- 162 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И.
ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ .
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
FEZİ İBADOV
feziibadov@mail.ru
MİRMAHMUD SEYİDLİ
seyidli-69@mail.ru
Naxçıvan Dövlət Universiteti
UOT: 619
BAYTARLIQ TƏBABƏTİNDƏ HƏZM SİSTEMİ XƏSTƏLİKLƏRİNDƏ İŞLƏDİLƏN
DƏRMAN BİTKİLƏRİ
Açar sözlər: dərman bitkiləri, qlikozidlər,tanidlər, efir yağları, karotin.
Key words: medicinal herbs,glucosides,tanidy,essential volatile oil, carotene.
Kлючевые слова: лекарственные растения, глюкозиды, таниды, эфирные масла,
каротин
Əhalinin davamlı artması və qidalanma tələbatı, heyvandarlıq məhsullarının istehsalının
daimi artmasını tələb edir. Bu inkişafın əsas şərtlərindən biri baytarlıq elminin nailiyyətlərinin
istehsalata yeridilməsidir. Heyvandarlığın və baytarlığın əsas məsələlərindən biri – sağlam nəslin
böyüdülməsi, onun xəstəlik və tələfatdan qorunmasıdır.
Kənd təsərrüfatı heyvanlarının daxili yoluxmayan xəstəliklərindən tələfatı iqtisadi ziyan
vurur. Cavan heyvanların ölüm nisbəti 75 – 80 % yaşlı heyvanlardan çox olur, bu isə
diaqnostikanın, müalicənin və bu xəstəliklərin profilaktikasının böyük əhəmiyyətindən xəbər verir.
Hələ qədim zamanlardan bitkiləri heyvanların əksər xəstəliklərin müalicəsində istifadə
edirdilər. Dərman bitkiləri digər maddələrdən sərfəli dərəcədə fərqlənirlər və həmçinin əks təsir
göstərmirlər. Belə təsirə malik olan dərman bitkilərindən xalq təbabətində və baytarlıqda həzm
sisteminin orqanlarının müalicəsində istifadə edilir. Zədələnmiş orqan və toxumalarda özünübər-
pa proseslərində farmakoloji tənzimləmə zamanı təbii preparatlara olan maraq, onların lazımi də-
rəcədə effektivliyi və orqanizmə kompleks təsir ilə izah olunur. Bitki vasitələri orqanizmin özünü
bərpa proseslərinə stimuledici təsir göstərərək xəstə heyvanların orqanlarındakı pozğunluqları
normaya gətirir [3, s. 168 – 169].
Dərman bitkilərinin müalicəvi təsiri haqqında qədim yunan filosoflarının, ərəb mənbələri -
nin, eləcə də Çin və Misirdə tapılmış əlyazmaların nüsxələrində rast gəlinir. Qalen 400 - ə yaxın
bitkinin xüsusiyyətlərini öyrənərək onun tərkibindəki bioaktiv maddələri almışdır. Bitki mənşəli
bioaktiv maddələrin orqanizmə təsir xüsusiyyəti kimyəvi mənşəlilərdən fərqli olur. Ona görə də
bitki hüceyrələri insan və heyvan hüceyrələrinə daha uyğun olduğundan orqanizm tərəfindən
asan mənimsənilir, tez təsir göstərir və az kumulyativ təsirə malik olur. Bitkiləri müxtəlif xəstə-
liklərin müalicəsində xüsusi dərman formaları şəklində istifadə edirlər. Bitkinin tərkibindəki alka
loidlər hüceyrə daxilinə nüfuz etməklə hüceyrə qılafını asanlıqla keçməklə tez müalicəvi təsir
göstərir.
Qədim Azərbaycanda ev heyvanlarının otlarla müalicəsi özünəməxsusluğu ilə fərqlənir-
di. Azərbaycan otlaqları müəyyən xüsusiyyətlərə malik dərman bitkiləri ilə fərqlənir. Qeyd edək
ölkəmizin florasında 300 – dən çox dərman bitkisi məlumdur. Ərazidə bitən bir sıra bitkilər mədə
- bağırsaq sisteminin xəstəliklərinin əksəriyyətinə müalicəvi təsir göstərir. Bu bitkilərin yığımları
və spirtdə olan cövhərləri, həmçinin dəmləmələri büzüşdürücü, ishal əleyhinə təsirə malikdirlər,
yeni doğulmuş və yaşlı iri və xırda buynuzlu kənd təsərrüfatı heyvanlarının müalicəsində
istifadə olunurlar. Dərman bitkiləri bağırsağın təbii mikroflorasına təsir göstərmirlər, əksinə fay -