- 159 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И.
ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ .
НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
QADİR FƏRHADOV
Naxçıvan Elmi Tədqiqat Baytarlıq Mərkəzi
E-mail: Qadir_ Ferhadov@Hotmail.Com
UOT:619:616.995.121
MƏDƏ-BAĞIRSAQ HELMİNTLƏRİNİN (B. TRİGONOCEFALİUM ,HAEMONCHUS
CONTORTUS, TRİCHOSTRONGYLUS , NEMATODİRUS) PARAZİT - SAHİB
MÜNASİBƏTLƏRİ
Açar Sözlər: Mədə-Bagirsaq, Helmint, Sahib, Qoyun, Parazit
Keywords: Gastrointestinal, helmint, With Sheep, parasite
Giriş: İribuynuzlu heyvanlarda helmintlər ilə parazit sahib münasibətləri əsasən onların
orqanizmdə yaşama müddətindən asılılığı əsas götürülür. Hemonxus, Nematodirus, Bunostom,
trichostrongylus nematodirus spathiger helmintləri axırıncı sahibin orqanizmində , 5- 6 aya qədər ,
H.contortus, Trichostrongylus axei 8 aya qədər B.trigonosefalum 12- 14 aya qədər yaşama
qabiliyyətinə malikdirlər. Onların sahib orqanizmində uzun müddət yaşaması helmintlərin assosia-
siyası zamanı ( bir çox helmintlərin birgə halda olduğu vaxt ) daha da uzanır. Yoluxmuş hey-
vanlarda orqanizmin vəziyyətindən, xəstəliyin mərhələsindən və intensivliyindən asılı olaraq qan-
da eritrositlərin, hemoqlobinin, kasi, fosforun miqdarı aşağı düşür. Qara ciyərin qlyükogen əmələ
gətirməsi prosesi zəifləyir və nəticədə A və B12 vitaminlərinin istehsalı aşağı düşür ki ,orqanizmin
müdafiə mexanizmi zəiflədiyindən xəstəliyin ağırlaşması baş verir (M.A.Borisov2009,Əsədov S.M-
1960.,Петров. Ю.Ф-.2005., (Р.С. Кармалиев, 2004, 2005))
(Р.С. Кармалиев, 2004, 2005)
MATERİAL VƏ METOD: Naxçıvan MR –in Babək rayonunun Böyükdüz və Cəhri
kəndlərində fassilioza təbii yoluxmuş 10 baş qaramal və 25 baş qoyunların üzərində təcrübələr
aparılaraq qanın hemotoloji göstəriciləri laboratoriyada müayinədən keçirilmişdir. 1-2 yaşlarında
cavan danalar iki dəfə dəqiq koproskopiki müayinələrdən sonra qarışıq invaziyalara yoluxmuş 3 baş
danalar seçilərək 3 baş digər danalarla müqayisə edildi.Təcrübə üçün seçilmiş 3 baş danalardan
klinik əlamətlər müayinə edilərkən 1 dəqiqədə nəbzin miqdarı 17 , tənəffüsün sayı 7 olmuş, görünən
selikli qişalar solğunlaşmış, təngənəfəslik, xarici mühitə qarşı reaksiyanın azalması, iştahdan qalma,
qara ciyərdə ağrıların olması, nəcisin durulaşması, zəiflik, tarla düşərgəsində tez- tez yatması və
sağlam heyvanlarla müqayisədə xəstə heyvanlarda diri çəkinin 10- 15 kq aşağı düşməsi müşahidə
olundu.
İşin gedişi: Müəyyən olunmuşdur ki , fassilioz zamanı heyvanlarda qanın hemotoloji göstəriciləri
xəstəliyin gedişindən asılı olaraq dəyişir. Qanda hemoqlobinin miqdarı aşağı düşərək qaramalda 5.9
+ 0.2 % , qoyunlarda 6.9 + 2.1% hemoqlobin olmaqla normadan aşağı düşür . Həmçinin iribuynuzlu
mallarda eritrositlərin miqdarı (4.8+0.1) X 10
12
,qoyunlarda (5.8+0.14) x 10
12
hemoqlobin və
eritrositlər azalırsa, leykositlərin miqdarı əksinə ( 12.7+0.2 )x10
9
, qoyunlarda ( 14.8+0.3) x10
9
artır.
Təcrübələr zamanı qanın leykositar formulasında iribuynuzlu mallarda eozinofillərin miqdarı 4.6
dəfə , qoyunlarda isə 3.1 dəfə artır . Fassilioz zamanı qanın biokimyəvi göstəriciləri iribuynuzlu
mallarda biluribinin səviyyəsi 0.6-0.8 mq/% , Sidik cövhəri isə 24.8 – 27.6 mq /% miqdarında dəyi-
şir. Qanda bilurubinin səviyyəsinin artması təsdiq edir ki , qaraciyərin parenximasında zədələnmə
gedir və hemoqlobinin parçalanması müşahidə olunur. Qaraciyərin destruktiv proseslərin pozulması
nəticəsində zülal mübadiləsinin pozğunluğu meydana çıxır . Trematodlar öd çıxarıcı axarlarda
yerləşdiyi zaman onun toxumasına təsir edərək onun keçiricilik mənfəzini daraldır və ya tıxıyaraq
öd axınının qarşısını kəsir və nəticədə öd yolları və axarlarında iltihab prosesləri əmələ gəlir və öd
kisəsinin divarları və axarları qalınlaşır. Eyni zamanda iribuynuzlu heyvanlarda kalsium elemen-
tinin miqdarı da aşağı düşür. Fassilioz zamanı göstərilənlərlə yanaşı digər orqan və sistemlərdə də