- 116 -
Periferik qanda dinamikada əməliyyata qədər və əməliyyatdansonrakı 1-3, 5-7 və 10-14
sutkada limfositlərin fenotip tərkibi (CD3+ - T-ümumi limfositlər, CD4+ - T-helperlər, CD8+ - T-
supressorlar, CD19+ - B-limfositlər) monoklonal antitellərdən istifadə etməklə qeyri-düzünə
immunoflüoressensiya metodu ilə və zərdab immunoqlobulinləri (Jg A, M, G) “Pars Azmun” (İran)
firmasının reaktiv dəstilə immunoturbidometrik üsulla təyin edilmişdir. Xəstələrdə həmçinin,
faqositar indeksi (Fİ) və dövran edən immunokompleks (DİK) də öyrənilmişdir.
Sitokin profilinin vəziyyəti əməliyyata qədər, əməliyyatdansonrakı 3 və 7-ci sutkalarda qanda
TNFα, İL-4 və İL-8 konsentrasiyasının İFA üsulu ilə təyininə əsasən qiymətləndirilmişdir.
Xəstələrdə lipidlərin peroksidləşməsi (LPO) – antioksidant müdafiə (AOM) sistemi
göstəricilərindən olan dien konyuqatları (DK), malon dialdehidi (MDA) və katalaza aktivliyi (KAT)
eritrositlərdə dinamikada əməliyyata qədər və əməliyyatdan sonra dövrün 1-3, 5-7, 10-14-cü
sutkalarında öyrənilmişdir (26).
Endogen intoksikasiya markerlərindən olan orta molekullu peptidlər (OMP) qanda və sidikdə
В.В. Николайчук с соавт. (32) üsulu ilə təyin edilərək, plazmadakı OMP miqdarının sidikdə olan
OMP
miqdarına
nisbəti olan ifrazetmə indeksi (İİ) hesablanmışdır. Dinamikada qanda
intoksikasiyanın leykositar indeksi (İLİ), qanda qalıq azot, sidik cövhəri, kreatinin, ümumi zülal və
albumin səviyyəsi də öyrənilmişdir.
Həmçinin, xəsətlərdə qaraciyərin bir sıra funksional göstəriciləri (ümumi bilirubin, qələvi
fosfotaza – QF, Alanin Aminotransaminaza – ALT, Aspartat Aminotransaminaza – AST) və bir sıra
elektrolitlərin (K
+
, Na
+
və Ca
2+
) miqdarı da təyin edilmişdir.
12 praktik sağlam şəxsin analoji göstəriciləri norma kimi götürülmüşdür.
Alınan nəticələr variasion statistika və Uilkokson-Manna-Uitni meyarından istifadə etməklə
qeyri-parametrik üsulla işlənilmişdir. Alınmış göstəricilərin müqayisəsi və qiymətləndirilməsi üçün
müqayisə qruplarında “Şanslar nisbəti” (ŞN) və bu göstəricinin 95%-li “etibarlılıq intervalı” (Eİ)
hesablanmışdır.
Nəticələr və onların müzakirəsi. Aparılmış tədqiqatlar YP diaqnozu ilə daxil olan xəstələrdə
qanda DK, MDA, OMP, İLİ, qalıq azot, sidik cövhəri, kreatinin, sidikdə OMP miqdarının,
həmçinin, plazmadakı OMP miqdarının sidikdəki OMP miqdarına nisbəti olan İİ səviyyəsinin
artması, qaraciyərin bir sıra funksional göstəricilərinin (ümumi bilirubin, ALT, AST, QF)
yüksəlməsi fonunda qanda KAT aktivliyinin, ümumi zülal və albumin konsentrasiyasının, K
+
, Na
+
və Ca
2+
kimi elektrolitlərin miqdarının azalması müəyyən edilmişdir. Lipoperoksidləşmə
proseslərinin intensivləşməsi fonunda antioksidant sistemdəki supressiya halının və Eİ-nin dərinliyi,
eləcə də qaraciyərin funksional göstəricilərində və elektrolit balansındakı dəyişikliklər də YP-nin
MPİ üzrə ağırlıq dərəcəsindən birbaşa asılı olmuşdur (7, 14).
Hər iki qrupun xəstələrində MPİ-I ağırlıq dərəcəsində qanda DK, MDA, OMP, İLİ, kreatinin,
qalıq azot, sidik cövhəri, ümumi bilirubin, ALT, AST, QF, KAT aktivliyi kimi göstəricilərin
mülayim artımı fonunda ümumi zülalın, İİ-nin, albumin və elektrolitlərin (K
+
, Na
+
və Ca
2+
)
miqdarının azalması hüceyrə (CD3+, CD4+, CD8+ - limfositlərin, Fİ və CD4+/CD8+ nisbətinin
azalması) və humoral immunitetdə (CD19+ - limfositlərin, Ig A, M, G konsentrasiyasının və DİK
səviyyəsinin), həmçinin, sitokin balansında olan pozğunluqlarla (normaya nisbətən qan zərdabında
statistik dürüst TNFα konsentrasiyasının 2,9 dəfə, İL-8 və İL-4 səviyyəsinin isə müvafiq olaraq 3,3
və 6,0 dəfə artması) müşayiət olunmuşdur (7, 27, 28)
Əməliyyatdansonrakı
dövrdə müqayisə qrupunda MPİ-I ağırlıq dərəcəsində ənənəvi
kompleks bazis terapiya tədbirləri fonunda qanda lipoperoksidləşmə məhsullarının və Eİ
markerlərinin tədricən azalması, ümumi zülalın, albuminin və elektrolitlərin miqdarının artması,
qaraciyərin funksional göstəricilərinin və İİ-nin normallaşmağa doğru istiqamətlənməsi qeyd edilir,
lakin tam normallaşma baş vermir. Əməliyyatdansonrakı dövrün 10-14-cü sutkasında normadan
statistik dürüst olaraq qanda CD3+ - limfositlərin miqdarı 11,6%, CD4+ – 16,3%, CD8+ – 3,2%, Fİ
– 4,7% aşağı, əksinə CD19+ – limfositlərin səviyyəsi 19,2%, Ig A – 25,2%, Ig M – 14,5%, Ig G –
8,1% və DİK – 31,4% yüksək olaraq qalır. Əməliyyatdansonrakı dövrün 7-ci sutkasında xəstələrdə
TNFα və İL-8 konsentrasiyasının bir qədər azalsa da, İL-4 səviyyəsi daha da artır.
- 117 -
Əsas qrupun 1-ci yarımqrupunda bazis müalicə tədbirləri kompleksinə OP ilə yerli və ümumi
OT-nin daxil edilməsi LPO prosesləri intensivliyini daha erkən dövrdə azaltmağa, Eİ-nin aradan
qaldırılmasına,
qaraciyərin
fermentativ
funksiyasının,
elektrolit
və
zülal
mübadiləsinin
normallaşmasına müsbət təsir göstərir. OP ilə yerli və ümumi OT tədqiqatın sonuna bu xəstələrdə
T- və B-immuniteti göstəricilərinin normallaşmağa doğru sürətini əhəmiyyətli dərəcədə artırmaqla
yanaşı, sitokin disbalansının aradan qalxmasına da pozitiv təsir göstərir.
Əsas qrupun 2-ci yarımqrupunda ənənəvi bazis terapiya fonunda OP və qlutoksimlə müştərək
yerli və ümumi OT və immuntənzimləmə müşahidənin sonuna öyrənilən bütün göstəricilərin
normallaşmasına, o cümlədən sitokin profilindəki disbalansı əhəmiyyətli dərəcədə aradan
qaldırmağa imkan verir.
MPİ-II ağırlıq dərəcəsində müqayisə qrupunun xəstələrində əməliyyatönü dövrdə qanda
normadan statistik dürüst DK miqdarı 2,5 dəfə, MDA – 2,3 dəfə, OMP – 72,0%, sidik cövhəri –
70,2%, qalıq azot – 94,9%, kreatinin – 90,6%, ümumi bilirubin – 2,2 dəfə, İLİ – 6,1 dəfə, ALT – 3,1
dəfə, AST – 3,4 dəfə, QF – 2,1 dəfə çox artsa da, ümumi zülal 18,2% (p<0,001), albumin – 18,9%,
İİ – 25,6%, KAT aktivliyi – 32,7% (p<0,001), K
+
– 27,6% (p<0,001), Na
+
– 6,7% (p<0,001) və
Ca
2+
– 27,2% (p<0,001) azalır. Həmçinin, bu xəstələrdə normaya nisbətən qanda CD3+ -
limfositlərin miqdarı 26,4% (p<0,001), CD4+ - 32,0% (p<0,001), CD8+ - 16,4% (p<0,01),
CD4+/CD8+ - 18,6% (p<0,001), Fİ – 15,1% (p<0,05), Ig A – 30,5 (p<0,01) aşağı, lakin CD19+ -
miqdarı normadan 78,0% (p<0,001), Ig M – 22,4% (p<0,05), Ig G – 23,5% (p<0,001), DİK – 2,4
dəfə yüksək hədlərdə olur. Eyni zamanda sağlam şəxslərin göstəricilərindən statistik dürüst qanda
TNFα konsentrasiyası 3,1 dəfə, İL-8 – 3,2 dəfə və İL-4 – 3,8 dəfə yüksək olur.
