyən  mənada  universal  bir  priyomla    “  mənaların 
köçürülməsi”  əməliyyatı  nəticəsində  gerçəkləşirdi.Belə  ki,  “  kommunist  dünya 
görüşünün  mənəvi  əxlaqi  dəyrlər  sistemi  “ni    önə  çıxararaq    hər  hansı  mənəvi 
əxlaqi dəyrləri istifadə etmək  mümükün olurdu: hətta dinidəyərlər  də kommunist 
sisteminə  köçürülüb,  hər hansı naqisliyə qarşı  qoyula bilərdi. 
Üçüncü  keyfiyyət konfliktin lirik-psixoloji  xassəsi ilə təmin olunurdu, yəni  
konflikti  qəhrəmanın  iç dünyasına  lirik-psixoloji kontektinə yerləşdirməklə  bir 
çox sərt   siyasi –ideoloji yasaqlardan qorunmaq imkanı əldə olunurdu. 
Mimikriyanın    dördüncü    keyfiyyəti    “  mənfi    qəhrəmanın    “  özünü    ifşa 
niyyəti  ilə    dilindən  səslənən    bəlli    sosial    həqiqətləri    olduğu  kimi  vermək  
priyomuyla  gerçəkləşirdi.Bu  priyomun vasitəsi  ilə əslində  “zəmanə  adamının 
“  canlı  və  dürüst    obrazı    yaradılırdı  .Yeri    gəlmişkən  ,  C.Cabbarlının    mənfi  , 


düşmən    obrazlarını    xatırlasaq  ,  bu  ənənəvinin  qaynaqlarını    və  yaranma  
səbəblərini  də aydın  görə  bilərik. 
Lirik- psixoloji  üslub  bir qayda olaraq “ drama “  janrından  faydalanırdı :  
birinci  ona  görə  ki,  “  faciə”    janrı  üçün    sovet  gerçəkliyində  “  səbəb    və  şərait 
yoxdur “  tezisi çox şərt  qorunurdu, ikincisi isə, ona görə ki,  “ dram”  müəyyən 
mənada  məntiqli  və  üzvi  konflikt  həllini  nəticəni    göstərməyə  imkan  verirdi, 
qəhrəmanın məğlubiyyəti “ mənəvi tənətənəsi” ilə tarazlaşdırılırdı. 
Ekzistensional konflikti   realizə etmək  üçün də  ideoloji estetik mimikraya 
əsas üsul idi: bundan ötrü  hər hansı qərb dramaturqunun ( klassik ya müasir-  fərqi  
yox  idi)  əsəri  götürülür      və  “  kapitalizm  dünyasının  dəhşətlərin  ifşası  “  adıyla 
dövrün mühüm  varolma məslələri  təhlil və təsvir olunurdu.Yuxarıda götərdiyimiz  
“işarədən qanmaq “    prinsipinə bağlı olan qavrayışın sayəsində  ünvan asanlıqla  
müəyyənləşdirilir, dövrün səciyyələri tərcümə edilərək istənilən kimi yozulurdu... 
Durğunluq  zamanı    “  komediyaya”  üstünlük  verilməsi    teatr    prosesinin 
“  özünü  müdafisəi  “  kimi  anlaşıla  biər.Bayağı  ,  bəsit  ,  qeyri  –estetik  və  qeyri 
peşəkar    səciyyələri  ilə  birlikdə    teatr  prosesinin  komik    keyfiyyəti  teatr 
düşüncəmizi  staqnassiyadan,  qurmaqdan  qurtardı.  Görkəmli  komedioqraf 
S,Rəhmanın  yaradıcılığını  yeni  gözlə  təhlil  edən  Y.Qarayev  yazır  :    Fitrətən 
narahat, nigaran bir ruh, təbii gülüş vergisi və enerjisi, kinayaə və rişxənd – bütün 
bunlat şüuru və  vicdanı həmişə sayıq və oyaq saxlayır, yaddaşı və qyrəti kar  və 
kor    qalmağa  qoymur,    fərdi  istedadı  və  şəxsiyyəti  bəzən  ,  hətta  hamının  məruz 
qaldığı nadanlıqdan qoruyur. 
 
 
 
 
5.  ”YENİDƏNQURMA“(PERESTROYKA)DÖNƏMİNDƏ 
     YENİ TEATR PROSESİNİN SIÇRAYIŞI 
    VƏPOETİKANIN  MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə