- 126 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
GÜLTƏKİN ƏLİYEVA
Nax çıv an MR doğum mərk əzi
UOT:613
İM UNOLOJİ SƏBƏBLƏRDƏN HAM İLƏLİ YİN POZULM AS I ZAM ANI HLA
TOXUMA UYĞUNLUĞU İLƏ ABO QAN QRUPU SİSTEMİ ÜZRƏ UYĞUNSUZLUQ
ARASINDAKI ƏLAQƏ
Təkrarlanan hamiləlik pozulması adətən, 2 və ya 3 hamiləlik pozulduqdan sonra diqqətə
alınır. Qadının yaşı 30-dan aşağıdırsa – 3, yuxarıdırsa – 2 hamiləlik pozulubsa, daha dərin
araşdırmalar aparılmalıdır.
Dölitirmə sindromu–hamiləliyin müxtəlif zamanında öz-özünə pozulmasıdır. Bu, müxtəlif
səbəblərdən baş verir. Məsələn: 88% halda reproduktiv sistemdə baş verən bu və ya digər struktur
dəyişikliyi dölitirmənin səbəblərindən biridir.
Təxmini də olsa, təklif olunmuş təcrübi qruplaşmada bu səbəblər belə göstərilmişdir:
hamiləliyin 5-6-cı həftəsində pozulması genetik və immunoloji səbəblərdən olur; 7-9 həftədə
əsasən normal səbəblər; 9-10-cu həftəlikdə autoimmun proseslər AFS.; 16 həftədən sonra uşaqlıq
boynu yetərsizliyi, infeksion – TORCH səbəblər və trombositopeniya.
Çox vaxt hamiləliklərin təkrari pozulmasını genetik determinə olunmuş polietioloji
simptomo-kompleksin səbəb olduğu patoloji sindrom hesab edirlər. Təkrari hamiləlik pozulması
bütün hamiləliklərin 16-20%-ni təşkil edir. Е.М. Демидова, 2003.
Tədqiqatın məqsədi- HLA histoloji uyğunluq zamanı (3-4 lokusda) döl itirmə sindromunun
müalicəsində ABO qan sistemi üzrə uyğunsuzluq və gizli sensibilizasiya arasındakı əlaqəni
öyrənmək.
Tədqiqatın obyekti- Naxçıvan Doğum mərkəzinə müraciət etmiş dölitirmə sindromlu
HLA tipləməsində əri ilə 3-4 lokusda uyğunluğu olan 2 qadın.
Tədqiqatın aparıldığı yer- Naxçıvan Doğum mərkəzi, Naxçıvan Dövlət Universititeti.
Təkrari düşüklərin genezini anlamaq üçün hamiləlik öncəsi, mayalanma və mayalanmış
yumurta hüceyrəsinin- blastositin 5-6-cı gündən nidasiyasına və nidasiyadan sonrakı zamanda
qadının orqanizmindəki dəyişikliklərə nəzər yetirməliyik.
Hamiləlikdən öncə endometrial dəyişikliklər blastositin implantasiyası üçün endometriyanı
hazırlayır. Bu hazırlıq struktur və funksional olaraq baş verir. Mayalanmanın 4-5-ci günündən
blastositin nidasiyasına qədərki zamanda isə endometriyanın immunoloji olaraq hazırlanması baş
verir.
Nidasiyadan sonra isə endometriyada humoral səviyyədə baş vermiş hamiləliyə immun
cavab reaksiyası başlayır.
Yəni, öyrəndiyimiz bu mexanizmlərdən hər hansı birində – istər hamiləlik öncəsi
hazırlıq, istər mayalanmadan nidasiyaya qədərki, istərsə də nidasiyadan sonrakı dövrdə –
pozğunluq baş verərsə, bu erkən düşüklərə bilavasitə, gecikmiş düşüklərə isə dolayısı ilə
bazis yaradaraq səbəb olduğunu görərik.
Beləliklə, hamiləlik öncəsi endometriyadakı funksional və orqanik dəyişikliklərin
normal getmədiyi zaman fizioloji proses pozulur. İlk növbədə, buna səbəb kəskin və xronik
iltihabi prosesləri misal göstərə bilərik.
İmmunoloji səbəblərdən hamiləliyin pozulması 2 qrupa bölünür:
1. Autoimmun proseslər- bu zaman qadının immun sistemi öz toxumalarına reaksiya
verir.
2. Alloimmun proseslər – bu zaman isə immun sistem yad toxumalara qarşı reaksiya
verir.
- 127 -
Autoimmun proseslər zamanı hamiləliyin pozulması 10% təşkil edir.
1985-ci ildə Dr.Graham Hunges qandakı antifosfolipid antitellər ilə laxtalanmanın
pozulması arasında əlaqənin olduğunu göstərdi. 1985-ci ildə bu problem Rusiyada da
öyrənilməyə başlandı. Orqanizmdə virus və bakterial xəstəliklərin təsirindən əmələ gələn yad
maddələrə qarşı yaranan antigenlərin təsirindən orqanizmin öz zülalı yadlıq kimi qəbul edilir.
Nəticədə, orqanizm onu zərərsizləşdirməyə çalışır. Bu proses autoimmun proses adlanır.
AFS – autoimmun proses olub, arterial və venoz, tromboz, dölitirmə, immunositopeniya,
nevroloji və digər pozğunluqlar Laborator əlamətlərin təzahür etdiyi simptomokompleksdir.
AFS – mənşəli 6 adda xəstəliklər qrupuna 5-ci sırada öyrəncəkli düşüklər dayanır.
Antifosfolipid antitellər hüceyrə səthindəki (–) yüklü fosfolipidlərə qarşı yaranan müxtəlif
immunoqlobulinlərdən əmələ gəlir.
AFS – diaqnostikasında aparılan testlər laxtalanma prosesini əsas götürən və
antitellərin varlığını göstərən testlər olmaqla 2 qrupa bölünür:
1. Fosfolipidlərə bağlı laxtalanma testləri. aPTT – aktiv parsiyel tromboblastin zərdab
laxtalanma zamanıdır. Bu testlər əsasən laxtalanma prosesinin əsasını təşkil edən protrombini
aktivləşdirmə kompleksini ölçməyə əsaslanır. Bu aktivləşməni ləngidən antifosfolipid
antitellərin varlığıdır. Yəni, hamiləlik pozulmalarının hamısında AFS – nəzərə alınmalıdır. AFS-
in klassik triadası mamalıq nöqteyi-nəzərincə təkrarlanan hamiləlik pozulması, tromboz və
trombositopeniyadır. AFS – diaqnostikası üçün 6 həftə ara ilə aparılan testlər 2 dəfə pozitiv
cavab verməlidir.
Ata ilə ana arasındakı alloimmun proses zamanı xromosomlardakı HLA tipləmələri
arasındakı bənzərliyin olması təbii supressor hüceyrələrin sayının azalması və s. ola bilər.
Alloimmun termini eyni növ varlıqlar arasındakı fərqliliyi göstərir.
6-
cı
insan xromosomu
Orqanizmin bütün hüceyrələrinin histoloji uyğunluğunun əsas kompleksinin xüsusi
reseptorları- zülali antigenlər saxlayır. Bu reseptorların strukturu hər bir insan üçun unikal
özünəməxsusdur. Bu unikallığın nəticəsində özünün və yad olanın seçilməsi ücün orqanizmin
immun sisteminin etibarlı işi təmin olunur.
HLA- Human Leykosite Antigen -toxuma uyğunluğu antigeni və ya MCH major
istocompatibility complex- histoloji uyğunluğun əsas kompleksi olub, zülal mənşəlidir. Demək olar
Dostları ilə paylaş: |