Əsas qrupun 1-ci yarımqrupunda OP ilə yerli və ümumi OT-nin aparılması LPO proseslərinə, Eİ-ya,
qaraciyərin funksiyasına, zülal və elektrolit mübadiləsinə, immunitetə və sitokin profili
göstəricilərinə daha səmərəli təsir göstərir (16).
Əsas qrupun 2-ci yarımqrupunda cərrahi müdaxilə və ənənəvi bazis müalicə fonunda OP və
Qt müştərək yerli və ümumi olmaqla tətbiqi öyrənilən göstəricilərdə daha erkən pozitiv
normallaşdırıcı dinamikaya səbəb olur. Belə ki, tədqiqatın sonuna ilkin göstəriciyə nisbətən
statistik dürüst DK səviyyəsi 50,8%, MDA – 51,5%, OMP – 31,0%, İLİ – 78,5%, CD19+ - 33,8%,
Ig M – 12,1%, Ig G – 22,9%, DİK – 38,8%, ALT – 63,5%, AST – 70,4%, QF – 42,5%, TNFα –
44,9%, İL-8 – 54,7% azalır, lakin CD3+ miqdarı isə 33,5%, CD4+ - 45,0%, CD8+ - 17,6%,
CD4+/CD8+ - 27,3%, Ig A – 44,9% artır. Lakin İL-4 konsentrasiyası ilkin göstəriciyə nisbətən artsa
da, müqayisə qrupundakı analoji göstəricidən 44,5% az olur.
MPİ-III ağırlıq dərəcəsində əməliyyatönü dövrdə xəstələrdə olan ağır endotoksikoz halına
(qanda normadan statistik dürüst DK miqdarı 3,0 dəfə, MDA – 3,1 dəfə, OMP – 2,3 dəfə, qalıq azot
– 2,3dəfə, sidik cövhəri – 2,1 dəfə, kreatinin – 2,5 dəfə, ümumi bilirubin – 2,3 dəfə, İLİ – 8,0 dəfə,
sidikdə isə OMP – 3,2 dəfə çox olur, əksinə statistik dürüst KAT aktivliyi 42,5%, ümumi zülal –
22,0%, albumin – 29,6%, ), K
+
– 32,6%, Na
+
– 11,0% və Ca
2+
– 35,9% azalır. ALT, AST və QF
səviyyəsi normal göstəricidən 4,7; 3,9 və 2,7 dəfə yüksək olur) və immunosupressiyaya (normadan
statistik dürüst CD3+ miqdarı 39,6%, CD4+ - 51,7%, CD8+ - 18,2%, Ig A – 4,2%, Ig M – 40,5%,
Ig G – 38,0%, Fİ – 19,5%, TNFα – 47,2% az, əksinə CD19+ - 82,0%, DİK – 3,8 dəfə, İL-8 – 4,1
dəfə və İL-4 – 5,3 dəfə çox olur), fərdi differensə olunmuş dozada OP ilə sistem və yerli OT ilə
yanaşı Qt lokal və sistem immuntənzimləmə istər müqayisə, istərsə də əsas qrupun 1-ci
yarımqrupuna nisbətən daha səmərəli təsir göstərir. Müşahidənin sonuna Eİ-nin ağırlığının
azalması, immunsupressiyanın və sitokin disbalansının aradan qalxması, zülal və elektrolit
mübadiləsinin, qaraciyərin funksional göstəricilərinin daha çox normaya yaxınlaşması qeyd edilir
(28).
Həmçinin, OP ilə intraperitoneal sanasiya tibbi ozonun bakterisid təsiri hesabına
əməliyyatdansonrakı
dövrün
3-cü
sutkasından
etibarən
periton
boşluğunun
tam
dekontaminasiyasına nail olmağa və qarın boşluğundakı iltihabi prosesi ləğv etməyə imkan verir.
Özündə perftoranın və tibbi ozonun xüsusiyyətlərini birləşdirən OP-nin yerli və ümumi tətbiqi
LPO proseslərinin intensivliyini azaldaraq KAT aktivliyini artırmağa imkan verməklə yanaşı
bakterisid,
detoksəedici,
iltihab
əleyhinə, mikrosirkulyasiyanı yaxşılaşdırıcı təsir göstərir,
Dostları ilə paylaş: |