Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
 
İyirminci  illərdən günümüzə qədərki Azərbaycan ədəbiyyatını siaysi-ictimai 
proseslərlə    bağlılıqda  təhlil  edən  Y.Qarayev  “ən  son  dövrü”  araşdırarkən  yazır  :  
“ ...1985-ci ildə illə 19912-ci illər arasındakı zaman zolağını da həm ədəbiyyatda 
həm  də  tənqiddə  bu  günkü  tarixi  finala    gətirib  çıxaran  qanunauyğunluq 
baxımından  bir  vakuum        “  ozon  boşluğu”    hesab  etmək  olmaz:  siyasətdə  də 
ideologiyayada  da  bilavasitə  bugünkü    mərhələnin  astanası    bu  dövrün  sosial  ,  
ictimai  və    ədəbi  hadisələri  oldu”.Eyni  sözləri  kiçicik  bir  fərqlə    teatr    prosesinin 
gedişatı və təbiətinin dəyişməsinə də  aid etmək olar : biz bu dönəmi 1990-cı il” 
Qara  yanvar”  günlərində    bitmiş    hesab  edirik.  O  dəhşətli  faciədən  sonra   
Azərbaycan düşüncəsi  , o  cümlədən    milli  sənət təfəkkürü     tam  yeni  istiqamətdə 
inkişaf etməyə başladı . 
Kommunist    düşüncəsi  və  bütövlükdə    rejimin    yeniləşmə  idealogiya  və 
strategiyası  M.Qarbaçovun “ Yenidənqurma və ölkəmizlə bütün  “  “ dünya üçün 
yeni  düşüncə    (Перестройка   и  новое   мышление   для   нашей    страны  и для   
всего  мира)   kitabında əks olunmuşdu.Bu yuxarıdan başlanan inqlabın məqsədi 
əslində  “ insan sifətli sosialzim “ yaratmaq  idi.Onun təkan c=verdiyi proseslər isə 
tezliklə  süni  axarını  aşıb  öz  səmtlərində  hərəkətə  başladılar.Aşkarlıq, 
demokratlaşma    ,  müəyyən  plüralizm  başlıca  vasitələr    kimi  elan    olundu    və 
Qorbaçovun  təbirincə  :  “  ...Sovet    cəmiyyətinin    sosial-  iqtisadi    və  mənəvi 
inkişafının      əzmlə  surətləndirilməsi  keyfiyyətcə  yeni  hallara    doğru    yollarda 
radikal  dəyişikləri nəzərdə tutur.” 
Kommunistlərin  nəzərdə  tutduqları”  radikal    dəyişikliklər  “    SSRİ-də 
“ torpaq altında”   mürgüləyən proseslərə  təkan verdi və bir azdan  bu proses  milli 
azadlıq hərəkatı kimi özünü bəyan edib, fəaliyyətə başladı. 
Mədəni və mənəvi qatda bu hərəkat azadlıq,  müstəqillik, millətçilik və milli 
dövlətçilik    ideya  və  ideyalarını  oyatdı  və  tez  bir  zamanda    bu  ideyalar  sənət  
təfəkkürünün   aparıcı  amillərinə çevrildi. 


Mürəkkəb və bu günə qədər açıqlanmayan hadisələr  və təsirlər nəticəsində 
idarə olunan inqlab prosesi tez bir zamanda nəzarət altından çıxıb qanlı hadisələrlə 
səciyyələndi və super ölkənin dağımasına gətirib çıxartdı. 
Bu dönəmdə  teatr  prosesi yenə də  ikili xarakter daşımaqda idi :  sırf  bədii 
yaradcı  baxımdan buxovlardan, yasaqlardan azad olunmuş teatr  düşüncəsi  irəliyə  
sıçrayış  üçün  hər  cür  imkanlar    qazandı    və  bir  müddət  onlardan  yetərincə 
faydalandı.Məzmun  qatında  bütün  riyakar  ,  ikiüzlü    sxemlər  kənara  atıldı,  milli 
mədəniyyət,  mənəviyyat,  o  cümlədən  dini  dəyərlər  bərpa  olundu,    milli  azadlıq 
hərəkatının  ideya  və  ideyaları  prosesin    ideya  sistemliyini  təyin  etdi.Poetikanın   
forma və  məzmun yaradan amili – konflikt “ siyasi – inqlabi  xarakter aldı, tarixi 
mövzular başlıca yer  tutdu. 
Digər  tərəfdən  isə  gündən  günə  güclənib  kəskinləşən,  dramatik  və  faciəvi  
gərginliyə  malik    siyasi-  ictimai    proseslərin    enerjisi  teatr    prosesinin  ictimai 
əhəmiyyətini  maksimal  dərəcədə  azaltdı  :    müxtəlif    qurultaylar,  konfranslar,  
mittinq- nümayişlər, qarşıdurmalar, qanlı  tokkuşmalar və s.. həyati hadisələr bədii 
təxəyyülün  məhsulu  olan  səhnə  hadisələrin  psixoloji  təsir  gücünü  az  qala    heçə 
endirmişdi.Seks , homoseksualizm  və hər cür  əxlaq  pozğunluğu  mövzularından 
faydalanan  Rusiya teatr  düşüncəsindən fərqli  olaraq  milli teatr  düşüncəmiz  bir 
müddət sanki  “mövzu boşluğunda “qaldı  və siyasi  - ictimai proseslərin axarında 
itdi.Praktiki  olaraq  teatr  sənətinin    paradoksal    dönəmi    başlanmışdı  :  mənəvi 
ideoloji  azadlıq    onun  fəaliyyətini  xeyli    çətinləşdirmişdi.Rusiya    teatrları  bu  
böhrandan çıxmaq üçün vaxtı ilə yasaqlanmış və ya dissident ədəbiyyatına əl atdı 
və  bir  müddət  yenə  də    siyasi-  ictimai    əhəmiyyətini  bərpa  etməyə  müyəssər 
oldu.Azərbaycan mədəniyyətində bu cür faktların demək olar ki, tam yoxluğundan 
teatr    prosesi  bundan  faydalana  bilmədi    :    bir  –iki  nəzərə  çarpan  cəhddən  sonra 
proses  səngiməyə başladı.Yenidənqurmanın yeni iqtisadi siyasəti  teatr  prosesinin 
zahiri  səciyyəsinə  müsbət    təsir  göstərdi  ki,  Azərbaycanda  əsasən  Bakıda  yeni 
teatrlar yaranmağa başladı, amma  kəmiyyətdən keyfiyyətə keçid o qədər də nəzərə  
çapmadı  :  yeni  açılan  teatrlar    yalnız    öz  azadlıq  və  müstəqillik    hüquqlarından 
faydalandı : özəl poetika  və yaradıcı metodlarıyla fərqlənən yalnız iki teatr -  Milli  


Akademik  Taetrın  nəzdində  yaradılmış    “  Yuğ”  və    müstəqil  “  Gənclər  “  teatr  
studiyaları ( 1989)  oldu. 
Yenidənqurma  dönəmində    teatr    prosesinin  elmi-nəzəri    təzahürü  daha 
əhəmiyyətli  oldu.Belə  ki,  “  yeni  düşüncə  “  bir  çox  əski  dəyərləri  yeniləşdirib  
yaradıcı prosesə qatmaq imkanını verdi . 
Çılğın  siyasi  –ictimai    proseslərin  gedişatında  ümumtürk  mədəniyyəti  , 
ənənəvi  islam  mədəniyyəti  və  qabaqcıl  Qərb  mədəniyyətinin    mənəi    və  estetik 
dəyərlər 
sistemliyi 
bərpa 
olundu.Poetika 
məhz 
bu 
sintetik 
sistemlə 
müəyyənləşdirildi. 
Müəyyən mənada  yenidənqurma  dönəmi teatr  prosesini nəzəri konseptual 
baxımından əsrin əvvəllərinə qaytardı , yeni məqsəd  və vəzifələrini dərk etməyə 
məcbur olan teatr düşüncəsi zamanın zəncirinin qırılmış  bəndlərini bərpa etməklə  
tarixi təhrifləri düzəltməyə başladı. 
Bu  proses    hələ  davam  etməkdədir  ,  çünki  sonrakı    siyasi-  ictimai  soisal- 
iqtisadi      və  dövlət    quruculuğu  prosesləri  yenə  də  teatr    prosesini    müxtəlif 
xarakterli çətinliklərlə  baş başa qoyub inkişaf surətini xeyli zəiflətdi. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  1990-cı  ilin    yanvarında    Rusiyanın  milli 
düşüncəmizə  hər    cür  təcavüzünə  son  qoyuldu  :  qanlı  faciənin  dəhşətli 
sarsıntılarında    yenidənqurmanın  uzağa  yönəlmiş    planları  puç  oldu  və  milli 
düşüncəmiz  tarixində  ikinci dəfə olaraq hər cür məsuliyyəti öz  üzərinə götürdü. 
O, cümlədən milli mədəniyyət və incəsənətin inkişafını  məsuliyyətini... 
Təsvir  olunmuş  məzərədən  aydın  görürük    ki,  təhlil  etdiyimiz  dövrdə  teatr  
prosesinin    institussional    səciyyələri  aparıcı  amillərə    dönərək    prosesin 
universallığını  maksimal  dərəcədə    məhdudlaşmağa  gətirib  çıxardı.Burada  
xüsusilə  qeyd  etməliyik  ki,  səbəb    -nəticə  bağlılığını  nəzərə  alaraq    milli  teatr 
poetikasının  deformasiyasını    məhz    prosesin  hərəkət    imkanlarınınpotensialının 
zəifləməsində    görürük.Bu  məntiqin  davamı  kimi    göstərməliyik  ki,  poetikanın  
deformasiyasını  yalnız  proseslə    bağlılıqda  qəbul  etmək  olar:  əks  təqdirdə  biz  
“  Azərbaycan  sovet    teatr    poetikası  “    anlayışını  qəbul  edərək    teatr  tariximizi 
mexaniki  şəkildə  iki  yerə  bölməyə    məcburuq  .Buradaca    qeyd  edək    ki,  bu 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə