Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   46   47   48   49   50   51   52   53   54

əməliyyatda da  səmərli toxum yox  deyil: çünki  “ sovet dövrü “  ictimai- tarixi 
mərhələ  kimi  tariximizin    danılmaz  hissəsidir    və  onun  təhlili  bir  çox  mühüm 
məsələləri  açıqlayır.  Amma    “  Uzaq    proqnoza”    -  İdealına  yönəlmiş  proses  
nöqteyi  nəzərindən  “  sovet  dövrü”  bütün  başqa  sahələrdə  olduğu  kimi  mürəkkəb 
bir  mərhəllə  kimi  qavranılmalıdır.Mürəkkəbliyin  başlıca  bir  səciyyəsi  də  ondan 
ibarətdir  ki,  bütün  universal  proseslər    öz  əbədi  hərəkətini    qoruyub  saxlamış, 
amma  nəticələri  təbiri  cayizsə  ,  məhsulları    deformasiyaya    uğramışdır.Belə  ki, 
gördüyümüz kimi  milli teatr  prosesi  institusiional  səviyyəyə  yüksələ   bildi.Bu 
proses  labüd  və  universaldır.Eyni  zamanda    dövlət  nəzarəti  altında  inkişaf  edən 
proses  təbii ki,  dövlətin dəyərlər sisteminə uyğun   poetikaya  – baxım bucağına 
konfliktə, dil- ifadə vasitələrinə tabe olmalı idi.Yeri gəlmişkən , eyni hal ,  musiqi, 
aşıq  sənəti  və  başqa  sənət  növlərində  də  özünü  göstərirdi  :  partiyanı  ,  Sovet 
Vətənini  ,  rəhbərləri  tərənnüm  etmədən  heç  bir  sənət  növü    yaşamaq  hüququnu 
qazana bilməzdi.... 
Tarixi baxımdan  çox qısa  olan  “ sovet  dövrü “ təbii  ki,  minilliklərə  bağlı 
olan  milli sənət təfəkkürü və düşüncəsinə  köklü təsir göstərə  bilməzdi.Fikrimizi 
yüz  illərlə  müstəmləkə  altında  qalan  ,  amma  milli  sənət  proseslərinin  
universallığını  qorumuş  bir  çox  milli  mədəniyyətlərin  tarixi  təsdiqləyir. 
Gördüyümüz  kimi  ,  daha  həsas  ,  müəyyən  mənada  kövrək  və  mütəhərrik  olan  
poetika    məhz  prosesin  züərində  aparılan  əməliyyatların  təzahürü  kimi   
institussional  şərhlərə  bağlı  olur.  Bu  mənada  poetikanın  deformasiyası 
tədqiqatçıdan  ötrü  daha  dərin  qatlarda    gedən  proseslərin  işarələridir  :    təhrif 
olunmuş  dəyərlər  İdealın  dəyişməz  dəyərlər  sistemini    daha  aydın    vəq  abarıq 
şəkildə    əyaniləşdirir.Tarix    isə    növbəti  mərhələdə    əbədi  həqiqəti  təsdiqləyir  :  
milli  sənət  təfəkküründə    və    düşüncədə    gedən  prosesləri    yalnız  millətlə  birgə  
məhf etmək mümkündür. 
 
 
 
 


 
 


III . MÜSTƏQİLLİK  İLƏRİMİZİN  TEATR  
 PROSESİNİN  TƏLƏBLƏRİ  
Müstəqillik  uğrunda  mübarizə,  elan  olunmamış  müharibə  və  bazar 
iqtisadiyyatına keçidin ilk  mərhələsinin son dərəcə ağır iqtisadi şərtləri, inflyasiya  
və  istehsalat  səviyyəsini  aşağı  düşməsi    və  bu  kimi  proseslər  hər  hansı  mədəni 
proseslərin ehtiyacları  “ gündəlikdən  “ixtisar etməyə qadirdir. 
Siyasi    sabitsizlik  fonunda    baş  verən    siyasi-  iqtisadi  ,  sosial  –  ictiami 
hadisələr  teatr    prosesini    bu  vaxta  qədər    rastlaşmadığı  problemlərlə  üz-  üzə 
qoydu.Məsələ  ondadır  ki,  bu    böhran  xarakterli    problemlər  zahirən  sağlam    və 
müsəssisə    kimi  fəaliyyətdə  olan    teatrların      içində  getdiyinə  və  məhz 
aşkarlanmadığına  görə    təhlükəlidir.Bu  mərəzin    latend  (  gizli  -  qapalı  ) 
mərhələsində teatr  prosesinin  dayaq kateqoriyalarının etibardan düşməsi təhlükəsi 
heç  də  mücərrəd  məsələ  deyil.Birinci  növbədə    zərbə  altına  düşən    teatr 
düşüncəsinin psixoloji  motivassiyası ( məqsədlərin əsaslandırılması)  və  yaradıcı 
enerji  qaynaqlarıdır.Bu  iki  məsələ  yetərsiz  hala  düşdükdə    prosesin  dinamikası 
zəifləyir  və halqavari reaksiya kimi  digər  önəmli səciyyələrə   təsir  göstərməyə 
başlayır.Yetmiş il dövlət sistemi tərkibində müəyyən ideoloji və iqtisadi nəzarətin   
altında  baş verən  teatr  prosesi   mütləq azadlıq  şəraitində  gərəksizlik  sarsıntıları 
burulğanında  fırlanaraq öz missiyasını yerinə yetirməkdən məhrum olur.  
Bu sətirləri yazdığımız vaxta  qədər baş vermiş siyasi –ictimai proseslər teatr  
prosesinin siyasi baxımdan parçalanmasına səbəb  oldu. 
Siyasi-iqtisadi  prosesləri    proqnozıaşdırılan  inkişaf  da    yeni  sosiopsixoloji 
sarsıntılar  gətirəcəkdir  ki,    bu  yeni  sarsıntılar  da    teatr    prosesini  tam  mənada 
ümumi inkişaf  konekstindən təcrid edə  bilər. 
Yeni  şəraitdə  teatr  dövlət-  cəmiyyət    sisteminin    tam  yeni  əsasları  təyin 
olunmalıdır  ki,    teatr    düşüncəi  üzvi  şəkildə    öz  tarixi  inkişafını  davam  etdirə 
bilsin .Bu gün biz  keçmişin səhvlərini təkrar etməməliyik və teatr  prosesini bazar 
iqtisadiyyatının  stixiyasına    təkbaşına  buraxmamalıyıq  :  artıq  institussional 
mədəniyyətmizin  tam  hüquqlu  hadisə  və  təsisatı    olan  teatr    sənətinin  dövlət 
himayəsi və ictimaiyyətin diqqətini tələb etməyə haqqı var. 


Müstəqil  Azərbaycan  milli  mədəniyyətinin    inkişaf  problemlərinə  bənzər  
problemlər  bu  yola    bizdən  əvvəl  qədəm  qoymuş  Türkiyə  mədəniyyətində 
öyrənilib  və  müəyən  təcrübə  əldə  edilib,  yəni  ,  indi  qarşı-  qarşıya  durduğumuz 
problemlər  dünya  mədəni  düşüncəsi    üçün  yeni  deyil    ə  lazım  gəldikdə  
faydalanmaq  üçün  məxəz   və qaynaqlar da    mövcuddur.Bir sözlə teatr  sahəsində 
islahatlar    aparmaq  zamanı    yetişibdir    və  gecikdirilən  hər  gün  teatr    prosesini 
gücdən salır ona xas  olmayan  keyfiyyətlər  və istiqamətlər qazandırır. 
Müstəqillik    illəri  ərzində  mədəniyyət  və    sənət  təfəkkürümüz    xeyli 
siyasətləşmiş  ,    son  zamanlar  isə    kommersiyalizassiya      meyilləri 
güclənməkdədir .Eyni zamanda nəzəri-  konseptual qatda  bir sıra yeni məziyyətlər 
əldə olunmuş və teatr  prosesinə   baxım bucağı  xeyli genişlənmişdir. 
Nə  zamansa  aparacağımız    teatr    islahatları  heç  ,  şəksiz  ki  bitgin  bir  
konsepsiyanın  realizəsi    olamlıdır  ,  hər  halda  bu  sağlam  düşüncənin 
tələbidir.Amma  çox  təəssüf  ki,  tarixin bizə  verdiyi hazılıq zamanından səmərəli 
sitifadə  etmədik..7    il  ərzində  teatrımız  soial-  iqtisadi  qatda  yalnız  və  yalnız  
varlığının uğrunda  çarpışdı ,  vuruşdu və  gələcəyi   haqqında düşünməyə macal 
belə tapmadı . 
Etiraf  edək    ki  ,  geniş  müzakirəyə  çıxarılan  bu  qeyidlər  də  ,  hazır 
konsepsiyadan  çıxarışlar  deyil,  ortalığa  atılan  məsələlər    tədqiqatçının    köklü  
problemin başlıca səciyyələrini göstərmək cəhdidir. 
Müstəqillik əldə etdiyimiz   gündən bəri teatr  səhnəsində başlamış , əslində 
mahiyyətcə kortəbii , keyfiyyətcə isə səmərəli proseslərin nəticəsində məlum oldu 
ki,  yalnzı dövlət  sistemində  fəaliyyət göstərən  müəssisələr , yaxşı – yaman öz 
varlıqıarını qoruya bildilər .Göbələk  surəti ilə  çoxalıb- artan  özəl teatrlar özlərini 
nə  yaradıcı  ,  nə    də  iqtisadi  baxımdan  doğrultmayıb  tez  bir  zamanda    da  yox 
oldular.Bələdiyyə teatrları isə təşkilat kimi  var olsalar da bədii  cəhətdən hələ  öz 
sözlərini    deməyiblər.Odur  ki,  yeni  zamanın    meydana  gətirdiyi    yeni  teatr 
müəssisələrinin  problemlərini  açıqlamağı  sonraya  saxlayıb,    buradaca      Dövlət  
tearlarının yeni  dövrdəki fəaliyyət problemlərinə nəzər yetirək. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə